Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Tədqiqatın  məqsədi  və  vəzifələri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   2   3   4   5   6   7   8   9   ...   26

 

 

4



Tədqiqatın  məqsədi  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  müasir  şəraitdə 

sənayenin  inkişafının  dövlət  tərəfindən  tənzimləməsinin  təkmilləşdirilməsinin  əsas 

istiqamətlərinin  müəyyən  edilməsi  üçün  elmi  cəhətdən  əsaslandırılmış  təklif  və  töv-

siyyələr verməkdən ibarətdir.  



Tədqiqatın  məqsədinə  uyğun  olaraq  magistr  işi  yazılarkən  qarşıya  aşağıdakı 

vəzifilər qoyulmuş və həllini tapmışdır: 

- iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  nəzəri  əsasları  və  modellərini  öyrən-

mək; 


- müasir  şəraitdə  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsinin  zəruriliyini 

araşdırmaq; 

- sənaye siyasəti və sənayenin inkişafında onun rolunu araşdırmaq; 

- Azərbaycan sənayesinin müasir vəziyyəti və inkişaf meyllərini təhlil etmək; 

- Azərbaycanda sənayenin inkişafının dövlət tənzimlənməsinin mövcud vəziyyə-

tinin qiymətləndirmək; 

- mцасир  шяраитдя  ölkə  сянайеsiнин  ярази  цзря  тяшкилинин  дювлят  тянзимлянмя-

синин ясас истигамятляриni araşdırmaq; 

- sяnayedя иnvestиsиya qoyuluшlarыnыn dövlət tərəfindən stиmullaшdыrыlmasы yol-

larыnı araşdırmaq; 

- ölkə  сянайесиндя  рягабятгабилиййятли  мящсул  истещсалынын  dövlət  tərəfindən 

стимуллашдырылмасы istiqamətlərini müəyyənləşdirmək. 



Tədqiqatın obyekti ölkənin sənaye müəssisələridir. 

Tədqiqatın  predmetini  müasir  şəraitdə  sənayenin  inkişafının  dövlət  tərəfin-

dən tənzimləməsin əsas istiqamətlərinin elmi cəhətdən öyrənilməsi təşkil edir.  



Tədqiqatın  nəzəri  və  metodoloji  əsasını  əcnəbi  iqtisadçı  alimlərin  müasir 

şəraitdə  sənayenin  inkişafının  dövlət  tərəfindən  tənzimləməsinə  həsr  edilmiş  elmi 

tədqiqatları,  dünya  ölkələrinin  bu  sahədəki  təcrübələri,  respublikamızın  iqtisadçı 

alimlərinin bu mövzu ilə əlaqədar nəzəri fikirləri və s. təşkil edir. 



Dissertasiyanın  quruluşu  və  həcmi.  Dissertasiya  giriş,  üç  fəsil,  nəticə  və 

ədəbiyyat siyahısından ibarətdir.  



 


 

 

5



I FƏSİL 

BAZAR MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ SƏNAYENİN İNKİŞAFININ 

DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN NƏZƏRİ -METODOLOJİ ƏSASLARI 

1.1.  İqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri əsasları və modelləri 

 

Dünya təcrübəsi göstərir ki, hər bir iqtisadi sistemin normal fəaliyyətinin təmin 

edilməsində  dövlət  həlledici  rol  oynayır.  Bu  baxımdan  dövlətlə  iqtisadiyyatın 

qarşılıqlı  əlaqəsinin,  dövlətin  iqtisadiyyata  müdaxiləsinin  optimal  nisbəti  və 

hüdudlarının  müəyyən  edilməsi,  gözlənilməsi  müasir  dövrdə  iqtisadiyyatın  dövlət 

tənzimlənməsinin təkmilləşdirilməsinin başlıca problemi hesab olunur. Bütün iqtisadi 

sistemlərdə  dövlət  iqtisadiyyata  müdaxilə  edir  və  bu  müdaxilə,  bir  qayda  olaraq, 

bazarın  çatışmazlıqlarının  aradan  qaldırilmasına  yönəldilir.  Bu  çatışmazlıqlara 

aşağıdakılar aid edilə bilər: 

  хarici еffеktlər prоblеminin bazar tərəfindən nəzərə alınmaması; 

  ictimai  sərvətlərin,  məhsulların  istеhsalında  bazarın  kifayət  dərəcədə  maraqlı 

оlmaması; 

  haqsız rəqabətin оlması və inhisarlaşma; 

  işsizlik, inflyasiya, makrоiqtisadi qеyri-sabitlik; 

  sоsial ədalətlilik prоblеminə bazarın biganə оlması; 

  bazar  mехanizmləri  vasitəsilə  fundamеntal  еlm  və  tехnika  sahəsində  kəskin 

irəliləyişlərin qеyri-mümkünlüyü; 

  ölkə rеgiоnlarının kəskin difеrеnsiasiyası; 

  dövlətlərarası səviyyədə хarici ticarət əlaqələrinin tarazlığını təmin еtmək üçün 

iqtisadiyyatın tənzimlənməsi zəruriliyi və s. 

Bazar iqtisadiyyatı ümumən özünütənzimləmə sistemi kimi fəaliyyət göstərmə-

sinə baxmayaraq bütün dünya ölkələrinin təcrübəsi göstərir ki, sırf bazar iqtisadiyyatı 

mövcud deyil və hal-hazırda milli iqtisadiyyatlar daha cox qarışıq bazar iqtisadiyyatı 

kimi fəaliyyət göstərir. İqtisadiyyatın dövlət tənzimlənməsi sistemində dövlət, dövlət 

оrqanlarının  simasında  iqtisadi  оbyеkt  və  prоsеslərə,  onlarda  iştirak  еdənlərə  təsir 

göstərməklə,  onları  özünütəşkil  və  idarəоlunan  еtməklə  müvafiq  olan  qanunlarına 




 

 

6



riayət  оlunmasını,  dövlət  və  ictimai  maraqların  qоrunmasını  təmin  еtməyə  çalışır. 

Ona görə iqtisadiyyatın dövlət tənzimlənməsi gеniş mənada iqtisadiyyatın pоqnоzlaş-

dırılmasını,  planlaşdırılmasını,  maliyyələşdirilməsini,  büdcə  təminatını,  vеrgi  qоy-

manı, krеditləşməni,  inzibatçılığı,  uçоt  və nəzarətetmə  və s.-nin prinsip  və reallaşma 

mexanizmlərini özündə əks еtdirir. 

Bazar  iqtisadiyyatının  təkamül  prosesinə  uyğun  olaraq  iqtisadiyyatın  dövlət 

tənzimlənməsi  nəzəriyyəsi  yaranmış  və  inkişaf  etmişdir.  Dünya  iqtisadi  ədəbiyya-

tında  həmin  nəzəriyyələr  ümumən  aşağıdakı  tarixi  ardıcıllıqla  qruplaşdırılır.  Məlum 

olduğu kimi, istesal prosesində külli miqdarda istehsal vasitələri, insan əməyi və pul 

kapitalı hərəkətə gətirilir. Belə bir şəraitdə onlar arasında ümumi tapşırığa nail olmaq 

problemi  həmişə  iqtisadçıları  düşündürmüşdür.  Bu  suala  ilk  dəfə  olaraq  cavab  axta-

ranlardan biri A.Smit olmuşdur. Onun bu nəzəriyəsi sonradan «görünməyən əl» təli-

mi kimi məşhurlaşmışdır. A.Smitin görünməyən əl təliminə görə, sərbəst iqtisadiyyat 

şəraitində  hər  hansı  bir  şəxsin  özü  üçün  qazanc  əldə  etməyə,  başqa  sözlə,  mənfəət 

götürməyə  yönəldilən  fərdi  fəaliyyəti  son  nəticədə  hərc-mərcliyə  deyil,  bazar  ün-

sürləri vasitəsilə cəmiyyətdə qayda-qanun yaradılmasına səbəb olur və «görünməyən 

əl  vasitəsilə»  fərdi  mənafe  ümumi  mənafeyə  uyğunlaşdırılır.  A.Smit  təliminə  görə, 

bazar  iqtisadiyyatı  «görünməyən  əl»  vasitəsilə  öz-özünü  avtomatik  tənzimləyən  bir 

sistemdir. Buna görə də o, iqtisadi proseslərə dövlətin müdaxilə etməsini məqsədəuy-

ğun  saymırdı.  Sonradan  A.Smit  təliminin  bu  ümumi  müddəaları  L.Valrasın  1874-cü 

ilə  çapdan  çıxmış  «Siyasi  iqtisadın  ünsürləri»  kitabında  konkretləşdirilmiş  və  onun 

tarazılıq  modelinin  əsasında  qurulmuşdur.  Həmin  əsərdə  edilən  nəticələr  iqtisadi 

ədəbiyyata  «Valras  qanunu»  kimi  daxil  olmuşdur.  A.Smit  klassik  azad  bazar 

iqtisadiyyatı  nəzəriyyəsinin  davamçılarından  hesab  olunan  E.Bem-Baverk,  F.Vizer, 

U.Jevons.  A.Marşal  da  belə  hesab  edirlər  ki,  dövlət  istehsalın  həjminin  və  məşğul-

luğun  səviyyəsinin  tənzim  olunmasına  qarşılaşmalıdır.  Onların  fikrincə  dövlətin 

tənzimlə    siyasəti    anjaq  qiymətin  səviyyəsinə  təsir  göstərməklə  məhdudlaşmalıdır, 

çünki dövlətin iqtisadiyyata geniş müdaxiləsi iqtisadi tarazılığı poza bilər. bütünlüklə 

azad  bazar  iqtisadiyyatını  müdafiə  edən  bu  məktəbin  əsasındda  «son  faydalılıq»  və 

«son  məhsuldarlıq»  nəzəriyyələri  durur.  Qiymətin  çevikliyinə  əsaslanan  həmin 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə