Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   18   19   20   21   22   23   24   25   26

 

 

71



İqtisadi artıma  nail  olmaq,  iqtisadiyyatın divesifikasiyası  və  onun  rəqabət  qabi-

liyyətinin  artırılmasını  təmin  etmək  üçün  təşkilati-hüquqi  mexanizmin  yaradılması 

zəruridir. Bu mexanizm dövlətin və xüsusi sahibkarlığın malik olduğu resursları iqti-

sadi inkişaf qarısında duran məqsədələrə nail olmağa yönəltməlidir. Təşkilati-hüquqi 

mexanizmin  əsas  məqsədi  ölkədə  idxalı  əvəz  edən  istehsalların  təşkili  və  ixracyö-

nümlü  məhsulların  istehsalının  artırılması  üçün  mövcud  potensialdan  daha  səmərəli 

istifadəni özündə əks etdirən layihə və proqramları reallaşdırılmaqdan ibarətdir. 

Sənaye  məhsullarının  rəqabət  qabiliyyətinin  yüksəldilməsində  yerli  istehsalçı-

ların  hökumət  tərfindən  dəstəklənməsi  mühüm  rol  oynayır.  Bu  dəstəyin  formaların-

dan biri yerli istehsalçılara gizli və ya açıq şəkildə subsidiyaların verilməsidir. Müasir 

dövrdə  ölkə  iqtisadiyyatında  birbaşa  subsidiyadan  çox  gizli  şəkildə  subsidiya 

üstünlük təşkil edir. Gizli şəkildə subsidiyalara elektrik enercisinin, qazın, kommunal 

xidmətlərin (məsələn su təhcizatının) və nəqliyyatın aşağı qiymət və tarifləri ilə müə-

yyən olunur. Təhlil göstərir ki, respublikada enerjinin, qazın, kommunal xidmətlərin, 

nəqliyyat  təminatın  keyfiyyəti  baxımından  aşağıdır.  Bununla  əlaqədar  olaraq,  bu 

resursların  qiymətlərinin  tədricən  artırılması  ilə  yanaşı  təminatın  keyfiyyətinin 

artırılmasına,  elektrik  enerjisi  və  qaz,  kommunal  və  nəqliyyat  xidməti  göstərən 

təsərrüfat  subyektlərinin  məsuliyyətlərinin  artırılmasına  yönəldilmiş  tədbirlərin 

həyata  keçirilməsi  vacibdir.  Çünki  bəzən  elektrik  enerjisi  və  qazın  verilməsində  baş 

verən fasilələr emal sənayesi müəssisələrində müəyyən itkilərlə müşaiyət olunur.  

Ölkədə  enerjidaşıyıjıların  qiymətlərinin  aşağı  olması  iqtisadiyyatın  qeyri-sə-

mərəli  strukturunun  formalaşmasına  və  onun  səmərəliliynin  nisbətən  azalmasına 

gətirib çıxarır. Lakin qiymətlərin səviyyəsi normal olmalıdır, yəni bütövlükdə enerji-

daşıyıcıların  qiymətlərinin  səviyyəsi  nisbi  olduğundan,  bu  emal  sənayesində  isteh-

salın azalmasının  və əhalinin  həyat səviyyəsinin cidi şəkildə aşağı düşməsinə  səbəb 

olmamalıdır.  Ölkə  daxilində  enerjidaşıyıcıların  qiymətlərinin  dünya  qiymətlərinə 

yaxınlaşdırılması tədricən davamlı şəkildə və uzun müddət ərzində həyata keçirilmə-

lidir. Eyni zamanda emal sənayesinin  mövcud vəziyyəti və onun yeni şəraitə uyğun-

laşma imkanları nəzərə alınmalıdır. Son dövrlərdə respublikada enercinin, qazın və s. 

qiymətlərinin  artırılması  istiqamətində  tədbirlər  görülür.  Fikrimizcə,  bu  tədbirlərin 




 

 

72



ölkə  sənayesinin  rəqabət  qabiliyyətinin  səviyyəsinə  mənfi  təsirini  neytrallaşdırmaq 

üçün tədbirlərin görülməsi vacibdir.  

Ölkə  sənayesinin  rəqabət  qabiliyyətinə  ciddi  şəkildə  təsir  göstərən  amillərdən  biri 

də  həyata  keçirilən  valyuta  siyasətidir.  Məlumdur  ki,  ölkədə  həyata  keçirilən  neft  stra-

tegiyasının reallaşması nəticəsində respublikaya külli miqdarda valyut vəsaiti daxil olur. 

Nəticədə  milli  valyutanın  möhkəmlənməsi  baş  verir.  Milli  valyutanın  möhkəmlənməsi 

idxalın  stimullaşmasına,  ixracın  məhdudlaşmasına  və  bütövlükdə  isə  ölkədə  istehsal 

olunan  məhsulların  rəqabət  qabiliyyətinin  aşağı  düşməsinə  səbəb  olur.  Buna  görə  də 

neftdən  gələn  valyuta  vəsaitlərinin  neft  fondunda  saxlanması  hesabına  milli  valyuta 

kursunun  nisbətən  kəskin  şəkildə  artımının  qarşısını  almaqla  yanaşı  emal  sənayesinin 

rəqabət  qabiliyyətinin  yüksəldilməsi  üçün  aşağıdakı  tədbirlərin  də  həyata  keçirilməsi 

məqsədəuyğundur: 

-  neft  gəlirlərindən  yeni  emal  sənayesi  müəssisələrinin  yaradılması  və  mövjud 

olanların  isə  bərpası  üçün  istifadə  edilməsi.  Bu  zaman  dövlət  yerli  sahibkarlığın 

inkişafı üçün ucuz kreditlər verə və ya yeni  müəssisələrin yaradılmasında iştirak edə 

bilər.  Yeni  müəssisələr  yaradılması  və  mövcud  olanların  yenidənqurulması  üçün 

zəruri olan maşın və avadanlıqların idxal hesabına əldə edildiyindən, bu milli valyuta 

kursunun möhkəmlənməsinə əhəmiyyətli təsir göstərmir; 

-  sənae  müəssisələrinin  vergi  yükünün  azaldılması.  Bu  valyuta  kursunun  möh-

kəmlənməsi nəticəsində emal sənayesinin rəqabət qabiliyyətinin aşağı düşməsini qis-

mən  aradan  qaldırar.  İstehsalın  inkişafının  vergilər  vasitəsilə  stimullaşdırılmasını 

araşdıran tədqiqatçılar göstərirlər ki, dünya ölkələrinin təcrübəsində istehsalın inkişafı 

üçün  ən  geniş  istifadə  olunan  stimullaşdırma  vasitəsi  vergilərdir.  O,  vergi  stimulları 

sırasında  aşağıdakıları  göstərir:  yeni  yaradılmış  istehsal  müəssisələrinin  müəyyən 

müddətə (adətən 3-5 il müddətinə) mənfəət vergisindən azad edilməsi; hesabat ilində 

müəssisənin  yeni  texnika  və  texnologiyanın  alınması  və  tətbiqinə  çəkdiyi  xərclərin 

müəyyən  hissəsisinin  vergi  məqsədləri  üçün  hesablanan  mənfəətdən  çıxılması; 

istehsal  müəssisələrinin  hesabat  ilindəki  zərərinin  növbəti  illərin  mənfəəti  hesabına 

tədricən  ödənilməsi;  mənfəət  vergisindən  müxtəlif  növ  güzəştlərin  tətbiqi;  sürətlən-

dirilmiş  amortizasiyanın  tətbiqi;  əlavə  dəyər  vergisindən  (yaxud  dövriyyə  vergisin-




 

 

73



dən)  güzəştlər; əmlak  vergisi  üzrə  vergi  güzəştləri; xaricdən ölkəyə  gətirilən  istehsal 

avadanlıqlarının  və  texnologiyanın,  emal  məqsədilə  gətirilən  istehsal  amillərinin 

vergi  və  rüsumlardan  azad  edilməsi  və  ya  güzəştlərin  tətbiqi;  müəyyən  dövrlərdə 

istehsal  müəssisələri  üçün  elan  olunan  vergi  tətilləri;  yeni  istehsal  müəssisələrinin 

yaradılması  üçün  sahibkarlara  güzəştli  şərtlərlə  kredit  verən  bank  və  başqa  kredit 

təşkilatlarına  vergi  güzəştlərinin  tətbiqi;  istehsal  müəssisələrinə  işgüzar  xidmətlər 

göstərən müəssisə və təşkilatlara vergi güzəştlərinin tətbiqi və s. 

Fikrimizcə, ölkə sənayesinin müasir texnika və texnologiya əsasında modernləş-

dirilməsi üçün dövlət büdcəsindən ucuz kreditlərin verilməsi vacibdir. Son illərdə bu 

istiqamətdə işlər görülür.  

Azərbaycanda  ölkə  sənayesinin  rəqabət  qabiliyyətini  artırmaq  üçün  təhcizatçı 

müəssisələrin - əlaqədar sahələrin rəqabət qabiliyyətini yüksəltmək vacibdir. Rəqabət 

qabiliyyətli  əlaqədar  sahələrin  inkişaf  etdirilməsi  emal  sənayesinin  rəqabət  qabiliy-

yətini  artırmaqla  yanaşı,  ölkədə  yeni  müəssisələr  yaratmaq  və  mövcud  vəsaitlərin 

mənimsənilməsi  imkanlarını  artırır.  Təsadüfü  deyildir  ki,  bəzi  ölkələrdə  investisiya 

qoyuluşları  üçün  zəruri  vəsaitlər  mövcud  olsa  da,  həmin  vəsaitlərin  investisiya  kimi 

mənimsənilməsi mümkün olmur.  

Ölkə sənayesində ayrıca bir istehsal növünün texnoloji cəhətdən yenidən qurulması 

ciddi çətinliklərlə əlaqədardır. Son on ildə ölkədə sənaye istehsalının texniki-iqtisadi sə-

viyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Belə şəraitdə yüksək texnoloji səviyyəyə malik 

istehsalların  yaradılmasına  əlaqədar  istehsalların  aşağı  texniki-iqtisadi  səviyyəsi  mane 

olur. Bu halda bir sıra istehsal növlərinin inkişafı səmərəsiz olur. Buna görə də hökumət 

ilk növbədə, əlaqədar sahələrin inkişafına kömək edəcək istehsalların texnoloji cəhətdən 

yenidən  qurulmasına  köməklik  göstərməlidir.  Fikrimizcə,  yerli  bazara  istiqamətlənmiş 

istehsalların texnoloji cəhətdən yenidənqurulması üçün xarici texnologiyalara lisenziya-

ların  alınmasına  üstünlük  verilməlidir.  Bu  zaman  hökumətin  yerli  sahibkarlara  həm 

maliyyə,  həm  də  informasiya  köməyi  göstərməsi  vajibdir.  Xüsusilə,  yerli  kənd  təsər-

rüfatı  xammalının  emalına  əsaslanan  yüngül  və  yeyinti  sənayesi  müəssisələrinin 

yenidənqurulması  və  inkişafı  ölkədə  həm  yerli  sahibkarlığın,  həm  də  kənd  təsərrüfatı 

istehsalının inkişafına səbəb olar və perspektivdə respublikanın ixrac potensialını artırar. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə