Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


III FƏSİL. Beynəlxalq inteqrsiya proseslərinin tarixi əsasları və xüsusiyyətləri



Yüklə 0,78 Mb.
səhifə5/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   2   3   4   5   6   7   8   9   ...   20
Drs vsaiti.MP.

III FƏSİL. Beynəlxalq inteqrsiya proseslərinin
tarixi əsasları və xüsusiyyətləri



  1. Regional inteqrasiyanın xüsusiyyətləri

  2. Beynəlxalq İqtisadi İnteqrasiyanın təkamülü

  3. İnteqrasiya proseslərində tendensiyalar və xarici faktorların rolu

1) XX əsrin ikinci yarısından aparıcı sənaye ölkələrinin in­ki­şa­fı nəticəsində beynəlxalq infrastrukun, ticarətin, nəqliyyat və kom­munikasiya vasitələrinin təkmilləşdirilməsi ilə beynəlxalq mü­nasibətlərin inkişafında güclü keyfiyyət dəyişiklikləri baş ver­mişdir. Daha doğrusu beynəlxalq iqtisadiyyatın və ticarətin müx­təlif istehsal və texnoloji amillərinin beynəlxalq hərəkəti ilə daha da tamamlanır. Nəticədə hazır əmtəələrin ixracı ilə ya­na­şı bütün istehsal təcrübəsinin xaricə axması və yer­ləş­di­ril­mə­si genişlənmişdir və ölkələrarası fəaliyyət artmışdır.


Bu iqtisadi fəaliyyət birliyi hər şeydən əvvəl yerləşdiyi müx­tə­lif ərazilərdə deyil, yaxın qonşu dövlətlər arasında yaranır. Burada re­gional və yaxud ərazi anlayışı sadəcə olaraq coğrafi sərhədi gös­tərmir. Qonşu dövlətlər istər-istəməz sərhəd yaxınlığı ilə ya­naşı, müəyyən tarixi ümumilik, oxşarlıq, ənənəvilik, tə­sər­rü­fat-mədəni eynilik, demoqrafik quruluş və s. kimi ümumi cə­hət­lərlə səciyyələnir. Bununla yanaşı:

  1. Sosial-iqtisadi birliyə qoşulan dövlətlər hər şeydən əvvəl ictimai-təsərrüfat inkişafı baxımından yaxın olmalıdırlar.

  2. Bu ölkələr ümumi sərhədə malik olmaqla tarixən on­la­rın arasında sağlam iqtisadi münasibətlər mövcud ol­ma­lı­dır.

  3. Hər bir qrup ölkələrdə yaranan iqtisadi problem ümumi birliyin gücü ilə həll olunmalıdır.

Beləliklə, zaman ötdükcə beynəlxalq miqyasda ölkələrin təsərrüfat həyatında beynəlmiləlləşmə prosesi güclənmişdir. İnteqrasiya latın sözü olub "qovuşma", "çuğlaşma", "birləşmə" deməkdir. Lakin aydındır ki, burada sadəcə birləşmə deyil, iqtisadi fəaliyyətlərin qarşılıqlı, razılaşdırılmış siyasəti ümumi sosial mühütin yaranmasını nəzərdə tutulur. Ərazi üzrə iqtisadi in­teq­rasiya prosesi dedikdə ən ümumi mənada ayrı-ayrı ölkələrin tə­sərrüfat həyatının tədricən birləşməsi prosesi nəzərdə tutulur. Bu cür birləşmə nəticəsində yeni bütöv təsərrüfat mexanizmi formalaşır və beynəlxalq regional sistem yaranır. Bu regional kom­plekslər dünya iqtisadiyyatının və eləcə də beynəlxalq inteqrasiya münasibətlərinin sub­yek­ti­nə çevrilirlər. Qeyd etməliyik ki, istər dünya iqtisadiyyatının və istərsə də BİM-in genişlənməsində in­teq­ra­si­ya prosesi daha hər­tərəfli və keyfiyyət cəhətləri ilə fərqlənir. Bu­rada sadəcə ola­raq məhsulun artması deyil, xalqlar arasında hər­tərəfli mü­ba­dilə münasibətləri, geniş ünsiyyət, vahid məkan, iq­tisadi bir­lik, mədəni birlik, siyasi birlik psixologiyası yaranır.
Dünya iqtisadiyyatında qloballaşma genişləndikcə təsərrüfat hə­yatında baş verən qarşılıqlı proseslər də artır. Belə şəraitdə milli dövlətlər bir çox hallarda öz mənafelərinin ödənilməsini dünya bazarı vasitəsilə həyata keçirməyə üstünlük verirlər.
Ayrı-ayrı beynəlxalq şirkətlər müəssisələr və dövlətlər məh­sul, əmtəə satışı və xammal mənbələri uğrunda gedən rə­qa­bətdə bir-biri ilə maddi və maliyyə baxımından öz qüvvələrini birləş-dirməklə bir çox əlavə xərclərdən azad olur və birgə qüvvə ilə rəqabətə girmək imkanı əldə edirlər. Beləliklə milli dövlət mənafeyi regional mənafəyə çevrilir. Buradan da dünya təsərrüfatındakı qloballaşma prosesi regionallaşma prosesi ilə tamamlanmış olur. Adətən inteqrasiya prosesi az və ya çox mənada qarşılıqlı ticarətin liberallaşdırılması ilə başlanır. Bu hal əmtəələrin, xidmətlərin və kapitalın hərəkətinin məhdudlaş-dırılmasını aradan qaldırır. Tədricən vahid iqtisadi, hüquqi, in­for­masiya məkanı yaranır. Buradan da yeni keyfiyyətli bey­nəl­xalq iqtisadi münasibətlər meydana gəlir. Qeyd etməliyik ki, re­gional inteqrasiya bir çox əlamətləri ilə dövlətlərarası digər əla­qə və formalardan fərqlənir. Beləliklə:
1. İnteqrasiyaya daxil olan hər ölkə öz iqtisadi siyasətlərində müəyyən razılığa gəlirlər.
2. Onlar öz milli qanunvericiliklərinə, norma və stan­dart­la­rını uyğunlaşdırırlar, vahid hala salırlar.
3. Region daxilində istehsal prosesində vahid texnologiya möv­cud olur.
4. İstehsalda, elm və texnikada beynəlxalq ixtisaslaşma və koo­perasiyanın inkişafına zəmin yaranır.
5. İnteqrasiya prosesinin tənzimlənməsi məqsədilə vahid ida­rəçilik orqanları yaradılır.
2) Növünə, tipinə və formalaşmasına görə inteqrasiya pro­ses­ləri dünyanın regionlarında müxtəlifdir. Ölkələr arasında bir­­lik iştirakçılarının münasibətlərinin xarakterləri, orqanların struk­turları, aralarında alınmış nəticələr müxtəlif ola bilər.
İkinci Dünya Müharibəsindən sonra beynəlxalq inteqrasiya pro­sesləri inkişaf etməyə başladı. Bu dövrdə inteqrasiya bir­lik­lə­rinə daha cox Avropada ehtiyac duyulurdu. Çünki müharibə are­nası olan Avropanın təsərrüfat infrastruktur sistemləri da­ğıl­mışdı. Avropa dövlətləri siyasi stabilliyi bərpa və quruculuğa eh­tiyac olan bu ölkələrin səylərini birləşdirmək, əməkdaşlıq et­mək qərarına gəldilər. İnkişafın özəyi bilavasitə hasilat istehsal sə­nayesidir. Beynəlxalq inteqrasiyanın təməli ticarət, təsərrüfat, ha­silat və istehsal əlaqələrinin möhkəmləndirilməsi və ge­niş­lən­­di­ril­məsindən başlanır və yeni qurumların, birliklərin yaranması ilə davam edir.
İnteqrasiya bloklarında birləşən dövlətlər üçün qlo­bal­laş­ma­nın ən vacib şərtlərindən biri ölkələrin milli iqtisadiyyatlarını xa­rici arzuolunmaz təsirlərdən qorumaq idi ki, bunu da ənənəvi metodlarla etmək mümkün deyildi. İqtisadi maliyyə mər­kəz­lərinin bir-biri ilə rəqabətlərinin güclənməsi, bu ölkələrin öz tə­sir sferalarını genişləndirmə arzusu dövlətlərini ko­l­lektiv şə­kil­də qloballaşmanın çağırışlarına qarşı durmağa və milli iq­ti­sa­diyyatlarını neqativ təsirlərdən qorumağa vadar edirdi.
Bu müstəvidə birinci mərhəbə – XX əsrin 50–70-ci illərində inteqrasiyanın bi­rin­ci dalğası kimi birliklərin ittifaqlarının yaranması və for­ma­la­ş­ma­sı kimi yadda qalır.
Dünayda baş verən çoxlu sayda inteqrasiya prosesləri məhz bu dövrə təsadüf edir. Bu etapda aktiv şəkildə inteqrasiya blokları yaradılırdı və inkişaf etmiş ölkələr tərəfindən onların planları, struktur mexanizmləri verilirdi, liberal ticarətdə ilk ad­dım­lar atılırdı.
İkinci mərhələ – 1980-ci illəri əhatə edir.
Bu dövr inteqrasiaya proseslərində böhran vəziyyəti müşahidə olu­nurdu, əsasən də inkişaf etməkdə olan ölkələrdə bu, özünü da­ha aş­kar şəkildə göstərirdi. İnteqrasiya bloklarının formal möv­cud­­luğu iştirakçı milli dövlətlərin maddi-texniki bazalarında önəm­li müsbət dəyişikliklər baş vermirdi.
Üçüncü mərhələ – 1990-cı illərin ortalarından artıq inteq­ra­si­ya proseslərində yeni və müsbət dəyişikliklər baş vermişdir. Re­­gional iqtisadi, sosial və humanitar inteqrasiyanın in­ki­şa­fın­da əsas faktorlar inkişafda olan ölkələrin qloballaşmanın ça­ğı­rış­larını və onun neqativ təsirlərini azaltmağa can atmasıdır.
3) Beynəlxalq əmək bölgüsü, milli təsərüffatların bey­nəl­miləlləşməsi, məhsuldar qüvvələrin inkişafı, qloballaşma və bey­nəlxalq iqtisadi inteqrasiya bir-biri ilə sıx qarşılıqlı əla­qə­lidirlər və bir sıra ümumi cəhəti var. Bu proseslərin re­gio­nal və subregional istiqamətiləri və təsirləri vardır. Bunlar sı­ra­da­kılardır:
Dünya ölkələrinin bir-birindən asılılığını, qarşılıqlı bağ­lı­lı­ğı­nı obyektiv tendensiya kimi gücləndirmə faktoru kimi qalır.
İnteqrasiya prosesi milli iqtisadiyyatların qarşılıqlı şəkildə uyğunlaşması on­la­rın vahid ixtisaslaşmış təsərrüfat sisteminin yaradılmasına gə­ti­rir. İnteqrasiya prosesinin iştirakçı ölkələrin tarixi, ərazi, tə­sər­rü­fat, struktur və texnoloji yaxınlığını müəyyən edir və onun re­gio­nal xa­rakterikliyini səciyyələndirir.
Sosial təsərrüfat həyatın beynəlmiləlləşməsində, dövlətlərin iq­tisadi birliyinin qovuşma prosesində müasir mərhələdə bey­nəl­xalq inteqrasiyası ən yüksək pillədədir. Bu dövlətlər razılıq əsa­sında vahid siyasət formalaşdıraraq fəaliyyət göstərən təş­ki­lat strukturuna malikdirlər.

  • İstehsal güclərinin təkamülü, beynəlxalq əmək böl­gü­sünün inkişafı və qloballaşan dünya iqtisadiyyatının nə­ti­cə­sində meydana gəlir.

  • Nəinki ölkələr səviyyəsində, hətta qlobal səviyyədə hər­tə­rəf­li böyüyən əhəmiyyətə malik olur.

  • Dünya iqtisadiyyatı ilə və beynəlxalq iqtisadi əlaqələrlə sıx bağlı olur. Onlar müəyyən təsir göstərən, lakin özü onların evolyusiyası altında transformasiya edir.

  • Beynəlxalq transmilli şirkətlər ölkələrarası səviyyəsində fəaliyyət göstərir .

İştirakçı dövlətlərin, iqtisadi agentlik və assosiasiyaların, müx­təlif iqtisadi, humanitar, hüquqi subyektlərin humanitar, mədəni və başqa sferalarda əməkdaşlıq etmək imkanları genişlənir.


Əmtəə, mal və xidmət, maddi, maliyyə və əmək resursları, elmi və yeni texnologiyalar sahələrində əməkdaşlığın və müba­di­lə­nin müasir əməkdaşlıq formaları və şaxələnmiş əlaqələri bey­nəl­xalq inteqrasiyanın mahiyyətini açıqlayır.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə