Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 

 

44



fatçılıq formaları yaranır, cəmiyyətin malik olduğu istehsal vasitələrinin əksər hissəsi 

insanlar  arasında  bölüşdürülür.  1993-cü  ildə  «Azərbayjan  Respublikasında  dövlət 

mülkiyyətinin  özəlləşdirilməsi  haqqında»  qanun  qəbul  edilmişdir.  Lakin  ölkədə 

özəlləşdirmə  prosesinə  1995-ci  il  sentyabrın  29-da  «Azərbayjan  Respublikasında 

1995-1998-ci  illərdə  Dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  Dövlət  Proqramı» 

qəbul edildikdən sonra başlanılmışdır. 

"Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özə-

lləşdirməsinin  I  Dövlət  Proqramı"nın  başlıca  məqsədləri  təsərrüfat  subyektləri 

üçün  xüsusi  mülkiyyət  və  sərbəst  rəqabət  prinsipləri  əsasında  öz-özünü  tənzim-

ləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, xalq təsərrüfatı strukturunun bazar 

iqtisadiyyatının  tələblərinə  uyğun  olaraq  yenidən  qurulması,  iqtisadi  proseslərə 

bütün  növ  istifadə  olunmamış  ehtiyatların  cəlb  edilməsi,  iqtisadiyyata  investisi-

yaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsi-

nin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət olmuşdur.  

Özəlləşdirmənin  birinci  mərhələsi  başa  çatdıqdan  sonra  Dövlət  əmlakının 

özəlləşdirilməsinin ikinci mərhələsinə başlanmışdır. 2000-ci il mayın 16-da «Dö-

vlət əmlakının özəlləşdirilməsi haqqında» yeni qanunu qəbul olunmuşdur. Bu qa-

nuna  və  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq,  habelə  son  illər  ölkədə  hə-

yata keçirilmiş özəlləşdirmənin təjcrübəsi nəzərə alınaraq «Azərbaycan Respubli-

kasında  dövlət  əmlakının  özəlləşdirilməsinin  II  Dövlət  Proqramı»  işlənib  hazır-

lanmış  və  2000-ci  il  avqustun  10-da  təsdiq  edilmişdir.  Bu  proqramda  özəlləş-

dirmənin başlıca məqsədləri aşağıdakılar hesab edilmişdir: 

- iqtisadiyyatın  strukturunun  təkmilləşdirilməsi  və  rəqabət  mühitinin  for-

malaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi;  

- bazar  münasibətlərinin  iqtisadi  əsası  kimi  özəl  mülkiyyətçilər  təbəqəsinin 

genişləndirilməsi; 

- iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu 

ilə onun inkişafına nail olunması; 




 

 

45



- dövlət  əmlakını  dövlət  özəlləşdirmə  çeklərinə  satmaqla  özəlləşdirmə  prose-

sinə əhalinin maksimum geniş təbəqələrinin jəlb edilməsi; 

- I Dövlət Proqramı çərçivəsində özəlləşdirmə üçün açıq elan edilmiş  müəssi-

sə və obyektlərin özəlləşdirilməsinin başa çatdırılması. 

Həmin  kursun  davamı  olaraq  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham  Əliyev  tərəfindən  ölkəmizin  keyfiyyətcə  yeni,  yüksək  inkişaf  mərhələsinə 

qədəm  qoyduğu  bir  vaxtda  müasir  dövrün  tələblərinə  uyğun  olaraq  dövlət  əmlakı 

üzərində  idarəetmənin  təkmilləşdirilməsi,  ondan  səmərəli  istifadə  edilməsi,  özəlləş-

diriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstək-

lənməsi,  özəlləşdirilmə  zamanı  şəffaflığın  təmin  edilməsi  və  aşkarlıq  tədbirlərinin 

genişləndirlməsi,  bu  sahəyə  investisiyaların  cəlb  edilməsi,  dövlət  müəssisələri  özəl-

ləşdirildikdən sonra onların  yeni  mülkiyyətçiləri tərəfindən həmin  müəssisəyə  inves-

tisiya qoyuluşu üzərində nəzarət mexanizminin yaradılmasını əsas vəzifə kimi qarşıya 

qoymuşdur.  

Qeyd  olunan  vəzifələrin  yerinə  yetirilməsinə  nail  olmaq  üçün  Azərbaycan 

Respublikası  Prezidenti  cənab  İlham  Əliyevin  16  sentyabr  2005-ci  il  tarixli   Sərən-

camı  ilə  Dövlət  Əmlakının  İdarə  Edilməsi  üzrə  Dövlət  Komitəsi  yaradılmış  və  16 

noyabr 2005-ci il tarixli Fərmanla Komitənin Əsasnaməsi təsdiq edilmişdir.  

Komitə  qısa  vaxt  ərzində  «Azərbaycan  Respublikasında  dövlət  əmlakının 

özəlləşdirilməsinin  II  Dövlət  Proqramı»na,  qüvvədə  olan  digər  normativ-hüquqi 

aktlara  və  fəaliyyətini  tənzimləyən  sənədlərə  uyğun  olaraq  dövlət  əmlakından 

səmərəli  istifadə olunması  və özəlləşdirilməsi  ilə bağlı  görülən  işlərin təkmilləşdiril-

məsi,  fəaliyyətini  dayandırmış  müəssisələrin  canlandırılması,  investisiyaların  cəlb 

edilməsi,  yeni  iş  yerlərinin  açılması  sahəsində  məqsədyönlü  fəaliyyətini  həyata 

keçirməkdədir. 

Komitə  tərəfindən  qarşısına  qoyulmuş  vəzifələrin  müvəffəqiyyətlə  həyata 

keçirilməsi  istiqamətində  görülən  işlər bundan sonra da  uğurla davam etdiriləcəkdır. 

Bu  məqsədlə  yaxın  perspektivdə  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə 

tutulmuşdur: 



 

 

46



• Beynəlxalq təcrübəyə əsaslanaraq dövlət əmlakının idarə olunması və özəlləş-

dirilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı işlərin görül-

məsi. Bu baxımdan dövlət müəssisələrinin statusunu müəyyənləşdirəcək qanunverici-

liyin  hazırlanması,   dövlət  əmlakının  idarə  edilməsinin  təkmilləşdirilməsi,  dövlət 

müəssisələrinin  özəlləşdirməqabağı  sağlamlaşdırılması  və  özəlləşdirmədən  sonra 

fəaliyyətlərinin  dəstəklənməsi  sahəsində  tədbirlərin  həyata  keçirilməsi  məqsədilə 

Dövlət Proqramlarının  hazırlanması və qəbul olunması vacibdir; 

• Dövlət əmlakının idarə olunması sahəsində qanunvericiliyin pozulmasına görə 

məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsi; 

• Ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən müəssisələrin, infrastruk-

tur sahələrinin restrukturizasiyası, idarəetməyə verilməsi və özəlləşdirməyə hazırlan-

ması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək; 

•Dövlət  əmlakının  özəlləşdirilməsi  və  icarəyə  verilməsi  sahəsində  tədbirlərin 

həyata keçirilməsində şəffaflığın artırılması və əhalinin geniş cəlb edilməsi; 

•Müştərək  müəssisələrin  nizamnamə  kazitalındakı  dövlət  paylarının  idarə  olun-

ması sahəsində səmərəliliyin artırılması; 

•Dövlət əmlakının Registrinin aparılması mexanizminin təkmilləşdirilməsi; 

•İnvestisiya  müsabiqələri  vasitəsilə  özəlləşdirilmiş  müəssisə  və  obyektlərdə 

müqavilə  şərtlərinin  yerinə  yetirilməsinə  nəzarətin  gücləndirilməsi  və  səmərəli 

monitorinq mexanizminin yaradılması; 

•İnvestorlarla aparılan işlərin təkmilləşdirilməsi və tələb olunan səviyyədə şəffa-

flığın  və  operativliyin  təmin  edilməsi,  müsabiqə  və  fərdi  layihələr  üzrə  özəlləşdiril-

məsi  nəzərdə  tutulmuş  müəssisələrin  özəlləşdirilməsi  məqsədi  ilə  aparılan  işlərin 

sürətləndirilməsi; 

• Müsabiqə və fərdi layihələr üzrə özəlləşdirilməsi nəzərdə tutulmuş müəssisələr 

barədə  daha  geniş  və  dolğun  məlumatların  hazırlanması  və  kütləvi  informasiya 

vasitələri və «İnternet» şəbəkəsi vasitəsilə yayılması; 

•  Özəlləşdirmə  prosesinə  auditorların,  qiymətləndiricilərin,  menecment,  hüquqi 

və maliyyə məsələləri üzrə məsləhətçilərin geniş cəlb edilməsi; 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə