Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 

 

34



II FƏSİL 

AZƏRBAYCANDA SƏNAYENİN İNKİŞAFININ MÜASİR VƏZİYYƏTİ VƏ 

DÖVLƏT TƏNZİMLƏNMƏSİ PROBLEMLƏRİ

 

2.1.

 

Azərbaycan sənayesinin müasir vəziyyəti və inkişaf meyllərinin 

tədqiqi 

Sənayenin  inkişaf  səviyyəsi  istənilən  ölkənin  stabil  iqtisadi  inkişafının  təmin 

edilməsinin  mühüm  amillərindən  biridir.  Çünki  sənaye  iqtisadiyyatın  mürəkkəb  sa-

həsi kimi, cəmiyyətin müxtəlif tərəflərinin inkişafını tələb edir və bu inkişaf səviyyə-

sindən  asılı  olaraq  da  onun  rəqabət  qabiliyyəti  formalaşır.  Son  dövrlərdə  ölkədə 

aparılan  genişmiqyaslı  köklü  islahatlar  nəticəsində  iqtisadiyyatın  bütün  sahələrində 

olduğu  kimi,  sənayenin  də  dirçəlişinə  səbəb  olmuşdur.  Son  illər  istehsal  sahələrinin 

inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, xüsusən də ölkənin neft-qaz səna-

yesinin sürətli inkişafı ümumi daxili məhsulun strukturunda sənaye istehsalının payı-

nın getdikcə artmasına gətirib çıxarmışdır. Belə ki, 2013-cü ildə ölkədə ümumi daxili 

məhsuda sənaye istehsalının payı 46,3 faiz təşkil etmişdir.  

2013-cü  ildə  ölkədə  sənaye  məhsulunun  həcmi  2000-ci  ilə  nisbətən  3,1  dəfə 

artmışdır.  Bu  artım  mədənçıxarma  sənayesində  3,2  dəfəyə,  emal  sənayesində  2,4 

dəfəyə,  elektrik  enerjisi,  qaz  və    buxar  istehsalı,  bölüşdürülməsi  və  təchizatı  sahə-

sində  1,6  dəfəyə,  su  təchizatı,  tullantıların  təmizlənməsi  və  emalı  sahəsində  isə  1,1 

dəfəyə  bərabər  olmuşdur.  Son  illərdə  sənayedə  istehsalın  artmasına  baxmayayraq, 

həldə də 1990-cı il səviyyəsinə çatmamışdır. Belə ki, 2013-cü ildə sənaye məhsulu-

nun  həcmi 1990-cı  ilə  nisbətən  1,7  faiz, emal  məhsullarının  istehsal  həcmi  isə  43,7 

faiz az olmuşdur.  

Neft  hasilatı sahəsinə  xarici  investisiyanın cəlb olunması  və bu sahədə  isteh-

salın artımı sənayenin sahə strukturunda bu sahənin payının artmasına gətirib çıxa-

rmışdır. Qeyd edilən dövrdə mədənçıxarma sənayesidə istehsalın həcmi təqribən 2,5 

dəfə artmışdır. Nəticdə, sənaye  məhsulunun strukturunda neft və qaz hailatı sahəsi-

nin  payı  yüksəlmişdir.  Belə  ki, 2013-cü  ildə sənye  məhsulunda  neft  və qaz  hasilatı 

sahəsinin  payı  74,1  faizə,  neft  emalı sahəsinin payı  7,6  faizə, elektrik enerjisi, qaz, 

buxar  və  su  istehsalı,  bölüşdürülməsi  və  təchizatı  sahəsinin  payı  isə  6,3  faizə 




 

 

35



bərabər  olmuşdur.  Belə  halda  sənaye  məhsulunda  qeyri-neft  emalı  sahəsinin  payı 

2000-ci ildə 12,8 faizdən 2013-cü ildə 8,9 faizə qədər azalmışdır.  

Son  dövrlərdə  yanacaq-energetika  sahələrində  yaranmış  inkişaf  meylləri 

respublikamızın  xarici  ticarət  əlaqələrinin  genişlənməsinə  təkan  vermişdir.  Belə  ki, 

2013-cü  ildə  ümumi  ixracın 92,7  faizi  neft  və  neft  məhsullarının payına düşmüşdür. 

Bu əsasən ölkə sənayesinin sahə qurluşunda yaranmış bir tərəflikdən irəli gəlir. Belə 

şəraitdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin mühüm əhəmiyyəti vardır.  

Toxuculuq  və  tikiş  sənayesi,  kimya  sənayesi  və  elektrik  avadanlığı,  optik  və 

elektron avadanlıqlarının istehsalı sahələri istisna olmaqla emal sənayesinin digər sa-

hələrində  istehsalın  həcmi  artmışdır.  Bununla  yanaşı,  emal  sənayesi  məhsulunun  ar-

tımının  əsas  hissəsi  içki  və  tütün  də  daxil  olmaqla  qida  məhsulları  istehsalı  və  neft 

məhsullarının istehsalı sahələri hesabına baş vermişdir.  

Cədvəl 1 

İqtisadi fəaliyyət növləri üzrə sənaye istehsalının strukturu  

(ümumi yekuna görə, faizlə) 

  

1990 



2006 

2009  2010  2011  2012  2013 

Bütün sənaye 

100 


100 

100 


100 

100 


100 

100 


 Mədənçıxarma sənayesi   

5,3 


72.1 

76.7 


78.9 

80.5 


78.8 

77.2 


Xam neft və təbii qaz hasilatı 

4,8 


69.7 

74.5 


76.4 

78.0 


76.2 

74.1 


 Emal sənayesi    

90,1 


23.3 

17.3 


15.9 

14.3  15.3 

16.5 

   İçki istehsalı 



… 

0.66 


0.7 

0.6 


0.5 

0.5  


0.7 

   Tütün məmulatlarının istehsalı 

3,2 

0.18 


0.1 

0.08 


0.1 

0.06 


0.04 

   Toxuculuq sənayesi 

14 

0.4 


0.16 

0.1 


0.2 

0.2 


0.2 

   Neft məhsullarının istehsalı        

6,9 

12.4 


8.6 

8.2 


7.4 

7.3 


7.6 

   Kimya sənayesi 

5,3 

1.3 


0.62 

0.45 


0.6 

0.6 


0.6 

   Tikinti materiallarının istehsalı  

3,2 

1.1 


1.7 

1.7 


0.8 

1.0 


1.2 

   Metallurgiya sənayesi 

3,7 

2.4 


0.4 

0.5 


0.6 

1.1 


0.9 

   Kompüter və digər elektron 

avadanlıqların istehsalı 

0,9 


0.1 

0.2 


0.2 

0.2 


0.2 

0.3 


   Maşın və avadanlıqların   

istehsalı 

0.4 


0.4 

0.6 


0.5 

0.5 


0.8 

    Mebellərin istehsalı  

… 

0.1 


0.2 

0.2 


0.14 

0.13 


0.14 

 Elektrik enerjisi, qaz və  buxar 

istehsalı, bölüşdürülməsi və 

təchizatı 

4,1 

3.9 


5.4 

4.6 


4.7 

5.3 


5.6 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə