Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

 

 

22



tənəzzülü, büdcə kəsiri və s. neqativ təzahürləri aradan qaldırmaq üçün dövlət onların 

meyarlarını öyrənməlidir. 

Dövlət  özünün  tənzimləyici  funksiyasını  yerinə  yetirmək  üçün  müvafiq  qanun-

vericilik aktları və qərarlar qəbul edərək və eləcə də müəyyən iqtisadi siyasət həyata 

keçirərək sahibkarlıq  fəaliyyətinə  və  ölkə  iqtisadiyyatına  iqtisadi (dolayı)  və  inzibati 

(birbaşa)  təsir  metodlarından  istifadə  edir.  Bazar  iqtisadiyyatlı  ölkələrin  təcrübəsi 

göstərir  ki,  iqtisadiyyatın  reformasiyası  şəraitində  və  iqtisadi  tənəzzül  vəziyyətində 

dövlətin  tənzimləyici  rolu  artır,  iqtisadi  sabitlik  və  dirçəliş  mərhələsində  isə  azalır. 

Ancaq  bütün  hallarda  dövlət  sahibkarlıq  fəaliyyətinə  və  ölkə  iqtisadiyyatına  elə 

müdaxilə  etməlidir  ki,  bazar  münasibətlərinin  formalaşmasına  maneçilik  törətməsin 

və böhran təzahürlərinə yol verməsin. 

İqtisadiyyatın tənzimlənməsi  üçün  dövlətin istifadə etdiyi  iqtisadi  vasitələr  həd-

dindən  ziyadə  çoxdur,  ancaq  onlardan  əsasları  vergi,  gəlirin  və  resursların  yenidən 

bölgüsü, qiymətqoyma, dövlət sahibkarlıq fəaliyyəti, kredit-maliyyə mexanizmi və s. 

hesab edilir. 

İqtisadi metoddan istifadə mümkün olmayanda və ya lazımi səmərə verməyəndə 

dövlət  inzibati  metoddan  istifadə  etməlidir.  Dünya  təcrübəsi  göstərir  ki,  inzibati 

metodun aşağıdakı sahələrdə tətbiqi daha səmərəlidir: 

  təbii inhisarçılıq; 

  ətraf mühitin mühafizəsi və resurslardan istifadə; 

  sertifikatlaşdırma, standartlaşdırma, metrologiya; 

  sosial siyasət, hər şeydən öncə əhalinin minimum yaşayış səviyyəsinin müəy-

yənləşdirilməsi və təmin edilməsi. 

Sahibkarlıq fəaliyyətini və bütövlükdə iqtisadiyyatı inkişaf etdirmək üçün dövlət 

mü-vafiq  iqtisadi  siyasət  həyata  keçirməlidir.  İqtisadi  siyasət  fiskal,  elmi-texniki, 

investisiya, qiymət, ammortizasiya, kredit-pul və s. tədbirləri özündə əks etdirməlidir. 

Bazar  iqtisadiyyatlı  ölkələrin  təcrübəsi  göstərir  ki,  xüsusi  mülkiyyətlə  dövlət 

mülkiyyəti yanaşı, lakin müxtəlif nisbətlərdə inkişaf etdirilə bilər. Dövlət sektorunun 

fəaliyyət  miqyası  konkret  şərait  və  vəziyyətdən,  bazar  iqtisadiyyatının  təşəkkül 

mərhələsindən  asılı  olaraq  həyata  keçirilir.  Qərb  dövlətlərinin  dövlət  sektorunda 




 

 

23



çoxlu sayda əhali məşğuldur. Məsələn, Fransa, İtaliya, Almaniya, Belqiya və Hollan-

diyada  ümumi  işçilərin  8-11  faizi  dövlət  sektorunda  çalışır.  ABŞ-da  dövlət  mülkiy-

yəti ölkənin milli sərvətinin 20 faizindən çoxunu təşkil edir. Bu göstərici Yaponiyada 

daha  yüksəkdir.  Hazırda  Yaponiyada  1125-dən  çox  iri  müəssisə  dövlət  sektorunda 

fəaliyyətini davam etdirir. 

Sahibkarlıq fəaliyyətinin inkişafı bazar münasibətlərinin tələbləri ilə ahəngdarlıq 

təşkil etməli və bu istiqamətdə formalaşan sivil rəqabət amilinə xüsusi diqqət yetiril-

məldiir.  Məhz  belə  yanaşma,  dünya  təcrübəsində  olduğu  kimi,  bazar  iqtisadiyyatı 

yolu ilə inkişaf etməkdə olan Azərbaycan dövlətinin də qarşısına ciddi tələblər qoyur. 

Bu tələblər çərçivəsində istehlakçının seçimi və onun hüquqlarının qorunması xüsusi 

zərurətdən  çıxış  edir.  Ölkədə  istehlakçıların  hüquqularının  müdafiəsinin  qorunması 

ilə  bağlı  müvafiq qanunvericilik sənədləri  qəbul edilsə də,  iqtisadi  inkişafın  miqyas-

larının  genişlənməsi,  dünya  iqtisadiyyatına  ciddi  təsir  göstərən  qlobal  proseslər  bu 

sahənin  qanunvericilik  və  hüquqi  bazasının  inkişafını  zəruriləşdirir.  Belə  ki,  məhsul 

növlərinin  sertifikatlaşdırılması  və  standartlaşdırma  qaydalarının  təkmilləşdirilməsi, 

məhsulun  keyfiyyətinə  nəzarətin  qayda  və  prosedurlarının  müəyyənləşdirilməsi,  bu 

istiqamətdə  ictimai,  istehlakçı  nəzarət  qiymətinin  genişləndirilməsi  xüsusilə  üsütün-

lük verilməsi vacib amildir. 

Sərbəst sahibkarlıq mühitinin və bazar  mexanizminin funksional fəaliyyət şərai-

tinin  hüquqi  təminatının  inkişafı  da  müasir  iqtisadi  inkişaf  üçün  vacib  məsələdir. 

Məsələnin həllində bazar mexanizminin bütün həlqələrinin funksional fəaliyyəti üçün 

münbit  şəraitin  yaradılması  xüsusilə  vacibdir.  Bu  baxımdan  bazar  mühitində  sərbəst 

və  sağlam  rəqabət  şəraitinin  təmin  edilməsinə,  azad  sahibkarlıq  və  rəqabət  qaydala-

rının tənzimlənməsinə, sərbəst bazar qiymətlərinin formalaşmasına zəruri şəraitin ya-

radılmasına,  işçi qüvvəsinin,  malların  və  xidmətlərin  göstərilməsinin daxili  və  xarici 

bazarda sərbəst yerləşməsinin təkmilləşdirilməsinə kömək genişləndirilməkdədir. 

Bazar  iqtisadiyyatı  şəraitində  sahibkarlığın  inkişafında  müəssisədaxili  proses-

lərin  təhlilinə,  bu  istiqamətdə  iqtisadi  və  maliyyə  vəziyyətinin  qiymətləndirilməsinə 

olan yanaşma sirf bazar tələblərinə uyğunlaşdırılmalıdır. Kartel təcrübəsinə nəzarətin 

müəyyənləşdirilməsi,  birgə  sahibkarlıq  fəaliyyətinin  inkişafı  üçün  əlverişli  şəraitin 




 

 

24



təmin  edilməsi,  kapitalın  sahələr  üzrə  yerdəyişməsinin,  firmalar  üzrə  axınının  və 

birləşməsinin genişləndirilməsi bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Həmçinin 

sahibkarlıq  fəaliyyətinə  təsir  edən  hər  cür  bürokratik  əngəllərin  aradan  qaldırılması, 

onların  fəaliyyətinə  təsirlərin  heçə  endirilməsi  bu  sahədə  dövlət  tənzimlənməsinin 

qarşısında duran ən vacib vəzifələrdən biridir. 

Sahibkarlıq  fəaliyyətinin  inkişafı sivil bazar  münasibətləri  mexanizminin tətbiqi 

ilə  sıx  bağlıdır.  Belə  vasitələrin  formalaşmasında  və  inkişafında  sahibkarlıq  subyek-

tlərinin də rolu danılmazdır. İlk növbədə, sahibkarlıq fəaliyyəti üzrə etik-hüquqi nor-

maların  formalaşması  azad  və  sivil  bazar  rəqabəti  formalarının  inkişafına,  haqsız 

rəqabət  meyllərinin  aradan  qaldırılmasına  müsbət  təsir  göstərir.  Bazar  münasibət-

lərinin  daha  sivil  üsullarla  tənzimlənməsində  bu  amil  xüsusi  aktuallığı  ilə  səciyyə-

lənir.  Məsələyə  belə  yanaşma  bazar  münasibətlərinin  tənzimlənməsində  səmərəli 

metodlardan  istifadəyə, bu sahədə sivil tənzimləmə qaydalarının tətbiqinə  və  hüquqi 

təminatının  formalaşmasına  əsaslı  təkan  vermiş  olur.  Xüsusilə,  dünya  təcrübəsində 

mövcud olan haqsız rəqabət meyllərinin aradan qaldırılmasında, məqsədyönlü antiin-

hisar siyasətinin aparılmasında belə  vasitələrdən daha geniş  istifadə edilir. Sahibkar-

lıq  fəaliyyətində  etik-hüquqi  normaların  gözlənilməsinin  təminatı  ilə  bağlı  zəruri 

tədbirlərin  hazırlanması  və  qəbul  edilməsində  aşağıdakı  istiqamətlərə  xüsusi  diqqət 

yetirilməlidir: inzibati, işgüzar etik

 

norma və qaydaların müəyyən edilməsi və onların 



icarsına  nəzarət; korrupsiya, dələduzluq  və digər bu  yönümlü  hərəkətlərlə  mübarizə-

nin gücləndirilməsi; qeyri-qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə qarşı 

mübarizənin  aparılmasına  nəzarət  və  qeyri-qanuni  biznes  nəticəsində  əldə  olunan 

gəlirlərin  müəyyənləşdirilməsi  və  onlara  qarşı  tədbirlərin  görülməsi  (çirkli  pulların 

yuyulması  prosesinin  qarşısının  alınması)  və  digər  bu  istiqamətli  tədbirlərin  həyata 

keçirilməsi. 

Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olanlar  tərəfindən  kommersiya  praktikası  üzrə 

normalara  vicdanla  riayət  edilməsini  tənzimləyən  təminatların  olması  artıq  müasir 

dünya  təcrübəsində  daha  ciddi  qəbul  edilməkdədir.  Belə  ki,  sahibkarlıq  fəaliyyəti 

üzrə  məsuliyyətin  daha  geniş  səpkidən  müəyyənləşdirilməsi  və  bu  sahədə  məcburi 

hüquq  normalarının  təmin  edilməsi,  sahibkarlıq  fəaliyytəinin  subyektləri  arasında 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə