Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   2   3   4   5   6   7   8   9   ...   26

 

 

16



e)  ümumi  milli  məhsulda  dövlət  büdcəsinin  xüsusi  şəkisinin  az  olması;  sosial 

məqsədlərə  yönəldilən  dövlət  investisiyalarının  və  dövlət  xərclərinin  çəkisinin  aşağı 

olması; 

İqtisadi  inkişafın  tənzimlənməsinin  Türkiyə  variantı  sərt  bazar  qanunlarına 

əsaslanaraq sahibkarlığa geniş yol verilməsini üstün tutur. 

  

Sosial yönümlü Almaniya  modeli bazar iqtisadiyyatı  modelinin əsas cəhətləri 



aşağıdakılardır: 

a)  çox  və  ya  az  dərəcədə  dövlət  sektorunun  olduğu  qarışıq  iqtisadiyyatın 

mövcud olması; 



b)  nəinki  makroiqtisadi  proseslərin,  hətta  bazar  subyektlərinin  fəaliyyətlərinin 

ayrı- ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi; 



v)  dövlət  tərəfindən  əhaliyə  qeyri-  istehsal  sahəsindəki  xidmətlərin  pulsuz 

göstərilməsi,  ailə  gəlirlərindən  asılı  olmayaraq  cəmiyyətin  bütün  üzvlərinin  bu 

xidmətdən  istifadə  etməsi  üçün  sosial  təminat  yaradılması,  hər  bir  vətəndaşa  pulsuz 

təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə təminat verilməsi; 



q)  tənzimlənmənin  azad  rəqabətin  saxlanılmasına,  kapitalların  olduqca  az 

əllərdə cəmlənməsinin qarşısının alınmasına, yeni təsərrüfat obyektlərinin yaradılma-

sına yönəldilməsi; 

d)  işsizlərin  sayını  mininum  həddə  çatdırmaqla  əhalinin  məşğul-luğunun 

tənzimlənməsi; 



e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması; 

c)  iqtisadiyyatın  büdcə  -  maliyyə  siyasəti  ilə  deyil,  kredit  -  pul  siyasəti 

vasitəsilə tənzimlənməsi. 

     Bazarın  bu  modeli  İkinci  Dünya    müharibəsindən  sonra    L.  Erxard  tərəfindən 

həyata  keçirilən  iqtisadi  islahatlar  nəticəsində  meydana  gəlmişdir.  Ona  görə  də  bu 

modeli çox vaxt alman və ya neoliberal model adlandırırlar.  

   Sosial- demokratik model - İsveç modeli

Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı model ilə eynidir. 

Buna  baxmayaraq,  bu  modelin  öz  xüsusiyyətləri  mövcuddur.  Sosial  -  demokrat 

modeli  üçün  dövlət  mülkiyyətinin  həddən  artıq  çox  ol-ması  xarakterdir.  Bazar 



 

 

17



iqtisadiyyatının bu modeli əsasən  İsveçdə öz əksini tapmışdır və ona görə də onu çox 

vaxt  İsveç  modeli  adlandırırlar.  Tarixi  inkişafın  müxtılif  mərhələlərində  bu  modelin 

bir  çox  cəhətləri  digər  Skandinav  ölkələrində,  eləcə  də  İspaniyada,  Portuqaliyada, 

Yunanıstanda  öz  əksini  tapmışdır.  Bazarın  İsveç  modeli  aşağıdakı  cəhətlərlə 

xarakterizə olunur: 

a) əmək münasibətlərinin ümumi milli, ümumi dövlət səviyyəsində tənzimlən-

məsi ( tarif dərəcələrinin, kollektiv müqavilələrin müəyyən edilməsi);  



b)  dövlətin  həyata  keçirdiyi  sosial  siyasətin  əhalinin  gəlirləri  üzrə  təbəqələş-

məsinin azaldılmasını təmin etməsi; 



v) ümumi milli məhsulda dövlət büdcəsinin çox olması; 

q) dövlətin məşğulluq siyasəti əsasən işçilərin ixtisaslarının artırılması və yeni-

dən  hazırlanması  hesabına  işsizlərin  sayının  minimum  həddə  çatdırmağa  yönəl-

dilməsi.  

Bu  sahədə  mövcud  olan  inkişaf  modelləri  içərisində  Çin modeli   mühüm  yer 

tutur.  Məhz  bu  modelin  reallaşdırılması  sahəsində  yer  kürəsinin  ən  böyük  dövlət-

lərindən  biri  olan Çin qısa  bir  müddət  ərzində iqtisadiyyatın bir  sıra  göstəriciləri,  ilk 

növbədə  isə  artım  tempi  üzrə  dünyada  qabaqcıl  mövqelərə  çıxmış,  təqribən  1,25 

milyarda  bərabər  olan  əhalisini  öz  ərzaq  məhsulları,  ən  başlıcası  isə  taxıl  məhsulları 

ilə  nəinki  kifayət  səviyyədə  təmin  etmişdir,  həm  də  böyük  həcmdə  kənd  təsərrüfat 

məhsulu ixrac edən ölkəyə çevrilmişdir. 



Yaponiya  modeli.  Bu  model  bazar  mexanizmində  mümkün  qəzaları  dövlət 

müdaxiləsinin  dəqiq  həcmlərinin  müəyyənləşdirilməsi,  proqnozlaşdırma,  dövlət  və 

müəssisələrn danışıqlarında koordinasiya və təsisedici tövsiyyələrin verilməsi yolu ilə 

həll etməyi məqsədəuyğun hesab edir. 



 

Cənubi  koreya  modeli  də  Yapon  modelinə  çox  oxşardır.  O,  ölkə  əhalisinin 

psixoloji həyat səviyyəsinə, yüksək əmək məhsuldarlığına əsaslanır. 

Müasir  bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycan  da  tənzimlənmə  siyasətini 

həyata  keçirimək  üçün  iqtisadi  inkişaf  modeli  seçmişdir.  Bu  model  sosial  cəhətdən 

İsveç modeli ilə uyğunluq təşkil edir. 



 

 

18



Ümumiyyətlə,  ayrı-ayrı  ölkələrdə  iqtitsadiyyatın  dövlət  tənzimlənməsinin 

müxtəlif  mldelləri  formalaşmasa  da,  onların  hamısında  başlıja  məqsəd  cəmiyyətdə 

sosial-iqtisadi  sabitliyi  təmin  etmək,    ölkə  daxilində  və  eləcə  də  dünya  miqyasında 

mövjud quruluşu möhkəmlətmək və onu dəyişən ictimai-iqtisadi şəraitə uyğunlaşdır-

maqdan ibarətdir. 

Bu gün bizim üçün həmin ölkələrin təcrübəsinin öyrənilməsi nəzəri və əməli 

baxımdan  xeyli  əhəmiyyətlidir.  Lakin,  dünya  təjrübəsində  heç  bir  ölkə  bu  gün 

müstəqil dövlətlərə çevrilmiş keçmiş Sovet respublikalarının, o cümlədən də Azərba-

ycanın  keçid  mərhələsində  qarşılaşdığı  əksər  problemlərlə  üzləşməmişdir.  Belə  ki, 

hal-hazırda  Azərbaycanda  inzibati-amirlik  sisteminin,  azad  rəqabət  dövrünün  və 

tənzimlənən bazar iqtisadiyyatının müəyyən ünsürlərinin sintezini özündə əks etdirən 

keçid dövrünnü qarışıq bir iqtisadi sistemi təşəkkül tapmaqdadır. 

Həmin  iqtisadi  sistemin  xarakterinə  qeyd  olunan  cəhətlərlə  yanaşı,  mövjud 

ictimai-siyasi  mühit  də  mühüm  təsir  göstərir.  Görünür,  yaxın  gələcəkdə  bütün  bu 

obyektiv  və  subyektiv  amillərin  təsiri  altında  iqtisadi  proseslərin  tənzimlənməsinin 

milli reallıqlarını nəzərə alan konkret forma və üsullar formalaşajaqdır. 

 

1.2. Müasir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi 

Çoxlu müsbət cəhətlərinə baxmayaraq bazar iqtisadiyyatı bütün iqtisadi və sosial 

prosesləri  avtomatik  surətdə  tənzimləmək  imkanına  malik  deyildir.  Dünya  təcrübəsi 

göstərir  ki,  təkcə  bazar  mexanizmi  cəmiyyətin  ümumi  tələbatını  ödəyə  bilməz.  O, 

gəlirin  sosial  ədalət  prinsipi  əsasında  bölgüsünü  təmin  etmir,  ətraf  mühitin 

mühafizəsinə  və  imkansız  əhali  təbəqəsinin  mühafizəsinə  yönəmlənmir.  Sahibkar 

kifayət  qədər  yüksək  mənfəət  gətirməyən  sahələrə  və  layihələrə  sərmayə  qoymaq 

istəmir,  hansıki  onlar  cəmiyyət  üçün  olduqca  zəruridir,  dəyərlidir.  Əslində,  ideal 

bazar  iqtisadiyyatı  modeli də ölkənin  müxtəlif  iqtisadi  və sosial problemlərinin  həlli 

üçün dövlət tənzimlənməsi mexanizmindən istifadə olunmasını nəzərdə tutur.  

Müasir  iqtisadi  fəaliyyət  miqyasının  genişlənməsi,  daxili  və  beynəlxalq  təsər-

rüfat  əlaqələrinin  çətinləşməsi  ictimai  istehsalın  tənzimlənməsində  dövlətin  rolunun 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə