309
üçün kifayət deyildir. Əksər hallarda, tətbiq edilən ödə-
mələr rəmzi xarakter daşıyır və heç də öz vəzifələrini
yerinə yetirmirdi. Bir sıra ölkələrdə
ekoloji fondlardan
təbiəti mühafizə istiqamətli obyektlərin tikintisinə təx-
minən 25% vəsait xərclənirdi.
Rusiyada, eləcə də Azərbaycanın xalq təsərrüfatın-
da gəlirin 90%-i təbii-ehtiyatın sahələri hesabına əldə
edilirdi. Bu gəlirin həmin səviyyədə qalması və artması
üçün onun müəyyən hissəsi təbii ehtiyatların bərpasına,
artırılmasına və təbiəti mühafizəyə yönəldilməlidir. Ha-
zırda təbiəti mühafizə fəaliyyətinin maliyyələşdirilmə-
sində müəyyən işlər görülsə də onu qənaətbəxş
hesab et-
mək olmaz. Belə ki, həmin maliyyələşdirmənin həcmi
ümumi daxili məhsulun 1%-dən azdır. Ancaq ətraf mü-
hitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi da-
xili məhsulun 8%-ni, Azərbaycanda isə 10-15%-ni təş-
kil edir. Bütün dünyada təbiəti
mühafizə xərcləri iri
kompaniyalar və firmalar tərəfindən artırılsa da, dövlət-
lərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və bir
çox ölkələrdə yüksəkdir (35-90%).
Dostları ilə paylaş: