Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə18/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

73 
 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış 
aparılan əşyaların sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu 
barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta 
haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun 
məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu 
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ 
vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 
92.7. Protokolun surəti barəsində inzibati xəta haqqında iş 
üzrə icraat aparılan şəxsə və axtarış aparılan əşyaların sahibinə 
verilir. 
 
Maddə 93. Nəqliyyat vasitəsinə baxış 
 
93.1. Nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv 
bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya 
inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən 
edilməsi məqsədi ilə aparılan müayinədir. 
93.2. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və 
iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda 
nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı 
olmadan videoyazı aparılmaqla keçirilə bilər. 
93.3. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib 
olunur. Bu protokolda aşağıdakılar göstərilir: 
93.3.1. protokolun tərtib edildiyi tarix və yer; 
93.3.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, 
atasının adı; 
93.3.3. nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; 
93.3.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar


74 
 
93.3.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət 
qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; 
93.3.6. aşkar edilmiş əşyaların növü, miqdarı və digər 
eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, 
seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə 
məlumatlar; 
93.3.7. aşkar edilmiş sənədlərin növü və rekvizitləri. 
93.4. Maddi sübutların qeydə alınması məqsədi ilə 
fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir. Nəqliyyat 
vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan 
istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, 
videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə edilmiş materiallar 
müvafiq protokola əlavə olunur. 
93.5. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib 
etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri 
tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu 
imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd 
aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsin izahat vermək və protokolun məzmunu barədə öz 
mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan 
imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu 
izahatı və mülahizələri protokola əlavə olunur. 
93.6. Nəqliyyat vasitəsinə baxış haqqında protokolun surəti 
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və 
nəqliyyat vasitəsinin sahibinə verilir. 
 


75 
 
Maddə 94. Əşyaların və sənədlərin götürülməsi 
 
94.1. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi 
axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə 
baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan 
əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya 
inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi 
inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən 
iki hal şahidinin iştirakı ilə həyata keçirilir. 
94.2. Sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək 
hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq 
edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında 
iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin 
şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən 
sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük 
vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən 
edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət 
qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat 
vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə 
olma müddəti uzadılır. 
94.3. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol 
tərtib olunur. 
94.4. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda 
aşağıdakılar göstərilir: 
94.4.1. protokolun tərtib edildiyi tarix və yer; 


76 
 
94.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, 
atasının adı; 
94.4.3. əşyaları və sənədləri götürülən şəxs barəsində 
məlumat; 
94.4.4. əşyaların və sənədlərin götürülməsi üçün əsaslar; 
94.4.5. götürülən sənədlərin növü və rekvizitləri; 
94.4.6. götürülən əşyaların növü, miqdarı və digər 
eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, 
seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə 
məlumatlar. 
94.5. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda 
fotoşəkillərin çəkilməsi, videoyazı barədə qeyd aparılır. 
Fotoşəkillərin, videoyazının tətbiq edilməsi nəticəsində əşyaların və 
sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq 
protokola əlavə olunur. 
94.6. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol 
onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən 
şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Əşyaları və ya 
sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, 
bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta 
haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun 
məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu 
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ 
vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 
94.7. Protokolun surəti, barəsində inzibati xəta haqqında iş 
üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə 
təqdim edilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə