77
İş nümunələri.
İş nümunələrinin təhlili zamanı uşaq əvvəlcədən tərbiyəçi
(valideyn) tərəfindən hazırlanmış хüsusi tapşırığı yerinə yetirir.
Tapşırıq
şəkil çəkmək, işarələr qоymaq, yarımçıq
işi tamamlamaq,
quraşdırma, yapma, riyazi əməliyyatları yerinə yetirmək, əşyalarla оyun
və s. ibarət оla bilər. Belə tapşırıqlardan əsasən köməkçi metоd kimi
istifadə edilir. Bir tapşırığın nəticəsi ümumi rəy üçün əsas оla
bilməz. Bu nəticələrin digər qiymətləndirmə metodlarının nəticələri
ilə müqayisəsi (korrelyasiyası) aparılır.
Ailənin məlumatları.
Tərbiyəçilər və valideynlər məktəbəqədər yaşlı uşaqların təlim-
tərbiyəsi işində daim əməkdaşlıq edirlər. Bu əməkdaşlığın
mühüm
bir cəhəti kimi ailənin uşaq haqqında məlumat verməsidir.
Tərbiyəçilər sorğudan istifadə etməklə uşaq haqqında məlumat
toplayırlar. Açıq ünsiyyət inkişafın müxtəlif
sahələrində müşahidə
və biliyin qiymətləndirilməsi üçün ilkin şərt yaradır.
Yaş və inkişaf səviyyəsi cədvəlləri.
Hər yaş dövrünün sonunda
uşaqların inkişaf səviyyələri müəyyən olunur.
Uşaqların yaş və inkişaf səviyyələrinin müəyyənləşdirilməsi və
dəyərləndirmənin mütəmadi aparılması uşaqların fərdi maraqlarına,
öyrənmə üsullarına və bacarıqlarına cavab verən müvafiq təlim
strategiyalarının planlaşdırılması üçün əsas üsul hesab edilir. Bu
qiymətləndirmə sistemi təlim strategiyaları
vasitəsilə tərbiyəçilərin
əsas nələrə diqqət yetirmələrinə və uşaqların davamlı inkişaf və
təliminə dəstək olmaqda kömək göstərir.
Məzmun standartlarında nəzərdə tutulmuş nəticələrin hamısı
təlim prosesində reallaşdırılmalı,
dəyərləndirmə zamanı uşaqların
nəzərdə tutulmuş təlim nəticələri üzrə nailiyyətlərinə xüsusi diqqət
yetirilməlidir.
Dostları ilə paylaş: