Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix31.05.2023
ölçüsü1,07 Mb.
#114644
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

konstruktiv hesablama sxemi 
İstidəyişdirici aparatların əsas konstruksiyaları 
İstilik ötürmə üsulundan asılı olaraq istidəyişdirici aparatlar iki qrupa ayrılır. 
1.Səthli istidətişdirici aparatlar


Bu tip aparatlarda isti və soyuq istidəyişdirici axınlar müxtəlif kanallarla hərəkət 
edirlər. Onların arasında qoruyucu divar yerləşir. Bu divar axınların bir-biri ilə 
qarışmasına qoymur. İstilik isti axından soyuq axına qoruyucu divarın səthindən 
keçərək verilir. Ona görə də bu divarın səthlərinə istilikötürücü səth deyilir.
2.Qarışdırma tip istilikötürücü aparatlar. 
Bu aparatlarda istilik mübadiləsi aparılarakən isti və soyuq axınlar birbaşa 
qarışdırılır. Kimya texnologiyasında əsasən səthli istidəyişdiricilərdən istifadə 
olunur. Bu aparatlar müxtəlif materiallardan ( karbonlu poladdan, lənmiş poladdan, 
çuğundan, misdən, titandan, qurğuşundan və s.) və eləcə də bir sıra qeyri metal 
materiallarından ( qrafitdən, teflondan və s.) hazırlanırlar. İstidəyişdirici aparatları 
hazırlamaq üçün tələb olunan materialın seçərkən onun aparatdakı mühitin 
göstəricilərinə davamlı və istilikkeçirməyi, temperatur və təzyiq nəzərdə tutulur. 
İstidəyişdirici aparatın konstruksiyası aşağıdakı tələblərə cavab verməlidir: 
-
Tələb olunan istilik yükünü həyata keçirməlidir; 
-
Mühitin kimyəvi (korroziyasına) qarşı dözümlü olmalıdır; 
-
Temperatur və təzyiqə qarşı davamlı olmalıdır; 
-
İstidəyişdirici axınların aqreqat halına fiziki xassələrinə qarşı uyğun olmalıdır; 
-
İstilikvermə şəraiti mümkün qədər keyfiyyətli olmalıdır; 
-
Aparatın işçi səthi mümkün qədər az çirklənməlidir. 
İstidəyişdirici aparatların konstruksiyalarını seçərkən onun quruluşunun sadə 
olması, aparatın yığcam olması, quraşdırma və təmir işlərinin asan olması, işçi 
səthin çirklənməsinin hidravlik müqavimətin olması, metal sərfinin az olması və 
mekaniki-iqtisadi göstəricilərinin qənaətbəxş olması nəzərdə tutulur. Səthli 
istidəyişdirici aparatdan bir ..... quruluşunu və işləmə prinsipi ilə tapmış olaq. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə