Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 

 

31



 Sənayedə institusional islahatların aparılması;  

 Mülkiyyət  islahatlarının (özəlləşdirmənin) əsasən başa çatdırılması;  

 Müəssisələrin fəaliyyətinin bazar münasibətlərinə adaptasiyası; 

 Kapitalın sahələrarası axını mexanizminin hərəkətə gətirilməsi; 

 Resursların mobilliyinin təmin edilməsi; 

 Struktur  dəyişikliklərinin  sosial  amillərinin  nəzərə  alınması  (əmək  məhsuldar-

lığı, əmək hüquqları, işçilərin peşə-ixtisas hazırlığı). 

Sənaye-struktur  siyasətinin iki tipi fərqləndirilir: ümumi-sistemli və seçmə.  



Ümumi-sistemli  sənaye  siyasəti.  İstehsalın  inkişafına  əlverişli  şəraiti  təmin 

edən  ümumi  şərtlərin  yaradılmasına  istiqamətləndirilir.  Belə  tədbirlər  hamı  üçün 

ümumi  olan  iqtisadi,  institutsional,  təşkilati  və  hüquqi  mühit  formalaşdıraraq  bütün 

bazar subyektlərinə bərabər təsir göstərir.  

Ümumi-sistemli sənaye siyasətinin istiqamətləri aşağıdakılardır:  

1. Sənayedə  pozitiv  struktur  dəyişiklərinin  baş  verməsi  üçün  qanunverici  və 

institusional şəraitin formalaşdırılması:   

  Qanunun aliliyinə əsaslanan sabitliyin təmin edilməsi;  

  Dövlətə inam və etibarın artırılması;  

  Mülkiyyət hüquqlarının qorunması; 

  Müstəqil və ədalətli məhkəmə sisteminin qurulması; 

  Müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təminatı;  

  Çevik və ədalətli müflisləşmə və iflas prosedurunun yaradılması; 

  Əhalinin  iqtisadi  gözləntilərinin  bədbinlikdən  nikbinliyə,  pessimizdən  opti-

mizmə  dəyişilməsinin  təmin  edilməsi,  inkişaf  üçün  çox  vacib  olan  milli  ruh  yüksə-

lişinin formalaşdırılması və s.  

2. Səmərəli beynəlxalq və regional inteqrasiya siyasəti:  

  Ölkənin milli maraqlarına uyğun olan regional əlaqələrin genişləndirilməsi; 

  Beynəlxalq və regional təşkiltlarda və tədbirlərdə ölkənin  milli  maraqların və 

yerli şirkətlərin mənafeləriin təmin edilməsi; 




 

 

32



  Tarif  və  qeyri-tarif  tənzimləmə  metodları  və  vasitələrindən  səmərəli  istifadə 

etməklə daxili bazarın qorunması;  

  Daxili  bazarın  xarici  məhsulların  haqsız  rəqabətindən  və  insan  sağlamlığı 

üçün təhlükəli mallardan qorunması;  

  Xarici  bazarda  milli  məhsullarının  rəqabətliliyinin  gücləndirilməsi  üçün  belə 

məhsulların beynəlxalq sertifikasiyasında dövlət dəstəyinin tətbiqi;  

  Xarici  bazarlarda  milli  məhsulların  satışını  təşkil  edən  birgə  müəssisələrin  

yaradılmasına yardım göstərilməsi;  

  Sənaye  məhsullarının  ixracının  artırılmasına  siyasi  və  diplomatik  dəstəyin 

göstərilməsi 

3. Yerli istehsal məhsullarının bazarının genişləndirilməsi:  

  Əhalinin alıcılıq qabiliyyətinin artırılması və başqa vasitələrlə  ümumi  tələbin 

stimullaşdırılması;  

  Daxili bazarda yerli və xarici istehsal malları üçün rəqabət şərtlərinin bərabər-

ləşdirilməsi; 

  Milli məhsulların xarici bazarlara çıxışı üçün şərait yaradılması; 

  Tələbin  öyrənilməsində  və  marketinq  tədqiqatlarında  müəssisələrə  yardım 

göstərilməsi;  

  Milli məhsulların alışına çağırış kampaniyaları və s. 

4. Dövlət infrastruktur siyasəti:  

  İstehsal  infrastrukturunun  (nəqliyyat,  rabitə,  kommunikasiya  xətləri,  enerji 

təminatı) yenidən qurulması və beynəlxalq standartlar səviyyəsinə çatdırılması;  

  Bazar infrastrukturunun formalaşdırılması və inkişafının təmin edilməsi; 

  Sığorta bazarının inkişafı; 

  Sosial infrastrukturun təkmilləşdirilməsi; 

  Özəl pensiya fondlarının inkişafı. 

5. Təbii  inhisarların  islahatı,  habelə  inhisar  fəaliyyətinin  və  haqsız  rəqabətin 

qarşısının alınması və azad rəqabətin inkişafı  

  Təbii inhisarların restrukturizasiyası; 



 

 

33



  Dövlət büdcəsindən subsidiyalaşdırma sisteminin aradan qaldırılması;  

  Təbii  inhisarların  mal  və  xidmətlərinin qiymətlərinin dövlət  tərəfindən tənzi-

mlənməsi sistemi və metodlarının təkmilləşdirilməsi;  

  İnhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması.  

6. Ətraf-mühitin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi və s.  

Seçmə  sənaye  siyasəti  bazar  subyektlərinin  müəyyən  qruplarına  (ayrı-ayrı 

sahələrə  və  istehsal  növlərinə,  regional  və  s.)  məqsədəuyğun  təsiri  nəzərdə  tutur.  Belə 

siyasət əsasən mikroiqtisadi xarakter daşıyır. Belə siyasət də hökumətin tənzimləyici  və 

idarəedici fəaliyyəti, real sektora münasibətdə onun fəal müdaxiləsi daha qabarıq nəzərə 

çarpır.    Bununla  belə,  istehsalın  seçmə  qaydasında  dəstəklənməsi  yalnız  o  halda  daha 

səmərəli olur ki, bazar subyektlərinin normal fəaliyyəti üçün makroiqtisadi, infrastruktur 

və  hüquqi  mühitin  formalaşdırılmasına  olan  zəruri  tələblər  mümkün  maksimum 

dərəcədə  yerinə  yetirilmiş  olsun.  Əgər  belə  şərait  yaradılmayıbsa,  onda  seçmə  sənaye  

siyasəti bir çox hallarda gözlənilməz nəticələrə gətirib çıxara bilər. 

Respublikamızda  yürüdüləcək  sənaye  siyasətinin  əsas  istiqamətlərindən  bir  də 

texnoloji  və  texniki  siyasətin  həyata  keçrilməsidir.  Müasir  dövrdə  respublikamızda 

mövcud  olan  istehsal  fondlarıın  çox  hissəsi  fiziki  və  mənəvi  cəhətdən  köhnəlmişdir. 

Bununla əlaqədar texniki və texnoloji siyasətin həyata keçirilməsi zəruridir. Bu siyasəti 

həyata  keçirmək  məqsədilə  külli  miqdarda  maliyyə  vəsaiti  lazimdır.  Respublikada 

sənaye  müəssisələrin  mövcud  vəsaitlərin  texniki  baxımdan  modernləşdirilməsi  üçün 

mərhələli  sistemdən  istifadə  edilə  bilər.  Bu  sistemin əsas  mahiyyəti  ondan  ibarətdir  ki, 

ilk növbədə istehsal vəsitələri istehsal edən müəsisələrdə zəruri avadanlıqlar modernləş-

dirilir.  Maliyyə  mənbəyi  kimi  neftdən  gələn  gəlir,  xarici  investisiyalar  və  digər  daxili 

mənbələrdən  istifadə oluna bilər sonraki  mərhələlərdə  isə zəncirvari  bir-biri  ilə əlaqədə 

olan sənaye müəssisələrində texniki və texnoloji yeniləşmə aparılır.  

Texniki və texnoloji siyasət sənaye siyasətinin ən mühüm komponnentlərindən 

biridir.  Ona  görə  də  sənaye  siyasəti  hazırlanarkən  bu  problem  daha  dərindən  təhlil 

olunmalı, respulika sənayesində əsas  fondların texnki səviyyəsi texnoloji  proseslərin 

dünya  bazarında  rəqabət  qabiliyətli  məhsular  istehsal  etmək  imkanları  məhz  nəzərə 

alınmalıdır 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə