Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 

 

25



yaranmış mübahisələrin həllində daha sivil metodlardan istifadəyə üstünlük verilməsi 

vacib məsələlərdəndir. Bazar münasibətlərinin inkişafı zəruri və səmərəli tənzimləmə 

mexanizminin olmasını ön plana çəkir. Müasir iqtisadi münasibətlərin tənzimlənməsi 

dövlətin  bu  proseslərdə  məqsədyönlü  iştirakını  aktuallaşdırır.  Təbii  ki,  bazar  müna-

sibətlərinin  tənzimlənməsinə  dövlətin  təsir  mexanizmi  səmərəli  bazar  tənzimləmə 

mexanizmi ilə uyğunluq təşkil etməli və bu istiqamətdə həyata keçirilən bütün tədbir-

lər  ölkədə  sosial-iqtisadi  inkişafın  yüksəldilməsinə  yönəlməlidir.  Azərbaycanda  apa-

rılan  iqtisadi  islahatların,  sahibkarlıq  fəaliyyətinin  inkişafı  üzrə  həyata  keçirilən  təd-

birlərin ən əsas istiqaməti də belə müsbət yönümlülüyü ilə səciyyələndirilə bilər. İqti-

sadi  inkişafın qarşısında duran bütün çətinliklərin aradan qaldırılmasında sahibkarlar 

dövlətlə bir cəbhədən çıxış etməli, mövcud vəziyyətin tədqiqində, yaranmış problem-

lərin aradan qaldırılması prosesində daha fəallıq göstərməlidirlər. Müasir demokratik 

bazar münasibətlərinin qarşıya qoyduğu tələblər də məhz bu mühüm amillə uyğunluq 

təşkil edir.  



 

1.3. Sənaye siyasəti və onun ölkə sənayesinin inkişafına təsiri 

Sənaye  siyasəti  dedikdə  ölkədə  iqtisadi  artım  bazasının  yaradılması,  inkişafı  və 

keyfiyyətcə  yeniləşdirilməsi,  ölkə  iqtisadiyyatının  dünya  təsərrüfatına  səmərəli 

inteqrasiya  olunan  rəqabət  qabiliyyətli  strukturunun  formalaşdırılması  məqsədilə 

ölkənin  resurs  potensialnın  iqtisadiyyatın  sahələri  arasında  və  sahələr  daxilində 

bölgüsünə  və  yenidən  bölgüsünə  istiqamətlənmiş  məqsədəuyğun  və  kompleks 

tədbirlər sistemi başa düşülür.  

Sənaye  siyasətinin  işlənilməsi  üçün  əvvəlcə  ölkə  iqtisadiyyatının  və  onun  aparıcı 

sahələrinin  mövcud  vəziyyəti  araşdırılmalı,  onun  inkişaf  potensialı  qiymətləndiril-

məli, ayrı-ayrı sahələrin yerli, regional və qloval beynəlxalq bazarlarda rəqabət üstün-

lükləri  müəyyənləşdirilməli,  habelə  xarici  ölkələrin  müvafiq  təcrübəsi  dərindən 

öyrənilməli  və qiymətləndirilməlidir. Bunların əsasında siyasətin prinsipləri,  məqsəd 

və  vəzifələri,  inkişaf  istiqamətləri  və  prioritetləri  dəqiqləşdirilir.  Sonra  işlənilmiş 

siyasətin reallaşdırılması üçün mıvafiq inkişaf  proqramı hazırlanır, habelə proqramın 




 

 

26



yerinə  yetirilməsi  üçün  zəruri  olan  resursların  həcmi,  mənbələri,  əldə  edilməsi 

üsulları və başqa məsələlər detallaşdırılır.  

Sənaye  siyasətinin  hazırlaması  və  yerinə  yetirlməsi  zamanı  xüsusi  və  ümumi 

alətlərdən  istifadə  edilir,  xüsusi  alətlər  dedikdə  konkret  sənaye  sterasında  tənzimlə-

yici alətlər (amortizasiya siyasətinin; dövlətin tədarük siyasəti; texnoloji siyasət  və  ) 

başa düşülür. Ümumi alətlərə isə ümumi iqtisadi prosesləri tənzimləyci alətlər (vergi 

siyasəti, pul-kredit siyasəti və) aiddir. Sənaye siyasətinin tərkibində xüsusi və ümumi 

alətlərin  çəkisi  dövlətin  apardıği  siyasətdən  aslı  olaraq  dəyişə  bilər.  İqtisadi 

ədəbiyyatlardan  sənaye  siyasətinin  tərkibində  ümumi  və  xüsusi  alətlərin  çəkisindən 

asılı olaraq aşağıdakı tip sənaye siyasətlərin fərqləndirirlər: 

 “Passiv”  sənaye  siyasəti  -  bu  siyasət  zamanı  ümumi  alətlərə  daha  çox  fikir 

verilir,  xüsusilədə  maliyyə  və  pul  –kredit  siyasətinə.  “Passiv”  sənaye  siyasətində 

nəzəri cəhətdən əsas məqsəd sənayenin inkişaf etdirilməsidirsə, praktik cəhətdən əsas 

məqsəd  maliyyə  sabitliyinə  nail  olunmasıdır.  Bu  siyasət  sanki  maliyyə  sabitliyi 

siyasətinin  bir  hissəsidir.  “Passiv”  sənaye  siyasətində  isə  sənaye  müəssisələrin  inki-

şafı arxa pılana keçir. Xüsusi alətlərdən demək olar ki, istifadə edilmir. 

“Aktiv” sənaye siyasəti - bu siyasət zamanı həm ümumi həm də xüsusi alətlər-

dən istifadə edilir. “Aktiv” sənaye siyasəti zamanı ümumi və xüsusi alətlər bir-birini 

tamamlamalıdır,  yəni  istfadə  olunan  alətlər  bir-birinə  zid  olmamaldır.  Yəni  məsələn 

dövlət tərəfindən yürüdülən vergi siyasəti sənaye müəssisələrinin inkişafını ləngitmə-

məli əksinə onların  inkişafını stimullaşdırmalıdır. Ona  görə də  respublikanın  ümumi 

iqtisadi  inkişaf  strategiyası  işlənib  hazırlanarkən  həyata  keçirilən  tədbirlər  konplek-

sinin (siyasətlər) bir-birinə uyğunlaşdırılması zəruridir. Bir birini tamamlayan siyasət-

lərin yürüdülməsi iqtisadi inkişafın hərəkətverici qüvvəsi ola bilər. Hal-hazırda respu-

blikamızda  sənaye  istehsalın  yüksəltmək  üçün  məhz  “aktiv”  sənaye  siyasəti  işlənib 

hazırlanmalıdır.  

Sənaye siyasəti hazırlanarkən aşağıdakı prinsiplərə riayət edilməsi məqsədəuy-

ğun hesab edilir:  




 

 

27



1.  Sənayedə  hər  bir  sahənin  müasir  vəziyyəti  və  sahənin  umumi  iqtisadi  inki-

şafda tutduğu yeri nəzərə alınmalıdır. Sənaye-müxtəlif sahələrin vəhdətidir. Bu sahə-

lərin  oxşar  cəhətlərinin  olmasına  baxmayaraq  hər  bir  sahənin  özünə  məxsus  xarak-

terik cəhətləri  var. Çox  vaxt bu cəhətlər bir biri  ilə ziddiyət təşkil edir. Ona  görə də 

sənaye siyasəti hazırlanarkən hər bir sahənin xarakterik xüsusiyyətləri nəzərə alınma-

lıdır.  


2.  Sənaye  siyasəti  hazırlanarkən  hər  bir  sahənin  inkişafı  üçün  ayrıca  siyasət 

işlənib  hazırlanmalıdır.  Müxtəlif  sahələrin  inkişafı  üçün  nəzərdə  tutulmuş  tədbirlər 

bir-birin tamamlamalıdır. Sənaye siyasəti ayrı-ayrı sahələrin inkişaf siyasətini sintezi 

kimi  təsəvvür  olunmaldır.  Bundan  əlavə  müxtəlif  inkişafı  üçün  hazırlamış  tədbirlər 

sistemi  bir-birini  tamamlamaldır.  Belə  ki,  energetika  sənayesində  aparılan  qiymət 

siyasəti  bu  sahənin  maliyyə  vəziyyətini  pisləşdirirsə  digər  tərəfdən  bu  siyasət 

istehlakçıların  maragina  uyğundur.Yürüdülən  siyasət  bir  sahənin  maraqlarına  uyğun 

digər  sahənin  maraklarına  ziddirsə  belə  siyasət  qeyri  neytral  siyasət  adlanır.  Qeyri-

neytral  siyasət  aşağıdakıları  misal  göstərmək  olar:  vergi  və  gömrük  siyasəti,  sərt 

maliyyə  siyasəti  məzzənə  siyasəti  və  s.  Beləliklə  sənaye  siyasəti  hazırlanarkən  həm 

sahə həm də sahələr arası “gəlir xərc” təhlili aparılmalıdır. Müasir dövrdə respublika-

mızda aparılan siyasət yalnız energetika kompleksinin inkişafını stimullaşdırır.  

3. Sənaye siyasəti hazırlanarkən onun yerinə yetirilməsi üçün iqtisadi ağırlığın 

səmərəli  bölgüsü.  Dövlət  tərəfindən  işlənən  sənaye  siyasətində  hər  bir  sənaye 

sahəsinin inkişaf istiqamətləri dəqiq göstərməlidir. Sənaye siyasətində qarşıya qoylan 

məqsədlərə  nail  olmaq  üçün  müxtəlif  nazirlik  dövlət  orqanları  və  digər  təsərrufat 

subyektləri qarşısına konkret vəzifələr qoyulmaldır. Kokret vəzifələri yerinə yetirmək 

üçün  nazirlik,  dövlət  orqanları  və  digər  təsərrufat  orqanlarının  səmərəli  işini  təmin 

etmək  üçün  əlaqələndirici  orqan  olmaldır.  Bu  orqan  sənaye  siyasətinin  yerinə 

yetirlməsi ilə bağlı tam məsuliyyət daşımaqla bərabər siyasətin həyata keçirilməsində 

məsuliyyəti  olan  digər  orqanların  işinə  nəzarət  hüququn  əldə  edir.  Bundan  əlavə 

orqan  sənaye  siyasətinin  yerinə  yetirilməsi  üçün  iqtisadi  ağırlığın  digər  orqanlar 

arasında məsuliyyət çərçivəsində bölgüsündə həyata keçirilməlidir, 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə