Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 

 

19



artmasına  obyektiv  zəmin  yaradır.  İstənilən  ictimai-siyasi  və  sosial-iqtisadi  sistemdə 

iqtisadiyyat bu və ya digər dərəcədə dövlət tərəfindən idarə olunur. 

Bazar  iqtisadiyyatlı  ölkələrdə  dövlətin  biznes  fəaliyyətinə  və  bütövlükdə 

iqtisadiyya-ta  müdaxiləsi  nisbətən  azdır  və  əsasən  dolayısı  xarakter  daşıyır.  Bazar 

münasibətləri  şəraitində  dövlətin  iqtisadiyyatda  müdaxiləsinin  məhdud  çərçivəsində 

olması  istehsal  vasitələri  üzərində  müxtəlif  mülkiyyət  formalarının  mövcudluğu  ilə 

şərtlənir.  İqtisadiyyatın  dövlət  tənzimlənməsinin  başlıca  məqsədi  dövlətin, 

cəmiyyətin və əhalinin mənafeyini müdafiə etməkdir. 

Bazar iqtisadiyyatı şəraitində istehsalçı və istehlakçının hüquqlarının qorunması, 

ölkədə  etibarlı  qayda-qanunun  və  milli  təhlükəsizliyin  təmin  edilməsi  kimi  ciddi 

vəzifələr  dövlətə  həvalə  olunur.  Bu  isə  milli  iqtisadiyyatın  dirçəldilməsi  və  azad 

sahibkarlığın inkişafı üçün əsasdır. 

Mülkiyyət formalarından və sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq 

dövlət  öz  tənzimləyici  rol  və  funksiyalarından  iqtisadiyyatda  istifadə  etməli,  milli 

iqtisadiyyatın formalaşması üçün müvafiq şərait yaratmalıdır. Bu obyektiv zəruriyyət 

bazar  iqtisadiyyatının  mahiyyətindən  irəli  gəlir.  Amerika  iqtisadçısı,  nobel  mükafatı 

laureatı  V.İ.  Leontyev  iqtisadiyyatı  yelkənli  gəmiyə  bənzədir.  Yelkənli  gəmini  idarə 

etmək üçün külək və sükan lazımdır. İqtisadiyyatda külək funksiyasını maddi maraq, 

sükan  funksiyasını  isə  dövlətin  iqtisadi  sistemi  yerinə  yetirir.  Deməli,  dövlət 

iqtisadiyyatının idarə edilməsində və tənzimlənməsində sadəcə olaraq seyrçi mövqeyi 

tutmamalı,  istehsalın  təşkili  vəzifəsini  yerinə  yetirməli,  öncül  inkişaf  istiqamətlərini 

müəyyənləşdirməli  və  səmərəli  idarəetmə  strukturu  yaratmalıdır.  Bazar  iqtisadiyya-

tına keçid dövründə dövlət aşağıdakı əsas funksiyaları yerinə yetirməlidir: 

1.  Zəruri  normativ-hüquqi  baza  yaratmalıdır.  Görkəmli  ingilis  sosialoqu  Karl 

Popper  yazır  ki,  bazar  münasibətlərinə  əsaslanan  və  əhəmiyyətli  azad  seçmə  təklif 

edən sənaye cəmiyyəti hüquqi sistem və qanuni hakimiyyət olmadan ağıla gəlməzdir. 

Hüquqi  baza  olmadan  iqtisadiyyat  və  bütövlükdə  cəmiyyət  normal  inkişaf  edə 

bilməz. Mülkiyyətçilik hüquqlarını müəyyənləşdirən, sahibkarlıq fəaliyyətini tənzim-

ləyən qanunlar, normativ-hüquqi sənədlər olmalıdır. Hüquqi əsasın köməyi ilə dövlət 



 

 

20



sahibkarlıq  fəaliyyəti  subyektləri  arasında  münasibətləri  tənzimləyən  qanuni  «oyun 

qaydalarını» təmin edir. 

2.  Ölkədə lazımi qayda qanunu  və  milli  təhlükəsizliyi  təmin etməlidir. Ölkənin 

hər  bir  vətəndaşının,  bütövlükdə  cəmiyyətin  və  bütün  bazar  iqtisadiyyatı  subyekt-

lərinin  hüquq  və  təhlükəsizliyini  dövlət  təmin  etməlidir.  Əgər  dövlət  bu  funksiyanı 

yerinə yetirmirsə, onda ölkənin daxilində kriminal vəziyyətin: cinayət hadisələri, ma-

fiya, korrupsiya, rüşvətxorluq və digər neqativ halların inkişafı üçün şərait yaranır ki, 

bu  da  sahibkarlıq  fəaliyyətinə  və  bütövlükdə  ölkənin  iqtisadiyyatına  dağıdıcı  təsir 

edir. 

3.  Makroiqtisadi  sabitliyi  təmin  etməlidir.  Daha  doğrusu,  makroiqtisadi  göstə-



ricilərin: ümumi daxili məhsul həcminin, milli gəlirin, inflyasiya və işsizlik səviyyə-

sinin, büdcə kəsirinin və s. optimal səviyyəsini təmin etmək və onu saxlamaq. İqtisa-

diyyatın  sabitləşdirilməsini  təmin  etmək  üçün  dövlət  müvafiq  fiskal,  maliyyə-kredit, 

elmi-texniki və investisiya siyasəti həyata keçirməklə dövlət sərəncamında olan bütün 

vasitə  və  metodlardan  istifadə  etməlidir.  Əgər  dövlət  makroiqtisadi  sabitliyi  təmin 

etməzsə,  onda  bu  sahibkarlıq  fəaliyyətinə,  bütövlükdə  ölkənin  iqtisadiyyatına,  əha-

linin sosial həyat tərzinə mənfi təsir göstərər. 

