Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

 

 

41



Ölkə sənayesinin inkişafının aşağı səviyyədə olmasının əsas səbələrindən biri də 

əksər sənaye müəssisələrinin texnoloji cəhətdən yenidənqurulması işin çox zəif səviy-

yədə aparılmasıdır. Tədqiqatlar göstərir ki, 90-cı illərin əvvəllərində respublika səna-

yesində mövcud maşın və avadanlıqların fiziki və mənəvi köhnəlməsi onların 35 fai-

zinin təcili dəyişilməsini, 60 faizinin isə modernləşməsini tələb edirdi. 1990-2013-cü 

illərdə  mövcud əsas fondların  köhnəlmə dərəcəsi daha da artmışdır.  Hazırda  respub-

likada  istehsal  əsas  fondlarının  fiziki  və  mənəvi  cəhətdən  aşınan  hissəsi  80  faizə 

qədər təşkil edir. İstismarda olan maşın və avadanlıqların orta xidmət müddəti müva-

fiq normalardan 2,0-2,5 dəfə çoxdur. 

Ölkədə sənaye müəssisələrinin inkişaf problemlərindən biri də bu müəssisələrdə 

marketinq  fəaliyyətinin  olmaması  və  ya  zəif  inkişaf  etməsidir.  Hazırda  Azərbayjan 

iqtisadiyyatında  islahatların  institutsional  sistemdə  başa  çatdırılmaması  ilə  əlaqədar 

olaraq təkmil bazar mexanizmi formalaşmamışdır. Belə şəraitdə müəssisələrin idarə-

etmə  strukturunda  dəyişikliklərin  edilməsinə  və  bazarda  səmərəli  fəaliyyətə  imkan 

verən struktur bömlərənin yaradılmasına ehtiyac yaranır. Xüsusilə, bu ehtiyac bazarın 

öyrənilməsi  və  məhsulun  reallaşdırılması  ilə  əlaqədardır.  Belə  ki,  sosialist  iqtisadiy-

yatında məhsulun reallaşdırılması mərkəzləşdirilmiş şəkildə maddi-texniki təchizat və 

satış orqanları vasitəsilə həyata keçirilirdi. 

Ölkə  sənayesinin  müasir  vəziyyətinin  təhlilindən  məlum  olur  ki  hal-hazırkı 

şəraitdə sənaye müəssisələrinin inkişafına mane olan əsas amillərdən biri də bu sahə-

də  yüksək  ixtisaslı  kadrların  çtışmazlığıdır.  Məlumdur  ki,  respublikamız  keçmiş 

sovetlər  birliyində  olarkən  ölkə  sənayesində  yüksək  səviyyədə  kadr  potensialı 

formalaşdırmaq mümkün olmuşdur. Lakin, respublikamız müstəqil dövlətə çevrildik-

dən  sonra  obyektiv  və  subyektiv  səbəblər  ucbatından  sənaye  müəssisələrinin  inkişa-

fının zəifləməsi, digər tərəfdən indiki şəraitdə iqtisadiyyatın digər sahələrinə nisbətən 

sənaye, xüsusilə də emal sənayesi  müəssisələrində əmək haqqının aşağı olması  uzun 

illər  ərzində  toplanmış  istehsal,  texnoloji  və  kommersiya  biliklərinin  itirilməsi  baş 

vermişdir  və  gələcəkdə  bu  istehsalların  bərpası  zamanı  kadr  problemi  həlledici  ami-

lərdən biri olacaqdır.  



 

 

42



Qeyd  etdiyimiz  kimi,  sənayenin  inkişafı  siyasətinin  işlənilməsi  üçün  əvvəlcə 

ölkə  sənayesinin  müasir  durumu  tədqiq  olunmalı  və  problemləri  müəyyən  edilmə-

lidir.  Azərbaycan  sənayesinin  indiki  durumunun  başlıca  problemlərini  və  səciyyəvi 

xüsusiyyətlərini ümumi şəkildə aşağıdakı kimi qruplaşdırmaqla qeyd etmək olar: 

  Resurs  çatışmazlığı  və  mövcud  resurslardan  səmərəsiz  istifadə  problemləri 

(Buraya aiddir: müəssisələrin sas fondlarının aşınması və texnoloji geriliyi, investisi-

ya  və  dövriyyə  vəsaitlərinin  çatışmazlığı,  elmi-texniki  potensialın  itirilməsi  və  inno-

vasiya  mexanizminin yaradılmaması, əmək məhsuldarlığının aşağı səviyyəsi, yüksək 

kadr  (əsasən  peşəkar  mütəxəssislərin)  axıcılığı,  peşəyönümünün  dəyişilməsində 

çətinliklər və s.);  

  Struktur  problemləri  (sənayenin  əvvəllər  formalaşmış  sahə  strukturunun 

müstəqillik şəraitində ölkənin  milli iqtisadi inkişaf tələblərinə uyğun gəlməməsi, son 

dövrlər sənayenin strukturunun xammal (xüsusilə neft-qaz hasilatı) yönümlü inkişafı, 

ixracda  emal  sənayesi  məhsullarının  payının  son  dərəcə  cüzi  olması,  regional 

disproporsiyalar  və  sənaye  istehsalının  əsasən  Abşeron  yarımadasında  cəmləşməsi, 

istehsal infrastrukturu sahəsində  çatışmazlıqlar və s.);   

  Hökumətin  siyasəti  və  dövlət  tənzimlənməsi  ilə  bağlı  problemlər  (islahatların 

ləngidilməsi,  xüsusilə  dövlət  mülkiyyəti  obyektlərinin  özəlləşdirilməsinin  başa  çat-

maması  (sənayenin  bir  sıra  sahələrində  dövlət  mülkiyyəti  yüksək  payını  qoruyub 

saxlayır), azad sahibkarlığın inkişafı üçün zəruri mühitinin (xüsusilə mülkiyyət toxu-

nulmazlığına dövlət təminatının, qanun qarşısında hamının bərabərliyinin, məhkəmə-

lərin müstəqilliyinin və hamıya ilkin bərabər şərtlərin və s.) təmin edilməməsi,  

  Bazar rəqabəti problemləri (zəif daxili tələb və bazarın məhdudluğu, yerli iste-

hsal  mal  və  xidmətlərinin  əsasən  aşağı  keyfiyyəti  və  yüksək  istehsal  xərcləri,  daxili 

bazarda  idxal  mallarının  yüksək  payı,  hətta  yerli  istehsal  məhsullarının  əsas  kom-

ponentlərinin  kənardan  gətirilməsi,  yerli  istehsalın  dövlət  tərəfindən  dəstəklənməsi 

sisteminin  qurulmaması,  müəssisələrin bazar  münasibətləri şəraitində  fəaliyyətə  ləng 

uyğunlaşması,  bazarların  tədqiqi  və  beynəlxalq  bazarlara  çıxış  sahəsində  çətinliklər 

və s.);  



 

 

43



  İnstitusional  problemlər  (bazar  infrastrukturunun  zəif  inkişafı,  müasir  idarəet-

mə  və  menecment  bacarıqlarını  mənimsəmiş  mütəxəssislərin  azlığı,  mal  və  xidmət-

lərin beynəlxalq tələblərə uyğun standartlaşma və sertifikasiyası sisteminin qurulma-

ması,  iri,  orta  və  kiçik  müəssisələrin  qarşılıqlı  maraqlar  əsasında  əlaqələndirilməsi 

sisteminin  formalaşmaması,  beynəlxalq  biznes  sahəsində  «oyun  qaydalarının»  zəif 

öyrənilməsi, korporativ idarəetmə təcrübəsinin mənimsənilməməsi və s.);   

  Ekoloji problemlər və s. 

 

 

 

2.2.

 

Azərbaycanda sənayenin inkişafının dövlət tənzimlənməsinin mövcud 



vəziyyətinin qiymətləndirilməsi 

Aparılan  araşdırmalardan  və  sənayecə  inkişaf  etmiş  ölkələrin  çox  illik 

təcrübələrindən  məlum  olur  ki,  ölkədə  rəqabətə  davamlı  sənayenin  inkişafı  birbaşa 

dövlətin bu sahədəki tənzimləmə işindən bilavasitə aslıdır. Respublikamız müstəqillik 

əldə  etdikdən  sonra  ölkədə  sənayenin  inkişafının  dövlət  tərəfindən  tənzimlənməsi 

sahəsində böyük işlər görülmüşdür.  

Son  illərdə  ölkədə  sənayenin  inkişafının  sürətləndirilməsi  sahəsində  dövlət 

tərəfindən atılan addımlar sırasında aşağıdakıları qeyd etmək olar: 

  bu sahədə qanunvericilik  bazası  formalaşdırılıb. Beləki, “Müəssisələr  haqqın-

da”, “Səhmdar  cəmiyyətlər  haqqında”,  “Sahibkarlıq  fəaliyyəti  haqqında”,  “Antiinhi-

sar  fəaliyyəti  haqqında”,  “Təbii  inhisar  haqqında”,  “Haqsız  rəqabət  haqqında”, 

“İstehlakçı  hüquqlarının  müdafiəsi  haqqında” Azərbaycan Respublikasının qanunları 

və  digər  normativ  aktlar  Azərbaycanda  sənayenin  inkişafının  dövlət  tərəfindən 

tınzimləməsinin hüquqi bazasını təşkil edir. 

  Müasir  şəraitdə  ölkədə  sənaye  müəssisələrinin  inkişafı  ölkə  iqtisadiyyatında 

aparılan  iqtisadi  islahatlardan  xüsusilə  də  özəlləşdirmədən  aslıdır.  Dövlət  müəssi-

sələrinin  özəlləşdirilməsi  müəssisənin  mülkiyyətinin  restrukturizasiyasının  əsas 

formalarından biridir. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində müxtəlif təsərrü-




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə