83
uzunmüddətli investisiya proqramları kimi baxmaq olar. Firma korporativ və ya digər
ticarət markasının işgüzar imicini və ya marka kapitalını yaratmağa çalışır.
Kommunikasiyanın «itələmə» strategiyasının
mahiyyəti müəyyən marka
məhsulların satışa qəbul edilməsində, minimal həcmdə ehtiyatların yaradılmasında,
piştaxtalarda məhsulun nümayiş etdirilməsində və sərfəli yerləşdirilməsində topdan
və pərakəndəsatış tacirlərinin himayəsinə nail olmaq üçün əsas marketinq güclərinin
onlara yönəldilməsindən ibarətdir. Məqsəd cəlbedici ticarət şərtləri təklif etməklə,
yəni yüksək mənfəət və topdansatış güzəştləri təklif etməklə, yerli və mağazadaxili
reklamın həyata keçirilməsinə yardım edilməsi, satışın həvəsləndirilməsi tədbirlərinə
pul vəsaitlərinin ayrılması, mağazalarda prezentasiyaların keçirilməsi və s. vasitəsilə
könüllü kooperasiyaların təşkil edilməsidir.
Satışın idarə edilməsində kommunikasiya metodlarından
istifadə edilməsi
mühüm əhəmiyyət kəsb edir. Satışın idarə ediləsində istifadə edilən kommunikasiya
metodlarına reklam, şəxsi satış, satışın həvəsləndirilməsi, birbaşa marketinq, iteraktiv
marketinq, ictimayyətlə əlaqə və bu kimi digər kommunikasiya metodları aiddir.
Satışın idarə edilməsində kommunikasiya metodlaarının tətbiqinin müasir
vəziyyətinin təhlili nəticəsində aşkar edilmişdir ki, burada ən çox istifadə edilən
kommunikasiya metodu reklamdır. Son illərdə onun reklam xərcələrin həcmi xeyli
artsada onun səviyyəsi digər MDB ölkələrindən xeyli geri qalır. Bu, ölkə
müəssisələrinin maliyyə vəziyyətinin pis olması, onun təşkilində müəyyən
çatışmazlıqların olmasıdır. Bundan əlavə ölkəmizdə satışın
idarə edilməsində
interaktiv marketinqdən, kuponlardan, məhsulların pulsuz paylanması və
nümayişindən, internet saytlarının yaradılmasından və sponsroluqdan da istifadə
edilir.
Aparılmış təhlil nəticəsində həmçinin aşkar edilmişdir ki, ölkəmizdə satışın
idarə edilməsinin, xüsusən də istehsal təyinatlı məhsulların satınının
idarə
edilməsinin ən mütərəqqi metodu olan şəxsi satışdan və elektron mağazaların
yaradılmasından, satışda marketinqin tətbiq edilməsində istifadə edilmir.
Bununla əlaqədar olaraq istehsal təyinatlı məhsulların satşının idarə edilməsində
kommunikasiya matodlarının tətbiq edilməsinin təkmilləşdirilməsinin mühüm
84
istiqaməti şəxsi satışdan istifadə edilməsidir. Tranzaksiya marketinqindən fərqli
olaraq şəxsi satış diskret, fərdi alqı-satqı aktlarının həyata keçirilməsinə yox,
istehlakçılarla uzunmüddətli əlaqələrin yaradılmasına, onun probleminin həlli
yollarının birgə tapılmasına və bu kimi igər qarışılıqlı münasibətlərin yaradılmasına
yöənldilir. Bu məqsədlə xarici ölkələrdə funksiyalararası komanda və ya marketinq
üzrə briqadalar yaradılır. Bu komanda və ya briqada iri istehlakçılarla iş aparır,
onların probleminin həlli üçün zəruri olan variantlar hazırlayır və həyata keçirir. Bu
təşkil formasının yüksək effektliliyini nəzərə
alaraq Nazirlik və komitələrdə,
həmçinin bir-birini qarışılıqlı tamamlayan məhsullar istehsal edən müəssisələrin bu
cür briqadaların yaratması məqsədəuyğundur.
Son illərdə kommunikasiya və informasiya texnologiyalarının inkişafı ilə
əlaqədar onlayn ticarəti və elektron mağazaların yaradılması geniş vüsət almışdır.
Satışın təşkilinin bu yeni forması alıcı ilə satıcı arasında birbaşa əlaqənin
yaradılmasına, meydana çıxan problemləri dialoq rejimində həll etməyə imkan
verməklə yanaşı alıcının evindən və ya ofisindən ayra çıxmadan bazarlıq etməsinə
şərait yaradır. Ölkəmizdə də informasiya texnologiyalarının və əhalinin kompyüterlə
təmin olunma səviyyəsini yüksəlməsini nəzərə alaraq onlayn ticarətinin və elektron
mağazanın yaradılmasına başlamaq məqsədəuyğun olardı.
Satışın idarə edilməsində kommunikasiya metodlarının
tətbiqinin mühüm
istiqamətlərindən biri də inteqrasiya edilmiş marketinq kommunikasiya sisteminin
yaradılması və reklam kampaniyalarının uzun müddət ərzində, lakin az tezliklə
həyata keçirilməsidir. Bünların həyata keçirilməsi sinerqizm effekti yaratmaqla
satışın həcminin artmasına səbəb olacaqdır.