Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə16/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

64 
 
82.2.5. ekspertə onun hüquq və vəzifələrinin izah edilməsi və 
bilə-bilə yalan rəy verilməsinə görə inzibati məsuliyyət barədə 
xəbərdarlıq haqqında qeyd. 
82.3. Ekspertin qarşısında qoyulan suallar onun xüsusi 
biliyindən kənara çıxmamalıdır. 
82.4. İcraatında inzibati xəta haqqında iş olan hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) ekspertizanın təyin olunması 
haqqında qərardadı icraya göndərməmişdən əvvəl həmin qərardadla 
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər 
çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını izah etməlidir. 
82.5. Ekspert öz adından yazılı formada rəy verir və onu 
imzalayır. Ekspertin rəyində ekspertizanın aparıldığı tarix və yer, 
ekspertizanın aparılmasının əsasları, onun məzmunu, habelə 
ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış cavablar 
və yekun nəticələr göstərilir. 
 
Maddə 83. Əlavə məlumatların tələb edilməsi 
 
83.1. İcraatında inzibati xəta haqqında iş olan hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan 
əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. 
83.2. Məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, 
inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal 
müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən 
qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) 
göndərilməlidir. 
83.3. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və 
müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün 


65 
 
olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə 
tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş 
hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada 
xəbər verməyə borcludurlar. 
 
Maddə 84. Sübutların qiymətləndirilməsi 
 
84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli 
orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, 
tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə 
sübutları qiymətləndirir. 
84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi 
yoxdur. 
 
Maddə 85. Materialların prokurora, ibtidai istintaq və ya 
təhqiqat orqanına verilməsi 
 
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli 
orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada 
cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai 
istintaq və ya təhqiqat orqanına göndərir. 
 
 
 
 
 
FƏSİL 13 
 


66 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATIN TƏMİN EDİLMƏSİ 
TƏDBİRLƏRİNİN TƏTBİQİ 
 
Maddə  86. İnzibati xəta haqqında iş üzrə icraatın təmin 
edilməsi tədbirləri 
 
 
  
 
86.1. İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən 
etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar 
haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə 
səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda 
aşağıda göstərilən tədbirləri tətbiq edir: 
86.1.1. gətirilmə; 
86.1.2. inzibati qaydada tutma
86.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama; 
86.1.4. nəqliyyat vasitəsinə baxış; 
86.1.5. əşyaları və sənədləri götürmə; 
86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından 
kənarlaşdırma; 
86.1.7. sərxoşluq vəziyyətini müayinə etmə; 
86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını 
qadağan etmə. 
86.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi 
tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan 
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada 
ödənilir. 
 
Maddə 87. Gətirilmə 


67 
 
 
87.1. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş 
hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi 
və ya şahidlər gətirilə bilərlər. 
87.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar 
barəsində gətirilmə tətbiq edilə bilməz. 
87.3. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer 
üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu 
yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.   
 
Maddə 88. İnzibati qaydada tutma 
 
88.1. İnzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının 
qısa müddətə məhdudlaşdırılmasını, inzibati xəta haqqında işin 
düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş 
üzrə qərarın icrasının təmin edilməsi üçün aşağıda göstərilən 
səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu maddədə göstərilən 
hallarda tətbiq etmək hüququna malikdirlər: 
88.1.1. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - 
xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi 
qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, 
mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və 
keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati 
tənbehin çəkilməsindən boyun qaçırdıqda, avaralıqla məşğul 
olduqda, ov, balıq və digər su bioresurslarının ovu və mühafizəsi 
qaydaları pozulduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 
Azərbaycan Respublikasında qanunsuz qaldıqda;   


68 
 
88.1.2. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - 
sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya 
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış 
məntəqələrində rejim pozulduqda; 
88.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbləşdirilmiş 
mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi - mühafizə edilən 
obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi 
ilə əlaqədar inzibati xətalar törədildikdə; 
88.1.4. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini 
idarə edən sürücülər və ya digər şəxslər tərəfindən yol hərəkəti 
qaydaları pozulduqda; 
88.1.5. fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və 
xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri - fövqəladə vəziyyət 
rejimi pozulduqda; 
88.1.6. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - 
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan 
Respublikasında olma qaydaları pozulduqda, yaxud onlar 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 
çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə 
boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda. 
88.2. İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən 
edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma 
haqqında protokolda müvafiq qeyd aparılmalıdır.   
 
Maddə 89. İnzibati qaydada tutma müddətləri 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə