Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   18   19   20   21   22   23   24   25   26

 

 

68



müsabiqəli  investisiya  qoyuluşu  mexanizmi  dövlətin  iqtisadi  strategiyasının  mühüm 

tərkib  hissəsi  olmalıdır.  Azərbaycanda  əvvəlki  illərin  təcrübəsi  mərkəzləşdirilmiş 

investisiya  resurslarının  yerləşdirilməsinə  müsabiqə  yolu  ilə  yanaşma  prinsiplərinin 

gələcəkdə  yayılması  və  təkmilləşdirilməsinin  məqsədəuyğunluğunu  göstərdi.  Əvvəl-

lər  müsabiqə    yanaşması  bir  qayda  olaraq  öz  xərclərini  iki  ildən  çox  olmayaraq 

çıxaran  yüksək  səmərəli  kommersiya  investisiya  layihələrinə  aid  edilirdi.  Bu  zaman 

layihənin reallaşması üçün investor öz şəxsi vəsaitlərinin 20%-dən az olmayaraq bura 

qoyurdu.  Hazırda  müsabiqəyə  təqdim  olunan  layihənin  keyfiyyətinə  olan  tələblər 

konkretləşdirilir,  onların  müsabiqə  üçün  seçilməsi  sistemi  təkmilləşdirilir.  Müsabiqə 

mexanizminin  böyük  inkişaf  imkanları  dövlət  təminatları  şəklində  dövlət  köməyinin 

göstərilməsi  ilə  əlaqədar  olacaq  ki,  bu  da  səmərəli  investisiya  layihələri  bazarını 

formalaşdırmağa  və  investisiya  sferasında  yerli  maliyyə-kredit  institutlarının  əlavə 

kapitallarının  cəlbinin  stimullaşdırılmasına  imkan  verəcək.  İstehsalın  tədricən  sabit-

ləşməsi və inflyasiyanın aşağı düşməsi şəraitində mərkəzləşdirilmiş investisiya müsa-

biqəli yerləşdirilməsinin yeni prinsiplərinin reallaşdırılması xüsusi kapital qoyuluşları 

hesabına  investisiya  fəallığının  canlanmasına  kömək  edir.  Bundan  başqa  müəssisə-

lərin investisiya fəaliyyətinin həyata keçirilməsində dövlətin amortizasiya siyasətinin 

rolunu yüksəltmək lazimdır. Müəssisələrin yığım üçün vəsaitlərinin çatışmadığı şərai-

tdə  hökumət  amortizasiyanın  məqsədli  istifadəsini,  əsas  fondların  təkrar  istehsalı 

üçün  investisiya  ehtiyaclarını  təmin  etməyə  səy  göstərir.  Bazar  münasibətlərinin 

gələcək  inkişafını  nəzərə  almaqla  bu  məsələnin  həlli  amortizasiyanın  istifadə  istiqa-

mətləri  üzrə  sərt  məhdudiyyətlər  prinsipi  ilə  deyil,  amortizasiya  ayırmalarının  istifa-

dəsinin müəssisələr tərəfindən onların vergiqoyma gəlirlərinə bərabərləşməsi hesabı-

na həyata keçirilməlidir.  

İnvestisiya  prosesinin  təşkilinin  səmərəli  formalarının  yaradılması  maliyyə 

sənaye  qruplarının  formalaşmasını  nəzərdə  tutur.  Maliyyə  sənaye  qruplarının 

formalaşması  investisiya  proqramlarının  reallaşmasına  kapital  cəlb  edilməsi  üçün 

əlavə imkanları təmin edir və iqtisadiyyatın sabitləşməsi və istehsalın səmərəliliyinin 

yüksəldilməsi  amillərindən  birinə  çevrilir.  İqtisadiyyatın  səmərəliliyinin  artırılması-



 

 

69



nın  maliyyə  əsası  bank  kapitalıdır.  Bu  gün  məhz  o,  investisiya  axınlarının  əsas 

istiqamətləri haqqında mühüm qərarlar qəbul edir. 

Əhalinin  əmanətlərinin  investisiya  sahəsinə  cəlb  edilməsi  və  onların  səmərəli 

istifadəsi məqsədilə pay investisiya fondlarının yaradılması yaxşı olardı. Pay investisiya 

fondlarının inkişaf proqramları və müvafiq normativ sənədlər işlənib hazırlanmalıdır.  

Pay investisiya fondlarının əhali üçün investisiya cazibəsinin başlıca şərti investisi-

ya payının pula çevrilmə qabiliyyətinin və yüksək gəlir səviyyəsinin təmin edilməsidir.  

Əmanətçilərin və səhmdarların xırda investisiya layihələrinə və əhalinin qiymət-

li kağızlara vəsait qoyuluşuna etibarının bərpasını təmin edən hüquqlarının qorunma-

sının səmərəli mexanizminin yaradılması zəruridir.  

Ölkə  iqtisadiyyatına  investisiya  qoyuluşlarının  cəlbini  stimullaşdıran  amillərdən 

biri də ölkədə azad rəqabət şəraitinin olmasıdır. İnvestisiya sahəsində rəqabətin inkişafı 

üçün  əlverişli  şərait  yaratmaq  məqsədi  ilə  makroiqtisadiyyat  və  region  səviyyəsində 

investisiya  ehtiyatlarının  material  ehtiyatları  və  tikinti  təşkilatlarının  istehsal  gücləri  ilə 

tarazlazlaşdırılmış  vəziyyətin əldə olunması üçün bütün səylər cəmləşməlidir.  

İnvestisiya  prosesinin  normalaşdırılması  üzrə  tədbirlər  görülən  zaman  mərkəz-

ləşdirilmiş maliyyələşmənin həcmini xeyli azaltmaq və bu vəsaiti preoritet sahələrdə 

uyğunsuzluğun  aradan  qaldırılmasına,  kiçik  müəssisələrin  tikintisi  və  rekonstruksi-

yasına yğnəltmək, istifadəsiz qalmış istehsal güclərinin digər regionlarda obyektlərin 

tikintisi üçün istifadə olunmasinda tikinti təşkilatlarına kömək göstərmək zəruridir. 

İqtisadiyyata  investisiya  qoyulmasının  stimullaşdırması  tədbiri  kimi  investorlar 

üçün  əlverişli  rejimin  yaradılmasına  peşəkarların  cəlbi  ilə  əhalinin  və  müəssisələrin 

sərbəst  vəsaitlərini  toplayan  qarşılıqlı  fondlar  formasında  institusional  investorların 

inkişafının  stimullaşdırılması  siyasıtini  də  göstərmək  olar.  Ümumiyyətlə,  istehsal 

sektoruna  qoyulan  investisiyaların  həcmi  hökumətin  aparmış  olduğu  iqtisadi 

siyasətdən asılıdır.  

Azərbaycanda  investisiya  mühitinin  təkmilləşdirilməsi  istiqamətində  davam 

etməkdə  olan  islahatlara  və  artıq  əldə  edilmiş  nailiyyətlərə  baxmayaraq  qeyri-neft 

sektoruna, xüsusilə emal sənayesinin istehsal sahələrinə investisiyaların cəlb edilməsi 

sahəsində hələ çox işlər görülməlidir. İstehsal sahələrində investisiya fəallığının artı-




 

 

70



rılması  üçün  stimullaşdırıcı  iqtisadi  siyasətin  həyata  keçirilməsi  və  belə  siyasətin 

səmərəliliyinin  artırılması  ölkə  iqtisadiyyatının  davamlı  inkişafı  və  dünya  iqtisadiy-

yatına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. 

Qeyd etdiyimiz kimi, respublikamızda investisiya mühiti yaxşılaşdırılması üzrə 

dövlət tərəfindən bu  vaxta qədər  xeyli  işlər  həyata keçirilmişdir. Bunu  nəzərə alaraq 

Dünya  Bankı  və  Beynəlxalq  Maliyyə  Korporasiyası  tərəfindən  hazırlanan  "Doing 

Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində 

ən  islahatçı  ölkə elan edilmişdir.  "Doing  Business 2010"  hesabatında  isə ölkəmiz öz 

mövqelərini  qoruyub  saxlamış  və  "Doing  Business  2011"  hesabatında  Azərbaycan 

183 ölkə arasında 54-cü yeri tutmuşdur. Hesabatda 2006-cı ildən etibarən 5 il ərzində 

Azərbaycanın biznes  mühiti  üzrə əhəmiyyətli  islahatlar apardığı  və  biznes  mühitinin 

təkmilləşdirilməsinə  xüsusi  diqqət  ayırdığı  qeyd  edilmişdir.  "Qlobal  Rəqabətlilik 

Hesabatın"da  Azərbaycan  MDB  ölkələri  arasında  1-ci  yer,  makroiqtisadi  mühitin 

stabilliyi altindeksi üzrə 139 ölkə arasında 13-cü yeri tutmuşdur. 

 

3.3. Ölkə сянайесиндя рягабятгабилиййятли мящсул истещсалынын стимуллашдырылмасы 

Müasir dövrdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin əsas istiqamətlərindən 

biri ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsidir. Məhz rəqabət qabi-

liyyətli iqtisadiyyata malik olan ölkə əhalinin artan maddi və mənəvi talabatının dol-

ğun ödəyə bilər. Bu baxımdan hökumət inzibati və iqtisadi metodlardan istifadə edə-

rək ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəldilmiş tədbirlər 

həyata keçirir. 

Ölkədə  rəqabət  qabiliyyətli  iqtisadiyyat  formalaşdırmaq  üçün  ayrı-ayrı  sahələrə 

hökumət  tərəfindən  edilən  güzəşt  və  yardımlar  iqtisadiyyatın  strukturunu  təkmilləş-

dirmək və iqtisadi səmərəliliyi yüksəltmək məqsədi daşıyır. Lakin təcrübə göstərir ki, 

ölkə  iqtisadiyyatında  ayrı-ayrı  sahələrin  rəqabət  qabiliyyətinin  güzəşt  hesabına 

yüksəldilməsinə nail olmaq mümkün deyil. Ölkənin rəqabət qabiliyyətinə təbii üstün-

lüklərlə  yanaşı,  ölkədə siyasi sabitlik,  valyuta rejimi,  işçilərin  ixtisas səviyyəsi, satış 

bazarı, infrastrukturanın inkişaf səviyyəsi və digər amillər ciddi şəkildə təsir göstərir.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə