Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   2   3   4   5   6   7   8   9   ...   26

 

 

7



təlimin  nümayəndələri belə  hesab edirlər ki, tələb  və təklifin  nisbətindən asılı olaraq 

qiymət sərbəst surətdə bu və ya digər istiqamətdə dəyişə bilər. 

İqtisadiyyatın  tənzimlənməsinin  azad  bazar  sistemi  əsasında  həyata  keçiril-

məsini  təbliğ  edən  mühüm  məktəblərdən  biri  də  monetar  konsepsiya  tərəfdarlarıdır. 

Bu  təlimin  yaradıcıları  M.Fridmen  və  F.Hayek  belə  hesab  edirlər  ki,  dövlətin  idarə 

edilmə  sistemi  bürokratiyadır,  səmərəsizdir,  şəxsi  təşəbbüskarlıq  üçün  ziyanlı  bir 

təşkilat olmaq etibarilə bir çox hallarda iqtisadiyyatın qeyri-sabitliyinə səbəb olur. 

Ümumiyyətlə, klassik nəzəriyyə tərəfdarları makroiqtisadi səviyyədə istehsa-

lın  həcminə,  məşğulluq  səviyyəsinə  dövlətin  təsir  göstərməsini  məqsədəuyğun  say-

mırdılar.  Elə  buna  görədir  ki,  onlar  getdikcə  cəmiyyətin  daha  çox  vəsait  tələb  edən 

sosial gərginliyin, həlli, işsizliyin aradan qaldırılması və məşğulluğun təmin edilməsi 

yollarını  izah edə bilmirdilər. Dünya təcrübəsi əyani surətdə  göstərdi ki, əgər dövlət 

bu  problemlərin  həllinə  müdaxilə  etməzsə,  azad  bazar  sistemi  uzun  müddət  böhran 

vəziyyətində qala bilər. Belə ki, «Böyük durğunluq» illəri (1929-1933-cü illər) bazar 

iqtisadiyyatının  tənzimlənməsinin  klassik  istiqəmətlərinin  bir  çoxu  müddəalarının 

səmərəsizliyni  əyani  surətdə  subuta  yetirdi.  Dövlət  ölkəni  böhrandan  çıxarmaq  və 

bütünlükdə iqtisadi sistemin özünün mövcudluğunu qorumaq məqsədilə güclü və sərt 

tənzimləmə  tədbirləri  sistemini  tətbiq  etmək  məcburiyyətində  qaldı.  Məhz  belə  bir 

şəraitdə 30-cu illərin sosial-iqtisadi reallıqlarına əsaslanaraq meydana çıxan C.Keyns 

nəzəriyyəsində  ilk  dəfə  olaraq  bazar  iqtisadiyyatı  şəraitində  cəmiyyətin  iqtisadi 

həyatına  dövlətin  müdaxiləsinin  konseptual  nəzəri  əsasları  işlənib  hazırlandı. 

C.Keyns 1936-cı  ildə çapdan çıxmış  «Məşğulluğun,  faizin  və pulun  ümumi  nəzəriy-

yəsi» əsərində klassik və neoklassik təlimlərdən əsaslı surətdə fərqli olaraq sübut etdi 

ki,  dövlət  tələb  səviyyəsinə  təsir  göstərməklə  bütünlüklə  iqtisadiyyatı  tənzimləyə 

bilər.  Başqa  sözlə  desək,  bu  nəzəriyyədə  «Keyns  inqilabı»nın  əsasında  onun  irəli 

sürdüyü «səmərəli tələb» ideyası durur. Məlum olduğu kimi tələb iki ünsürün – şəxsi 

istehlak  və  məhsuldar  itstehlakın,  başqa  sözlə,  məjmu  investisiya  qoyuluşunun 

cəmindən ibarətdir. İqtisadiyyatın tənzimlənməsinin Keyns  modeli hər şeydən əvvəl, 

tələbin  idarə  olunmasında  dövlət  tənzimlənməsi  ilə  bazar  mexanizminin  vəhdətinə 

əsaslanır. C.Keyns belə hesab edir ki, cəmiyyətdə iqtisadi inkişafı təmin etmək üçün 




 

 

8



tələbi  formalaşdıran  və  milli  gəliri  artıran  amillərə    təsir  göstərmək  kifayətdir.  Bu 

məqsədlə  milli  gəlirin  artımı  şəraitində  tam  məşğulluğu  təmin  etmək  üçün  istehlak, 

investisiya  və  məşğulluq  arasındakı  qarşılıqlı  funksional  asılılığı  aşkara  çıxarmaq 

lazımdır.  Əməli  cəhətdən  bu  iddeyanı  reallaşdırmaq  üçün  gəlirlər,  istehlak,  yığım, 

istehsalın miqyası, investisiya kimi makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqəsini də 

nəzərə  almaq  lazımdır.  Keyns  nəzəriyyəsində  dövlətin  iqtisadiyyata  müdaxiləsində 

məqsəd  böhran  hallarını  aradan  qaldırmaq,  maksimum  məşğulluğu  təmin  etmək, 

nəticə  etibarilə  iqtisadi  artımın  sürətini  yüksəltməkdən  ibarətdir.  Bütün  bunların 

əsasında Keyns belə nəticəyə gəldi ki, səmərəli tələbi və tam məşğulluğu təmin etmək 

üçün  dövlət  fəal  büdcə-maliyyə  siyasəti  yeritməlidir.  Ümumiyyətlə,  Keyns  böhranlı 

iqtisadiyyat, ondan çıxış və iqtisadiyyatı sabitləşdirməyin nəzəri asalarını yaratmaqla 

ümumi iqtisadi nəzəriyyə fənninnin predmetini xeyli genişləndirmişdir. 

İqtisadi ədəbiyyatda dövlət tənzimlənməsinin  Keyns  modeli aşağıdakı  istiqa-

mətdə müəyyənləşdirilmişdir: 

1. Dövlət büdcəsi vasitəsilə  milli gəlirin xeyli hissəsinin yenidən bölüşdürül-

məsinə nail olunur. 

2.  Dövlət  və  qarışıq  müəssisələrin  yaradılması  hesabına  sahibkarlığın  geniş 

bölməsi yaradılır. 

3.  İqtisadi  mühiti  sabitləşdirmək,  tsiklik  enib-qalxmaları  yumşaltmaq,  milli 

məhsulun  yüksək  artım  sürətinə  nail  olmaq  və  məşğulluğun  səmərəli  səviyyəsini 

təmin  etmək  üçün  büdcə-maliyyə,  kredit-maliyyə  tənzimlənməsindən  geniş  istifadə 

olunur. 


XX  əsrin  60-cı  illərində  iki  dünya  sistemi  arasındakı  sinfi  mübarizənin  güclə-

nməsi Qərb ölkələrinin bazar iqtisadiyyatının sosial təyinatını gücləndirməyə məcbur 

etdi. Məhşur Amerika  iqtisadçısı C.Helbreytin fikrincə, həmin dövrdə tənəzzülə uğ-

rayan  kapiitalizm  sistemini  xilas  etmək  üçün  dövlət,  bazar  sisteminə  sosializmin  iki 

başlıca  prinsipini    sosial  ədalət  və  sosial  təminatı  geniş  tətbiq  etməyə  başladı.  Elə 

onun  nəticəsidir  ki,  həmin  mübarizədə    bazar  iqtisadiyyatı  sistemi  qalib  çıxaraq  bu 

gün yeganə hökmran bir sistemə çevrilmişdir. Bütün bu proseslərin təsiri altında ayrı-

ayrı  öləkələrdə  Keyns  nəzəriyyəsi  miodofikasiyaya  uğramış  və  tədricən  onun  əsası-




 

 

9



nda dövlət tənzimlənməsinin  yeni bir  istiqaməti  yeni  Keynsçilik  meydana  gəlmişdir. 

Yeni  Keynsçi  məktəbinin  başlıca  nümayəndələri  Nobel  mükafatı  laureatı  P.Samuel-

son,  R.Solou,  L.Kleyn,  F.  Modelyani  və  digərləri  iqtisadi  proseslərə  dövlətin  daha 

fəal  müdaxiləsini  tətbiq  etməklə  sosial  təyinatlı  bazara  üstünlüklər  verirlər.  Həm  də 

sosial  təyinatlı  bazar  iqtisadiyatının  tənzimləmə  mexanizmi  əhalinin  və  digər  sosial 

problemlərin  kəskinləşməsinə  qarşı  xüsusi  məhdudiyyətlər  sistemi  yaradılmasını 

nəzərdə  tutur.  Bununla  belə  Qərb  iqtisadiyyatında  1979-1981-ci  illərdə  baş  vermiş 

sosial-iqtisadi  böhran  iqttsadi  əbədiyyatda  və  təcrübədə  50  ilə  yaxın  bir  müddətdə 

bazarın  tənzimlənməsi  modelləri    içərisində  hökmran  mövqeyə  malik  olan  Keyns 

təliminin zəif tərəflərini aşkara çıxartdı. Heç də təsadüfi deyil ki. iqtisadi ədəbiyyatda 

həmin  böhran  Keyns  modelinin  böhranı  kimi  qiymətləndirilir.  Bu  vaxtdan  etibarən 

təklifi  stimullaşdırmaqla  (məlum  olduğu  kimi  Keyns  tələbi  stimullaşdırmağı  əsas 

götürdü),  bazarın  təmizləyici  funksiyalarının  təmin  olunması  prinsipinə  əsaslanan 

yeni  neokonservativ  dövlət  tənzimləmə  modeli  formalaşmağa  başladı.  Bu  modelin 

modifikasiyalarda təzahür edən «monetar nəzəriyyə» «sərfəli gözələmələr» və «təklif 

iqtisadiyyatı» nəzəriyyəsi təşkil edir. Belə ki, yeni modelin tərkib hissəsələrindən biri 

olan  «təklif  iqtisadiyyatı»  nəzəriyyəsinə  görə  yığımın  klassik  mexanizmi  bərpa 

olunmalı, azad xüsusi sahibkarlığın bazar mexanizmi yenidən dirçəldilməlidir. Həmin 

nəzəriyyənin digər tərkib hissəsi olan «sərfəli gözələmələr konsepsiyası»nın tərəfdar-

ları  iqtisadi  həyatda  istehlakçı  və  istehlakçıların  fəaliyyətini  düzgün  qiymətləndirək 

sabit  dövlət  qanunlarının  yaradılmasını  əsas  götürürlər.  Noekonservativ  modelin 

prinsiplərinin əyani reallaşması öz əksini ABŞ-da 80-ci illərdə tətbiq olunan «reyqa-

nomika»  və  İngilətərədə  tətbiq  olunan  «tetçerizm»  iqtisadi  siyasəti  prinsiplərində 

tapmışdır.  Bütün  bunlarla  yanaşı,  son  illərdə  Qərb  ədəbiyyatında  dövlətlə  iqtisadi 

proseslərin qarşılıqlı əlaqəsini öyrənməyə cəhd göstərən «ictimai seçmə» nəzəriyyəsi 

geniş  yayılmağa  başladı.  Bu  nəzəriyyənin  tərəfdarları  iqtisadi  tənzimləmənin  elə 

prinsiplərini  əsas  götürürlər  ki,  onlar  konkret  dövrdə  cəmiyyətin  sosial-iqsadi  tələb-

lərini daha geniş nəzərə almağa imkan versin. Dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqə-

si  və  dövlətin  iqtisadiyyata  təsiri  3  istiqamətdə  həyata  keçirilir.  Bunlar  səmərəliliyin 

artırılması,  bərabərliyin  təmin  edilməsi  və  makroiqtisadi  sabitliyin  stimullaşdırıl-




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə