Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   18   19   20   21   22   23   24   25   26

 

 

59



regionlarda  yəni,  sənaye  müəssisələrinin  cəmləşdiyi  regionlarda  yeni  yaradılacaq 

müəssisələrin fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilir. Adatən sənaye cəhətdən 

inkişaf  etmiş  ölkələrdə,  sənaye  müəssisələri  üzrə  təmərküzləşmə  səviyyəsi  yüksək 

olan  regionlarda  əmlaka  və  gəlirə  yüksək  dərəcəli  vergi  tətbiq  edilir,  yeni  müəssisə-

lərin  tikintisi  və  ya  mövcudların  genişləndirilməsinə  kredit  verilmir,  müəssisənin 

ləğvi mükafatlandırılır və s. 

 İqtisadi metodlar isə sənaye istehsalının ərazi üzrə təşkilinə dolayı təsir vasitələ-

ridir və ayrı-ayrı istiqamətlərdə gəlirliliyin azaldılması və ya artırılması yolu ilə onla-

rın  fəaliyyəti  tənzimlənir.  Əgər  inzibati  metodlar  əsasən  inkişafın  məhdudlaşdırıl-

masına yönəldilə bilərsə, iqtisadi metodlar həm inkişafın məhdudlaşdırılmasına, həm 

də stimullaşdırılmasına yönəldilə bilər.  

Sənaye  müəssisələrinin  obyektlərinin  ərazi  üzrə  səmərəli  şəkildə  yerləşdiril-

məsinin  stimullaşdırılması  formalarından  biri  dövlət,  yerli  və  xarici  investorlar  ara-

sında  müqaviləyə  əsaslanan  sənaye  layihələridir.  Bu  layihələrin  məqsədi  ölkədə 

istehsal  olunan  xammal  və  materialların  emallıq  səviyyəsinin  dərinləşdirilməsi, 

onların  keyfiyyətinin  artırılması,  regionlarda  mövcud  olan  sənaye  müəssisələrin 

yenidənqurulması və modernləşdirilməsi ola bilər. 

Sahibkarların maliyyə imkanlarının aşağı olması, həmçinin onların biliklərinin 

xarici  bazarlarda  səmərəli  fəaliyyət  baxımından  arzu  olunan  səviyyəni  təmin  edə 

bilməməsi  xariji  tijarətdən  asılı  sənaye  müəssisələrinin  yaradılmasına  və  inkişafına 

maneəçilik  törədən  amillərdəndir.  Belə  şəraitdə,  dövlət  özünün  səfərbəredici 

imkanlarından istifadə etməli və regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 

müəssisələrin  inkişafı  istiqamətində  tədbirlər  həyata  keçirməlidir.  İnvestisiya 

Şirkətinin  aktiv  rolu  və  hökumətin  regionlarda  sənaye  müəssisələrin  yaradılması  və 

inkişafı istiqaməmətində səmərəli fəaliyyəti üçün zəruri infrastrukturun formalaşdırıl-

ması, kadr hazırlığı və s. digər məsələləri əlaqələndirməyə imkan verərdi.  

Müasir  şəraitdə  regionlarda  sənayenin  inkişafına  təkan  verən  əsas  şərtlərdən 

biri ölkənin əlverişli regionlarında Azad İqtisadi Zonaların yaradılmasıdır.  




 

 

60



Məlum  olduğu  kimi,  ötən  əsrin  ikinci  yarısından  başlayaraq  dünya  prak-

tikasında  sahibkarlığın  inkişafının  müxtəlif  təşkilati  iqtisadi  modelləri  müvəffəqiy-

yətlə  tətbiq  edilməkdədir.  Bu  modellərin  yaradılması  vasitəsilə  dövlət  öncül  sahə-

lərdə və  ya regionlarda sahibkarlığın  inkişafını təşviq edərək sosial-iqtisadi  inkişafın 

sürətləndirilməsi  məqsədini  güdür.  Avropa və  Asiya ölkələrində, Amerika  Birləşmiş 

Ştatlarında  öz  məqsəd  və  miqyaslarına  görə  çox  müxtəlif  olan  belə  modellər  ölkə 

iqtisadiyyatının  strukturunun  və  texnoloji  bazasının  yeniləşməsinin,  bu  əsasda  rəqa-

bət  qabiliyyətinin  yüksəldilməsinin  güclü  amilinə  çevrilmişdir.  Artıq  Azərbaycan 

Respublikasında  da  bu  müsbət  təcrübənin  tətbiqi  istiqamətində  real  işlərə  başlan-

mışdır.  Xüsusi  iqtisadi  zonaların  yaradılması  hazırda  sahibkarlığa  dövlət  dəstəyinin 

öncül  istiqamətlərindən  biridir.  XİZ-lərin  yaradılmasında  məqsəd  ölkə  iqtisadiy-

yatının öncül sahələrinin  inkişafının sürətləndirilməsi,  yerli  və  xarici  investisiyaların 

cəlb  edilməsinə  və  regionların  iqtisadi  potensialının  inkişafına  əlverişli  şəraitin  ya-

radılması, yüksək texnoloji sahələrin inkişafının, yeni rəqabətqabiliyyətli və səmərəli 

istehsal  və  xidmət  sahələrinin  təşkilinin  dəstəklənməsidir.  Azərbaycan  Respublikası 

Prezidentinin  “Azərbaycan  Respublikasında  xüsusi  iqtisadi  zonaların  yaradılması 

haqqında”  2007-ci  il  6  mart  tarixdə  imzalanmış  Fərmanı  ilə  ölkədə  xüsusi  iqtisadi 

zonaların  yaradılması  və  fəaliyyəti  ilə  əlaqədar  dövlət  siyasəti  Azərbaycan  Respub-

likası  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  tərəfindən  həyata  keçirilməsi  müəyyən 

edilmişdir.  Fərmanda  qeyd  olunur  ki,  “müasir  dövrdə  bir  sıra  ölkələrdə  mövcud 

sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki nailiyyətlərin daha geniş və səmərəli 

istifadəyə  və  bu  ölkələrin  beynəlxalq  əmək  bölgüsündə  daha  fəal  iştirakına  xüsusi 

iqtisadi zonalar kimi iqtisadi fəaliyyətin yeni formasının tətbiqi vasitəsilə nail olunur. 

Beynəlxalq  təcrübə  göstərir  ki,  xüsusi  iqtisadi  zonalar  ayrı-ayrı  ərazilərin  və  bütöv-

lükdə  ölkələrin  iqtisadi  inkişafına  güclü  təsir  imkanına  malikdir”.  Daha  sonra 

Fərmanda “ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli 

şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş 

yerlərinin  açılması,  müasir  idarəetmə  təcrübəsinin  istifadə  edilməsi,  rəqabət  qabiliy-

yətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədi 

ilə”  Azərbaycanda  xüsusi  iqtisadi  zonaların  yaradılması  məqsədəuyğun  sayılır. 




 

 

61



Fərmanda Nazirlər  Kabinetinə  xüsusi  iqtisadi zonalar haqqında qanun  layihəsinin  və 

əsasnamənin, belə zonalarda güzəştli  vergi və  gömrük rejimi,  valyuta tənzimlənməsi 

barədə  təkliflərin,  habelə  belə  zonaların  hüdudlarında  gömrük  nəzarətinin,  gömrük 

məntəqələrinin fəaliyyətinin, malların sənədləşdirilməsinin, nəqliyyat vasitələrinin və 

fiziki  şəxslərin  buraxılma  rejiminin  saddələşdirilmiş  qaydalarının  hazırlanması 

tapşırılır.  Fərmanda  verilmiş  tapşırıqların  icrası  məqsədilə  İqtisadiyyat  və  Sənaye 

İnkişaf  Nazirliyi  aidiyyəti  dövlət  orqanları  ilə  birgə  “Xüsusi  iqtisadi  zonalar 

haqqında”  Azərbaycan  Respublikasının  Qanun  layihəsini  hazırlamış  və  Azərbaycan 

Hökumətinə  təqdim  etmişdir.  Qanun  layihəsində  xüsusi  iqtisadi  zonalarda  güzəştli 

vergi  və  gömrük  rejimi  barədə  təkliflər  öz  əksini  tapmışdır.  2008-ci  31  oktyabr 

tarixində  Qanun  layihəsi  Azərbaycan  Respublikasının  Milli  Məclisində  qəbul  olun-

muşdur.  

İnkişaf  etmiş  ölkələrdə  azad  iqitsadi  zonaların  müxütəlif  növlərindən  istifadə 

olunur. Lakin onların hamısı aşağıdakı xarakterik cəhətlərə malikdir: 

1) vergilərdən azad olma və ya vergilərin sayının xeyli azaldılması; 

2)  ixrac  məhsullarının  istehsalı  üçün  idxal  olunan  malların  gömrük  rüsu-

mundan azad olunması; 

3) valyuta nəzarətinin zəifləndirilməsi və güzəştli kreditlərin verilməsi; 

4) vahid idarəetmə orqanlarının yaradılması; 

5) 100 % xarici kapitallı fimaların yaradılıması. 

Azərbaycanda azad və birgə zonaların yaradılması baxımından əlverişli bölgə-

ləri müəyyənləşdirmək məqsədilə aprılan təhlilin nəticələri göstərir ki, bu kənarda ən 

perespektivli  bölgələr  Abşeron,  Naxçıvan  MR,  Gəncə-Qazax,  Lənkəran-Astara, 

Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlardır. 

Regionlarda  kənd  təsərrüfatı  məhsullarının  emalına  əsaslanan  istehsal  sahələ-

rinin  (qida  məhsularının  hazırlanması,  konservləşdirmə,  texniki  bitkilərin  emalı, 

toxuculuq  və tikiş  istehsalları  və s.) formalaşması  üçün belə  müəssisələri təşkil edən 

sahibkarlara güzəşli kreditlərin verilməsi təşkil olunmalı, onların üzləşdikləri hər cür 

əsassız maneələr aradan qaldırılmalıdır. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə