Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

 

 

56



Regional  siyasətin  reallaşdırılması  vasitələrindən  biri  də  məqsədli  proqram  - 

proqnozlaşdırma üsuludur. Regional proqramlar məqsədli kompleks proqramların bir 

növüdür  və  problemlərin  həll  edilməsi  üçün  resursların  cəmləşdirilməsi  üsulu  kimi 

elmi - texniki, sosial və iqtisadi inkişafın regional strategiyasının idarəetmə və tənzim 

aləti kimi çıxış edir. 

Regional  proqramların  aşağıdakı  növləri  fərqləndirilir:  dövlətlərarası,  dövlət 

(mərkəzi)  və  ərazi  hakimiyyət  orqanları  tərəfindən  formalaşdırılan  və  reallaşdırılan 

regional  proqramlar.  Regional  proqramlar  öz  tərkibinə  görə  ixtisaslaşdınlmış,  sahə 

əlamətlərinə  görə  formalaşdırılan  proqramlardır.  İxtisaslaşdırılmış  proqramlar  bir 

qayda olaraq məqsədli dövlət (mərkəzi) proqramların tərkibində işlənib hazırlanır. Bu 

proqramın  tərkibində  bütün  regionlar  üzrə  uyğun  proqramlar  işlənib  hazırlanır  və 

maliyyələşdirmə  mənbəyinə  görə  maliyyə  resurslarına  tələbat,  material  resurslarına, 

kadrlara  və  s.  tələbat  müəyyənləşdir.  Regional  proqramlar  bir  sıra  əlamətlərə  (terri-

torial  mənsubiyyətə  görə  fəaliyyət  istiqamətinə  görə,  proqram  məsələlərinin  miqya-

sına  görə,  problemlərin  yaranma  xarakteri  və  s)  görə  təsnifləşdirilir.  Təsnifləşdirmə 

əlamətləri  problemini  mahiyyətini  əks  etdirir,  proqramların  obyektlərini  xarakterizə 

edir, onların idarə xüsusiyyətlərini xarakterizə edir. Hər bir regonal proqram bir neçə 

təsnifləşdirmə  əlamətləri  ilə  xarakterizə  edilir.  Məsələn,  konkret  regional  proqram 

ərazi  mənsubiyyətinə  görə  -  yerli  (məhəlli),  funksional  istiqamətinə  görə  –  ekoloji 

problemin  miqyasına  görə  -  ixtisaslaşdırılmış,  müddətinə  görə  -  orta  müddətli  və  s. 

ola bilər. 

Regional proqramların əsas məqsədi aşağıdakılardır: 

• 

elmi - texniki, sosial və iqtisadi inkişaf göstəriciləri üzrə rayonlar ara-sındakı 



fərqi azaltmaq; 

• 

iqtisadiyyatın optimal ərazi və sahə strukturunun formalaşdırılması; 



• 

bazar şəraitində tarazlaşdırılmış təsərrüfatçılıq; 

• 

regionun  əmək,  material,  təbii  resurslarmm  maksimal  tam  və  effektiv 



istifadəsi; 

• 

ətraf mühitin mühafızəsi. 




 

 

57



Proqram  hazırlanarkən  regionun  mövcud  sosial  -  iqtisadi  vəziyyəti  təhlil  edilir 

və qiymətləndirilir. Regionun sosial - iqtisadi vəziyyəti və bu vəziyyətin region üçün 

nəticəsi qeyd edilir, proqram əsasında həll ediləcək prioritet problemlər seçilir. Təbii 

resursların  və  ətraf  mühitin  vəziyyəti  qəymətləndirilir.  Regionllarda  təbii  resursların 

müxtəlif  növlərinin (torpaq, su,  meşə,  yanacaq – energetika,  mineral  və s.)  mövcud-

luğıı  və  onların  kəmiyyəti,  regiondaxili  məqsədlərə  istifadəsi  və  regiondan  xaricə 

daşınma  imkanları  qeyd  edilir,  regionun  ekoloji  vəziyyəti  və  onun  yaxşılaşdınlması 

üçün  tədbirlər  nəzərdən  keçirilir.  Regionda  demoqrafık  vəziyyət  və  əmək  bazarının 

mövcud  vəziyyəti  qeyd  edilir,  proqram  əsasında  həll  ediləcək  prioritet  problemlər 

seçilir.  Regionun  sosial  -  iqtisadi  inkişafının  təhlili  və  təbii  resursların  qiymətlən-

dirilməsi,  ekoloji  vəziyyətin,  demoqrafik  vəziyyətin,  əmək  bazarının  vəziyyətinin 

qiymətləndirilməsi  regionun  mövcud  təsərrüfat  strukturu  və  miqyası  haqqında, 

material  -  istehsal  bazası,  iqtisadiyyatda  üzə  çıxarılmış  bərabərsizliklər  haqqında, 

əmək  resurslarının  sayı  və  əmək  resurs  potensialının  istifadəsi  imkanları  haqqında 

məlumat  verir.  Bu  məlumatlardan  istifadə  etməklə  regionun  gələcək  texniki  inkişaf 

meylləri  və  region  qarşısında  qoyulan  məqsədlər  hesaba  alınmaqla  regionun  sosial  - 

iqtisadi  inkişaf  konsepsiyası  işlənib  hazırlanır.  Konsepsiyada  resursların  səmərəli  və 

variantlı  istifadə  istiqamətləri  müəyyyənləşdirilir  və  bütöv  təsərrüfat  kompleksinin 

düzgün  formalaşması  yolları  müəyyən  edilir.  Sahə,  funksional  və  problem  əlamət-

lərinə görə tərtib olunan əsas proqram tərkibləri (hissələri) seçilir. Bütün bu proqram 

tərkiblərində (hissələrində) məqsəd və məsələlər müəyyənləşdirilir. Proqramda nəzər-

də  tutulan  hər  bir  tədbir  kəmiyyət  və  keyfiyyət  göstəricilərinə  uyğun  olaraq  qiymət-

ləndirilir. 

Respublikamızda regional siyasət sahəsində son bir neçə ildə dövlət bəzi zəruri 

addımlar  atmışdır.  Beləki,  ölkədə  və  onun  ayrı-ayrı  regionlarında  sahibkarlığın,  o 

cümlədən sənayenin  yüksək  inkişafına  nail olmaq  üçün  11  fevral 2004-cü  il tarixdə 

«Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafının  Dövlət  Proqramı 

(2004-2008-ci illər üzrə)» təsdiq olunmuş və həyata keçirilmişdir. Bu proqramın əsas 

məqsədlərindən  biri  də  regionlarda  yerli  xammal  və  təbii  ehtiyatlardan  istifadəyə 



 

 

58



əsaslanan sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında sənayenin, o 

cümlədən digər sahələrin inkişafını təmin etməkdir.  

Dövlət  proqramına  əsasən  həyata  keçirilməli  tədbirlər  3  səviyyədə  müəyyən-

ləşdirilmişdir:  

1) makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi tədbirləri;  

2) iqtisadi rayonlar səviyyəsində həyata keçiriləjək tədbirlər;  

3) hər bir rayonun spesifik xüsusiyyətlərinə uyğun müəyyən edilmiş tədbirlər. 

Bunlarla  yanaşı  Azərbaycan  Respublikası  Prezidentinin  2005-ci  il  3  avqust 

tarixli  935  saylı  «Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafına 

dair  əlavə  tədbirlər  haqqında»  Sərəncam  imzalanmışdır.  Sərəncama  əsasən  son  üç 

ildə  əlavə  olaraq  ayrı-ayrı  regionların  sosial-iqtisadi  inkişfını  sürətləndirmək 

baxımından on Dövlət Proqramı təsdiq edimişdir. 

Qeyd olunduğu kimi, Dövlət Proqramının davamı olaraq dövlət başçısı 2009-cu 

il  aprelin  14-də  imzaladığı  fərmanla  «Azərbaycan  Respublikası  regionlarının  2009-

2013-cü  illərdə  sosiali-iqtisadi  inkişafı  Dövlət  Proqramı»nı  təsdiq  etmişdir.  Bu 

Dövlət  Proqramında  reallaşdırılmasında  əsas  məqsəd  respublikamızın  regionlarında 

sosial-iqtisadi inkişafa nail olmaqdır. 

Lakin  təsüfflə qeyd etmək  lazımdır ki, bütün bu  tədbirlərə  və  respublikamızın 

hər bir regionunun güclü potensial imkanlara (sənaye əhəmiyətli təbii sərvətlərə, ucuz 

işçi qüvvəsinə) malik olmasına baxmayaraq, hal-hazırda ölkə miqyasında regionların 

inkişaf  səviyyəsi  onlarin  malik  olduğu  potensial  imkanların  mövcudluğuna  uyğun 

gəlmir.  Əsasən  prpoblem  ondan  ibarətdir  ki,  həyata  keçirilən  tədbirlər  «regionun 

inkişafına» (daxili potensialın aktivləşməsinə) yox, «regiona dəstək edilməsinə» isti-

qamətləniblər,  bu  da  öz  növbəsində  sənayenin  inkişafında  nisbətsizliyin  (dispropor-

siyaların)  dərnləşməsinə,  bir  çox  sosial-iqtisadi  və  ekoloji  problemlərin  kəskinləş-

məsinə gətirib çıxarır.  

Qeyd  etdiyimiz  kimi,  respublikamızın  regionların  sənaye  istehsalında  yaranmış 

kəskin  fərqlər  bu  sahədə  dövlətin  tənzimləməsini  zəruri  edir.  Sənayenin  ərazi  üzrə 

təşkili  işinin  tənzimlənməsinə  aid  tədbirlər  muxtəlif  metodlar  vasitəsilə  həyata  keçi-

rilir.  Bunlara  inzibati  və  iqtisadi  metodlar  aiddir.  İnzibati  metodlar  adətən  ayrı-ayrı 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə