XIII mühazirə
516
müəssisəsi, 88 tikinti təşkilatı, 29 yanacaqdoldurma məntəqəsi,
2105 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 62 kommunal
təsərrüfatı obyekti və 2757 digər obyekt və avadanlıqlar
özəlləşdirilmişdir.
Ümumiyyətlə Azərbaycan iqtisadiyyatının dinamik
inkişafı sonrakı illərdə də uğurla davam etdirilmişdir. Belə ki,
təkcə 2007-ci ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı
təxminən 25 faiz artmış, 42 milyon ton neft hasil edilmişdir.
Respublikamızın gələcək inkişafı üçün zəruri olan bütün
məsələlər ölkə başçısının fərman və sərəncamlarında öz əksini
tapmışdır. Bu baxımdan iqtisadi təhlükəsizlik konsepsiyası
haqqında Prezident İlham Əliyevin imzaladığı 23 may 2007-ci
il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu konsepsiya
bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının
təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə
daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması,
təbii sərvətlərdən
səmərəli istifadə edilməsi, davamlı iqtisadi
inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji
potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək
inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki
sağlamlığının təmin edilməsi kimi taleyüklü problemlərin həll
edilməsini Azərbaycan dövləti qarşısında bir vəzifə kimi qoyur.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın ərzaq
təhlükəsizliyi məsələsini də daim diqqətdə saxlamışdır. Onun
«Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminata dair dövlət Proqramının hazırlanması
haqqında» 1 may 2008-ci il tarixli sərəncamı böyük əhəmiyyətə
malikdir. Sərəncamda ölkəmizdə əhalinin zəruri ərzaq
məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətində
mərkəzi yer tutur. Bu məqsədlə ölkədə ərzaq istehsalı
sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar
aparılmış, kompleks tədbirlər sistemi həyata keçirilmişdir.
Prezident İlham Əliyevin səmərəli
fəaliyyəti nəticəsində
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
517
2003-2008-ci illərdə ölkəmizdə yeni istehsal sahələrinin
yaradılması istiqamətində çox böyük işlər görülmüşdür. İstər
Bakıda, istərsə də bölgələrdə günün tələblərinə cavab verən
müəssisələr, zavod, fabrik tikilmiş, firma və şirkətlər açılmış,
həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti
nəticəsində nəhəng infrastruktur layihələri icra olunmuşdur.
Ötən müddət ərzində ölkə başçısı İlahm Əliyev regionların
bütün rayonlarını əhatə etməklə 127 səfər etmiş, yerlərdə
görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış,
tapşırıq
və tövsiyələrini vermiş, respublikamızın abadlaşması
və inkişafı üçün əhəmiyyəti olan 500-dək müəssisə və obyektin
təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.
Bütün bunların nəticəsində ötən müddət ərzində
Azərbaycan iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə,
əmək haqqı 8,3 dəfə, təqaüdlər 4 dəfə artırılmış, adambaşına
düşən gəlir 5500 dollar olmuşdur. Həm də 5 il ərzində
respublikamızda 766 min yeni iş yerləri açılmışdır ki, onun da
548 mini daimidir. Açılmış iş yerlərinin 80 faizi regionların
payına düşür. Respublikamızın yoxsulluq səviyyəsi 2003-cü
ildəki 49 faizdən 2008-ci ilin sonunda 13,2 faizə düşmüşdür.
Valyuta ehtiyatı isə 18 milyard dollardan artıqdır.
Ümumiyyətlə regionların sosial iqtisadi inkişafı Dövlət
Proqramı vaxtından əvvəl və daha böyük həcmdə icra olunmuş
2003-2008-ci illər ərzində proqramda nəzərdə tutulmuş bütün
məsələlər öz həllini tapmışdır. Belə ki, 5 il müddətində
respublikamızın regionlarında 632 ATS, 610
yeni poçt
məntəqəsi, 10-dan çox olimpiya-idman kompleksi tikilib
istifadəyə verilmişdir.
Ötən müddət ərzində ölkə iqtisadiyyatının inkişafı ilə
yanaşı səhiyyə, elm, təhsil, mədəniyyət, ədəbiyyat sahələrində,
həmçinin milli-mənəvi, dini dəyərlərin qorunması və
möhkəmləndirilməsi istiqamətində də mühüm uğurlara nail
olunmuşdur.
XIII mühazirə
518
Səhiyyənin inkişafı dövlətin qarşısında duran ən mühüm
vəzifələrdən biri kimi daim diqqət mərkəzində olmuşdur. Belə
ki, son 5 ildə respublikamızın müxtəlif regionlarında müasir
tipli avadanlıqlarla təchiz
edilmiş onlarla xəstəxanalar,
diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri
tikilib istifadəyə verilmişdir. Son illər səhiyyənin inkişafının
sürətləndirilməsi sahəsində bir sıra qanunlar və dövlət
proqramları qəbul olunmuş, pulu xidmət isə ləğv edilmişdir.
Bütün bunlar respublika səhiyyəsinin gələcək inkişafına öz
təsirini göstərməkdədir.
Xalqımızın həyatında təhsilin önəmli rol oynadığını diq-
qətdə saxlayan ölkə başçısı bu sahənin inkişafına xüsüsi qayğı
göstərmişdir. Buna görədir ki, son beş il ərzində
respublikamızda müasir tələblərə cavab verən 1600 yeni
məktəb tikilib istifadəyə verilmiş və hamısı da kompyuterlə
təmin olunmuşdur. Bu məktəblərin 1300-ü regionların payına
düşür. Bu sahəyə ayrılan dövlət xərcləri də artırılaraq bir
milyard manatdan artıq olmuşdur.
Təhsildə ən mühüm nailiyyətlərdən biri kimi onu qeyd
etmək lazımdır ki, bütün I-XI-sinif şagirdlərinin dərsliklərlə
pulsuz təminatı başa çatdırılmış,
məktəblərin bir hissəsi
kompyuterlərlə təmin edilmiş və bu iş üğürla davam etdirilir.
Ötən müddət ərzində tələbə mübadiləsinə də xüsusi diqqət
yetirilmişdir. Belə ki, hazırda 1182 nəfər azərbaycanlı gənc
xarici ölkələrin aparıcı universitetlərində ölkəmiz üçün zəruri
olan ixtisaslara yiyələnmiş, respublikamızın ali məktəblərində
isə 38 xarici ölkədən 3613 nəfər tələbə təhsil almışdır. Ölkə
başçısının 2007-ci il 16 aprel tarixli «2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı»nın təsdiq edilməsi barədə imzaladığı fərman bu
sahəyə olan diqqətin bariz nümunəsidir.
Bu dövrdə mədəni quruculuq sahəsində də mühüm
addımlar atılmışdır. Yeni parklar və istirahət guşələri salınmış,
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
519
Avropa standartları səviyyəsində otellər, ticarət və xidmət
obyektləri yaradılmışdır. Kitabxanalar və teatr binaları yüksək
səviyyədə təmir edilmiş, tanınmış dövlət, elm və mədəniyyət
xadimlərinin yubileylərinin keçirilməsi üçün prezident
fərmanları imzalanmışdır.
Ölkə rəhbərliyinin idmana olan qayğısı nəticəsində
mühüm nailiyyətlər qazanılmışdır. Belə ki, idmançılarımız
Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında,
beynəlxalq yarışlarda idmanın ayrı-ayrı növlərində böyük
uğurlar qazanmışlar. Bir sıra beynəlxalq yarışların, Avropa və
dünya çempionatlarının Azərbaycanda keçirilməsi ölkə
idmanının nüfuzundan xəbər verir.
Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, səhiyyənin
və idmanın inkişafında Heydər Əliyev
Fondunun rolunu xüsusi
qeyd etmək lazımdır. Milli Məclisin deputatı YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi bu fond qaçqın və məcburi köçkünlərin, uşaq
evlərinin, internat məktəblərinin, müxtəlif ağır xəstəliklərdən
əziyyət çəkən insanların problemlərini daim diqqətdə
saxlamışdır. Fondun həyata keçirdiyi «Uşaq evləri və internat
məktəblərinin inkişafı Proqramı» bilavasitə Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə hazırlanmışdır. Bakıda və ətraf
qəsəbələrdə yerləşən uşaq evləri və internat məktəblərində
mövcud
olan problemlər öyrənilmiş, onların aradan qaldırılması
üçün əməli işlər görülmüşdür. Fond tərəfindən səhiyyə
sahəsində həyata keçirilən layihələr içərisində talassemiyanın
müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanması
və həyata keçirilməsi önəmli əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondu ölkəmizin inkişafında təhsilin
önəmli rol oynadığını nəzərə alaraq bu sahədə də bir neçə iri-
miqyaslı layihə hazırlayaraq həyata keçirmişdir. Bunlardan ən
mühümü «Yeniləşən Azərbaycana yeni məktəb» proqramıdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan bu proqram