5.8.6.14.11.1. 3.5.14.11.1-ci yarımbənddə - Fiziki şəxsə dair məlumatlar (Adı, soyadı,
atasının adı, doğulduğu tarix, e-mail)
5.8.6.14.11.2. 3.5.14.11.2-ci yarımbənddə - Hüquqi şəxsə dair məlumatlar (Adı, qeydiyyat
nömrəsi, VÖEN)
5.8.6.14.11-1. 3.5.14.11-1-ci yarımbənddə - hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki
şəxs haqqında aşağıdakı məlumatlar:
[14]
5.8.6.14.11-1.1. 3.5.14.11-1.1-ci yarımbənddə - adı (bu Qaydaların 5.8.5.2-ci
yarımbəndində göstərilən qaydada);
5.8.6.14.11-1.2. 3.5.14.11-1.2-ci yarımbənddə - soyadı (bu Qaydaların 5.8.5.3-cü
yarımbəndində göstərilən qaydada);
5.8.6.14.11-1.3. 3.5.14.11-1.3-cü yarımbənddə - atasının adı (bu Qaydaların 5.8.5.4-cü
yarımbəndində göstərilən qaydada);
5.8.6.14.11-1.4. 3.5.14.11-1.4-cü yarımbənddə - doğulduğu tarix (il, ay, gün ardıcıllığı ilə
"YYYY-MM-DD" formatında);
5.8.6.14.11-1.5. 3.5.14.11-1.5-ci yarımbənddə - elektron poçt ünvanı.
5.8.6.15. 3.5.15-ci yarımbənddə hesab üzrə imza hüququ olan fiziki şəxs haqqında
məlumatlar daxil edilir (bu Qaydaların 5.8.5-ci yarımbəndində göstərilən qaydada);
5.9. “Alan tərəf” bölməsi vəsait ödənilən və ya vəsaiti alan tərəf haqqında
informasiyanı əks etdirir. Bu bölməyə aşağıdakı bəndlər daxildir:
5.9.1.
4.1-ci bənddə bu Qaydalara 4 nömrəli Əlavədən istifadə edilərək daxil
olan vəsaitin növü qeyd olunur. 4.1-ci bənddə vəsaitin növü "Digər" seçildikdə, 4.1.1-ci
yarımbənddə həmin vəsaitin növünə dair şərh qeyd olunmalıdır.
5.9.2.
4.2-ci bənddə bu Qaydalara 5 nömrəli Əlavədən istifadə edilərək
əməliyyatın başa çatdığı ölkənin adı daxil edilir.
5.9.3.
Vəsait xarici valyutada daxil olduqda, 4.3-cü bəndin 4.3.1-ci
yarımbəndində bu Qaydalara 6 nömrəli Əlavədən istifadə edilərək xarici valyutanın
növü, 4.3.2-ci yarımbəndində həmin valyutanın məzənnəsi və 4.3.3-cü yarımbəndində
vəsaitin xarici valyutada olan məbləği daxil edilir.
5.9.4.
Alan tərəf əməliyyatın növündən asılı olaraq fiziki şəxs və ya hesab ola
bilər. Hüquqi şəxs alan tərəf qismində yalnız hesabın tərkib elementi olaraq qeyd
edilməlidir. Bu bölmənin 4.4-cü və 4.5-ci bəndləri bu Qaydaların 5.8.5,-ci və 5.8.6-cı
yarımbəndlərində göstərilən qaydada doldurulur.
5.10.
"Nümayəndə" bölməsi "Göndərən tərəfi" və ya "Alan tərəfi" təmsil edən
nümayəndə haqqında informasiyam əks etdirir. Bu bölmə bu Qaydaların 5.8.5-ci
yarımbəndində göstərilən qaydada doldurulur.
5.11.
Formanın mətnində müvafiq məlumatlar Azərbaycan dilində çap hərfləri
ilə daxil edilməli və sözlər arasında məsafə buraxılmalıdır. “Göndərən tərəf” və ya
“Alan tərəf” haqqında müvafiq eyniləşdirmə məlumatları hər-hansı xarici dildə
olduqda, sözügedən məlumatlar həmin xarici dildə daxil edilə bilər.
5.12.
Məlumatlar əllə daxil edildikdə diyircəkli qələmdən (qara və ya göy rəngli)
istifadə edilməklə səliqə ilə yazılmalıdır. Məlumatların əllə doldurulması zamanı
düzəlişlərin edilməsinə yol verilmir.
5.13.
Məlumat kağız daşıyıcıda göndərildiyi zaman monitorinq subyektinin
məsul şəxsi tərəfindən imzalanır və monitorinq subyektinin möhürü vurulur.
5.14.
Elektron formatda təqdim olunan məlumatlar elektron imza ilə təsdiqlənir.
5.15.
Formanın doldurulması və ya göndərilməsi ilə bağlı texniki və ya digər
problemlər olduqda monitorinq subyekti "qaynar xətt" vasitəsilə telefonla və ya yazılı
qaydada Maliyyə Monitorinqi Xidmətinə müraciət edir.
6. MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ İLƏ BAĞLI MÜDDƏTLƏR
6.1. Bu Qaydaların 3.1-ci bəndinə əsasən icra olunan əməliyyatlara dair
məlumatlar həmin əməliyyatların icra olunması haqqında sifarişin (tapşırığın)
alınmasından 3 iş günü ərzində monitorinq iştirakçıları tərəfindən Maliyyə Monitorinqi
Xidmətinə təqdim edilir.
6.2. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda həyata keçirilmiş
əməliyyatlara dair məlumatlar həmin əməliyyatın icra olunmasından əvvəl təqdim
edilməlidir. Əməliyyatın icra olunmaması mümkün deyildirsə və ya əməliyyatın icra
olunmamasının benefisiarın müəyyənləşməsinə maneə yaradacağı məlumdursa,
monitorinq subyektləri əməliyyatın icrasından dərhal sonra Maliyyə Monitorinqi
Xidmətinə məlumat verməlidirlər.
7. MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN SORĞUSU ƏSASINDA
MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ
7.1.
Qanunla nəzərdə tutulmuş hallarda Maliyyə Monitorinqi Xidməti həyata
keçirilmiş əməliyyatlara dair məlumatların təqdim edilməsi barədə sorğu verdikdə, monitorinq
subyektləri sorğuda başqa müddət nəzərdə tutulmayıbsa, məlumatları sorğunun alındığı gündən
bir iş günü müddətində təqdim etməlidirlər.
[15]
7.2.
Maliyyə Monitorinqi Xidməti, həmçinin öz səlahiyyətləri daxilində cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində xarici dövlətin
səlahiyyətli orqanları ilə qarşılıqlı informasiya mübadiləsinin təmin edilməsi məqsədilə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
monitorinq subyektlərinə həyata keçirilmiş əməliyyatlara dair məlumatların təqdim
edilməsi barədə sorğu verə bilər.
[16]
7.3.
Maliyyə Monitorinqi Xidmətinin sorğusuna əsasən monitorinq subyektləri
bu Qaydaların 7.1-ci və 7.2-ci bəndlərində nəzərdə tutulmuş məlumatları, sorğuda