MÜNDƏRİCAT
ÖN SÖZ 4
I FƏSİL. İnteqrsaiya anlayışı, inetqrasiya proseslərinin mahiyyəti 6
II FƏSİL. İnteqrasiya proseslərinin yaranma səbəbləri,
əlamətləri və məqsədləri 12
III FƏSİL. Beynəlxalq inteqrsiya proseslərinin tarixi əsasları və xüsusiyyətləri 17
IV FƏSİL. Müasir beynəlxalq və regional inteqrasiyanın
nəzəriyyə konsepsiyaları 22
V FƏSİL. Beynəlxalq inteqrasiyanın formaları və inkişaf
mərhələləri 33
VI FƏSİL. Avropa dövlətləri beynəlxalq və regional inteqrasiya proseslərində 37
VII FƏSİL. Postsovet məkanında inteqrasiya prosesləri.
Müstəqil Dövlətlər Birliyi 47
VIII FƏSİL. Azərbaycan regional inteqrasiya prosesləri və beynəlxalq layihələri çərçivəsində 54
IX FƏSİL. Şimali Amerika ölkələrinin Azad Ticarət Zonası –
NAFTA 63
X FƏSİL. Cənubi Amerikada İnteqrasiya Assosiasiyası. Latın Amerikası İnteqrasiya Birliyi – MERKOSUR 67
XI FƏSİL. Asiya və Sakit okean regionunda inteqrasiya
prosesləri 76
XII FƏSİL. Yaxın Şərq və Ərəb dövlətləri inteqrasiya
prosesləri müstəvisində 84
XIII FƏSİL. Afrika ölkələrinin inteqrasiya birlikləri 89
XIV FƏSİL. Subregional inteqrasiya qurumları .. 95
XV FƏSİL. Beynəlxalq və regional inteqrasiya proqramları
və layihələri 109
NƏTİCƏ 120
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 122
ÖN SÖZ
XX əsrin sonları - XXI əsrin əvvəlləri qloballaşma fonunda beynəlxalq regional inteqrasiya prosesləri inkişaf edir. İnkişaf etməkdə olan ölkələrdə inteqrasiya proseslərinə qoşulma ten-densiyaları fəallaşır. Dünya iqtisadiyyatı beynəlxaq inteqrasiyanın təsiri altında keyfiyyət baxımından yeni səviyyəyə qalxır.
İnteqrasiya meylləri 1950-ci illərdən meydana gəlmişdir. Həmin dövrdə dünya arenasında ilk regional dövlətlərarası birliklər inteqrasiya xarakteri daşımağa başlamışdır. Avropada təhlükəsizlik üçün qüvvələri birləşdirmə istəyi hələ XX əsrin 20-ci illərinin sonunda Fransa naziri A.Brian tərəfindən Avropa federalizmi planı kimi irəli sürülmüşdür. Lakin bu layihə İkinci Dünya müharibəsi ərəfəsinə düşdüyündən həyata keçməmişdir.
Qərbi Avropada Avropa Polad və Kömür Birliyi (1951), Avropa İqtisadi Birliyi (1957), Avropa Azad Ticarət Assosiasiyası, Afrikada “Qərbi Afrika Valyuta Birliyi” (1959), Qərb yarımkürəsində “Latın Amerikası Azad Ticarət Assosiasiyası” və “Mərkəzi Amerika Ümumi Bazarı” (1960), Asiyada (tərkibində İran, Pakistan və Türkiyə) İqtisadi Əməkdaşlıq Təşkilatı (1964) və bu kimi birləşmələr ilk inteqrasiya birlikləri olmuşdur.
Dünya iqtisadiyyatının qloballaşan dövründə tədricən bu inteqrasiya prosesləri güclənməyə və əhəmiyyətli rol oynamağa başlamışdır. Beynəlxalq və regional inteqrasiyanın təsiri altında bu proseslər qaçılmaz olur, inkişafda olan ölkələrə birləşməkdən başqa seçim qoymurdu. Ümumi səylərlə, milli dövlətlərin inteqrasiya birliklərində formalaşdırılması ilə onlar öz milli təhlükəsizliyini və inkişafını birgə təmin etməyə çalışırlar. Belə ki, inkişaf etmiş dövlətlər dünya siyasətində və iqtisadiyyatında öz mövqelərini gücləndirmək və öz üstünlüklərini qoruyub saxlamağa çalışırlar.
Beynəlxalq İqtisadi İnteqrasiya dövlətlərin beynəlminəl istehsalını sürətləndirmək üçün sərfəli imkanlar yaradır. Bu, prosesin iştirakçılarını, sosial-iqtisadi ölçülərini tənzimləyir, qloballaşmanın onların inkişafına təsir edən mənfi baryerlərini kənar edir. Könüllü inteqrasiya proseslərinə qoşulmaq, inkişaf etməkdə olan ölkələri dəstəkləmək, onların resurslarından tam və rasional istifadəsinin ixtisaslaşmasını və kooperasiyasını təmin etmək imkanı verir. Beynəlxalq inteqrasiya prosesləri nəticəsində yaranan qurumlar qloballaşmanın təsiri ilə öz quruluş forması və mahiyyəti ilə müxtəlif regionlarda bir-birindən fərqlənir. Bu baxımdan beynəlxalq və regional inteqrasiya proseslərinin izlənməyə və təhlil edilməyə ehtiyacı var.
Beynəlxalq iqtisadi inteqrasiya milli təsərrüfat mexanizmlərinin, siyasi və mədəni sahələrinin yaxınlaşmasına, qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını qəbul edən və razılaşdırılmış şəkildə dövlətlərarası orqanlar tərəfindən tənzimlənən obyektiv iqtisadi qarşılıqlı təsir prosesidir.
İnteqrasiya prosesləri regionlaşmanın iqtisadi, siyasi və mədəni inkişafına gətirib çıxarır. Bunun nəticəsində ayrı-ayrı ölkərin birlikləri öz aralarında təsərrüfat və ticarət üçün, əmtəə, xidmət, işçi qüvvəsi və maliyyə imkanlarının istehsal amillərinin regionlararası hərəkəti üçün daha əlverişli şərait yaradır.
Dostları ilə paylaş: |