Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


I FƏSİL. İnteqrsaiya anlayışı, inetqrasiya proseslərinin mahiyyəti



Yüklə 0,78 Mb.
səhifə3/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   2   3   4   5   6   7   8   9   ...   20
Drs vsaiti.MP.

I FƏSİL. İnteqrsaiya anlayışı, inetqrasiya
proseslərinin mahiyyəti



  1. İnteqrasiya anlayışı

  2. Beynəlxaq və regional inteqrasiyanın yaranması

  3. İnteqrasiya prosesləri və onun modelləri

1) XXI yüzilin əvvəli inteqrasiya fenomeninin mahiyyətinə, suverən dövlətlərin inkişafına, onun təsirinin öyrənilməsinə son dərəcə artan ictimai və elmi maraqla səciyyələnir. İnteqrasiya proseslərinin dərin təhlilinə, yeni geosiyasi reallıqda başlıca inkişaf istiqamətlərinin seçiminə Avropa, Asiya və Amerika öl­kə­ləri ilə dəyişən əlaqələr şəraitində qarşılıqlı münasibətin və əmək­daş­lığın optimal formatının müəyyənləşməsinə olan zərurət bu pro­­seslərin elmi əsaslandırılmış konsepsiyasının olmasını tələb edir.


İnteqrasiya proseslərini ən ümumi şəkildə sə­ciy­yələn­dir­mə­yə çalışsaq, deyə bilərik: beynəlxalq inteqrasiya prosesləri son də­rəcə çoxşaxəli və rəngarəng məzmunlu fenomendir. Onun kon­kret mükəmməl ifadəsinin indiyə qədər formalaşmamasının sə­bəbini məhz prosesin ifadə etdiyi fövqəlmürəkkəb hadisə, fakt­lar, bəzən bir-birini istisna edən şərhlər və nə­zə­ri mövqelər şərtləndirir. Bu problemin təhlilində müxtəlif möv­qe və yanaşma mövcuddur. Dəyərləndirmə və proq­noz­la­rın ümumi mənzərəsinə qısa nəzər salmaqla müşahidə etmək olar. Onu da qeyd etmək lazımdır ki inteqrasiyanın mürəkkəb məz­mununun təhlili bir neçə elmi nəzəriyyənin siyasi, iqtisadi, hü­quqi, sosial, mədəni əlaqələrin, araşdırmaların qovuşuğunda kom­pleks tədqiqat şəklində aparılması vacibdir. İnteqrasıya söz və ideya kimi müstəvidən, real əməkdaşlıq modelinə və inkişaf pro­sesinə keçid alandan sonra onun mahiyyətinin mürəkkəbliyi dərk edilməyə başlanmışdır. Əksəriyyət bunu sadəcə iki və bir neçə ölkə arasında mübadilə, əməkdaşlıq kimi başa düşür. İn­teq­rasiya latın dilində “integer”– “bütöv”, – “bütövləşmə” de­mək­dir. Əslində sözün etimologiyası inteqrasiyanın siyasi pro­ses kimi məzmun və təyinatını daha aydın ifadə edir. “İn­teger” sözündən yaranan “inteqratio” sözü də latın dilində “bər­pa, tamamlanma” mənasını verir. Dünya tarixində inteqrasiya an­layışının geniş tətbiqindən daha əvvəl inteqrasiya ideyası ya­ranmışdır. İnsanların birlik, sabitlik, təhlükəsizlik və əmək­daş­lıq şəraitində yaşamaq arzuları mütəffəkirlər, siyasətçilər tə­rə­findən mükəmməl ideya kimi izahını tapmış, nəzəri kon­sep­si­ya­larında ifadə olunmuşdur.
İnteqrasiya müasir dünyada ölkələrin əmək bölgüsü, ix­ti­sas­laşma, kooperasiya, əlaqələndirmə, birgə siyasətin aparılması şə­raitində uzlaşma və birləşmə prosesidir. Onun ali məqsədi nə­ticədə əldə olunan imkanlardan iqtisadi artım templərinin da­vam­lılığından əldə olan resurslardan maksimal dərəcədə ef­fekt­li isti­fadəni təmin etməkdir. İnteqrasiyanın mühüm cəhəti milli öl­kə təsərrüfatlarının beynəlmiləlləşməsi nəticəsində onun dün­ya iqtisadi sisteminin bir hissəsinə çevrilməsidir. İn­teq­ra­si­ya­nın əla­məti kimi sosial və iqtisadiyyat sahələrində ümumi siyasətin for­malaşdırılması və reallaşdırılmasıdır. Beynəlxalq iqtisadi in­teq­rasiya əsas beş mərhələdən keçir: azad ticarət zonası, göm­rük ittifaqı, ümumi bazar, iqtisadi ittifaq və iqtisadi və valyuta it­tifaqı.
İnteqrasiya problemlərinin dünya inkişafının konkret təcrübi real­lığı səviyyəsindən dövlətlərin daxili və xarici siyasətindəki dö­nüş nöqtələrini müəyyən edən həyati vacib məsələ kimi nə­zəri təhlil səviyyəsinə qədər yüksəlməsi son dövrdə aşkar mü­şa­hidə olunan proseslərdən birinə çevrilmişdir. Bu baxımdan qeyd etmək lazımdır ki, inteqrasiya məsələlərinin, bu günün in­kişafının mövcud yeni reallıqları və perspektivləri işığında təh­lil son dərəcə aktuallıq kəsb edir.
Ölkələrin inteqrasiya proseslərinə qoşulmaq istəkləri, bey­nəl­xalq, regional birliklərin yaranma səbəbləri ilk növbədə bir­lik­də milli dövlətlərin sosial-iqtisadi inkişafını təmin etmək, is­teh­sal, istehlak xammal bazarlarını genişləndirmək, yaranan va­hid məkanda yaranacaq enerji ehtiyatlarından, maliyyə-in­ves­­ti­siya imkanlarından, yeni müasir informasiya, kom­mu­ni­ka­si­ya tex­nologiyalarından istifadə etmək kimi əsaslarıdır. İnteq­ra­siya qu­rumlarında əməkdaşlıq edən ölkələrin əsas məqsədləri bey­­nəl­xalq əmək bölgüsünün üstünlüklərindən, qarşılıqlı ticarət əla­qə­lər­indən, ixtisaslaşma və kooperasiyalaşma imkanlarından is­­ti­fa­də edilməsi və bunun nəticəsində milli dövlətlərin ma­raq­la­rının ümu­mi inteqrasiya məkanı çərçivəsində həll olun­ma­sı­dır.
Məhsuldar qüvvələrin, sosial faktorların inkişafı, bey­nəl­xalq əmək bölgüsü, təsərrüfat həyatının beynəlmiləlləşməsi müa­sir inteqrasiya proseslərini sürətləndirir.
Dünya iqtisadiyyatının beynəlmiləlləşməməsi, maliyyə mər­kəz­lərinin təsiri transmilli korporasiyaların fəaliyyəti şərai­tin­də milli dövlətlərin təsərrüfat, iqtisadi, ticari, sosial həyatının xa­ri­ci faktorlardan, amillərdən asılılığı artır və bu ölkələrin bir­ləş­mə meyllərini, səylərini çoxaldır. Xarici ticarət dövriyyəsinin, həm­çinin investisiya yatırımlarının genişlənməsi, informasiya- kom­munikasiya texnologiyalarının, infrastruktur, beynəlxalq la­­yi­hələrin yayılması, yeni təcrübə mübadiləsinə, müasir bi­lik­lə­rə tə­ləbatı artırır. Məsələlərin, problemlərin birgə həllərini zəruri edir, inteqrasiya qurumlarının yaranmasına əsas yaradır. İn­teq­ra­si­ya proseslərinin və regional səviyyədə siyasətin əla­qə­lən­di­ril­məsi vacib şərtlərdən biridir.
2) Beynəlxalq İqtisadi İnteqrasiya XX əsrin ortalarında ya­ran­mış çoxşaxəli və çox zəngin fenomendir. XX əsrin ikinci ya­­rısından sonra elmi-texniki tərəqqinin (ETT) və informasiya və kommunikasya texnologiyalarının təsiri ilə dünya öl­kə­lə­ri­nin bir-birindən asılılığı yeni keyfiyyət əldə etdi. Ardıcıl olaraq dünyada əsasən regional və subregional səviyyədə tədricən öl­kə­lərarası qarşılıqlı əlaqələr formalaşırdı.
Dünya iqtisadiyyatının qloballaşması və beynəlmiləlləşməsi in­teqrasiya proseslərini əhəmiyyətli şəkildə gücləndirdi. Bİİ – nin inkişaf amillərini təmin etməyə imkan verən obyektiv va­si­tə­si­dir və beynəlxalq əmək bölgüsünün dərinləşməsi, bey­nəl­mi­ləl­ləş­mə­si və qloballaşması prosesidir. Beynəlmiləl dünya iqti­sa­diy­yatı şərtləri hər milli iqtisadiyyatın xarici faktorlardan ası­lı­lı­ğı­nı nəzərəçarpacaq dərəcədə artırır. Bu, dünya mal döv­riy­yə­si­nin həcmi ilə təsdiqlənir. Xarici ticarət ölçüsünün əhə­miy­yət­lərindən savayı, ölkələr üçün xarici kapitalın axını da önəm­li­dir. Məsələn, işçi qüvvəsi, texnologiya, məlumat və bilik, müa­sir təcrübə və s.
Milli iqtisadiyyatları qloballaşmanın çağırışından qorumaq məq­sədi ilə təkcə inkişaf etməkdə olan ölkələr deyil, hətta in­ki­şaf etmiş dövlətlər də inteqrasiya bloku yaratmağa və ya onlara qo­şulmağa can atırlar. Hazırda dünyada 40-dan çox inteqrasiya blo­ku var və onların sayı artmaqdadır.
Beləliklə, beynəlxalq iqtisadi inteqrasiyanın vacibliyi iri sis­tem əmələ gətirən faktorlarla aydınlaşdırılmışdır.

  • Ölkələrin biri-birindən asılılığının obyektiv tən­zim­lən­mə­si və yüksəldilməsi, beynəlmiləlləşmənin və əmək böl­güsünün nizamlanması.

  • Dünya iqtisadiyyatının qloballaşması və qlobal rəqa­bət­ləş­məsi.

  • Elmi-texniki tərəqqi və onun müasir forması – in­for­ma­si­ya və texnologiya inqilabı.

  • Dünya iqtisadiyyatının liberallaşma prosesi və milli so­si­al, təsərrüfat, mədəni həyat sahələrinin aşkarlıq də­rə­cə­sinin yüksəlməsi.

  • Milli dövlətlərin ictimai maraqlı ölkələr sırasından təh­lü­kəsizliyə baxış nöqtəsi.

  • Geosiyasi maraqların üst-üstə düşməsini zəruri edir.

İnteqrasiya sözünün siyasi lüğətdə mənası ayrı-ayrı ele­ment­lə­rin his­sələrinin bütöv bir yerdə birləşdirilməsidir. İqtisadi baxışdan inteq­ra­si­ya bu proseslərin qarşılıqlı uyğunlaşması və müxtəlif öl­kələrin va­hid iqtisadi sistemdə birləşdirilməsi prosesidir. Öz ma­hiy­yə­ti­nə görə beynəlxalq inteqrasiyanın iqtisadi həyatda beynəlmiləlləşmənin ən yüksək sə­viy­yəsidir.
Beynəlxalq və regional inteqrasiyanın obyektləri – əmtəə və xid­mətlər, maddi-maliyyə əmək resursları, elmi-texniki əmək­daş­lıqda, istehsalda, hasilatda, emalda mübadilə münasibətləri.
Beynəlxalq və regional inteqrasiya subyektləri – beynəlxalq is­teh­­salı və elmi-texniki əməkdaşlığı və mübadiləni həyata ke­çi­rən tərəf­lər: dövlətlər, təşkilatlar, iri şirkətlər və s. Milli iqtisa­diy­ya­tın müxtəlif formalarında çalışan və xarici tərəfdaşlarla (blok çər­çivəsində) qarşılıqlı iqtisadi əlaqə yaradan transmilli şir­kət­lər, müəssisələr, beynəlxalq və regional inteqrasiyanın subyekti olaraq həmçinin blok çərçivəsində inteq­ra­si­ya edən dövlətlər də fəaliyyət göstərir. Beynəlxalq regional in­teq­rasiya mexanizmi – iqtisadi formaların yeni metodların sistemi, birgə təd­­birlərin və institutların təşkili, beynəlxalq regional inteq­ra­si­yanı tə­min edir, beynəlxalq və regional şəkildə həyata keçirilir. Bu föv­qəlmilli orqanların yaradılmasını və fəaliyyət gös­tər­mə­si­ni və öz milli dövlətlərinin bəzi səlahiyyətlərinin üst qu­rum­lara ötü­­rül­mə­sini nəzərdə tutur.
3) Ölkələrarası əlaqələrin tarixi çox qədimlərə, industrial in­­kişafa qədərki dövrlərə gedib çıxır. İnteqrasiya prosesləri öz baş­lanğıcını XX əsrin ikinci yarısından bəşər inkişafının yeni si­yasi, iqtisadi, sosial reallığa qədəm qoyması ilə başlamışdır. Bu mənada inteqrasiya "klassik", "ənənəvi" başa düşülən an­lam­dan fərqli, "postindustrial" adlanan mərhələnin ilk bey­nəl­xalq əhəmiyyətli nəhəng strukturlarının təşəkkülünü ifadə edir, müa­sir dövrün başlıca inkişaf meyli kimi çıxış edir. Dünyanın gə­ləcək inkişaf perspektivləri məhz bu proseslərdən asılıdır.
Mövcud olan modellər tipoloji baxımdan: regional in­teq­ra­si­ya məqsədlərini daşıyan birliklər, azad zonalar, vahid bazarlar, iq­tisadi ittifaqlar beynəlxalq koordinasiya tipli qurumlar fövqəlmilli hö­ku­mət təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları kimi fərq­lənir.
Strukturuna görə təsnifləşdirildikdə inteqrasiya modellərinin özü­nəməxsusluğu ilə yanaşı, hər hansı təməl faktorlar üzərində qu­rulduğu, mövcud olan problemlərin həllində hansı üs­tün­lük­lə­rə və məqsədlərə malik olduğu aşkara çıxır.
Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) in­teq­ra­siya modelləri: Avropa Birliyi, Latın Amerikası And Qrupu, Ka­rib "Ümumi Bazarı", ASEAN Cənub-Şərqi Asiya döv­lət­lə­ri Assosiasiyası, Müstəqil Dövlətlər Birliyi və s.
İqtisadi ticarət əməkdaşlığına yönümlü modellər: Avropa Azad Ticarət Assosiasiyası, Şimali Amerika NAFTA İn­teq­ra­si­ya­sı birliyi (ABŞ, Kanada, Meksika), Fars körfəzi Ərəb Ölkələri Neft İxracı Təş­ki­la­tı (OAPEK). Neft ixrac edən ölkələr OPEK və s. Beynəlxalq qey­ri-hökumət iqtisadi inteqrasiya təşkilatları: Tariflər və Ti­ca­rət üzrə Baş Saziş, İqtisadi Əməkdaşlıq və Ticarət təşkilatları BMT-nin Ticarət üzrə konfransı, Siyasi ittifaq və təhlükəsizlik hərbi in­teq­ra­si­ya blok-modelləri: Avropa Şurası, ATƏT, Afrika Birliyi Təş­ki­latı, NATO və s.
İnteqrasiyanın yeni, keyfiyyət xüsusiyyətlərinin əks etdirməsi ba­xımından siyasi, sosial, iqtisadi modelləri daha optimal forma hesab olu­nur. Modellərin inkişafı gedişində problemlərin üzə çıx­ma­sı­nı bir çox səbəblərlə bağlıdır. Hər şeydən əvvəl, reallığın də­yiş­məsi, hər bir mərhələnin öz spesifik qanunauyğunluq və onun tələblərinə malik olması ilə şərtlənir. Digər tərəfdən, də­yi­şən yalnız reallıq deyil, həm də inteqrasiyanın subyektləri, on­la­rın münasibətləri, yeni tərəfdaş və müttəfiqlərin, pri­ori­tet­lə­rin, məkanların ortaya çıxmasıdır.
Ümumiyyətlə belə qənaətə gəlmək olar ki, ölkələrin yaxın-laş­ma, birləşmə tendensiyaları ilk növbədə dünya təsərrüfatının qlo­ballaşması və beynəlmiləlləşməsi prosesləri nəticəsində baş ve­rir. Qloballaşmanın neqativ nəticələrindən, iqtisadi tə­sir­lər­dən uzaq­laşması üçün dövlətləri vahid inteqrasiya məkanında sərfəli sosial iqtisadi imkanlar əl­də et­mək və inkişafı üçün əlaqələndirilmiş siyasətin apa­rıl­ma­sına məc­bur edir.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə