Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix31.05.2023
ölçüsü1,07 Mb.
#114644
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

2. İstiliyin konveksiya yolu ilə
verilməsi yalnız turbilent rejimlə hərəkət edən 
maye və qazlara aiddir. Bu cür hərəkətdə olan maye və qazların mikrohissəcikləri 
intensiv xaotik hərəkətlə müxtəlif istiqamətlərdəki hissəciklərlə tez-tez toxunurlar. 
Onların aşağıdakı temperaturlar fərqi hesabına istilik isti hissəcikdən soyuq 


hissəciyə verilir və beləliklə istilik bütün hissəciklər arasında paylanır ki, bunun 
nəticəsində istiliyin konveksiya yolu ilə verilməsi maye və qazların bütün 
həcmində baş vermiş olur. 
3. İstiliyin şualanma yolu ilə
verilməsi yüksək temperaturlu közərmiş cismlərə 
aiddir. Bu cismlərdən şua enerjisi əvvəlcə elektromaqnit dalğalarına çevrilir, bu 
dalğalar müəyyən sahəni keçir və hansı cism üzərinə düşürsə orada udulur və 
yenidən istilik enerjisinə çevrilir. 
Bu göstərilən istiliyin verilmə üsulları tək halda deyil, ikinsi və ya üçü bir yerdə 
eyni zamanda fəaliyyət göstərirlər. Texnikada ən çox istilikkeçirmə-konveksiya 
yolu ilə və ya şualanma-istilikkeçirmə-konveksiya yolu ilə istilikötürmə 
proseslərinə rast olunur. Texnikada və texnologiyada istilik mübadiləsi prosesləri 
iki üsulla həyata keçirilir: 
1.Qarışdırma üsulu ilə 2.İstilikötürən səth vasitəsilə; 
1. Qarışdırma üsülü ilə
istilik mübadiləsi zamanı isti ilə soyuq axınlar arasında 
bir-birilə birbaşa qarışdırılır. Bu üsulun mexaniki cəhətdən sadə və asan olmasına, 
iqtisadi cəhətdən əlverişli olmasına baxmayaraq ondan nadir hallarda istifadə 
edilir. Ona görə ki, çox vaxt isti və soyuq axınlar müxtəlif məhsullardan ibarət 
olurlar, onları qarışdırdıqdan sonra ayırmaq lazım gəlir. Bu məhsulların bir-
birindən təmiz halda ayrılması isə mürəkkəb və baha başa gələn proseslərdir. 
2. Texnikada əsasən ikinci üsuldan istifadə edilir. Bundan ötrü müxtəlif quruluşa 
malik olan istilik mübadiləsi aparatlarından istifadə edilir ki, bunlara 
istilikdəyişdirici aparatlar deyilir. Səthli istidəyişdirici aparatlarda isti və soyuq 
axınlar ayrı-ayrı kanallarla hərəkət edirlər və onların arasında qoruyucu divar 
qoyulur. Bu divar axınların qarışmasının qarşısını alır, istiliyi isti axından soyuq 
axına ötürür. Ona görə də bu divar istilikötürmə səthi adlanır. 
İstilik mübadiləsi proseslərinə məhsulların soyudulması, qızdırılması, maye 
məhsulların qaynadılaraq buxarlandırılması, buxar və qazların soyudularaq 
kondensləşdirilməsi (mayeləşdirilməsi) aiddir. Ona görə də istidəyişdirici 
aparatları uyğun olaraq soyuducular, qızdırıcılar, buxarlandırıcılar və kondesatorlar 
adlandırırlar. İstilikdəyişdirici aparatların istilik məhsuldarlığı onların istilik yükü 
adlanır. İstilik yükü dedikdə vahid zamanda aparat daxilində isti axından soyuq 
axına verilən istilik miqdarı nəzərdə tutulur. İstilik yükü istilikdəyişdirici aparatın 
əsas parametri olub, onun əsas ölçüsü məhz bu parametrdən asılıdır. 
İstilikdəyişdirici aparatın istilik yükü onun daxilində gedən istilik prosesinin istilik 
balans tənliyindən tapılır. İstilikdəyişdirici aparatın əsas ölçüsü onun istilikötürmə 
səthidir. Bu ölçü istilikdəyişdiricinin əsas tənliyinə görə hesablanır. 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə