Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   49
Neft-kimyası

Mühazirə 10 
Əsas sinif neft karbohidrogenlərinin əmələ gəlməsi 
 
Nefdə üzvi maddənin geokimyəvi tarixinin müxtəlif mərhələlərində əmələ 
gələn karbohidrogenlər iştirak edir. Karbohidrogenlərin ilkin mənbəyi 
orqanizmlərin canlı maddəsində onların biosintezi hesab olunur. Çöküntülərin 
diogenez mərhələsində ilkin üzvi maddələrin mikrobioloji emalı prosesi 
karbohidrogenlərin ikinci mənbəyi hesab olunur. Çöküntülərin diogenez 
mərhələsində 
ilkin 
üzvi 
maddələrin 
mikrobioloji 
emalı 
prosesi 
karbohidrogenlərin ikinci mənbəyi hesab olunur. Prosesin istiqamətliliyi 
çöküntüdə biomolekulların mikrobioloji fermentativ parçalanmaya qarşı 
müxtəlif davamlılığı və mühitin geokimyəvi şəraiti (Eh, pH) ilə müəyyən edilir. 
Ölmüş orqanizm maddələrinin biomolekulları çöküntüdə həmin şəraitdə daha 
davamlı birləşmələrə çevrilərək, qismən karbohidrogenlər əmələ gətirir. 
Spirtlər və aldeidlər karbohidrogenlərə çevrilə bilər: tsiklik terpenoidlərin 
tsiklanlara və arenlərə çevrilməsi də mümkündür.Nəhayət, hazırda müəyyən 
olunmuşdur ki, karbohidrogenlərin əsas mənbəyi, neftəmələgəlmənin baş 
fazasının 
meydana 
gəldiyi 
zaman 
əsasən, 
üzvi 
maddənin 
lipid 
komponentlərinin 90-160

temperaturda termiki destruksiyasıdır. 
Neft karbohidrogenlərinin tərkibinə bir sıra faktorlar təsir göstərir: 


çöküntülərin ilkin üzvi maddəsinin xüsusiyyətləri; 
çöküntülərdə üzvi maddənin çevrilməsinin geokimyəvi şəraiti (Eh, pH); 
Neft yataqlarının əmələ gəlməsində neftin ikinci dəyişikliyi və sonralar 
uzun geoloji zamanda onların mövcud olması (miqrasiya prosesində 
karbohidrogenlərin fiziki diferensiasiyası, yüksək temperaturun uzun müddətli 
təsiri, yer səthinə yaxın yataqlarda oksidləşmə prosesləri və s.). 
Konkret neftin karbohidrogen tərkibi müxtəlif səbəblərin təsirindən 
formalaşır və bunlardan əsasını ayırmaq heç də asan deyil. 
Alkanlar 
Neftin yüksəkmolekullu n-alkanlarının üç əsas alınma mənbəyi 
mövcuddur: canlı orqanizmlərdə sintez olunan alkanlar; canlı maddənin 
mumuna daxil olan yüksəkmolekullu biratomlu alifatik spirtlər və ali birəsaslı 
doymuş yağ turşuları. 
Bitki və heyvan mənşəli yağların hidroliz olunmayan fraksiyası, adətən 
faizin onda birini təşkil edib karbohidrogenlərdən və spirtlərdən ibarət olur. 
Quruluş və mənşəyinə görə bu karbohidrogenlər yəqin ki, uyğun yağ turşuları 
ilə əlaqəlidirlər. Onların bir hissəsi n-alkanlara, digər hissəsi isə izoprenoidlərə 
aiddir. 
n-alkanların bir hissəsi çöküntülərin diagenez mərhələsində yağ turşularının, 
spirtlərin və aldehidlərin fermentativ biokimyəvi çevrilməsi, onların da çox 
hissəsi neftəmələgəlmənin baş fazası zamanı yüksək temperatur (100-150


şəraitində ali birəsaslı doymuş yağ turşularının dekarboksilləşməsi nəticəsində 
əmələ gəlir: 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə