310
1.
Kompensasiya mexanizmləri
– bu mexanizm-
lər iqtisadi inkişaf üçün
ən ümumi məhdudiyyət həddi
qoyur. Bu üsullar demək olar ki, iqtisadi inkişafa mane
olmur. İqtisadi mexanizmlərin bu qrupu əsasən neqativ
ekoloji nəticələrin aradan qaldırılmasına yönəlir və onu
yaradan səbəblər əslində araşdırılmır. Ətraf mühitdən is-
tifadənin bu qrupu iqtisadiyyatın inkişafının texnogen ti-
pinə aiddir;
2.
Ekoloji balanslaşdırılmış və təbiəti mühafizə
fəaliyyətinin inkişafını stimullaşdıran mexanizmlər.
Bu mexanizmlərin əsasını bazar münasibətləri təşkil
edir. Onlar təbii ehtiyatların mühafizəsinə yeni texnolo-
giyanın tətbiqi vasitəsilə şərait yaradır. Nəzəri cəhətdən
bu qrup zəif davamlı inkişaf üçün səciyyəvidir;
3.
Sərt mexanizmlər.
Bu
mexanizmlər həm inzi-
bati, həm də bazar mexanizmlərini əhatə edir. Bunlara
aiddir: sərt vergi – kredit mexanizmləri,
təbii ehtiyatla-
rın istifadəsini genişləndirən üsullar- cərimə siyasəti.
Reallıqda bu cür mexanizmlər ayrıca demək olar ki, ol-
mur. Çox vaxt bunları birləşdirmək lazımdır. Bu isə
konkret ərazi və texnologiyadan asılıdır.
Qəbul edilmiş bir çox qanunlar və normativ sə-
nədlərdə
hələ uzlaşmalar yoxdur, vergiqoyma və digər
sahələrdə təbiəti mühafizə tələblərinə riayət edilmir, ət-
raf mühitdən istifadə edənlərə qarşı bazar təsirinin
strukturu hazırlanmamışdır,
mənzil-kommunal təsərrü-
fatı üzrə baş verən bütün neqativ elementlər, sənaye və
məişət sularının qarışıq axıdılması
təmizləyici qurğula-
rın tikintisinin bir çox halda özbaşına buraxılması, şə-
hər kanalizasiya xətlərinin qeyri kafiliyi və s. ekoloji və
311
iqtisadi həvəsləndirmənin qarşısında bir sədd kimi dur-
maqdadır. Bir çox ölkələrdə praktikada ən geniş istifadə
olunan ehtiyatlara görə ödəmələr sistemi, əsas təsiredici
amil olmasına
baxmayaraq, Azərbaycanda özünə məx-
sus yer tutmamışdır. Dolayısı təmizləyicilər sistemi, de-
mək olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçi-
lərinin əmlak mənafelərinə toxunur və bu təbiəti müha-
fizə tədbirlərinin faydalı olmasını onların yadına salır.
Təbiəti mühafizə fəaliyyətində əməli əhəmiyyət kəsb
edən həvəsləndirici amil dövlətin vergi siyasəti olmalı-
dır. Bu siyasət həm pozitiv həm də neqativ həvəsləndir-
məni özündə əks etdirə bilər.
Bu qanunvericilikdə həm
güzəştli vergilərdə və vergi ödəməkdən azadetmədə, ha-
belə ekoloji təhlükəli məhsul üçün xüsusi vergilərin tət-
biqində öz əksini tapır. Rusiya Federasiyasında, əgər
müəssisə təbiəti mühafizə tədbirlərinə öz gəlirindən və-
sait ayırırsa, buna görə gəlirin vergiyə məruz qalan
məbləği 30% azaldılar.
Dostları ilə paylaş: