REFERATI
Dissertasiya işi “Müəsisələrdə satışın təşkilinin təkmilləşdirilmə istiqamətləri”
adlanır. Tədqiqat işi giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Girişdə tədqiqatın aktuallığı, məqsədi və vəzifələri, obyekti və predmeti, nəzəri
və praktik əhəmiyyəti, informasiya bazası və strukturu göstərilmişdir.
Mövzunun aktuallığı. Satışın idarə edilməsi müəyyən nəticələrə: satışın
həcminin və (və ya) bazar payının artırılmasına, məhsulun bazara çıxarılmasına və s.
nail olması məqsədilə istehlakçılarla kontaktların yaradılmasına və onları məhsulun
alınmasına inandırmağa yönəldilmiş birbaşa və ikitərəfli prosesdir. Məhsulun ictimai
faydalılığı, onun cəmiyyətə lazım olan bir məhsul kimi sosial etiraf edilməsi yalnız
onun realizə edilməsi, satılması nəticəsində baş verir. Hətta ən keyfiyyətli məhsul
realizə edilmədikdə həmin məhsulun istehsalı resursların səmərəsiz sərf edilməsindən
başqa bir şey deyildir. Bununla əlaqədar olaraq satışın idarə edilməsinin
təkmilləşdirilməsinə həmişə xüsusi diqqət yetirilmiş, iqtisadiyyatın inkişafına uyğun
olaraq satış metodları daima təkmilləəşdirilmiş, daha mütərəqqi və yeni satış
metodları tətbiq edilmiş və satış heyətinin vəzifə və funksiyaları daima dəyişmişdir.
Hal-hazırda məhsulların satışı prosesində funksiyalararası komandalar və ya
marketinq üzrə briqadalar yaradılır. Bütün bunların nəticəsində ənənəvi olaraq
istehsal edilmiş məhsulların aqressiv satış metodları ilə satışı həyata keçirən satıcılar,
satış heyəti alıcılara, istehlakçıya satınalmalarda məsləhət verən, onlara müəyyən
90
köməkliklər göstərən menecerlərə, funksiyalararası komandanın və ya marketinq üzrə
briqadaların kapitanına çevrilmişlər. Bütün bunlar satışın idarə edilməsinin
təkmilləşdirilməsini, o cümlədən satışın idarə edilməsində kommunikasiya
metodlarının tətbiq edilməsini tələb edir.
Mövzunun aktuallığını müəyyən edən digər amil kommunikasiya və informasiya
texnologiyalarının inkişafı ilə ələaqədar olaraq interaktiv marketinqin geniş tətbiqi və
elektron mağazanın yaradılmasıdır. Belə ki, baş veoən bu mütərəqqi dəyişikliklər
satışın idarə edilməsində kommunikasiya metodlarının tətbiq edilməsini və onun
təkmilləşdirilməsini ön plana keçirir.
Problemin öyrənilməsi səviyyəsi. Satışın idarə edilməsinin ümumi problemləri
marketiqə və ticarətin idarə edilməsinə aid ədəbiyyatda bu və ya digər dərəcədə öz
əksini tapmışdır. Bundan əlavə xarici ölkə mütəxəssisləri Q. C. Boltun, R. L.
Spironun, U. C. Stentonun, Q. A. Riçin və başqalarının, ölkə alimləri K. Paşayevin, İ.
Feyzullayevin, Ş. Əsgərovun və başqaların əsərlərində satışın idarə edilməsi
problemləri tədqiq edilmişdir. Lakin satışın idarə edilməsində kommunikasiya
metodlarının tətbiqi məsələsi ölkəmizdə xüsusi tədqiqat predmeti olmamışdır.
Tədqiqatın məqsəd və vəzifələri. Magistr dissertasiyasında satışın vəzifə və
funksiyalarının öyrənilməsi və satışın idarə edilməsində kommunikasiya metodlarının
tətbiqinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi, satışın idarə edilməsində
kommunikasiya metodlarının tətbiqin təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanması qarşıya məqsəd kimi qoymuşdur.
Tədqiqatın obyekti. Tədqiqat obyekti kimi Azərbaycan Respublikasının sənaye
və ticarət müəssisələri seçilmişdir.
Tədqiqatın predmeti. Tədqiqatın predmeti ölkəmizdə satışın idarə edilməsində
kommunikasiya
metodlarından
istifadə
edilməsinin
müasir
vəziyyətinin
qiymətləndirilməsi və onun təkmilləşdirilməsi problemləri təşkil edir.
Tədqiqatın elmi-nəzəri əsasları. Tədqiqatın elmi-nəzəri əsasını kassik və müasir
iqtisa nəzəriyyələr, satışın idarə edilməsinə elmi-nəzəri yanaşmalar və prktiki
tövsiyələr təşkil edir.
Tədqiqatın informasiya təminatı. Tədqiqat aparılarkən Azərbaycan Dövlət
91
Statistika Komitəsinin və ölkə müəssisəlinin məlumatlarından, həmçinin xüsusi
ədəbiyyatdan istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Tədqiqat işinin elmi yeniliklərinə:
- satışın idarə edilməsində kommunkasifya metodlarının yeri və rolunun
qiymətlndirilməsini;
- iri istehlakçılarlarla kontaktların yaradılması və satışın həyata keçirilməsi
məqsədilə funksiyalararası komandanın və ya marketinq üzrə briqadaların
yaradılmasını;
- elektron mağazanın yaradılmasının əsaslandırılmasını;
- inteqrasiya edilmiş marketinq kommunikasiyasının yaradılması və tətbiq
edilməsi üzrə təklifləri;
- reklam kampaniyalarının təşkilində istehlakçı auditoriyasının xüsusiyyətlərinin
nəzərə alınmasının zəruriliyini;
- reklamın uzun müddət ərzində həyata keçirilməsinin, lakin onun tezliyinin
azaldılmasının daha məqsədəuyğun olduğunun əsaslandırılmasını aid etmək olar.
Tədqiqatın praktiki əhəmiyyəti. Magistr dissertasiyasında verilən təkliflərin
praktikada tətbiq edilməsi satışın idarə edilməsində kommunikasiya metodlarının
tətbiqinin genişlənməsinə və onun effektliliynin yüksəldilməsinə səbəb olacaqdır.
Tədqiqat işinin quruluşu. Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və
təkliflərdən ibarətdir.
Magistr dissertasiyasının giriş hissəsində mövzunun aktuallığı, öyrənilmə
səviyyəsi, onun məqsəd, vəzifələri və predmeti izah edilmiş, elmi yenilikləri
verilmişdir.
«Satış və onun idarə edilməsi» adlanan I fəsildə satışın vəzifə və funksiyaları,
onun idarə edilməsinin mahiyyəti və məzmunu açılmış, satışın idarə edilməsində
istifadə edilən kommunikasiya metodları və onların spesifisik xüsusiyyətləri izah
edilmişdir.
İkinci fəsildə – «Saıtşın idarə edilməsində kommunikasiya metodlarından
istifadə edilməsinin müasir vəziyyətinin tətdqiqi» adlanan fəsildə isə satışın idarə
edilməsində istifadə edilən kommunikasiya metodlarının müasir vəziyyəti təhlil
92
edilmişdir. Təhlil nəticəsində aşkar edilmişdir ki, ölkəmizdə satışın idarə edilməsində
ən çox istifadə edilən kommunikasiya metodu reklamdır. Bununla yanaşı
kataloqlardan, kuponlardan, məhsulların pulsuz paylanmasından və nümayişlərindən,
ictimaiyyətlə əlaqədən və digər kommunikasiya metodlarından da istifadə edilir.
Üçüncü fəsildə – «Satışın idarə edilməsində kommunikasiya metodlarının
tətbiqinin təkmilləşdirilməsi istiqamətləri» - satışın idarə edilməsində kommunikasiya
metodlarının tətbiqinin təkmilləşdirilməsinə dair təkliflər: iri istehlakçılarla
kontaktların yaradılması və satışın həyata keçirilməsi məqsədilə funksiyalararası
komandanın və ya marketinq üzrə briqadaların yaradılması; elektron mağazanın
yaradılması; inteqrasiya edilmiş marketinq kommunikasiyasının yaradılması və tətbiq
edilməsi;
reklam
kampaniyalarının
təşkilində
istehlakçı
auditoriyasının
xüsusiyyətlərinin nəzərə alınmasının zəruriliyi; reklamın uzun müddət ərzində həyata
keçirilməsinin, lakin onun tezliyinin azaldılmasının daha məqsədəuyğun olduğu öz
əksini tapmışdır.
Dostları ilə paylaş: |