3.4.4.
əməliyyat bank hesabı vasitəsilə həyata keçirildikdə həmin hesabın
nömrəsi və hesaba xidmət edən bankın, onun filialının, şöbəsinin və ya digər ayrıca
bölməsinin adı;
3.4.5.
əməliyyatı həyata keçirən fiziki və ya hüquqi şəxsin eyniləşdirilməsi üçün
monitorinq subyektləri tərəfindən alınmış zəruri məlumatlar:
3.4.5.1.
fiziki şəxsə münasibətdə - şəxsiyyəti təsdiq edən sənəddə əks olunmuş
məlumatlar (şəxsin soyadı, adı və atasının adı, vətəndaşlığı, onun doğulduğu yer və
tarix, yaşadığı və ya qeydiyyatda olduğu yer, sənədin növü, seriyası və nömrəsi,
verilmə tarixi və etibarlılıq müddəti, sənədi verən orqanın adı);
3.4.5.2.
hüquqi şəxsə münasibətdə - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması,
hüquqi ünvanı, qeydiyyat nömrəsi və ya VÖEN-i, qeydiyyat tarixi, mənsub olduğu
ölkə;
3.4.5.3. fərdi sahibkara münasibətdə - bu Qaydaların 3.4.5.1-ci yarımbəndində
nəzərdə tutulmuş məlumatlar və VÖEN;
3.4.6. benefisiar haqqında məlumatlar - benefisiarın hüquqi, fiziki və ya fərdi
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq bu Qaydaların
3.4.4-cü, 3.4.5.1-ci, 3.4.5.2-ci və 3.4.5.3-cü yarımbəndlərində nəzərdə tutulmuş
məlumatlar;
3.4.7.
əməliyyat nümayəndə tərəfindən həyata keçirilirsə - bu Qaydaların 3.4.5.1-
ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar;
3.4.8.
əməliyyatın mahiyyətini, məqsədini, o cümlədən xronologiyasını təsvir
edən məlumatlar;
3.4.9.
əməliyyatın şübhəli olmasını şərtləndirən əsaslar.
3.5. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş məlumatlardan başqa
monitorinq subyektləri tərəfindən hüquqi və ya fiziki şəxsin eyniləşdirilməsi və
verifikasiyası üçün əlavə məlumatlar əldə edilmişdirsə bu məlumatlar da Maliyyə
Monitorinqi Xidmətinə təqdim edilir.
4. MƏLUMATLARIN TƏQDİM OLUNMASI FORMASI VƏ VASİTƏLƏRİ
4.1. Monitorinq subyektləri tərəfindən məlumatlar bu Qaydalara 1 nömrəli
Əlavədə nəzərdə tutulmuş formaya (bundan sonra - forma) daxil edilir və aşağıdakı
vasitələrdən biri ilə təqdim olunur:
4.1.1.
monitorinq subyektinin məsul şəxsi tərəfindən imzalanmış və möhürlə
təsdiq edilmiş kağız daşıyıcıda;
4.1.2.
elektron imza ilə təsdiq edilmiş elektron formatda.
4.2. Kağız daşıyıcıda forma aşağıdakı qaydada
tərtib olunur:
[3]
4.2.1. formanın elektron versiyası doldurularaq printerdə çap etməklə, və ya
[4]
4.2.2. formanın diyircəkli qələmdən istifadə edilməklə əllə doldurulması yolu ilə.
4.3. Məlumatlar kağız daşıyıcıda aşağıdakı qaydada təqdim olunur:
4.3.1.
məlumat bütövlüyü pozulmadan açılması mümkün olmayan və işıq
keçirməyən kağızdan hazırlanmış zərfə qoyularaq möhürlənir;
4.3.2.
zərfin üz tərəfinin yuxarı sol küncündə monitorinq subyektinin adı, ünvanı
və məlumatın müvafiq forma üzrə nömrəsi qeyd olunur - zərfə iki və ya daha artıq
sayda məlumat qoyulduqda, hər bir məlumatın nömrəsi ardıcıl şəkildə qeyd olunur;
4.3.3.
zərfin üz tərəfinin aşağı sağ küncündə Maliyyə Monitorinqi Xidmətinin adı
və ünvanı qeyd olunur;
4.3.4.
zərfin üz tərəfinin yuxan sağ küncündə "MƏLUMAT" qeydi aparılır;
4.3.5.
zərf rəsmi təqdimetmə qaydasında və ya sifarişli poçt rabitəsi vasitəsilə
bildirişli məktubla Maliyyə Monitorinqi Xidmətinə göndərilir;
4.3.6.
kağız daşıyıcıda bir neçə formanın göndərildiyi təqdirdə müşayiət
məktubunda qoşmaların sayı göstərilməlidir.
4.4. Məlumatlar elektron formatda aşağıdakı qaydada təqdim olunur:
4.4.1. Məlumatları elektron formatda təqdim edən monitorinq subyektlərinin
məsul şəxsləri Maliyyə Monitorinqi Xidməti tərəfindən Elektron imza üzrə sertifikasiya
mərkəzinin Sertifikat qeydiyyat xidmətində qeydiyyatdan keçirilərək, elektron imza,
habelə "İstifadəçi adı" və "Şifrə" ilə təmin olunurlar.
4.4.2. Qeydiyyatdan keçmiş monitorinq subyektlərinin məsul şəxsləri Maliyyə
Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində onlara verilmiş "İstifadəçi adı" və
"Şifrə"ni daxil etməklə elektron formatda olan məlumatları yükləmək və ya Maliyyə
Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş "Məlumatların təqdim
olunması forması”nı onlayn rejimində doldurmaq yolu ilə Maliyyə Monitorinqi
Xidmətinə təqdim edirlər.
4.5.
Bu Qaydalara əlavə edilmiş formadan başqa digər qaydada məlumatların
Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsinə yol verilmir.
4.6.
Elektron formatda təqdim edilən məlumatlar AMİS-ə ötürülür və AMİS
vasitəsi ilə avtomatlaşdırılmış qaydada qeydiyyata alınır.
4.7.
Hüquqi şəxs olan monitorinq subyektlərinin filialları, nümayəndəlikləri və
ya digər ayrıca bölmələri bu Qaydalarda nəzərdə tutulmuş məlumatları baş ofisləri
vasitəsi ilə Maliyyə Monitorinqi Xidmətinə təqdim edirlər.
4.8.
Kağız daşıyıcıda və ya elektron formatda tərtib edilmiş forma monitorinq
subyektləri tərəfindən ən azı 5 il müddətinə saxlanılmalıdır.
4.9.
Formada "ulduz" işarəsi ilə qeyd olunmuş bəndlər doldurulmadıqda,
məlumatların məzmununda səhvlər olduqda, habelə məlumatlar bu Qaydalara əlavə
edilmiş formada təqdim edilmədikdə Maliyyə Monitorinqi Xidməti konkret pozuntu
halını göstərən bildirişlə birlikdə təqdim olunmuş məlumatı dərhal monitorinq
subyektinə məlumatın təqdim olunduğu rabitə kanalı vasitəsilə geri qaytarır.