Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan hava yollari


Səth və yeraltı suların çirklənməsinin aşağıdakı növləri mövcuddur



Yüklə 66,21 Kb.
səhifə3/5
tarix15.04.2023
ölçüsü66,21 Kb.
#105817
1   2   3   4   5
Sona İsmayılova 1439A (3)-1 (1)

Səth və yeraltı suların çirklənməsinin aşağıdakı növləri mövcuddur:

  • Mexaniki çirklənmə – əsasən səthi çirklənmə növlərinə xas olub, suyun tərkibində mexaniki qatışıqların artması ilə yaranır;

  • Kimyəvi çirklənmə - suyun tərkibində toksiki və qeyri-toksiki təsirə malik üzvi və qeyri-üzvi maddələrin mövcud olduğu zaman yaranır;

  • Bakterioloji və bioloji çirklənmə - suyun tərkibində müxtəlif patogen mikroorqanizmlərin, göbələklərin və xırda yosunların mövcud olması ilə yaranır;

  • Radioaktiv çirklənmə - yeraltı və səth sularında radioaktiv maddələrin olması ilə yaranır;

  • İstilik çirklənməsi – istilik və atom elektrik stansiyalarından qızdırılmış suların su tutumlarına axıdılması ilə yaranır.

Su tutumlarının zibillənmə və çirklənmələrinin əsas mənbəyi:



  1. Sənaye və kommunal təsərrüfat müəssisələrinin, böyük heyvandarlıq komplekslərinin kifayət dərəcədə təmizlənməyən çirkab suları, yer altından çıxarılan filiz yataqlarının işlənməsi zamanı əmələ gələn tullantılar;

  2. Mədən, şaxta və meşə materiallarının əridilməsi və emal olunması zamanı əmələ gələn sular;

  3. Su və dəmir yol nəqliyyatı tullantıları;

  4. Kətan, pestisidlər və sairənən ilkin emalı zamanı yaranan tullantılardır.



Sənaye çirkab suları su ehtiyatlarının əsas çirklənmə mənbəyidir. Sənayenin sürətlə inkişaf etməsi çirkli suların həcmini çoxaldar və bu da öz növbəsində su mənbələrinə atılır. Sənaye müəssisələrindən selloz-kağız sənayesini, kimya, kokskimya, meşə kimyası, metallurgiya, maşınqayırma, elektrokimya, neft və qaz sənayesi müəssisələrini göstərmək olar. Bundan başqa neft daşıyan tankerlərin qəzaya uğraması, kommunal məişət çirkab sularını, kənd təsərrüfatında istifadə olunan gübrələr, radiaktiv tullantılarda su ehtiyatlarının çirklənməsinə əsas mənbələrdir. Qeyd olunan çirklənmə mənbələri su ehtiyatları fiziki, kimyəvi və digər xassələrinə pis mənada çox böyük təsir göstərir.
Təbii su ehtiyatların çirklənmə mənbələrindən biri də atmosferadır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, atmosferə elmi-tərəqqinin inkişafı nəticəsində ildə 600 milyon tona qədər kükürd və karbonoksidi, toz, kül, azot oksidi və 300 min tona qədər qurğuşun buraxlıır. Atmosferə buraxılan maddələr havanın hərəkəti ilə quruya, su ehtiyatların səthinə endirilir və onu çirkləndirir. Bu maddələr zərərli olduğundan quru və suda olan flora və faunaya ciddi zərər vurur.
Sənaye müəssisələrinin istilik, atom elektrik stansiyalarının, avtonəqliyyatın fəaliyyət göstərdiyi zaman bütün ekosistem üçün təhlükəli maddələr ayrılır. Atmosfer havası həm yerli (lokal) mənbələr və həm də transsərhəd daşınmalar hesabına çirklənir. Atmosfer havası tərkibinin aynası atmosfer çöküntülərinin kimyəvi tərkibidir. Atmosferə qarışan bütün komponentlər atmosfer çöküntüləri vasitəsilə yuyularaq torpaq və səth sularına daxil olurlar. Ekoloji tarazlığın pozulmasına səbəb olan amillərdən biri kimi, turşulu yağıntılar artıq bir çox dövlətlərin hökümət orqanlarını və elmi ictimaiyyətini narahat edən problemə çevrilmişdir. Turşulu yağıntılar atmosferdən Yer səthinə düşdükdə, səth sularının turşulaşması, torpaqların şoranlaşması, meşələrin məhv olması, tikinti və qurğuların korroziyasının sürətlənməsi və s. kimi zərərli hadisələrin yaranmasına gətirib çıxarır. Bir sıra ölkələrə turşulu yağışların verdiyi ziyanlar faktiki olaraq öz təsdiqini tapmışdır.
Azərbaycan ərazisinə düşən yağışların kimyəvi tərkibinin öyrənilməsi də aktual bir məsələ kimi qarşıya qoyulmuşdur. Ekoloji tarazlığın pozulmasına səbəb olan amillərdən biri kimi, turşulu yağıntılar artıq bir çox dövlətlərin hökümət orqanlarını və elmi ictimaiyyətini narahat edən problemə çevrilmişdir. Turşulu yağıntılar atmosferdən Yer səthinə düşdükdə, səth sularının turşulaşması, torpaqların şoranlaşması, meşələrin məhv olması, tikinti və qurğuların korroziyasının sürətlənməsi və s. kimi zərərli hadisələrin yaranmasına gətirib çıxarır. Bir sıra ölkələrə turşulu yağışların verdiyi ziyanlar faktiki olaraq öz təsdiqini tapmışdır. Azərbaycan ərazisinə düşən yağışların kimyəvi tərkibinin öyrənilməsi də aktual bir məsələ kimi qarşıya qoyulmuşdur.
Suvarma əkinçiliyi ilə çox qədimdən məşğul olan Azərbaycanın həmişə olduğu kimi, bu gün də suvarma sularına çox böyük ehtiyacı vardır. Respublikamız su ilə az təmin olunmuş ölkələr sırasına daxildir. Öz ərazisi daxilində yaranan su ehtiyatlarının hər nəfər və hər kvadrat kilometr əraziyə görə Azərbaycan Respublikasının su təminatı qonşu respublikalarla müqayisədə 2,5-8 dəfədən də azdır.Su ehtiyatlarının həcmi ilin fəsillərinə görə kəskin dəyişir. Respublikanın çaylarının əksəriyyətində, suya olan tələbat çoxaldığı aylarda onlardan axan suyun miqdarı xeyli azalır. Çaylardan axan suyun 60%-dən çoxu (Lənkəran çaylarından başqa) yaz, yaz-yay (mart - iyun) aylarına, su ehtiyatının cəmi 10-15%-i isə isti aylara (iyul-sentyabr) düşür. Çayların axan rejimi ilə su tələbatı arasında olan qeyri-mütənasiblik su təsərrüfatı qurğularının tikintisi ilə nizamlanır.
Hal-hazirda respublikanın təqribən 1,45 milyon hektar suvarılan torpağının 17%-a qədəri yeraltı sularla, 20%-i çay məcrasından kənarda tikilmiş su anbarlarının suyu ilə, qalan 63%-i isə Kür-Araz çaylarının üzərində tikilmiş su anbarlarından və çayların özündən götürülən kanallar vasitəsilə suvarılır.
Mövcud su ehtiyatlarına dair məlumatların analizi nəticəsində demək olar ki, respublikanın su ehtiyatlarının əsas hissəsini Kür, Araz və Samur çayları hövzələri təşkil edir. Su ehtiyatlarının qalan hissəsi xırda çaylarn hövzələrini, süni və təbii göllər, bulaqlar və yeraltı suların payına düşür.Suvarma suyunun keyfiyyətinin pisləşməsi ətraf mühitə və ekoloji sistemə də öz mənfi təsirini göstərir. Məişət kommunal, istehsalat, kənd təsərrüfatının tullantı suları vasitəsi ilə su hövzələrinə müxtəlif toksik maddələr atılır və bunun nəticəsində də ekoloji sistemdə struktur dəyişiklikləri yaranır.Məlumdur ki, aqroekeloji sistemin normal fəaliyyət göstərməsi üçün kimyəvi tərkibinə görə zərərsiz olan su tələb olunur. Suyun keyfiyyəti aqroekoloji sistemin stabilliyinin ən vacib göstəricisidir. O, torpağın münbitliyinə, kənd təsərrüfatı bitkilərinin su tələbatına, məhsuldarlığa və onun keyfiyyətinə təsir göstərir. Eyni zamanda suvarma suyunun keyfiyyəti hidromeliorativ sistemlərdə qurğuların materialarının saxlanılması və onların uzunömürlülüyünə də təsir göstərir. Bu deyilənlərə əsasən, suvarma suyunun keyfiyyətinin qiymətləndirilməsi üçün ekoloji meyarlardan istifadə olunur.
Respublikanın Səhiyyə Nazirliyinin Sanitar - Gigiyenik Mərkəzinin və MEA Geologiya İnstitutunun son tədqiqatların görə, hazırda bu sular keyfiyyət baxımından ciddi dəyişikliklərə uğramamış onların kimyəvi tərkibi, minerallığı və şəffaflığı içməli sular üçün müəyyən edilmiş normalara tam cavab verir.
Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Quba Xaçmaz zonasının yeraltı su ehtiyatlarının keyfiyyət göstəricilərini, onun dəyişməsinə təsir edən amilləri araşdırmaq və qorunub saxzlanılması üçün görüləcək mühafizə tədbirlərini düzgün qiymətləndirilməsinə şərh veriləcək.
Bölgələrdə artezian sularının minerallığı 290-700 mg/l arasında dəyişir. Bununla belə sulfatlar 112 mq/l-dən çox deyil, xloridlərin miqdarı isǝ 130 mg/l -a çatır. Suyun ümumi codluğu 7 mq.ekv./l-dən artıq deyil. Suyun tərkibindəki mis (0,005-0,07 mg/l), sink (0,001-0,035 mq/l), nitrit (0,16-1 mg/l) qəbul olunmuş normadan aşağıdır. Sanitar - bakterioloji göstəricilər də kafi qiymətləndirilir (kolit 100-300; mikrob 600).
Quba-Xaçmaz zonasının bulaq suları keyfiyyət baxımından bir - birindən çox fərqlidir. Məsələn, Quba rayonunda onların minerallığı 600 mq/l-dən çox olmadığa halda, Xaçmazda 850 mq/l-a çatır. Qusar və Dəvəçi rayonlarının bəzi bulaqlarında isə suyun minerallığı 1000 mq/l-dən artıqdır. Bölgədəki bulaq sularındakı sulfatların, xloridlərin və ümumi codluğun göstəriciləri az fərqlənirlər. Tərkibində ən az sulfat miqdapri olan Quba (115 mq/l) və Xaçmaz (160 mq/l) rayonlarının bulaq sularıdır. Qusar rayonundakı bulaq sularında olan sulfatın miqdarı 260 mg/l, Dəvəçidə isə 280 mq/l-ə bərabərdir. Sularda xloridlərin maksimal miqdarı Quba rayonunda 160 mq/l, Dəvəçidə 166, Xaçmazda isə 120 mq/l çatır. Qusar rayonunun sularında isə xlor-ionun maksimum miqdarı 184 mq/l-ə bərabərdir.
Bu ərazidə yeraltı suların ümumi codluq həddi 3,5-13,5 mq.ekv/l təşkil edir. Quba – Xaçmaz rayonunda quyu suları keyfiyyətcə buranın bulaq və artezian sularından fərqlənir. Məsələn, burada ümumi minerallıq o biri yeraltı sularla müqayisədə təxminən 2 dəfə yüksəkdir. Regionun inzibati rayonları üzrə minerallıq aşağıdakı göstəricilərlə səciyyələnir: Quba rayonun sularında 490-950 mq/l, Xaçmazda 260-2350, Qusarda 220-1760 mq/l. Yeraltı quyu sularında sulfatın miqdarı Quba rayonu üzrə 60-230 mg/l, Xaçmazda 50-1060, Qusarda 8-264 mq/l təşkil edir. Bölgə üzrə quyu sularının tərkibində olan xloridin miqdarı aşağıdakı kimi dəyişir: Quba rayonu 12-50 mg/l, Xaçmaz 6-560 mq/l, Qusar 8-430 mq/l. Bununla belə regionun quyu sularının ümumi codluğu böyük diapazonda (2-34 mq.ekv/l) dəyişir.
Tədqiqatlar nəticəsində müəyən edilmişdir ki, yeraltı sularda orqanik maddələr (oksidləşmədə) rayonlar üzrə dəyişgəndir. Bəzi meşə sahələrində bulaq sularında mövcud azot birləşmələri bitki mənşəli orqanik maddələri oksidləşmənin yüksək göstəricisinə gətirib çıxarır.

1.2.Su obyektlərinin ekoloji vəziyyətinin qiymətləndirməsi üsulları


Monitorinq müşahidələrinin üsullarını iki qrupa bölmək olar.
• Havadan müşahidə üsulları, kosmos vasitələri və ya hava kəşfiyyatı. Bu, geniş ərazilərdə ümumi vəziyyətə nəzarət etməyə imkan verir, məsələn: su hövzələrində axıntıların əmələ gəlməsinin monitorinqi, su obyektlərinə təsir mənbələrinin müəyyən edilməsi, su obyektinin vəziyyətində "vizual" müşahidə olunan dəyişikliklərin izlənməsi, o cümlədən qiymətləndirmə dib qruntun vəziyyətini xarakterizə edən parametrlər.
• Müşahidə obyektlərinin identifikasiyası, dəqiqliyinin müəyyən edilməsi və hava müşahidələrinin nəticələrinin əlaqələndirilməsi baxımından əsas üsullar yerüstü üsullardır.



Yüklə 66,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə