Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 286,91 Kb.
səhifə7/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   2   3   4   5   6   7   8   9   10   ...   152
844-2015

Göstəricinin adı

Göstərici

Qazlı içkilərdə karbon 4 oksidin kütlə payı, %, ən azı

 

0,20


 

Kofeinin miqdarı,mq/ sm3

   ən azı

   ən çoxu


 

0,151


0.4

Quru maddələrin kütlə payı,%, ən azı

(energetik içkilər üçün)



10,0

 

5.1.4. Alkoqolsuz tonuslandırıcı içkilərin orqanoleptik, fiziki-kimyəvi göstəriciləri, qida dəyərləri və saxlanma müddəti istifadə edilən xammalın xüsusiyyətləri, istehsal texnologiyası və doldurulma şərtlərinə əsaslanaraq konkret adda məhsul üçün tərtib edilmiş resepturada müəyyənləşdirilir.

5.1.5. Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktları əsasında müəyyən olunmuş hüdudu keçməməlidir.

5.1.6. Alkoqolsuz tonsuslandırıcı içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktları əsasında müəyyən olunmuş normaya uyğun olmalıdır.

5.1.7. Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibindəki qida əlavələrinin miqdarı ölkədə qüvvədə olan normativ hüquqlu aktı əsasında müəyyən olunmuş normaya uyğun olmalıdır.

5.1.8. Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı ikidən çox olmamalıdır.

5.1.9. Alkoqolsuz tonuslandırıcı içkilərin bir qablaşdırma vahidindəki tonuslandırıcı komponentlərin (kofein istisna) və digər bioloji aktiv maddələrin miqdarı təyin olunmuş sutkalıq normanın 50%-dən yüksək olmamalıdır.

Bir qablaşdırma vahidi üçün vitamin və vitaminəbənzər maddələrin, mineral maddələrin, energetik mübadilə stimulyatoru və substratlarının miqdarı sutkalıq istifadə normasından yüksək olmamalıdır.

5.2. Xammal və materiallara olan tələblər

5.2.1. Alkoqolsuz tonuslandırıcı içkilərin hazırlanması üçün istifadə edilən xammal və köməkçi materiallar ölkədə qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə cavab verməlidir.

5.2.2. Tonuslandırıcı inqredient kimi tonuslandırıcı komponentlərin mənbəyi hesab olunan ( kofein, ginqozidlər, eleuterozidlər sxizandrina və s) kofein və / və ya bitki ekstraktı ( quaran, mate, jenşen, cır limon, eleuterokokk) istifadə edilə bilər.

5.2.3. Alkoqolsuz tonuslandırıcı içkilərin istehsalında asan həzm olunan karbohidratlar, mineral maddələr, vitaminlər və vitaminəbənzər maddələr, energetik mübadilənin stimulyator və substratları istifadə edilə bilər.

5.3. Qablaşdırma

5.3.1. Alkoqolsuz tonuslandırıcı içkilər istehlak tarasına doldurulur, hermetik bağlanılır və nəqliyyat tarasına yığılır.

5.3.2. İstehlak tarası və bağlama vasitələri verilmiş məhsulla əlaqə zamanı onun keyfiyyətini və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmalıdır.

5.3.3. Qablaşdırma vahidində məhsulun həcmi yol verilən kənarlaşmalar hesablanmaqla məhsulun markalanmasında göstərilən nominal miqdara uyğun olmalıdır.

Məhsulun bir qablaşdırma vahidinin nominal miqdarından yol verilən mənfi kənara çıxmaların həddi – ГОСТ 8.579 üzrə

Məhsulun nominal miqdarından yüksəkliyini xarakterizə edən buraxılabilən müsbət kənarlaşmaya olan tələblər müəyyən olunmuş qayda təsdiq edilmiş resepturalarda müəyyənləşdirilir.

5.3.4. Yükləmə zamanı məhsulla qablaşdırma forması – ГОСТ 24597

5.3.5. Uzaq Şərqə göndərilən qablaşdırılmış məhsullar və ona bərabər yerlərə - ГОСТ 15846

5.4. Markalanma

5.4.1. İstehlak tarasının markalanması aşağıdakılar qeyd olunmaqla ГОСТ P 51074 üzrə aparılır:

                    “18 yaşınadək olan, yaşlı, hipertonik xəstəliklərdən, ürək fəaliyyətinin pozuntusundan, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərin, hamilə və süd verən qadınların istifadə etməsi tövsiyə olunmur” yazısı göstərilməlidir;

                   Tonuslandırıcı komponentlərin miqdarı ( içkinin 100 sm3-da mq);

                   Bioloji aktiv əlavələrin olması ilə əlaqədar olaraq sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və maksimum sutkalıq istifadə haqqında məlumat [3] ;

5.4.2. Məhsulun markalanmasında səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunmuş qərar olmadan, içkinin və ya onun hər hansı komponentinin insan orqanizminə təsiri ilə bağlı şərh verilməsinə yol verilmir.

5.4.3. Nəqliyyat markalanması ГОСТ 14192 və ГОСТ P 51474 tələblərinə uyğun aparılır.


Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə