Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan hava yollari


III FƏSİL. BÖYÜKŞOR GÖLÜNÜN EKOLOJİ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ NƏTİCƏLƏRİNİN TƏHLİLİ



Yüklə 66,21 Kb.
səhifə2/5
tarix15.04.2023
ölçüsü66,21 Kb.
#105817
1   2   3   4   5
Sona İsmayılova 1439A (3)-1 (1)

III FƏSİL. BÖYÜKŞOR GÖLÜNÜN EKOLOJİ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ NƏTİCƏLƏRİNİN TƏHLİLİ
3.1. Böyükşor gölünün su keyfiyyəti indekslərinin əsasında ekoloji vəziyyətinin öyrənilməsi
Necə həmin indekslər üzrə ekoloji vəziyyət müəyyən olunur..

3.2. Peyk təsvirləri əsasında su keyfiyyəti indekslərinin hesablanan nəticələrinin təhlili


Nəticələr xəritə, statistik hesablamalar və s.

3.3. Böyükşor gölü və ətraf ərazilər üzrə təklif olunan fəaliyyətlər


Hansı tədbirlər görülə bilər, nə təklif edə bilərsiniz, məsələn mövcud qanun
https://e-qanun.az/framework/27342


Xüsusi qeyd! Məlumatları toplayanda istinadları həmin mətnin yanında yerləşdirmək vacıbdir (sonda istifadə olunan ədəbiyyat siyahısı üçün lazım olacaq)


Fəsillərin adları və ya yerləri yazdıqda və materialları topladıqda dəyişilə bilər, əsas odur ki başlayasınız


I FƏSİL. SU OBYEKTLƏRİNİN EKOLOJİ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ KOSMİK TEXNOLOGİYALARI
1.1.Su obyektlərinin çirklənmə mənbələri və növləri



  1. https://www.researchgate.net/publication/367207047

  2. 2.Su ehtiyyatlarının inteqrasiyalı idarə olunması pdf

3. Н.И. Грехнев, Л.Н. Липина, В.И. Усиков


.К ВОПРОСУ ОЦЕНКИ ЭКОЛОГИЧЕСКОГО РИСКА С ИСПОЛЬЗОВАНИЕМ МЕТОДА ДИСТАНЦИОННОГО ЗОНДИРОВАНИЯ ЗЕМЛИ.pdf



  1. АЛГОРИТМ МОНИТОРИНГА ЭКОЛОГИЧЕСКОГО СОСТОЯНИЯ ПРИБРЕЖНЫХ АКВАТОРИЙ В РАЙОНЕ ИХ ИНТЕНСИВНОГО ХОЗЯЙСТВЕННОГО ИСПОЛЬЗОВАНИЯ .pdf

  2. ВЕДЕНИЕ МОНИТОРИНГА ВОДНЫХ ОБЪЕКТОВ В СОВРЕМЕННЫХ УСЛОВИЯХ.pdf

5.Melorativ hidrogeologiya.pdf
Yerin su örtüyünün və eləcə də bəşəriyyətin “həyat mənbəyi” hesab olunan dünya okean sularının çirklənməsi ətraf mühitə edilən ən ciddi təsirlərdən hesab edilir. Suların çirklənməsi və yaranan ekoloji problemlər təhlükəli proseslər kimi qiymətləndirilir. Suların istilik və kimyəvi çirklənməsi ətraf mühitə edilən ən ciddi antropogen təsirlər hesab edilir. Su mühitinin mühafizəsi, sudakı flora və faunanın qorunub saxlanılması, suların öz-özünü təmizləməsi xüsusiyyətini saxlaması, sudakı çirkləndirici maddələrin xüsusiyyətlərinin tədqiqi müasir dövrün ən aktual problemlərindən hesab edilir. Digər tərəfdən içməli suyun çatışmamazlığı problemi, ehtiyat şirin su mənbələri, onlardan istifadə olunması üçün tətbiq olunan texnologiyalar, belə suların istifadəçiyə çatdırılması şərtləri mövzunun aktuallığını bir daha təsdiq edir. Antropogen təsirlər nəticəsində təbii su mühitinin kimyəvi tərkibinə müxtəlif birləşmələr də daxil olur. Bunlardan toksiti çirkləndirici maddələri – ağır metalları, neft məhsullarını, üzvi xlor birləşmələrini, səthi aktiv sintetik maddələri, fonolları və başqalarını göstərmək olar.
Suyun çirklənməsinin bir xüsusiyyəti tərkibində az miqdarda həll olmuş oksigen saxlamasıdır. Hövzələrdəki suyun temperaturu yüksək olduqda baş verən kimyəvi proseslər sürətlə gedir, oksigenin miqdarı xeyli azalır və orada yaşayan canlı orqanizmlərə mənfi təsirlər güclənir. Bu nöqteyi-nəzərdən soyuq dənizlərdə oksigenin miqdarının çox olduğunu söyləmək olar. Ümumilikdə suların istilik çirklənməsi ətraf mühitin fiziki çirklənməsinin bir növü hesab olunur. Ətraf mühitə temperaturun buraxılması nəticəsində bütövlükdə biosenozda parçalanma prosesi başlayır, belə ki, mühitin temperaturu ekoloji nöqteyi cəhətdən birinci dərəcəli amil hesab olunur. Əsasən istilik çirklənmələrini süni enerji mənbələrindən istifadə yaranır. Süni enerjilər ekosistemin energetik balansına bilavasitə müəyyən dərəcədə təsir göstərir. Yeraltı yanacaq növləri və atom enerjisindən istifadə olunması Günəş enerjisindən Yerin formalaşmış balansına təsir göstərir. İstilik çirklənmələri havaya nisbətən su mühitində daha tez nəzərə çarpır. Dənizlərin sahil zonalarında və daxili su hövzələrində istilik çirklənmələri elə kritik vəziyyət alır ki, həmin mühitdə biosenozların stabilliyi ciddi təhlükə yaradır. Suyun istilik çirklənmələrinin əsas mənbələri elektrik enerjisi istehsal edən istilik elektrik stansiyaları (İES), atom elektrik stansiyaları (AES) və bir sıra rayonlarda poladəritmə və ağır maşınqayırma istehsal sahələridir.
Məlumdur ki, İES-də və həm də AES-də ən böyük istilik itkilərini turbin kondensatorundan soyuducu su ilə aparılan istiliklər təşkil edir. Prosesdə işlənmiş buxar soyudulduqdan sonra soyuducu su, su hövzələrinə qaytarılır və bu zaman çox miqdarda istilik aparılır. Kondensatora daxil olan soyuducu suyun giriş temperaturundan asılı olmayaraq onun çıxış temperaturu həmişə 8-10 0C yüksək olur. İES-də turbində işlənmiş buxarı kondensatlaşdırmaq məqsədilə kondensatordan istifadə edilir. Buxarı kondensatlaşdırmaq üçün isə soyuducu agent kimi çay, dəniz və digər su mənbələrindən istifadə edilir. Orta hesabla 1 kVt/saat elektrik enerjisi hasil etmək üçün İES-da 130 litr, AES-da isə 200 litr soyuducu su tələb olunur.
İstehsal proseslərindən yaranan tullantı suları su hövzələrinə axıtmazdan əvvəl tullantı suları kanalizasiya sisteminə daxil olur. Sistemdən keçirilmiş çirkli su təmizləndikdən sonra su hövzələrinə ötürülür. Belə sistemləri yaratmaqda məqsəd su hövzələrinin çirklənməsinin qarşısını almaqla yanaşı, çirkli suların təmizləndikdən sonra yenidən dövriyyəyə qaytarılmasının təmin olunmasıdır. Kanalizasiya sistemi çirkli suların axıb getməsi üçün boru və yeraltı kanallar istemindən, çirkli suların yığılmasını və kənarlaşdırılması üçün inşa edilmiş tikilidən, çirkli suları təmizləmə məntəqələrinə ötürən boru xəttindən və təmizləmə məntəqəsindən ibarətdir.
Suyun keyfiyyətinə təsir edən hər hansı bir maddə çirkləndiricidir. Təbii su ehtiyatlarına daxil olan çirkləndiricilər (mineral, üzvü və bakterialbioloji maddələr) onun keyfiyyətinə təsir göstərir. Bu təsirlər aşağıdakılardır:
✓ suyun fiziki xassələrinin dəyişməsi (şəffaflığı, rəngi, iyi, dadı və s.);
✓ suyun kimyəvi xassələrinin dəyişməsi;
✓ suda oksigenin (hər hansı oksidləşmə baş verdikdə) azalması;
✓ suda xəstəlik törədən mikroiqlimin yaranması;
✓ suda gedən bio və hidro kimyəvi proseslər nəticəsində çöküntü və üzən maddələrin əmələ gəlməsi.
Suyun çirklənmə növləri 3qrupa bölünür
1. Mineral maddələrlə çirklənmə - bu növ çirklənmədə aktiv iştirak edən qum, gil, duzlar, qələvilər, turşular, mineral yağlar, şlak radiaktiv tullantılar və s. qeyri üzvi maddələrdir. Bu maddələr suyun fiziki, kimyəvi, orqanoplastik xassələrini pisləşdirir və canlıları zəhərləyib məhv edir. Bu növ maddələrin su mənbəyinə atılması qəti qadağan edilməlidir.

2. Üzvü çirkləndirici maddələri - bu növ çirklənmədə meyvə, tərəvəz, bitki, kağız, heyvan qalıqları, yapışqan maddələri, və s. göstərmək olar. Bu növ maddələr suda karbo və azotu çoxaldar və onlar zəhərli olduğundan suyu istifadə üçün yararsız edir. Üzvü çirkləndirici maddəlrin oksidləşməsinə çoxlu miqdarda oksigen sərf olunur, suda oksigen çatışmamazlığı yaranır və bu da suda zəhərli göy-yaşıl yosunun inkişafına səbəb olur. Nəticədə suyun dadı dəyişir, müxtəlif iylər yaranır və şəffaflığı itir.


3. Bakterial bioloji çirklənmə- burada mikroorqanizmlər, göbələklər və xırda yosunlar çirklənmədə əsas rol oynayır.



Yüklə 66,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə