Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 286,91 Kb.
səhifə125/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   ...   121   122   123   124   125   126   127   128   ...   152
844-2015

7.4.1.2      Ölçü alətləri

7.4.1.2.1 Məcburi hava sirkulyasiyası, havanın temperaturuna nzəarət funksiyası olan və nümunələrlə dolu vəziyyətdə 1-2 saat ərzində 7.4.1.3 bəndində müəyyən edilmiş temperatura qədər çata bilən Dondurucu qurğu.

7.4.1.2.2 Su ilə doldurulmuş və (20 ± 4) °C temperaturunda saxlanılan Su vannası.

7.4.1.2.3 7.3.2.2 bəndində təsvir olunduğu qaydada Əyilmə sınağını aparan cihaz.

7.4.1.3      Prosedur

Nümunələri 10 nümunədən ibarət iki partiyaya bölün.

Birinci on nümunənin 7.3.2 bəndində nəzərdə tutulan əyilmə sınağını, həmçinin nümunələrin hazırlanması prosedurunu həyata keçirin (bax Cədvəl 10). 

Eyni zamanda, ikinci partiya nümunələrini uyğun temperaturda  (> 5◦ C) 48 saat ərzində suya salın.

Sonra nümunələrin ikinci partiyasını aşağıda verilən müvafiq sayda donma-ərimə dövrünə cəlb edin (Cədvəl 7):


 

-         1-2 saat ərzində (-20 ± 4) °C-yə çatan temperaturda soyudun (dondurun) və bu temperaturu əlavə 1 saat ərzində saxlayın;

-         1-2 saat ərzində (20 ± 4) °C-yə çatan temperaturda su vannasında isidin (əridin) və bu temperaturda əlavə 1 saat ərzində saxlayın. 

Soyutma və isitmə (dondurma və əritmə) dövrləri arasında nümunələri elə yerləşdirin ki, aralarında hava sərbəst sirkulyasiya etsin (dondurucuda və ya su vannasında olan hava).

Hər donma-ərimə dövrü 4 saatdan 6 saatadək çəkir, lakin dövrlər arasında maksimum 72 saat interval qoyulmalıdır, bu müddətdə nümunələr 20C temperaturlu suda saxlanılmalıdır. 



Donma-ərimə dövrlərinə nəzarət avtomatik və ya manual olmalıdır. Davamlı avtomatik dövrləşdirməyə üstünlük verilir. Manual nəzarət üçün hər dövr tamamlandıqda qeydiyyat aparın. 

Tələb olunan sayda donma-ərimə dövründən sonra, nümunələrin 7.3.2 bəndində nəzərdə əyilmə sınağını, həmçinin nümunələrin hazırlanması prosedurunu həyata keçirin (bax Cədvəl 10). 




Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə