5.7.4.
Əməliyyatın hansı valyutada aparılmasından asılı olmayaraq, 2.4-cü
bənddə əməliyyatın məbləğinin manat ekvivalenti daxil edilir. Əməliyyatda hər hansı
məbləğin olmadığı təqdirdə, əməliyyatın məbləği "0" qeyd olunur;
5.7.5. 2.5-ci bənddə əməliyyatın icra statusundan asılı olaraq, "İcra olunmuşdur" və
ya "İcra olunmamışdır" seçimlərindən biri daxil edilir;
5.7.6. Əməliyyatın axşam kassasından həyata keçirilib-keçirilməməsindən asılı
olaraq, 2.6-cı bənddə müvafiq qrafa "x" simvolu ilə aydın şəkildə işarələnir. 2.6-cı
bənddə "Bəli" seçildikdə, 2.6.1-ci yarımbənddə axşam kassasına mədaxil etmənin tarixi
il, ay, gün, saat ardıcıllığı ilə "YYYY-MM-DDTHH:MM:SS" formatında daxil edilir;
[6]
5.7.7.
2.7-ci bənddə əməliyyatın həyata keçirildiyi monitorinq subyektinin struktur
bölməsinin yerləşdiyi şəhərin (rayonun) kodu;
[7]
5.7.8.
2.8-ci bənddə əməliyyatın təyinatı daxil edilir.
5.8. “Göndərən tərəf” bölməsi vəsaiti ödəyən və ya göndərən tərəf haqqında
informasiyanı əks etdirir. Bu bölməyə aşağıdakı bəndlər daxildir:
5.8.1.
3.1-ci bənddə bu Qaydalara 4 nömrəli Əlavədən istifadə edilərək
göndərilən vəsaitin növü daxil edilir. 3.1-ci bənddə vəsaitin növü "Digər" seçildikdə,
3.1.1-ci yarımbənddə həmin vəsaitin növünə dair şərh qeyd olunmalıdır;
5.8.2.
3.2-ci bənddə bu Qaydalara 5 nömrəli Əlavədən istifadə edilərək
əməliyyatın başlandığı ölkənin adı daxil edilir;
5.8.3.
Vəsait
xarici
valyutada
göndərildikdə,
3.3-cü
bəndin
3.3.1-ci
yarımbəndində bu Qaydalara 6 nömrəli Əlavədən istifadə edilərək xarici valyutanın
növü, 3.3.2-ci yarımbəndində həmin valyutanın məzənnəsi və 3.3.3-cü yarımbəndində
vəsaitin xarici valyutada olan məbləği daxil edilir;
5.8.4.
Göndərən tərəf əməliyyatın növündən asılı olaraq fiziki şəxs və ya hesab
ola bilər. Hüquqi şəxs göndərən tərəf qismində yalnız hesabın tərkib elementi olaraq
qeyd edilməlidir;
5.8.5. Göndərən tərəf fiziki şəxs olduqda, 3.4-cü bənd üzrə tələb olunan aşağıdakı
məlumatlar daxil edilir:
5.8.5.1.
3.4.1-ci yarımbənddə - cinsi;
5.8.5.2.
3.4.2-ci yarımbənddə - adı (fiziki şəxsin şəxsiyyətini təsdiq edən
sənəddə yazıldığı qaydada daxil edilməlidir);
5.8.5.3.
3.4.3-cü yarımbənddə - soyadı (fiziki şəxsin şəxsiyyətini təsdiq edən
sənəddə yazıldığı qaydada daxil edilməlidir);
5.8.5.4.
3.4.4-cü yarımbənddə - ata adı (fiziki şəxsin şəxsiyyətini təsdiq edən
sənəddə yazıldığı qaydada daxil edilməlidir);
5.8.5.5.
3.4.5-ci yarımbənddə - fərdi identifikasiya nömrəsi (Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin pin kodu);
5.8.5.6.
3.4.6-cı yarımbənddə - doğulduğu yer - Azərbaycan Respublikasının
şəhər, rayon və digər yaşayış məntəqələrinin adları Azərbaycan dilində və hər-hansı
əlavə qeydlər
(məsələn: şəhəri, şəh., ş.; rayonu, ray., r.; kəndi, k; qəsəbəsi, qəs. və s.) olmadan
daxil edilməlidir (Nümunə: Bakı, Gəncə, Qəbələ və s.). Digər ölkələrin yaşayış
məntəqələrinin adları sərbəst şəkildə daxil edilə bilər);
5.8.5.7.
3.4.7-ci yarımbənddə - doğulduğu tarix (il, ay, gün ardıcıllığı ilə
"YYYY-MM-DD" formatında);
5.8.5.8.
3.4.8-ci yarımbənddə - yaşadığı ölkə (bu Qaydalara 5 nömrəli
Əlavədən istifadə edilməklə);
5.8.5.9.
3.4.9-cu yarımbənddə - elektron poçt ünvanı;
5.8.5.10.
3.4.10-cu yarımbənddə - vətəndaşı olduğu ölkə (bu Qaydalara 5
nömrəli Əlavədən istifadə edilməklə);
5.8.5.11.
3.4.11-ci yarımbənddə - vəsaitin formalaşma əsası haqqında aşağıdakı
məlumatlar;
[8]
5.8.5.11.1. 3.4.11.1-ci yarımbənddə - Fəaliyyət istiqaməti;
5.8.5.11.2. 3.4.11.2-ci yarımbənddə - Peşəsi;
5.8.5.11.3. 3.4.11.3-cü yarımbənddə - Gəlir mənbəyi.
5.8.5.12.
3.4.12-ci yarımbənddə - şəxsiyyətini təsdiq edən sənəd haqqında
aşağıdakı məlumatlar:
5.8.5.12.1.
3.4.12.1-ci yarımbənddə - sənədin növü (bu Qaydalara 7 nömrəli
Əlavədən istifadə edilməklə);
5.8.5.12.2.
3.4.12.2-ci yarımbənddə - seriyası və nömrəsi (fiziki şəxsin
şəxsiyyətini təsdiq edən sənəddə yazıldığı qaydada daxil edilməlidir);
5.8.5.12.3.
3.4.12.3-cü yarımbənddə - verilmə tarixi (il, ay, gün ardıcıllığı ilə
"YYYY-MM-DD" formatında);
5.8.5.12.4.
3.4.12.4-cü yarımbənddə - etibarlılıq müddəti (il, ay, gün ardıcıllığı
ilə "YYYY-MM-DD" formatında);
5.8.5.12.5.
3.4.12.5-ci yarımbənddə - verən orqanın adı;
5.8.5.12.6.
3.4.12.6-cı yarımbənddə - verildiyi ölkə (bu Qaydalara 5 nömrəli
Əlavədən istifadə edilməklə).
5.8.5.13. Göndərən tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda,
3.4.12-ci yarımbənddə onun VÖEN-i haqqında məlumat daxil edilir.
5.8.5.14. 3.4.13-cü yarımbənddə - ünvanı haqqında aşağıdakı məlumatlar:
5.8.5.14.1.
3.4.13.1-ci yarımbənddə - ünvanın təyinatı (bu Qaydalara 8 nömrəli
Əlavədən istifadə edilməklə);
5.8.5.14.2.
3.4.13.2-ci yarımbənddə - küçənin adı və nömrəsi - Azərbaycan
Respublikasının şəhər, rayon və digər yaşayış məntəqələrinin küçə, prospekt və digər
yaşayış massivlərinin adları Azərbaycan dilində və hər-hansı əlavə qeydlər (məsələn:
küçəsi, küç., k; prospekti, pr., p. və s.) olmadan daxil edilməlidir (Nümunə: Bül-Bül
40). Digər ölkələrin yaşayış məntəqələrinin adları sərbəst şəkildə daxil edilə bilər);
5.8.5.14.3.
3.4.13.3-cü yarımbənddə - şəhər (bu Qaydaların 5.8.5.6-cı
yarımbəndində göstərilən qaydada);