4.  Əhalinin sosial müdafiəsini təmin etməlidir. Dövlət aktiv sosial siyasət həya-

ta keçirməlidir, yəni bütün işçiləri minimum əmək haqqı ilə, qocaları və əlilləri pensi-

yalarla və işsizləri müavinətlərlə təmin etməli, əhalinin aztəminatlı təbəqələrinə müx-

təlif  növ  yardımlar  verməli, inflyasiya  ilə  əlaqədar olaraq əhalinin  gəlirlərini  indeks-

ləşdirməlidir.  Bu  siyasəti  aparmaqla  dövlət  həmçinin  ölkənin  bütün  vətəndaşlarının 

minimum  yaşayış  səviyyəsini  təmin  edir  və  cəmiyyətdə  sosial  gərginliyin  yaranma-

sının qarşısını alır. 

5.  Sağlam  rəqabəti  qoruyub  saxlamalıdır.  Bazar  iqtisadiyyatında  rəqabət  əsas 

tənzimləyici  alətlərdən  biridir.  Rəqabət  iqtisadiyyatın  bütün  sferalarında  tərəqqinin 

əsasıdır,  o,  istehsalçını  ən  yeni  texnika  və  mütərəqqi  texnologiyanı  tətbiq  etməyə, 

məhsulun  keyfiyyətini  yüksəltməyə  sövq  edir.  Buna  görə  də  dövlətin  mühüm 

funksiyalarından biri rəqabətin müdafiəsidir. Rəqabət şəraitində alıcılar sahib, bazar – 



 

 

21



onların  agenti,  müəssisə  isə  –  onların  xidmətçisidir.  İnhisarçılıqda  vəziyyət  kəskin 

surətdə dəyişilir və alıcı sahiblikdən xidmətçiyə çevrilir. 

Rəqabət sferasının  yaradılması  və onun  müdafiə edilməsi problemi  Azərbaycan 

Respublikası  üçün  son  dərəcə  vacibdir.  Çünki,  istehsal  müəssisələrinin  əksəriyyəti 

dövlətin inhisarındadır və ölkədə kamil rəqabət üçün mühit hələ yaradılmayıb. Yaran-

mış  vəziyyətdən  çıxış  yolu  aydındır:  iqtisadiyyatın  inhisarsızlaşdırılması,  rəqabət 

mühitinin yaradılması və rəqabət müdafiəsi. Bu və ya digər funksiyaları yerinə yetir-

mək  üçün  dövlət  sərəncamında  olan  bütün  iqtisadi  rıçaqlardan  və  vəsaitdən  istifadə 

etməlidir. 

Dünya  təcrübəsi  göstərir  ki,  dövlət  yalnız  müəyyən  şərait  və  zəmin  olanda 

sahibkarlıq fəaliyyətinə və bütövlükdə iqtisadiyyata müdaxilə etməlidir. Şərait pozitiv 

və neqativ ola bilər. 

Pozitiv şərait dedikdə sahibkarlıq fəaliyyətinə və bütövlükdə ölkənin iqtisadiyya-

tına  müsbət  təsir  edən  insan  fəaliyyətinin  müxtəlif  sferalarındakı  müxtəlif  pozitiv 

təzahürlər və proseslər başa düşülür. Bu halda dövlətin rolu vaxtında həmin təzahür-

ləri  və  prosesləri  aşkara  çıxarmaqdan  və  onların  saxlanması  üzrə  müəyyən  tədbirlər 

qəbul etməkdən ibarətdir. 

Neqativ  şərait  –  sahibkarlıq  fəaliyyətinə  və  bütövlükdə  ölkənin  iqtisadiyyatına 

mənfi təsir edən insan fəaliyyətinin müxtəlif sferalarındakı hər cür neqativ təzahürlər 

və  meyllərdir.  Bu  təzahürlər  və  meyllər  həm  mahiyyətinə  görə  və  həm  də  iqtisadiy-

yata  mənfi təsir qüvvəsinə  görə çox  müxtəlif olurlar. Bu zaman dövlətin  rolu  həmin 

təzahürləri  və  meylləri  vaxtında  aşkara  çıxarmaqdan,  onların  başvermə  səbəblərini 

öyrənməkdən  ibarətdir.  Dövlətin  iqtisadiyyata  müdaxiləsi  üçün  şərtlər  aşağıdakılar 

ola bilər: milli təhlükəsizlik tələbi, cəmiyyətdə sosial gərginlik, iqtisadiyyatda neqativ 

təzahürlər (istehsalın tənəzzülü, inflyasiya, yüksək səviyyədə işsizlik, struktur uyğun-

suzluğu,  büdcə  kəsiri,  məhsulun  keyfiyyətinin  aşağı  olması,  investisiya  çatışmazlığı 

və s.) ətraf mühitin korlanması. 

Şərtlər  və  zəminlərin  öyrənilməsi  dövlətin  iqtisadiyyata  müdaxiləsi  üçün  hələ 

kifayət  deyil,  dövlət  onların  meyarlarını,  yəni  onların  kəmiyyət  nisbətini  qiymətlən-

dirməyə  imkan  verən  əlamətlərini  bilməlidir.  Məsələn,  inflyasiya,  işsizlik,  istehsalın 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə