312
yanın
verilməsinə;
-
ətraf mühitin pozulmuş ekoloji tarazlığının bər-
pasına, proqram, layihələrin, normativ-metodiki sənəd-
lərin işlənməsinə və həyata keçirilməsinə;
-
ekoloji
tərbiyə və təhsilə;
-
xüsusi mühafizə olunan təbiət ərazilərinin müha-
fizəsinə;
-
nadir və nəsli kəsilməkdə olan fauna və flora
növlərinin mühafizəsinə və bərpasına;
-
ətraf mühitin mühafizəsi sahəsində dövlət orqan-
larının maddi-texniki bazasının yaradılmasına və inkişa-
fına;
-
ətraf mühitin dövlət monitorinqinin təşkili və ke-
çirilməsinə;
-
ətraf mühitin mühafizəsi sahəsində çalışan mütə-
xəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi
stimullaşdırılmasına.
6. Vergi ödəmələrinin ekoloji meyarları
Ətraf mühitin çirkləndirilməsi həddinin təmin edil-
məsi və nizamlanmasının geniş istifadə edilən və səmə-
rəli üsullarından biri də vergilər hesab edilir.
Ekoloji
(çox hallarda onları “yaşıl” adlandırırlar)
vergilər ən
azı iki məsələni həll etməlidir
:
Birinci
elə etmək lazımdır ki, məhsulun dəyəri
xərclərin kəmiyyətinə, o cümlədən təbii ehtiyatların də-
yəri və ətraf mühitə vurulan ziyanın kəmiyyətinə uyğun
olsun;
İkinci,
ekoloji ziyanın, bütün cəmiyyət tərəfindən
313
deyil, ziyan vuranın özü tərəfindən
ödənilməsinə nail ol-
maq lazımdır.
Bir sıra hallarda ümumiyyətlə vergi qoymamaq
mümkündür. Məsələn, ekoloji fondlar vergilərdən azad
olunurlar. Bu siyasəti müxtəlif tullantıların
ikinci dəfə
emal olunmasından müəssisənin götürdüyü gəlirlər, tə-
biətin mühafizəsinə təşkilatların və əhalinin könüllü
ödəmələri, xarici və Azərbaycan qrantları üçün də həya-
ta keçirmək məqsədə uyğundur.
Dostları ilə paylaş: