4.10.
Monitorinq subyekti tərəfindən bildirişdə nəzərdə tutulmuş pozuntular
aradan qaldırılır və bildirişin alındığı gündən 2 iş günü müddətində yenidən tərtib
olunmuş forma Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.
4.11.
Monitorinq subyekti konkret əsas göstərməklə əvvəl təqdim etdiyi
məlumata düzəliş edilməsi üçün Maliyyə Monitorinqi Xidmətinə rəsmi məktubla
müraciət edə bilər. Məktub monitorinq subyektinin rəhbər vəzifəli şəxsi tərəfindən
imzalanmalıdır. Müraciətə Maliyyə Monitorinqi Xidməti tərəfindən 2 iş günü
müddətində baxılır və müraciət əsaslı hesab edildikdə, Maliyyə Monitorinqi Xidməti
tərəfindən monitorinq subyektinin məktubunda qeyd olunmuş məlumata düzəliş edilir
və monitorinq subyektinə bu barədə məlumat verilir. Düzəliş edilmiş məlumatın ilkin
nüsxəsi Maliyyə Monitorinqi Xidməti tərəfindən saxlanılır.
4.12.
Maliyyə Monitorinqi Xidməti tərəfindən məlumatda aşkar edilmiş səhvin
düzəlişi ilə əlaqədar monitorinq subyektinə müraciət edildikdə, təqdim olunmuş
məlumatda düzəlişlər bu Qaydaların 4.11-ci bəndinə müvafiq qaydada həyata keçirilir.
5. FORMANIN DOLDURULMASI
5.1. Kağız daşıyıcıda və ya elektron formatda göndərilməsindən asılı olmayaraq
məlumatlar formaya daxil edilməklə təqdim olunur.
5.2.
Forma beş bölmədən və qırx üç bənddən ibarətdir.
[5]
5.3.
Formada bir ulduzla (*) işarələnmiş bəndlərin və onların daxilindəki bir
ulduzla (*) işarələnmiş yarımbəndlərin doldurulması məcburidir.
5.4.
Göndərən və ya alan tərəfin monitorinq subyektinin müştərisi olduğu
hallarda forma üzrə iki ulduzla (**) işarələnmiş bəndlərin və yarımbəndlərin, habelə
onların daxilindəki bir ulduzla (*) işarələnmiş yarımbəndlərin doldurulması
məcburidir.
5.5.
Formada üç ulduzla (***) işarələnmiş bəndlərdə və yarımbəndlərdə tələb
olunan məlumatlar mövcud olduqda həmin bəndlərin və yarımbəndlərin, eləcə də
onların daxilindəki bir ulduzla (*) işarələnmiş yarımbəndlərin doldurulması
məcburidir.
5.6.
"Məlumat" bölməsi monitorinq subyektinə və təqdim olunan məlumata
dair informasiyanı əks etdirir. Bu bölməyə aşağıdakı bəndlər daxildir:
5.6.1.
Formanın 1.1-ci bəndində monitorinq subyektinin adı göstərilir;
5.6.2.
1.2-ci bənddə məlumatın bilavasitə Maliyyə Monitorinqi Xidmətinə
göndərildiyi tarix il, ay, gün, saat ardıcıllığı ilə "YYYY-MM-DDTHH:MM:SS"
formatında qeyd edilir;
5.6.3.
1.3-cü bənddə monitorinq subyektinin təqdim etdiyi məlumatların
ardıcıllığına uyğun olaraq "1" rəqəmindən başlayaraq məlumatın nömrəsi daxil edilir;
5.6.4.
1.4-cü bənddə bu Qaydalara 2 nömrəli Əlavədən istifadə edilərək bu
Qaydaların 3.1-ci və ya 3.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğun gələn
məlumatın təsnifat kodu daxil edilir;
5.6.5.
1.5-ci bənddə monitorinq subyektinin məlumatı tərtib etmiş filialının adı,
məlumat monitorinq subyektinin baş ofisi tərəfindən tərtib olunduqda isə baş ofisin adı
daxil edilir;
5.6.6.
Maliyyə Monitorinqi Xidməti tərəfindən göndərilmiş sorğulara cavab
olaraq məlumatların təqdim olunması zamanı, 1.6-cı bənddə Maliyyə Monitorinqi
Xidmətinin sorğusunun nömrəsinə istinad daxil edilir;
5.6.7.
Bu Qaydalara 2 nömrəli Əlavədə nəzərdə tutulmuş "STR" və "TFR" təsnifat
kodları üzrə məlumatlar təqdim edildikdə, 1.7-ci bənddə həmin məlumatlar üzrə
şübhəlilik üçün əsaslar icbari qaydada daxil edilməlidir. Bu bənd digər təsnifat
kodlarına aid məlumatlar üzrə icbari xarakter daşımır;
5.6.8.
"STR" və "TFR" təsnifat kodları üzrə məlumatlar təqdim edildikdə, 1.8-ci
bənddə Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyən edilmiş şübhəlilik
indikatorlarından biri seçilərək daxil edilir;
5.6.9.
1.9-cu bənddə məlumatla bağlı əlavə qeydlər daxil edilir;
5.6.10.
1.10-cu bənddə monitorinq subyektinin ünvanına dair məlumatlar daxil
edilir (bu Qaydaların 5.8.5.14-cü yarımbəndində göstərilən qaydada);
5.6.11.
1.11-ci bənddə monitorinq subyektinin məsul şəxsinə, məsul şəxs
olmadıqda isə məlumatı təqdim edən digər şəxsə dair məlumatlar daxil edilir. 1.11.5-ci
yarımbənddə monitorinq subyektinin məsul şəxsinin telefonu haqqında məlumat bu
Qaydaların 5.8.5.15-ci yarımbəndində göstərilən qaydada daxil edilir.
5.7. "Əməliyyat" bölməsi əməliyyatlar haqqında informasiyanı əks etdirir. Bu
bölməyə aşağıdakı bəndlər daxildir:
5.7.1. 2.1.-ci bənddə monitorinq subyekti tərəfindən hər bir əməliyyata verilən
unikal nömrə daxil edilir. Əməliyyatın nömrəsi qismində monitorinq subyekti
tərəfindən aparılan əməliyyatların müxabirləşmə nömrəsi, yaxud "1" rəqəmindən
başlayaraq ardıcıllıqla davam edən digər nömrə və ya Maliyyə Monitorinqi Xidmətinin
rəsmi internet səhifəsində yerləşdirilmiş "Məlumatların təqdim olunması forması"nda
avtomatik qaydada müəyyən edilən nömrə istifadə oluna bilər. Əməliyyatın nömrəsi
heç bir halda təkrarlanmamalıdır;
5.7.2. 2.2-ci bənddə, əməliyyat icra olunmuşdursa, əməliyyatın həyata keçirildiyi
tarix göstərilir. Əməliyyat icra olunmamışdırsa, bu qrafada əməliyyatın aparılmasına
dair müraciətin monitorinq subyektinə təqdim olunduğu tarix daxil edilir;
5.7.3.
2.3-cü bənddə bu Qaydalara 3 nömrəli Əlavədən istifadə edilərək
əməliyyatın növü daxil edilir. 2.3.1-ci yarımbənddə əməliyyatın növünə dair əlavə
məlumatlar qeyd oluna bilər;