Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan hava yollari



Yüklə 66,21 Kb.
səhifə4/5
tarix15.04.2023
ölçüsü66,21 Kb.
#105817
1   2   3   4   5
Sona İsmayılova 1439A (3)-1 (1)

Su obyektlərinin monitorinqi — onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, su təchizatı və su mühafizəsi sistemlərinin təkmilləşdirilməsi məqsədi ilə su obyektlərinin hidroloji, hidrobioloji və hidrokimyəvi göstəricilərinə müntəzəm müşahidə və nəzarət sistemindən ibarətdir. Su obyektlərinin dövlət monitorinqi dövlət su kadastrı hüdudlarında aparılır. Su kadastrı özündə vahid dövlət su fondunun tərkib hissələri olan:
1) yerüstü su obyektləri (çaylar, göllər, su anbarları, kanallar, gölməçələr və buzlaqlar);
2)yeraltı su obyektləri (quyular, kəhrizlər, məcraaltı su götürücüləri və s.);
3) sərhəd su obyektləri; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, onların su ehtiyatları, su obyektlərindən istifadə və su obyektlərinin istifadəçiləri barədə məlumatların məcmusudur. Dövlət Su Kadastrının (DSK) nəşr olunan hissəsi aşağıdakı struktura malikdir:
1) yerüstü sular bölməsi; 2) yeraltı sular bölməsi; 3) sulardan istifadə bölməsi.

Su obyektlərinin çirklənməsinin monitorinqi Su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılmasıdır. Yerüstü su obyektlərinin fon tərkibi və çirklənməsinin monitorinqi təbii proseslərin fonunda antropogen təsirləri müəyyən etmək üçün su ehtiyatlarının hidroloji, hidrokimyəvi və hidrobioloji göstəricilərində olan dəyişikliklərin təhlili, qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir. Yerüstü su obyektlərinin (su axınları və sututarlar) fon tərkibi və çirklənməsinin monitorinqinin əsas məqsədi su ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə olunması və yerüstü su obyektlərinin optimal idarə edilməsi üçün suyun keyfiyyət göstəricilərinə nəzarətin elmi əsaslarla həyata keçirilməsidir. Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsi tələb olunur:


1) ölkə çayları, gölləri və sututarlarının sularının fon tərkibi və çirklənməsi üzrə müntəzəm (sistematik) müşahidələrin təşkil edilməsi;
2) su obyektlərində kimyəvi birləşmələrin və çirkləndirici maddələrin balansının hesablanması, o cümlədən kimyəvi və çirkləndirici maddələrin transsərhəd çaylarının su axını ilə qonşu ölkələrdən respublikamızın ərazisinə gətirilməsinə nəzarətin təşkili;
3) ölkə çayları, gölləri və sututarlarının çirklənmə səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması.
Yerüstü su obyektlərinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə daimi müşahidə məntəqələri su obyektlərinin aşağıdakı hissələrində təşkil olunur:
- antropogen təsirə məruz qalmayan hissələrində (fon tərkibi üzrə);
- şəhərlər və iri yaşayış məntəqələrinin kommunalməişət tullantı sularının su obyektinə axıdılan hissəsində;
- iri sənaye müəssisələrinin tullantı sularının su obyektinə axıdılan hissəsində;

- suvarılan kənd təsərrüfatı sahələrindən kollektor — drenaj sularının su obyektinə axıdılan hissələrində;


- su obyektlərinin balıqçılıq üçün əhəmiyyətli olan hissələrində;
- transsərhəd çaylarının respublika ərazisinə qonşu ölkələrdən daxil olan hissələrində;
- su obyektlərinin kurort-sağlamlıq, istirahət və idman üçün istifadə olunan hissələrində;
- iri çayların mənsəblərində. Yerüstü su obyektlərinin çirklənməsinin vəziyyəti haqqında lazımi və real informasiyanın toplanması ilə bağlı monitorinq məntəqələri dörd kateqoriyaya bölünür və aşağıdakı qaydada təşkil olunur:
- I kateqoriyalı məntəqələr: orta və iri su obyektlərinin (sututar və su axınlarının) iqtisadiyyat üçün böyük əhəmiyyətli hissələrində; 1 mln.-dan çox əhalisi olan iri sənaye şəhərlərinin yaxınlığında; xüsusi qiymətli su orqanizmlərinin kürüləmə və qışlama yerlərində; fövqəladə çirklənmə hallarının təkrar olunduğu hissələrdə; tullantı sularının həddən çox axıdılması nəticəsində yüksək çirklənmə vəziyyəti olan yerlərdə təşkil olunur. Xüsusi hallarda kiçik sututarı və su axınlarında I kateqoriyalı məntəqələr təşkil edilə bilər. Bu kateqoriyalı məntəqələrdə: su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr hər gün; 2-3 xarakterik çirkləndiricilər üzrə müşahidələr ayın hər dekadasında; bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə; suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər — fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır;
- II kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5-1,0 mln. olan şəhərlər yerləşən hissələrində; çayların Azərbaycan Respublikasının dövlət sərhədi ilə kəsişdiyi yerlərində; su canlılarının kürüləmə və qışlama yerlərində; çayların balıq təsərrüfatı üçün əhəmiyyətli olan su bəndlərinin yaxınlığında; kollektor-drenaj və sənaye tullantı sularının mütəşəkkil axıdıldığı/atıldığı yerlərdə, suyun orta çirklənmə səviyyəsinin olduğu rayonlarda və çayların mənsəblərində təşkil olunurlar. Məntəqələrdə: vizual müşahidələr — hər gün, su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr — ayın hər dekadasında, bütün mümkün çirkləndiricilər üzrə müşahidələr — ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər — fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır;

- III kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5 mln.-dan az olan orta və kiçik yaşayış məntəqələrinin yerləşdiyi və əhalinin kütləvi istirahət etdiyi zonalarında, su obyektinə müxtəlif tullantı sularının mütəşəkkil axıdılması/atılması nəticəsində zəif çirklənmə səviyyəsi müşahidə edilən zonalarda, böyük və orta çayların suqovuşanlarında, böyük çayların və sututarların çirklənmiş qollarının mənsəblərində təşkil olunur. Bu məntəqələrdə suyun hidroloji və hidrokimyəvi göstəriciləri və bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr isə hidroloji rejimin bütün fazalarında (adətən ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə vegetasiya dövründə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır;


- IV kateqoriyalı məntəqələr stasionar hidroloji şəbəkədə su obyektlərinin təbii fon tərkibinin öyrənilməsi məqsədi ilə sututar və su axınlarının çirklənməyə məruz qalmayan hissələrində, həmçinin təbii milli parkların və qoruqların ərazilərindəki su obyektlərində təşkil olunurlar.
Bu məntəqələrdə müşahidələr çayların (göllərin) hidroloji rejiminin əsas fazalarında (adətən il ərzində 7 dəfə) kimyəvi tərkibi üzrə tam həcmdə aparılır. Kateqoriyalarından asılı olmayaraq müşahidə məntəqələrinin hamısında hər gün su obyektinin ümumi vəziyyəti üzrə və kimyəvi analiz üçün su nümunələri götürülən zaman suyun sərfi (səviyyəsi), temperaturu və su axınının sürəti üzrə müşahidələr aparılır. Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqi — təbii və texnogen amillərin təsiri nəticəsində, onların kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə, bakteriyalarla (mikroorqanizmlərlə) çirklənmə dərəcəsinin öyrənilməsi, proqnozlaşdırılması və çirklənməyə qarşı tədbirlərin hazırlanmasının təmin edilməsi məqsədi ilə aparılır. Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqi regional və xüsusi şəbəkə üzrə aparılır.
Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqinin regional şəbəkəsi yeraltı su obyektlərinin vəziyyətinin monitorinqini təşkil edən Dövlət dayaq rejim şəbəkəsinin müşahidə məntəqələri — quyular, bulaqlar, kəhrizlər, horizontal drenlər və s. ilə eynidir və bu məqsədlə ayrıca şəbəkə yaradılmır. ùəhər, qəsəbə və digər yaşayış məntəqələrinin və aqrar sektor obyektlərinin su təchizatı üçün istifadə edilən yeraltı su götürücülərin sahəsində, yeraltı suları çirkləndirən obyektlərin təsir sahələrində, yeraltı suların qidalanma mənbəyi olan çirklənmiş yerüstü və həmçinin yerüstü suları qidalandıran çirklənmiş yeraltı suların təsir zonasında yeraltı suların çirklənməsinin monitorinqinin aparılması məqsədi ilə ərazinin hidrogeoloji, geoloji, geomorfoloji şəraiti, yerüstü və yeraltı suların axınının istiqaməti, obyektin planda və kəsilişdə sərhədləri, çirkləndiricilərin növü, miqrasiya xüsusiyyətləri və s. nəzərə alınmaqla xüsusi şəbəkə yaradılır. Regional və xüsusi şəbəkənin məntəqələrindən su nümunələrinin götürülərək
Standarta görə suyun qoxusuz olması amilləri 3 qrupa bölünür:
1.Suyun orqanoleptik xassələrinin göstəriciləri: a) 20° temperaturda suyun iyi 2 baldan çox olmamalıdır; b) 20° temperaturda suyun tamı 2 baldan çox olmamalıdır; c) rəngi 20-dən artıq olmamalıdır; d) bulanıqlılığı 1mq/l-dən artıq olmamalıdır; e) suda mineral maddələrin konsentrasiyaları onun orqanoleptik xassələrinə təsir etməməlidir (quru qalıq ən çoxu 1000mq/l, sulfatlar 500mq/l-ə qədər, xloridlər 350mq/l-ə qədər, ümumi codluq 7mq-ekv/l-ə qədər və ancaq ayrı-ayrı hallarda 14mq-ekv/l-ə qədər, dəmir 0,3mq/l-ə qədər və yalnız ayrı-ayrı hallarda yeraltı sulardan istifadə etdikdə 1mq/l-ə qədər, manqan 0,5mq/l-ə qədər, mis 1mq/l-ə qədər, sink 5mq/l-ə qədər olmalıdır). Suda onun təmizlənməsinə işlədilən maddələrin qarışıqları, suyun orqanoleptik xassələrinə təsir edəcək miqdarda olmamalıdır (qalıq sərbəst xlor 0,5mq/l-dən, «qalıq-amin» xloru 1mq/l-dən artıq olmamalıdır, qalıq aliminium 0,5mq/l-ə qədər, tripolifosfat 5mq/l-ə qədər və s. aktiv reaksiya 6,5-9 həddində olmalıdır).
2.Suyun kimyəvi tərkibinin zərərsizlik göstəricilərinə aşağıdakı maddələr daxildir: a)təbiət sularında olan maddələr (məsələn, flüor 1,5mq/l-dən, nitrat azotu 10mq/l-dən artıq olmamalı, stronsium 2mq/l-ə qədər, molibden 0,5mq/l-ə qədər, qurğuşun 0,1mq/l-ə qədər, təbii uran 0,6mq/l-ə qədər, radium -226 1·10-11 küri/lə qədər, stronsium -90 3·10-11 küri/l-ə qədər, radioaktiv maddələrin istənilən qarışıqları 3·10-11 küri/l-ə qədər və s); b) suyu təmizlədikdə reagent qatılan maddələr (məsələn, poliakrilamid 2mq/l-dən artıq olmamalı, hidrazin-hidrat 0,01mq/l olmalı və s); c) lazımınca təmizlənməmiş çirkli sularla su hövzələrinə tökülən maddələrin yol verilə bilən ən böyük konsentrasiyası həddi normadan artıq olmamaldır.
3.Epidemoloji cəhətdən qorxusuzluq göstəriciləri: a) koli- indeksi 3-dən çox olmamalı, yaxud koli-titr 300-dən az olmamalıdır; b)mikrobların ümumi miqdarı 1ml-də 100-dən çox olmamalıdır.
Bioloji çirklənmədə əsas rol oynayan sənaye müəssisələrindən biri də kağız sellüoz istehsal sahələridir. Həqiqətən də bu sahələr su hövzələrinə güclü qıcqırma qabiliyyətinə malik, qlyusidlə zəngin olan tullantılar buraxırlar. Müəyyən olunmuşdur ki, sellüoz-kağız kombinatının bioloji çirklənmədə rolu əhalisi 500 min nəfər olan bir şəhərin rolu qədərdir. Üzvi maddələrlə çirklənməni qiymətləndirmək üçün 5 sutka ərzində oksigenə olan biokimyəvi tələbat nəzərdə tutulur. Bu ona imkan verir ki, 1 litr çirklənmiş suda qeyri dözümlü üzvi birləşmələri minerallaşdırmaq üçün suda olan mikroorqanizmilərə nə qədər oksigen tələb olunur. Avropada sulara atılan tullantıların miqdarı hər bir nəfər üçün gün ərzində 190 qram qıcqırmaya həssas olan üzvi maddələrdir və onların
parçalanması üçün 54 qram oksigen tələb olunur (cədvəl 1.1). Bir çox Avropa ölkələrində qəbul edilmiş standarta görə içməli suyun tərkibində biokimyəvi tələbat üçün tələb olunan oksigenin miqdarı 5 mq/l-dir. Suda həll olmuş oksigenin miqdarı 4mq/l, 1sm3 -də bakteriaların sayı 30-dan çox olmamalı və suda zəhərli qarışıqlar olmamalıdır. Suyun saprofit makroflora ilə çirklənməsinə dəlalət edən göstəricilərdən biri mikrob ədədidir. Avropanın böyük şəhərlərində suya buraxılan mineral və üzvi birləşmələrin hər bir nəfərə düşən miqdarı.
Cədvəl 1.1.


Yüklə 66,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə