Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə19/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

77 
 
94.8. Götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və 
möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında 
işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların 
(vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. 
94.9. Götürülmüş odlu silah, onun patronları, digər silah və 
döyüş sursatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada saxlanılır. 
94.10. Götürülmüş tez xarab olan mallar barəsində müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərəncam verilir. 
94.11. Götürülmüş narkotik vasitələr və psixotrop maddələr, 
həmçinin müvafiq standartlara, sanitariya normalarına və 
qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti
alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya 
məhv edilir. 
94.12. Məhv edilməli olan narkotik vasitələrin və psixotrop 
maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan 
məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 
qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. 
94.13. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş 
əşyalar və sənədlər barədə məsələlər bu Məcəllənin 115.4-cü 
maddəsinə uyğun olaraq həll olunur. 
 
Maddə 95. Götürülmüş əşyaların qiymətləndirilməsi 
 
95.1. Götürülmüş əşyalar aşağıdakı hallarda qiymətləndirilir: 
95.1.1. inzibati xətanın bilavasitə obyekti olmuş predmetin 
dəyəri ilə ölçülən inzibati cərimə meyarı tətbiq edildikdə; 


78 
 
95.1.2. götürülmüş tez xarab olan mallar barəsində sərəncam 
verildikdə; 
95.1.3. etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar 
yenidən istehsala göndərildikdə və ya məhv edildikdə. 
95.2. Götürülmüş əşyaların qiymətləri dövlət tərəfindən 
tənzimlənirsə, dövlət tənzimləmə qiymətləri tətbiq edilir. Digər 
hallarda götürülmüş əşyaların qiyməti bazar qiymətinə əsasən 
qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün 
olmadıqda, götürülmüş əşyaların qiyməti ekspertin rəyi əsasında 
müəyyən edilir. 
 
Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından 
kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi 
 
96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin 
idarə olunmasından kənarlaşdırılır: 
96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və 
onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük 
vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud 
həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas 
olmadıqda; 
96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya 
onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda 
və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət 
qeydiyyat nişanı ilə idarə etdikdə; 
96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və 
şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki 
rəqəmlərə uyğun gəlmədikdə; 


79 
 
96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik 
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən 
digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə 
olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən 
idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat 
vasitəsini idarə etmək hüququ olmadıqda; 
96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla 
avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin 
ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər 
çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs 
(çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu 
pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 
96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların 
törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq 
etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay 
müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin 
saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti 
orqanının qərarı olduqda. 
96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə 
olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq 
vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən 
istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının 
xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən 
imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə 
razılaşmadıqda, tibbi müayinəyə aparılır. 
96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma 
barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki 
vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə 


80 
 
protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir 
tətbiq edilən şəxsə verilir. 
96.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma 
barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki 
vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək 
haqqında protokolda aşağıdakılar göstərilir: 
96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 
96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, 
atasının adı; 
96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın 
və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; 
96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində 
məlumatlar; 
96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət 
qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. 
96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma 
barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki 
vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək 
haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat 
vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini 
müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə 
edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. 
Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə 
protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və 
protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, 
habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini 
göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri 
protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə