Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 

 

47



• Dövlət əmlakının özəlləşdirilməsi prosesinə və investisiya layihələrinin həyata 

keçirilməsinə cəlb edilməsi məqsədilə yerli və xarici investorlarla əlaqələrin səmərəli 

təşkili; 

• Özəlləşdirməyə  açıq  elan  edilmiş  orta  və  iri  müəssisələrin  səhmdar  cəmiyyət-

lərinə  çevrilməsi  işinin  sürətləndirilməsi  və  onların  fəaliyyətlərinin  bərpası  imkanla-

rının araşdırılması; 

• Özəlləşməyə  açılmış  müəssisələrdə  yeni  menecment  sisteminin  tətbiqinə  kö-

məklik göstərmək; 

• Dövlət əmlakının özəlləşdirilməsinə dair məlumatların qanunvericiliklə müəy-

yən  edilmiş  qaydada  kütləvi  informasiya  vasitələrində  və  Komitənin  «İnternet» 

saytında dərc edilməsi; 

Yuxarıda  göstərilən  istiqamətlər  üzrə  tədbirlərin  müasir  dövrün  tələblərinə  uy-

ğun  səmərəli  həyata  keçirilməsi  Azərbaycanda  özəlləşdirmənin  uğurla  aparılmasına 

imkan  verəcək,  dövlət  əmlakından  səmərəli  istifadə  edilməsini  təmin  edəcəkdir.  Ən 

başlıcası  isə  özəlləşdirmə  yalnız  mülkiyyətin  transformasiyası  deyil,  müəssisələrin 

iqtisadi cəhətdən yenidən qurulmasına və inkişafına kömək göstərəcəkdir. 

• Müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemin-

dən  proporsional  sistem  keçilmiş  və  bu  vergi  növü  üzrə  vergi  dərəcələri  tədricən  35 

faizdən  20  faizə  endirilmiş,  ƏDVnin  dərəcəsi  28  faizdən  18  faizədək  azaldılmış, 

fiziki  şəxslərin  gəlirlərindən  tutulan  vergilərin  dərəcələrinin  maksimum  həddi  55 

faizdən 30 faizə endirilmişdir; 

• Sosial sığorta ayırmalarının dərəcəsi 40 faizdən 22 faizə salınmışdır; 

• Vergilərin ümumi sayı 15-dən 9-a salınmışdır;  

•  Ölkədə  lisenziyalaşdırma  sistemi  sadələşdirilmiş,  lisenziyalaşdırılan  fəaliyyət 

növlərinin  sayı  240-dan  30-a  endirilmiş,  lisenziyanın  müddəti  2  ildən  5  ilə  qədər 

uzadılmışdır; 

 •  Hüquqi  şəxslərin  dövlət  qeydiyyatına  alınması  proseduru  sadələşdirilmiş, 

sahibkarlıq  fəaliyyəti subyektlərinin qeydiyyatının  «bir pəncərə» prinsipi  üzrə təşkili 

təmin edilmişdir;  



 

 

48



Hал-щазырда  реэионлардa  йени  йарадылан  мцяссисялярин  ян  башлыжа  проблем-

ляриндян бир онларын дювлят гейдиййатына алынмасы иля ялагядардыр. Бу бахымданда 

дювлят “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə 

təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 

25  oktyabr  2007-ci  il  tarixli  Sərəncamının  icrasını  təmin  etmək  üçün  rayonlarda  da 

müvafiq işlər həyata keçirməlidir. Həm də “bir pəncərə” prinsipi yalnız müəssisələrin 

yaradılmasına  deyil,  həm  də  bütövlükdə  sahibkarların  üzləşdikləri  bütün  problem-

lərinin həllinə şamil olunması məqsədəuyğun olardı.  

•  Sahibkarlar  dövlət  büdcəsi  vəsaiti  hesabına  güzəştli  kreditlərlə  təmin 

edilmişdir: Bunun nəticəsidir ki, son 10 ildə Azərbaycan Respublikası İqtisadiyyat və 

Sənaye  Nazirliyi  nəzdində  fəaliyyət  göstərən  Sahibkarlığa  Kömək  Milli  Fondunun 

vəsaitləri  hesabına    19,1  mindən  çox  sahibkarın  ümumi  dəyəri  1,2  milyard  manat 

güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri açılmışdır. 

Güzəştli  kreditlərin  64  faizi  məhz  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı 

layihələrinə  yönəldilmişdir.  Kreditlərin  78  faizi,  açılan  iş  yerlərinin  isə  81  faizi 

regionların payına düşür və bu siyasət 2014-cü ildə  də davam etdirilir; 

•  Ölkədə  qeyri-neft  sektorunun  inkişafina  nail  olmaq,  müəssisələrin  maddi-

texniki  bazasını  müasirləşdirmək  məqsədilə  Azərbaycan  İnvestisiya  Şirkəti  yaradı-

lmışdır;  «İnvestisiya  fəaliyyətinin  təşviqi  üzrə  əlavə  tədbirlər  haqqında»  ölkə  prezi-

denti  İ.Əliyevin  30  mart  2006-cı  il  tarixli  sərəncamına  əsasən  «Azərbaycan  İnvesti-

siya  Şirkəti»  açıq  səhmdar  cəmiyyəti  yaradılmışdır.  Şirkətin  fəaliyyət  məqsədini 

ölkədə  qeyri-neft  sahələrində  fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərin  və  digər 

kommersiya təşkilatlarının nizamnamə kapitalından pay almaqla müddətli investisiya 

qoyuluşlarının həyata keçirilməsi təşkil edir. Azərbaycan İnvestisiya Şirkəti investisi-

ya qoyduğu biznes subyektlərinin nizamnamə kapitalında üstün iştiraka malik ola bil-

məz. Eyni zamanda, şirkətin biznes subyektlərinin nizamnamə fondunda iştirakı  mü-

ddəti onun ali idarəetmə orqanı tərəfindən müəyyən edilir. İnvestisiya şirkəti, hər-ha-

nsı biznes subyektində iştirak müddəti bitdikdə, sahib olduğu payını bazar qiymətləri 

ilə sataraq həmin subyektdə iştirakına xitam verir. Bu baxımdan, hazırda Azərbaycan 

İnvestisiya  Şirkətinin  yaradılması  özəl  biznesin  inkişafının  maliyyələşdirilməsi  üçün 




 

 

49



əlavə  imkanlar  yaradır.  Xüsusilə,  ölkədə  fəaliyyət  göstərən  maşınqayırma  müəs-

sisələrinin  fəaliyyətinin  genişləndirməsi  üçün  zəruri  vəsaitlərin  əldə  edilməsində  İn-

vestisiya Şirkəti mühüm rol oynaya bilər.  

•  Ölkənin  bütün  ərazisi  boyu  istehsal  və  bazar  infrastrukturunun  yenidən 

qurulmasına  və  təkmilləşdirilməsinə  (yol  və  enerji  infrastrukturunun  yenidən  qurul-

ması,  bütün  kəndlərin  qaz  və  rabitə  ilə  təmin  edilməsi,  rayonlarda  bank  filiallarının 

açılması  və  s.)  başlanılmış,  sahibkarlığın  inkişafında  hər  cür  maneələrin  aradan 

qaldırılması istiqamətində ciddi qərarlar verilmişdir və s. 

 Prezidentin 2011-ci il 21 dekabr tarixində imzaladığı "Sumqayıt Kimya Sənaye 

Parkının  yaradılması  haqqında"  fərmanı  da  bu  və  digər  məqsədlərin  gerçəkləşdiril-

məsi  baxımından  vacib  əhəmiyyətə  malikdir.  Fərmanın  preambula  hissəsində  göstə-

rildiyi kimi, belə bir sənədin imzalanması ölkədə innovativ və yüksək texnologiyalar 

əsasında  rəqabət  qabiliyyətli  sənaye  istehsalının  inkişafı  üçün  münbit  şərait  yaradıl-

ması,  bu  sahədə  sahibkarlığın  dəstəklənməsi,  qeyri-neft  sektorunun  davamlı  inkişa-

fının  təmin  edilməsi,  əhalinin  istehsal  sahəsində  məşğulluğunun  artırılması  məqsə-

dinə xidmət edir. 

  2009-cu  il  14  aprel  tarixli  "Xüsusi  iqtisadi  zonalar  haqqında"  qanun  ölkədə 

sənayeləşmə  prosesinin  sürətlənməsinə  yeni  təkan  vermişdir.  Dövlət  başçısının  24 

aprel  2013-cü  il  tarixli  fərmanına  əsasən  "Sənaye  parkları  haqqında  Nümunəvi 

Əsasnamə"nin  təsdiq  edilməsi  ilə  sənaye  parklarının  yaradılması,  idarə  edilməsi, 

habelə  onlarda  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsinin  hüquqi  bazası  forma-

laşdırılmışdır. 

 Dövlət  tərəfindən  sənayenin  ayrı-ayrı  sahələrinin  inkişafına  nail  olmaq  üçün 

dövlət proqramları hazırlanmışdır.  Belə ki,  Nazirlər Kabinetinin 15 oktyabr 2002-ci 

il 218 s  №-li sərəncamı  ilə  "Azərbaycan Respublikasında  maşınqayırma sənayesinin 

2002-2005-ci  illərdə  İnkişaf  Proqramı"  qəbul  olunmuşdur.  Bu  proqramda  "Azneft-

kimyamaş"  ASC-də  avadanlıqların,  maşın  və  mexanizmlərin  istehsalının  genişlən-

dirilməsi,  keyfiyyətinin  yaxşılaşdırılması,  bu  məhsullar  üzrə  ixrac  potensialının 

artırılması,  sahənin  elmi-texniki  bazasının  möhkəmləndirilməsi,  yeni  neft-mədən 

avadanlıqlarının  işlənilməsi  və  sınaq  nümunələrinin  hazırlanması,  təcrübə-sınaq 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə