Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   49
Neft-kimyası

 
Arenlər
Orqanizmlərin canlı maddəsi üçün aromatik quruluş xarakterik olmasa da, 
neftlərdə aromatik karbohidrogenlərin miqdarı10-20, bəzi hallarda isə 35%-ə 
çatır. 
Canlı maddədə aromatik quruluş liqnində (hidroksifenilpropanın 
törəmələri), bəzi aminturşularda, eləcə də hidroxinonlarda (vitamin E, K) ayrı-
ayrı həlqələr şəklində olur. 
A.İ. Boqomolovun təcrübələrində doymamış yağ turşularını termokatalitik 
və sopropel slanslarının üzvi birləşməsinin 200

-də termiki parçalanmasından 
15%-dən 40%-ə qədər arenlərolan karbohidrogen qarışığı alınmışdır.Bu 
qarışığın aren quruluşu təbii neftlərə uyğundur. 
Doymamış yağ turşularının gil katalizatorları iştirakı ilə çevrilməsindən 
doymuş beş- , altıüzvlü ketonlar və kondensləşməmiş naftenlər alınır. Sonra bu 
doymuş tsiklik ketonlar dehidratlaşaraq kondensləşmə reaksiyalarına məruz 
qalırlar. 
Bu zaman naften-aromatik hibrid quruluşlu- dodekahidrotrifenildən əmələ 
gəlir. 
Təbii neftin bütün sinif karbohidrogenlərinin əmələ gəlməsi canlı maddədə 
karbohidrogenlərin biosintez prosesi, ən başləcası isə NBF zamanı katogenez 
qatında çökmə süxurlarının sopropel üzvi maddələrinin lipid materiallarının 
termiki və termokatalitik çevrilməsi ilə əlaqədardır.
Mühazirə 11 
Neftin emala hazırlanması 
 
Çıxarılma dərinliyindən, yerindən asılı olmayaraq yer səthinə çıxarılan 
istenilən neftin bir tonunda 50-100m
3
qaz,200-300 kq su,10-15 kq mineral duzlar 
və mexaniki qarışıqlar olur. 
Mədənlərdə neftdən suyu ayırmaq üçün müxtəlif sistemlərdən istifadə 
olunur.Yeni neft medenlerində təzyiq altında işləyən sistemlər tətbiq olunur.Bu 
sistemdən quyudan çıxan xam neft ferdi ölçü qurğusuna verilir.Burada qaz 
maye məhsullardan ayrılır və alınmış məhsulların miqdarı təyin 
olunur.Ayrılmış qaz yenidən neft və su ilə qarışdırılaraq ,qazın neftdən təkrar 


ayrılması üçün nasos stansiyasındakı separator verilir.Seperatorlarda ayrılan 
qaz,qaz emalı zavodlarına,qismən qazsızlaşdırılmış neft isı neftin emala 
hazırlanma qurğusuna nəql edilir.Neftin emala hazırlanma qurğusunda, qazın 
neftden ayrılmasının ikinci və üçüncü separasiyası,elecə də neftin sudan və 
duzlardan 
təmizlənməsi 
aparılır.Burada 
ayrılmış 
qaz 
emala,su 
isə 
temizləndikdən sonra yenidən neft laylarına verilir.Təmizlənmiş neft isə xüsusi 
çənlərə verilərək onun miqdarı və keyfiyyəti təyin olunur.Əgər neft keyfiyyətcə 
standarta uyğun gəlmirsə, onda yenidən təkrar emala qaytarılır. 
Neftin bir neçə pilləli separasiyasından sonra belə onun tərkibində 
müəyyən muqdar həll olmuş şəkildə C
1
-C
4
qaz karbohidrogenləri qalır.Həmin 
qazlar,həmçinin yüngül fraksiyalar neft saxlandığı və bir çəndən başqa çənə 
verildiyi müddətlərdə neftdən ayrıla bilər,u isə öz növbəsində itkiyə,təbiətin 
çirklənməsinə səbəb olar.Buna görə də mədənlərin öoxunda neft rektifikasiya 
edilərək 
stabilləşdirilir.Stabilləşdirilmiş 
neftlerdə 
C
1
-C
4
qaz 
karbohidrogenlərinin miqdarı 1% -ə qədər ,stabilləşdirilməmiş neftlərdə isə 
həmin qazların miqdarı 2-3% olur. 
Neftdə həll olmuş qazların miqdarı hazırda qaz-maye xromotoqrafiya 
vasitəsilə təyin olunur. 
Xromotoqrafik analizə əsasən qaz qarışığının tərkibinə daxil olan hər bir 
komponentin kütlə payı (X
i
) aşağıdakı düsturla hesablanır: 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə