Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
  1   2   3   4   5   6   7   8   9   ...   26


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ   

«MAGİSTRATURA MƏRKƏZİ» 

 

 



Əlyazması hüququnda 

İbrahimov  Murad  Fizuli  oğlunun 



(Magistrantın A.S.A.) 

 

«Sənaye iqtisadiyyatının dövlət tənzimlənməsi» mövzusunda 



 

M A G İ S T R   D İ S S E R T A S İ Y A S I 

 

 

 

 

 

İxtisasın şifri və adı:     060405        Sənayenin təşkili və idarə edilməsi 



 

                                                                                                                                             

İxtisaslaşmanın adı:                          İstehsal və xidmət sahələrinin iqtisadiyyatı  

                                                                 və idarə edilməsi 

                     

                                                    

 

Elmi rəhbər: 

 

 

                                   i.e.d., professor, T.Ə.Hüseynov                                         

 

                                                                           

(elmi dərəcə və elmi ad, A.A.S.)

  

 

Kafedra müdiri:                                                          i.e.n., dosent, Ə.V.Hacıyev 

                                                                                                   (elmi dərəcə və elmi ad, A.A.S.)  

 

Magistr proqramının rəhbəri:                                   i.e.n., dosent, A.S.Mehtiyev 

                                                                                     

(elmi dərəcə və elmi ad, A.A.S.)  

 

 



 

BAKI  - 2015 

 


 

 

2



 

 

MÜNDƏRİCAT 

Giriş......................................................................................................................3



 

Fəsil  I: 

Bazar  münasibətləri  şəraitində  sənayenin  inkişafının  dövlət  tənzimlən-

məsinin nəzəri -metodoloji əsasları............................................................................5 

1.1.  İqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri əsasları və modelləri..................5 

1.2.  Müasir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi.................18 

1.3.  Sənaye siyasəti və sənayenin inkişafında onun rolu.........................................25 



Fəsil II: 

Azərbaycanda sənayenin inkişafının müasir vəziyyəti və dövlət tənzim-

lənməsi problemləri...................................................................................................34

 

2.1.



 

Azərbaycan sənayesinin müasir vəziyyəti və inkişaf meyllərinin tədqiqi............34 

2.2.

 

Azərbaycanda  sənayenin  inkişafının  dövlət  tənzimlənməsinin  mövcud 



vəziyyətinin qiymətləndirilməsi.............................................................................43 

Fəsil III: 

Müasir şəraitdə ölkə sənayesinin inkişafının dövlət tərəfindən tənzim-

lənməsinin təkmilləşdirilməsi istiqamətləri.............................................................53 

3.1.  Мцасир  шяраитдя  ölkə  сянайеsiнин  ярази  цзря  тяшкилинин  дювлят  тянзимлянмяси-

нин ясас истигамятляри..........................................................................................53 

3.2.  Sяnayedя  иnvestиsиya  qoyuluшlarыnыn  dövlət  tərəfindən  stиmullaшdыrыlmasы  yol-

larы......................................................................................................................64 

3.3.  Ölkə  сянайесиндя  рягабятгабилиййятли  мящсул  истещсалынын  dövlət  tərəfindən 

стимуллашдырылмасы istiqamətləri............................................................................70 

 

NƏTİCƏ VƏ TƏKLİFLƏR........................................................................................75 



İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT.........................................................................79 

 

РЕЗЮМЕ...................................................................................................................81 



SUMMARY................................................................................................................82 

 

 



 


 

 

3



GİRİŞ 

Mövzunun aktuallığı. Sənayenin  inkişaf səviyyəsi  istənilən ölkənin stabil  iqti-

sadi  inkişafının  təmin  edilməsinin  mühüm  amillərindən  biridir.  Çünki  sənaye  iqtisa-

diyyatın  mürəkkəb  sahəsi  kimi,  cəmiyyətin  müxtəlif  tərəflərinin  inkişafını  tələb  edir 

və  bu  inkişaf  səviyyəsindən  asılı  olaraq  da  onun  rəqabət  qabiliyyəti  formalaşır.  Son 

dövrlərdə  ölkədə  aparılan  genişmiqyaslı  köklü  islahatlar  nəticəsində  iqtisadiyyatın 

bütün  sahələrində  olduğu  kimi,  sənayenin  də  dirçəlişinə  səbəb  olmuşdur.  Son  illər 

istehsal  sahələrinin  inkişaf  etdirilməsi,  yeni  müəssisələrin  yaradılması,  xüsusən  də 

ölkənin  neft-qaz  sənayesinin  sürətli  inkişafı  ümumi  daxili  məhsulun  strukturunda 

sənaye  istehsalının  payının  getdikcə  artmasına  gətirib  çıxarmışdır.  Belə  ki,  respub-

likamızda 2013-cü ildə ÜDM-in 58,7 faizi ölkə sənayesinin payına düşmüşdür. Lakin 

bu  sürətli  artım  əsasən  ölkədə  həyata  keçirilən  uğurlu  neft  strategiyasının  və  neft 

sektorunun  hesabına  baş  vermişdir.  2013-cü  ildə  ölkədə  istehsal  edilən  ÜDM-in 

yarısına  qədəri  neft  sektorunda  yaradılıb  və  sənaye  məhsullarının  74,1  faizi  isə  neft 

sənayesinin  payına  düşmüşdür.  Bu  isə  hələ  də  ölkə  sənayesinin  inkişafının  respubli-

kamızda mövcud olan sənaye potensialına uyğun gəlmədiyini göstərir. 

Bir sıra obyektiv və subyektiv səbəblərdən hazırda ölkə müəssisələrinin dünya 

bazarlarında  rəqabətqabiliyyətli  məhsul  istehsal  edə  bilməmələri  Azərbaycanın  son 

hazır  məhsul  ixrac  etməklə  inteqrasiya  imkanlarını  məhdudlaşdırır.  Ölkənin  sənaye 

müəssisələrinin bir qismi daxili bazarda belə rəqabətə dözə bilmirlər. Rəqabətqabiliy-

yətli  məhsul istehsal etmək, dünya bazarlarına daxil olmaq, orada mövqe tutub möh-

kəmlənmək  uzun  müddət  və  gərgin  çalışmalar  tələb  olunur.  Beynəlxalq  bazarlarda 

özünəməxsus  yer  tutmaq  üçün  ölkələr  arasında  rəqabət  mübarizəsi  isə  getdikcə  kəs-

kinləşir. Bu prosesdə ləngimək, gecikmək hər bir ölkəyə çox ağır başa gələ bilər.  

Hazırda respublikamızın qarşısında duran prioritet məsələlərdən biri də qlobal-

laşan dünya  iqtisadiyyatına səmərəli  inteqrasiya olunmaq  və orada özünəməxsus  yer 

tutmaqdır.  Bu  isə  respublikamızda  indiki  şəraitdə  ölkə  sənayesində  mövcud  olan 

problemlərin  həllinə  nail  olmaq  üçün  iqtisadiyyatın  bu  sahəsində  dövlətin  tənzimlə-

yici  rolunun  artırılmasını  zəruri  edir.  Bütün  bunlar  isə  magistr  dissertasiyası  üçün 

seçilmiş mövzunun aktuallığını göstərir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə