Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 286,91 Kb.
səhifə15/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   ...   11   12   13   14   15   16   17   18   ...   152
844-2015

Göstəricinin adı

Norma

Etil spirtinin həcm payı, %

1.2 – 9.0

Qazlaşdırılmış içkilərdə karbon dioksidin kütlə payı, %, ən azı

0.30

Kofein, mq/sm3

0.151-0.400

Şəkərin kütlə payı, %, ən azı (energetik içkilər üçün)

10.0

 

5.1.4. Az alkoqollu tonuslandırıcı içkilərin orqanoleptik, fiziki kimyəvi göstəriciləri, qida dəyərləri və saxlanma müddəti istifadə edilən xammalın xüsusiyyətləri, istehsal texnologiyası və doldurulma şəraitinə əsaslanaraq  konkret adda məhsul üçün  tərtib edilmiş resepturada müəyyən edilməlidir.

5.1.5. Az alkoqollu tonuslandırıcı içkilərin tərkibindəki toksiki elementlərin və radionuklidlərin miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktları əsasında müəyyən olunmuş hüdudu keçməməlidir.

5.1.6. Az alkoqollu tonuslandırıcı içkilərin  tərkibindəki qida əlavələrinin miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktları əsasında müəyyən olunmuş normaya uyğun olmalıdır.

5.1.7. Az alkoqollu tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı birdən çox olmamalıdır.

 5.1.8. Az alkoqollu tonuslandırıcı içkilərin bir qablaşdırma vahidindəki tonuslandırıcı komponentlərin (kofein istisna) və digər bioloji aktiv maddələrin miqdarı təyin olunmuş sutkalıq normanın 50%-dən yüksək olmamalıdır.

5.1.9. Bir qablaşdırma vahidi üçün vitamin və vitaminəbənzər maddələrin, mineral maddələrin, energetik mübadilən stimulyatoru və substratlarının miqdarı sutkalıq istifadə normasından yüksək olmamalıdır.

5.2. Xammal və materiallara olan tələblər

5.2.1. Az alkoqollu tonuslandırıcı içkilərin  hazırlanması üçün istifadə edilən xammal və köməkçi materiallar ölkədə qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə cavab verməlidir.

5.2.2. Az alkoqollu  tonuslandırıcı içkilərin istehsalında süni şirinləşdiricilərdən və ortofosfat turşusundan istifadəyə yol verilmir.

5.2.3. Tonuslandırıcı inqridient kimi tonuslandırıcı komponentlərin mənbəyi hesab olunan (kofein, ginqozidlər, eleuterozidlər, sxizandrina) kofein və / və ya bitki ekstraktları (quarana, mate, jenşen, cır limon, eleuterokokk) istifadə edilə bilər.

5.2.4. Az alkoqollu tonuslandırıcı içkilərin istehsalında vitaminlər və vitaminəbənzər maddələr, mineral maddələr, energetik mübadilə stimulyator və substratları istifadə edilə bilər.

5.3. Qablaşdırma

5.3.1. Az alkoqollu tonuslandırıcı içkilər şüşə butulkalara ГОСТ 10117.1, ГОСТ  10117.2 üzrə, metal bankalara ГОСТ  P 51756 üzrə və verilmiş məhsulla əlaqə zamanı onun keyfiyyətini və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmış  digər istehlak tarasına doldurulur (polimer və onların kombinəedilmiş materialları) .

5.3.2. İstehlak tarası və bağlama vasitələri verilmiş məhsulla əlaqə zamanı onun keyfiyyətini və qida təhlükəsizliyini təmin edən materiallardan hazırlanmalıdır.

5.3.3. Qablaşdırma vahidində məhsulun həcmi yol verilən kənarlaşmalar hesablanmaqla məhsulun markalanmasında göstərilən nominal miqdara uyğun olmalıdır.

Məhsulun bir qablaşdırma vahidinin nominal miqdarından yol verilən mənfi kənara çıxmaların həddi – ГОСТ 8.579 üzrə

Məhsulun nominal həcmindən yüksəkliyini xarakterizə edən buraxılabilən müsbət kənarlaşmaya olan tələblər müəyyən olunmuş qaydad təsdiq edilmiş resepturalarda müəyyənləşdirilir.

5.3.4. Məhsul paketlərinin yük yerlərinə bərkidilməsi – ГОСТ 24597 üzrə.

5.3.5. Uzaq Şimal və ona bərabər yerlərə  göndərilən qablaşdırılmış məhsullar  - ГОСТ 15846 üzrə

5.4. Markalanma

5.4.1. İstehlak tarasının markalanması aşağıdakılar qeyd olunmaqla ГОСТ P 51074 üzrə aparılır:

     Tonuslandırıcı, energetik içkilər üçün “Uşaqlara və 18 yaşınadək yeniyetmələrə, hamilə və süd verən qadınlara, yaşlılara, habelə yüksək sinir həssaslığından və yuxusuzluqdan, ürək fəaliyyətinin pozuntusundan, hipertonik xəstəlikdən, mərkəzi sinir sitemi, böyrək, qaraciyər və digər həzm orqanları xəstəliklərindən  əziyyət çəkən şəxslərə alkoqoldan istifadə tövsiyə olunmur”  yazısı göstərilməlidir.

     İnsan orqanizminə alkoqollu məhsullardan çox istifadənin ziyanları haqqında xəbardarlıq yazısı

     Tonuslandırıcı komponentlərin miqdarı  ( içkinin 100 sm3-da mq)

     Bioloji aktiv əlavələrin olması ilə əlaqədar olaraq sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və  maksimum sutkalıq istifadə haqqında məlumat ;

5.4.2. Məhsulun markalanmasında səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunmuş qərar olmadan, içkinin və ya onun hər hansı komponentinin insan orqanizminə təsiri ilə bağlı şərh verilməsinə yol verilmir.

5.4.3. Nəqliyyat markalanması  ГОСТ 14192 və ГОСТ P 51474 tələblərinə uyğun aparılır.

 


Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə