Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   49
Neft-kimyası

Mühazirə 12 
Neftin susuzlaşdırılması. Neft və neft məhsullarında duzlar və mexaniki
qarışıqlar 
Neftin susuzlaşdırılması


Bildiyimiz kimi neft və neft məhsullarının tərkibində suyun olması, onun hansı 
formada olmasından asılı olmayaraq xoşagəlməz hal hesab olunur. Təyinat 
zamanı neftin tərkibində su olduqda, onun fiziki xassələrinə təsir edir və 
düzgün nəticələr alınmır. Neftin susuzlaşdırılması zamanı ilk növbədə onun 
tərkibində suyun hansı formada və nə miqdarda olmasından asılı olaraq, 
mövcud üsulların bu və ya digərindən istifadə olunur. Tədqiqat üçün 
götürülmüş neft nümunəsinin tərkibində suyun miqdarı çox olduqda, onun 
əsas hissəsi ayırıcı qıfda qalır, qalan hissəsi isə közərdilmiş CaCl
2
ilə ayrılır.
Ağır neftlərin susuzlaşdırılması əks soyuducu ilə təchiz olunmuş kolbada 
qızdırılmaqla aparılır. 
Son illər neft emulsiyalarını dağıtmaq üçün avtoklavdan daha çox istifadə 
olunur. Neft nümunəsi avtoklavda 1 MPa təzyiqdə, 200-220

temperatura 
qədər tədricən qızdırılır. Seçilmiş şəraitdə neft-su emulsiyası parçalanır. 
Tədqiqat məqsədli işlərdə götürülən neft nümunələrinin susuzlaşdırılmasında 
deemulqatorlardan istifadə olunmur. Çünki proses zamanı neftin tərkibində az 
miqdar deemulqator qala bilər ki, bu da aparılan tədqiqatın nəticəsinə təsir 
göstərə bilər.
Temperaturun təsiri ilə neft emulsiyasında su damcılarını əhatə edən 
parafin kristalları əriyir və müdafiə pərdəsi zəifləyir.Eyni zamanda müdafiə 
pərdəsini yaradan naften turşularının və qatranlı birləşmələrin neftdə həll 
olmaları yaxşılaşır.Bütün hallarda suyun çökməsinə əlverişli şərait yaranır. 
Neft sənayesində suyun neftdən ayrılması üçün dəyişən elektrik 
cərəyanından geniş istifadə olunur. Sistemdən buraxılan yüksək gərginlikli 
dəyişən elektrik cərəyanı su molekullarını əks işarəli elektrik cərəyanı su 
molekullarını əks işarəli elektrik yükü ilə yükləyir. Elektrik cərəyanının 
istiqaməti dəyişdikcə, su molekullarının da istiqamətini dəyişməyə başlayır. Bu 
zaman su damcılarının kürəvi şəkli dəyişərək uzanmış şəklə düşür. Nəticədə su 
damcıları rəqsi hərəkətə başlayaraq, bir-birilə görüşür və emulsiyanın 
dağılması üçün şərait yaranır. 
Dəyişən elektrik cərəyanının gücü nə qədər çox olursa, emulsiyanın 
parçalanma sürəti də bir o qədər yüksək olur.

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə