Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 419,49 Kb.
səhifə2/4
tarix23.11.2017
ölçüsü419,49 Kb.
#12144
1   2   3   4

Cədvəl 2.


Bank fəaliyyətində maliyyə nəticələri (mln manat)

Dövrlər


Mənfəətlə işləyən bankların sayı

Bank sisteminin ümumi mənfəəti (mənfəətlə işləyən banklar üzrə)

Zərərlə işləyən bankların sayı

Bank sisteminin ümumi zərərləri (zərərlə işləyən banklar üzrə)

Bankların yekun

mənfəəti (+) və ya zərəri (-

)


01.11.2013

38

299,29

5

-13,54

285,75

01.11.2014

38

393,63

8

-32,26

361,37

Cədvəldən aydın görünür ki, 2014-cü ildə bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunub.Sektorda iqtisadi artım və şaxələnmə prosesləri inkişaf edib.Bankların yenidən maliyyələşdirilməsi davam etdirilib. 2014-cü ildə bank sektorunun aktivləri 21% artıb.Bank kreditləri isə 18% artıb ki, bunun da daxilində uzunmüddətli kreditlər 19% artıb. 2014-cü ildə biznes sektoruna kreditlərin verilməsi prosesinin genişlənməsi davam etdirilib.Biznes kreditlərinin ümumi kredit portfelində çəkisi 73% olub.Biznes kreditlərinin ümumi həcmi 18%,eləcə də , sənayeyə yönəlik kreditlərin həcmi 36% artıb.Regionlara kredit qoyuluşlarında da artım hiss olunur,ötən illə müqayisədə bu göstərici 39% artıb.

2014-cü ildə yüksək maliyyə risklərinin qarşısının alınması məqsədilə istehlak kreditlərinin ümumi həcminin artımı Mərkəzi Bank tərəfindən ciddi şəkildə tənzimlənib. Bunun nəticəsində də, istehlak kreditlərinin artımı ötən ilə nisbətən 1.9 dəfə azalaraq 19%-ə enib.

Bu bir gerçəklikdir ki, dünya iqtisadiyyatının böhran vəziyyəti şəraitində heç də bütün maliyyə institutları eyni maliyyə təhlükəsizliyi səviyyəsinə malik deyillər. Qlobal maliyyə böhranlarının maliyyə bazarlarına və iqtisadiyyata vurduğu əsas zərərlərdən ən önəmlisi dünya ölkələrində investisiyaların ciddi zəifləməsidir. Beləki, maliyyə böhranı bir sıra ölkələrdə milli valyutaın ABŞ dollarına qarşı dəyərsizləşməsinə, fond birjalarındavəziyyətin pisləşməsinə , bankların tədiyyə balanslarının pisləşməsinə gətirib çıxardı. Maliyyə böhranından çıxmağın əsas yolu isə maliyyə sabitliyin yaradılması, inflyasiya nəzarət edilə biləcək həddə saxlamaq, milli valyutanın dəyərinin qprunub saxlanmasıdır. Bütün bunlar üçün isə pul-kredit siyasətinin yenidən işlənib hazırlanması, bazar iqtisadiyyatının tələblərinə uyğun vəziyyətə gətirilməsi və sərtləşdirilməsi vacibdir. Ölkənin pul-kredit siyasəti iqtisadi artıma, tələb və təklifə, məşğulluğa, inflyasiyaya, qiymətə, tədiyə balansına təsiri özündə əks etdirir. Onun başlıca məqsədi kredit verilməsindən, qiymətlərin sabit saxlanılmasından, milli valyutanın dəyərinin qorunmasından, pul emissiya və tədavülündən , həmçinin inflyasiya ilə mübarizə aparmaqdır..

Bazar iqtisadiyyatına keçid dövründə pul-kredit siyasətinin aşağıdakı funksiyaları var: qiymətlərin sabitləşdirilməsi, pul tədavülünün sabitliyinin qorunması,daxili və

xarici bazarda milli valyutanın kursunun və alıcılıq qabiliyyətinin sabitləşdirilməsi, inflyasiya nəzarət etmək və təsirini zəiflətmək, bank sektorunda tələb-təklifin tənzimlənməsi və s. Böhran zamanı Mərkəzi Bankın pul siyasətini əsas məqsədi qlobal iqtisadi böhranın ölkəmizin iqtisadiyyatına təsirinin minimuma endirmək oldu. Bu məqsədlə maliyyə sabitliyinin qorunmasına, iqtisadi artımın inkişafına, bank sektorunda likvidliyin təmin edilməsinə və maliyyə sabitliyi üçün əhəmiyyətli olan bankların fəaliyyətinin dəstəklənməsinə və maliyyələşdirilməsinə yönəldildi.

Əlbəttə ki,böhranı öncədən hiss etmək qabaqcadan görərək bir sıra böhran tənzimləyici və xilasedici tədbirlər planı işləyib hazırlamaq mümükündür.Buna maliyyə immunizasiyası deyilir.Respublikamızda Mərkəzi Bankın böhrandan əvvəl həyata keçirdiyi maliyyə immunizasiyası tədbirləri sayəsində bank sistemi qlobal böhranı hazırlıqlı qarşıladı, ölkədə maliyyə sabitliyi nisbətən qorundu.Bunun üçün ölkədə bir sıra tədbirlər həyata keçirildi ki,bunlara da aşağıdakılar aiddir.

-Mərkəzi Bank tərəfindən bank aktivlərinin yüksək və risqli artım templərinin məhdudlaşdırılması;

-Respublikada xarici borcların həcminin tənzimlənməsi sisteminin tətbiqi və region ölkələrindən fərqli olaraq Azərbaycanda xarici borclar bankların öhdəliklərinin cəmi 20%-i səviyyəsində məhdudlaşdırılması;

-ölkədə maliyyə ehtiyatlanması səviyyəsinin və kapitallaşmanın əhəmiyyətli surətdə artırılması;

-bu tədbirlər nəticəsində bank sistemimiz qlobal böhranı adekvat kapitallaşma səviyyəsi, yüksək maliyyə ehtiyatlanması və likvidlik göstəriciləri ilə qarşıladı;

-likvidlik mövqeyinin idarəetməyə alınması, likvidlik göstəricilərinin artırılması, xarici borcların yenidən maliyyələşdirilməsi .

- struktur dəyişikliyi aparılması, risklərin idarə olunması;

-qorunan əmanətlərin məbləğinin 30 min manata qədər çatdırılması;

Qeyd olunan bu antiböhran proqramı və xilasetmə tədbirləri nəticəsində bank sektorunun maliyyə dözümlülüyü, likvidliyi və bank dayanıqlılığı daha da gücləndi. Mərkəzi Bankın tətb iq etdiyi pul və məzənnə siyasəti ölkəmizdə maliyyə sabitliyin qorunmasına, inflyasiyanın aradan qaldırılmasın, iqtisadi artımın yüksək səviyyəsinə nail olmağa, manatın dəyərinin sabitliyinə təsir etdi.
Nəticədə tətbiq edilən bütün bu strategiyalar və siyasətlər sayəsində bank sektorunun maliyyə dayanıqlığı nisbətən təmin edildi, bank aktivlərinin keyfiyyət göstəriciləri lazımi səviyyədə qorundu.


2.2.Əmanətlərin sığortalanması fondu maliyyə sabitliyinin təminatı kimi.

Əmanət sığorta sistemi nədir? Bu bankların maliyyə böhranları qeyri-sabitlik zamanı müştərilərin banklardan əmanətlərini geri götürmələrini önləmək üçün dövlət tətərindən işlənib hazırlanmış bir sistemdir. 11 fevral 2007-cı ildən etibarən respublikamızda “Əmanətlərin sığortalanması haqqında” Qanun fəaliyyət göstərir.08 may 2009-cu ildə Milli məclis tərəfindən bu qanuna dəyişikliklər edildi və qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxari həddinin müəyyən edilməsinin Mərkəzi Bankın uçot dərəcəsindən asılılığı aradan qaldırıldı.Qəbul olunmuş Qanuna əsasən illik % dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası müəyyən edir.

Bu qanunla Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edilir. Əmanət sığorta sisteminin məqsədi əmanət sahiblərinin bank sistemlərinə olan güvəni gücləndirilməsindən ibarətdir.. Eyni zamanda, Əmanət sığorta sisteminin yığım sahiblərinin əmanətlərini cəm halda və ani olaraq banklardan çəkmələri durumunda bu sektorda yaşanabiləcək böhranların da qarşısını alır və ya ola biləcək mənfi təsirlərin minimuma endirilməsində əvəzsiz xidmət göstərir.

Əmanət Sığorta Sisteminin gələcək inkişafı əhali arasında bank sisteminə olan inamının artmasına və ya bank sektoruna itirilmiş nüfuzun geri qaytarılmasında, əmanətlərin bank sistemindən kənarda qalmasının və ya sistem kənarına çıxarılmasının qarşısının alınmasında yəni cəlbedilmiş əmanətlərin bank fəaliyyətində ,likvidliyində istifadə olunmasında, həmçinin əmanətlərini məcmu və ani olaraq banklardan götürülməsinin qarşısının alınmasında , əmanətlərin gerigötürülməsi anında isə bu sektorda yaşana biləcək böhranların da qarşısının alınmasına və ya ola biləcək mənfi təsirləri minimuma endirilməsinə əhəmiyyətli rol oynayacaq. Fondun fəaliyyət göstərdiyi tarixindən etibarən Fonda üzv olan banklarda 15 % dərəcəsi ilə və  bu % dərəcəsi həddində əmanətlər yerləşdirmiş əmanətçilərin əmanətləri qorunan əmanətlər hesab olunur. Bütün bu əmanətlər Fond tərəfindən sığortalanır.

Əmanətlərin sığortalanması Qanununa edilmiş dəyişikliyə əsasən Respublikamızda əmanətlərin kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Qeyd edək ki,banka əmanət yerləşdirdikdə əmanətçilər əmanətlərin sığortalanması üçün banka heç bir əlavə ödəniş etmirlər ,əmanətlərin sığortalanması üçün olan sığorta haqları banklar tərəfindən ödənilir. Bankda hər hansı sığorta hadisəsi baş verərsə, əmanətçilər sığortalanmış əmanətlər üzrə əmanətin 100% həcmində və maksimum 30 min manat məbləğində kompensasiya ala bilirlər. Kompensasiya məbləği haqqında onu da qeyd edə bilərik ki,kompensasiya məbləğinin 30 minə çatdılması MDB ölkələri içərisində ən yüksəyidir ki,bu da bizim ölkəmizdədir. Əmanətlərin sığortalanması haqqınd qanuna dəyişikliyə uyğun olaraq Respublikamızda sığortalanan əmanətlərin məbləği 6 min manatdan 30 min manatadək artırılıb. Bu da öz növbəsində bankların cəmiyyətdə itirilmiş inamlarının geri qaytarılmasına ,maliyyə savadlılığına və banklara inamının daha da güclənməsinə səbəb olub. Nəticədə banklara əhalidən əmanətlərin cəlb olunması gücləndi, artıq əhali pul vəsaitini evdə yox bankda saxlamağa daha çox etibar edirlər. Eyni zamanda banklarda cəlb olunmuş əmanətlər sayəsində likvidlik təmin edildi, bank dayanıqlılığı nisbətən də olsa artırıldı, bankların maliyyə imuniteti bərpa edildi. Səmərəli maliyə siyasətinin nəticəsi olaraq milli pul vahidinin sabitliyinin qorunması,inflyasiyanın nisbətən aşağı səviyyədə saxlanılmasına, iqtisadi yüksəlişin təmin edilməsinə nail olundu.

Son dövrlərdə bütün dünya ölkələrini öz əhatə dairəsinə alan maliyyə böhranına baxmayaraq, Azərbaycanın bank sektoru digər ölkələrlə müqayisədə müsbət dinamika nümayiş etmişdir. 01.01.2012-ci ildə Azərbaycanın bütövlükdə bank sektoru üzrə kapitalın qənaətbəxşliyi səviyyəsi 16,3% təşkil etmişdir.

Bank sektorunda dayanıqlığın və sabitliyin qorunması, bank aktivliyinin optimallaşması, sektorun tarazlı və sağlam inkişafı maliyyə sabitliyi siyasətinin əsas istiqamətləridir.

2.3.Bank fəaliyyətinə nəzarət modellərin və nəzarətin maliyyə sabitliyindəki rolu.

Son dövrlərdə təkcə bank sektorunda deyil ümumilikdə maliyyə bazarlarında yaranan qeyri-sabitlik, maliyyə böhranları, inflyasiyalar ,səmərəsiz pul kredit siyasətləri bütün dünya ölkələrində bank fəaliyyətini tənzimləmək,yaranabilcək böhranları öncədən görə bilmək və onun bank sektoruna ,maliyyə sabitliyinə təsirini maksimal şəkildə azaltmaq üçün banklarda nəzarət sisteminin yaradılmasını və nəzarət modellərinin tətbiq edilməsi zərurəti yaranmışdır. Bu sistemlərin müxtəlif ölkələr üzrə fərqlərinə baxmayaraq, onların hamısı aşağıdakı əsas məqsədlərin həyata keçirilməsinə istiqamətlənib:

1. Maliyyə və pul sabitliyinin qorunması-bankların iflasına yol verilməməsi və aktiv və passivlərin səmərəli idarə edilməsinə yönəldilmiş bank tənzimlənməsi ilə bağlı tədbirlərin görülməsi deməkdir.

2. Bank sistemində səmərəliliyininqorunub təmin olunması- aktivlərin keyfiyyətinin maksimal şəkildə artırılması və mövcud və potensial risklərin səviyyəsinin azaldılması hesabına əldə olunur. Bank nəzarətinə həmçinin daxili bank əməliyyatlarının və maliyyə vəziyyətinin qiymətləndirilməsi daxildir.

3. Əmanətçilərin əmanətlərinin və eləcə də maraqlarının müdafiəsi- əmanətçilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyən bankların fəaliyyətinə nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Təbii ki,ayrı-ayrı ölkələrdə bank sistemi nisbətən fərqli olduğuna və bank fəaliyyətinə tələbat fərqli olduğuna görə bank nəzarətini həyata keçirən orqanların növləri də müxtəlifdir.Bu iqtisadiyyatın inkişaf səviyyəsi və kapital bazarlarının həcmi ilə izah olunur. Bəzi ölkələrdə Mərkəzi Banka nəzarət və bu bankların tənzimlənməsi vahid orqan tərəfindən həyata keçirilir, digər ölkələrdə bu funksiyaları öz aralarında sıx əməkdaşlıq edən xüsusi maliyyə nəzarət orqanları icra edir.Lakin elə ölkələr də var ki, burada nəzarət funksiyası tamamilə Mərkəzi Bankın əlindədir. Bu ölkələrə nümunə kimi Rusiyanı aid etmək olar. Fransa, Almaniya, Avstraliya, Kanada, İsveçrə, Türkiyə kimi ölkələrdə isə Mərkəzi Bank bəzi funksiyalarından qismən məhrum edilib ( nəzarət və tənzimləyici funksiyalarından).


Nəhayət, elə ölkələr də vardır ki, onlarda mərkəzi banka və ya oxşar funksiyalara malik orqana nəzarət və tənzimləyici səlahiyyətlərin bir hissəsi verilir. Belə orqanın tipik nümunəsi ABŞ-ın Federal Ehtiyatlar Sistemidir.

Bütün bunlardan belə nəticəyə gəlmək olarki, bank fəliyyətinə prosesində nəzarət orqanları arasında funksiyaların bölünməsinin aşağıdakı modelləri var:

1.Bank fəaliyyətinə nəzarətin tam şəkildə Mərkəzi banka aid olduğu model. Bank sektorunda nəzarət təcrübəsinin yarandığı ilk gündən bəri bu model hakim olub.

2. Qarışıq model-bu modeldə bank fəaliyyətinə nəzarət Mərkəzi bankla Maliyyə Nazirliyi arasında müəyyən hədlər çərçivəsində bülünür.

3. Bu modeldə bank fəaliyyətinə nəzarət Maliyyə Nazirliyinin xüsusi orqanları tərəfindən həyata keçirilir.Lakin nəzarət prosesində Mərkəzi Bankın iştirakı mütləqdir.

4. Beynəlxalq model-maliyyə institutlarına nəzarət etmək və onların fəaliyyətini tənzimləmək üçün yaradılan beynəlxalq təşkilatlar nəzərdə tutulur. Məs: BVF VƏ Dünya Bankını misal göstərə bilərik

Respublikamızda bank sisteminin fəaliyyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanun” –la tənzimlənir . Həmin qanuna əsasən, Azərbaycanda kredit təşkilatlarına nəzarəti Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir.Bunun üçün Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının dövlət qeydiyyatı, onların fəaliyyətlərinin lisenziyalaşdırılması, kredit təşkilatlarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi üzrə funksiyaların həvalə olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən normativ aktlar işlənib hazırlanır. Mərkəzi Bank bank bu aspektdə ğz funksiyalarənə həyata keçirmək üçün yəni bank sisteminin sabit işləməsini təmin etmək, bank əmanətçilərin maraqlarını müdafiə edə bilmək üçün Mərkəzi Bankın qüvvədə olan qanununa, “Banklar haqqında” və ”Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına, Mərkəzi Bankın normativ aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə müvafiq olaraq fəaliyət göstərir.

Bu gün bazar iqtisadiyyatında sübut olunmuş bir fakt var ki, bank işi böyük etimada əsaslanır. Artıq müştərilərin bir çox hallarda ayrı-ayrı bankların və bütövlükdə bank sisteminin əmanətləri qorumaq qabililyyətinə etimadını itirdiyinin şahidi olmuşuq. Ona görə də sərt və ciddi bank nəzarəti heç də maliyyə sabitliyinin qorunması təmin

olunması üçün kifayət deyil. Yəni ki,bank fəaliyyətinə nəzarət təkcə maliyyə sabitliyini təmin etməməli həmdə banklara etimadın artırılması,bank sektorunun itirilmiş nüfuzunun geri qaytarılmasına xidmət etməlidir.

Respublikamızda bu günə kimi bank fəaliyyətinə nəzarət Mərkəzi Banka həvalə edilmişdir.Lakin artıq Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.Düzdür yenə də əlbəttə ki, ölkənin pul siyasətini müəyyən etmək Mərkəzi bankın funksiyası olaraq qalır,lakin müəyyən funksiyalar Mərkəzi Bankdan alinaraq Nəzarət Palatasının ixtiyarına verilmişdir.

Bəs ümumiyyətlə Nəzarət Palatası nə üçün yaradılıb və o Mərkəzi Bankın hansı funksiyalarını icra edəcək? Ölkə prezidentinin fevralın 3-də verdiyi Fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Fərmanda nəzərdə tutulub ki, Palata Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılacaq. Əlavə olaraq da 2 Xidmət – yəni Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti yeni quruma qoşulacaq.Bu qurumun Mərkəzi bankın 3 əsas funksiyasını icra edəcək: bank lisenziyalaşdırması , tənzimləmə və nəzarət. Yəniki Palata ölkədə baş tənzimləyicisi səlahiyyətə malik orqan kimi fəaliyyət göstərəcək. Palatanın yaradılmasında əsas məqsəd ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Son vaxtlar Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında vəziyyətin nisbətən “soyuq müharibə” xarakteri alması, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin maliyyə bazarındakı əsas dəyərini itirməsi maliyyə bazarının dayanıqlığı və sonrakı inkişafı üçün ciddi təhlükə mənbəyinə çevrilmişdirOna görə də artıq maliyyə bazarlarının fəaliyyətini tənzimləyən bir orqanın fəaliyyətə başlamağə qaçınılmaz idi. Bütün hallarda Palatanın yaradılması üçün atılmış bu addımı atılmış ən əhəmiyyətli addım adlandırmaq olar.Düna təcrübəsindən də bəllidir ki, nəzarət nöqteyi-baxımından maliyyə siyasətini müəyyənləşdirən qurumlarla həmin siyasəyi tənzimləyən, həyata keçirən qurumların ayrılması daha uğurlu maliyyə siyasətinin nəticəsidir. Dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir. Bu institutlar Mərkəzi Bank,Maliyyə Nazirliyi və ixtisaslaşmış bank qurumu çərçivəsində fəaliyyət göstərir. Bildiyimiz kimi Avropa Biriyində Avropa Mərkəzi Bankı ilə yanaşı həmdə maliyyə bazarlarında bazarlara BaFİn (Maliyyə Nəzarəti Federal İdarəsi) nəzarət edir.
Lakin BaFİN bankların əməliyyatlarına heç bir müdaxilə etmir, yalnız onların fəaliyyəti üçün tənzimləyici funksiyanı icra edir.Hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir. Ən geniş yayılmış model inteqrasiya olunmuş modeldir. Yəni son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilirlər. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlığını və etibarlılığını artırılması, sistem risklərini minimuma endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır.

  İndi isə belə bir sual meydana çıxır “Palatanın işə başlaması maliyyə bazarındakı problemləri həll edə biləcəkmi?” . Hələki bu barədə fikir söyləmək tezdir. Çünki Palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Yəni Palatanın funksiyaları daha çox texniki olacaq, yoxsa müəyyən normaları yaratmaq səlahiyyəti də olacaq? Bu qurum maliyyə institutlarını faktiki olaraq narazı salacaq və onları özündən asılı edəcək işləri icra edəcək. Bu şəraitdə Palatanın Mərkəzi Bankla olan münasibətlərinin normal qurulması çox vacibdir. Çünki respublikada fəaliyyət göstərən bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onlar arasında gərginlik yaranması bankların zərərinə ola bilər. Buna görə də belə düşünürəm ki, Palata banklara və bank olmayan kredit təşkilatlarına Mərkəzi Bank və Maliyyə Naziriyindən fərqli olaraq daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq.



III FƏSİL

3.1.Bank dayanıqlılığı.Likvidlik.Stres-testmodelləri.

Qeyd etdik ki, banklarda maliyyə sabitliyi bank daynıqlılığından və likvidlikdən ciddi şəkildə asılıdır. Bəs ümumiyyətlə bank dayanıqlılığı nədir? Əvvəlcə dayanıqlılığın nə olduğunu və maliyyə sabitliyinə nə kimi təsir etdiyini izah edək .Bank fəaliyyətində dayanaqlılıq dedikdə - nəğd və nəğdsiz formada ehtiyatların akkumulyasiyası və yenidən bölgüsü, nəğd pulların dövriyyəyə buraxılması prosesi nəzərdə tutulur. Bank fəaliyyətinin dayanaqlığı dedikdə pul dövriyyəsi və kreditinin,eyni zamanda pul formasında təklif edilən digər bütün bank xidmətlərinin və bank məhsullarının inkişafının dayanıqlılığı başa düşülür.Lakin onu da qeyd etmək lazımdır ki, bəzən dayanıqlılıq və stabillik anlayışlarını eyniləşdirirlər.Amma bu anlayışlar bir-birinə yaxın olsalar da, onların məzmunu üst-üstə düşmür. Stabillik dedikdə bu və ya digər hadisədə daimi qalan yəni stabil saxlanılan vəziyyət başa düşülür. Dayanaqlıq isə əldə olunan nəticədir yəni bank fəaliyyəti zamanı inkişafa doğru dəyişən bir haldır. Dayanıqlılıq stabilliyə nisbətən daha geniş anlayışdır. Banklar öz fəaliyyətlərində stabilliyi təmin edərək dayanıqlılığa nail olurlar. Bu o demekdir ki,bankın fəaliyyəti zamanı əsas məqsəd stabilliyin əldə olunması deyil,eyni zamanda bankın inkişafı, yeni fəaliyyət növlərinin yaranması və xidmət sektorunun genişlənməsi də vacibdir.Banklar sadəcə stabil maliyyə durumuna nail olmamalı,həmdə bu vəziyyətdə daha çox gəlir əldə etməyə, müştərilərə daha çox bank məhsulu təklif etməyə çalışmalıdırlar.

Dayanaqlıq və stabillik bir-birini bir sistem qədər tamamlayır. Birlikdə onlar həm bank sisteminin, həm də onun ayrı-ayrı pul-kredit institutlarının fəaliyyətindəki nailiyyətləri və çatışmazlıqları ifadə edirlər.

Bilirik ki, bank ictimaiyyətə xidmət edən bir təşkilatdır, yəni banklar həm fiziki və hüquqi şəxslərə,həmdə dövlətə və digər banklara xidmət göstərir. Ona görə də həm hüquqi, həm də fiziki şəxslər, həm dövlət, həm də digər banklar maraqlıdırlar ki,bankların fəaliyyətində sabitlik təmin olunsun.


Bank fəaliyyəti ictimai xarakter daşıdığına görə də onun dayanaqlığı bankların fəaliyyətinin ictimai tələbatlara uyğunluğu ilə ölçülür. Bank müştərilərinin hesablarındakı kapitallar sözsüz ki, heç də bankların deyil. Banklar müştərilərdən əmanətləri cəlb edərək fəaliyyətlərini tənzimləyirlər və təmin edirlər. Ancaq banklar cəlb etdikləri əmanətləri təkcə saxlamamalı, zamanı gəldikdə tələbat üzrə həm də təsərrüfat subyektlərinə qaytarmalıdır. Dayanıqlılıq dedikdə o başa düşülür ki,əmanətçilər öz vəsaitlərini bankdan geri çəkdikdə banklar öz fəaliyyətlərini davam etdirə bilmək üçün likvidlik problemi yaşamasınlar. Bütün qeyd olunanları nəzərə alaraq dayanıqlılığı aşağıdakı kimi xarakterizə edə bilərik:

-Bank dayanıqlılığı uzunmüddətli, fasiləsiz və daimi prosesdir. O, ciddi şəkildə artımdan, bazar iqtisadiyyatı və banklararası rəqabət sektorunda bankların fəaliyyət miqyasının nə qədər genişləndirilməsindən asılıdır.

-Bank dayanıqlılığı dedikdə bu, bank sisteminin strukturunun, bütün sahələrinin, infrasutrukturlarının və daxili eləcə də xarici elementlərinin inkişafıdır.Əgər cəmiyyət bank fəaliyyətinin bütün növlərindən, funksiyalarından və bank məhsullarından tam məlumatlıdırsa və bütün bunlardan asanlıqla istifadə edə bilirsə bu zaman dayanıqlı inkişafa nail olunmuşdur deyə bilərik.

-Dayanıqlılıq dedikdə yalnız bankların inkişafından deyil, həm də bankın bütün infrastrukturlarının inkişafını nəzərdə tutan sistemli proses başa düşülür.

Müasir bazar iqtisadiyyatı və bank rəqabətinin gündən-günə artdığı bir dövrdə bank sistemi aşağıdakı hallarda dayanıqlı hesab olunur:.

1.Bank sektoru daima inkişaf ilə müşayət edilsin;

2. Bankların təkcə iqtisadi fəaliyyəti deyil, həmdə maliyyə fəaliyyəti genişlənsin. Buraya yeni bank fəaliyyət növlərinin, bank məhsullarının yaranması aiddir.

Bank sisteminin dayanaqlığının göstəriciləri bunlardır:

1. nüfuzun itirilməməsi –yəni simasının dəyişməzliyi;

2. öhdəliklərini tam və problemsiz yerinə yetirə bilməsi;

Bank sistemini aşağıda qeyd olunan hallarda dayanıqlı hesab edilir:

- Böyük maliyyə böhranları olmadıqda;

- Bank fəaliyyətində böyük daxili və xarici ziddiyyətlər olmadıqda;

- Bankların tələbat duyulduğu coğrafi mövqelərdə fəaliyyət göstərməsi;


- İnflaysiyaya nəzarət edilə bildikdə;

-Əhalidən cəlb olunmuş əmanətlərin səmərəli bölgüsü həyata keçirildikdə;

- Kapitalın fasiləsiz hərəkəti təmin edildikdə;

- Banklarada riskləri qiymətləndirmək və idarə etmək mümkün olduqda;

- Bank nüfuzunun qorunması təmin edildikdə.

Cədvəl 4. Bank dayanıqlığı göstəriciləri


Bank dayanıqlılığı iki yerə ayrılır:

1.Pul vahidinin dayanaqlığı- buraya milli valyutanın dəyərinin qorunub saxlanması aiddir.;

2.Pul dövriyyəsinin dayanaqlığı-likvidlik aiddir.Yəni bankların asanlıqla öz öhdəliklərini ödəyə bilmə qabiliyyətində olmaları aiddir.Pul dövriyyəsinin geniş anlamda dayanıqlılığı dedikdə pul dövriyyəsinin dinamikasının pozulmaması,pul kanallarının nağd pullarla həddən artıq dolub inflyasiyaya səbəb olmaması başa düşülür.

Bank dayanıqlılığı üçün aşağıdakılar vacibdir:

1. Bankın normal fəaliyyət göstərə bilməsi üçün kapitalın yetərli olması -hər bir bank öz öhdəliklərini ödəyə bilmə qabiliyyətində olmalıdır.Banklar öz fəaliyyətlərini təmin etmək üçün lazımi qədər vəsait cəlb etməli və aktivlərini artırmalıdr.

2. Kredit riski-bilirik ki, kredit demək özlüyündə risk deməkdir.Bu gün bank sektorunda əldə olunan mənfəətin böyük qismi kreditdən gələn gəlirə əsaslanır.Kredit sektoru gəlirli olsa da bir o qədər də risklidir.Banklar korkoranə kredit verə bilməzlər.Ona görə də bankların dayanıqlılıq qabiliyyəti qiymətləndirildikdə onların kredit portfeli və portfeldəki ümidsiz kreditlərin həcmi də müəyyən edilir.

3. Likvidliyin qiymətləndirilməsi-bu gün bankların müflis olmasında əsas səbəb likvidlik problemlərinin yaşamasıdır.

Likvidlik - kommersiya bankının vaxtlı-vaxtında, tələb olunan anda öz maliyyə öhdəlikllərini yerinə yetirmək qabiliyyəti kimi başa düşülür. Yəni likvidlik məzmun etibarı ilə maddi dəyərlilərin və bank aktivlərinin çevik şəkildə pul resurslarına çevrilə bilmə bacarığıdır. Kommersiya banklarında aşağı likvidlik səviyyəsinin olması ödəmə qabiliyyətində məhdudiyyətlərin olmasına və ümumiyyətlə fəaliyyətin dondurulmasına gətirib çıxarır.Yəni banklar likvidlik problem ilə üzləşdikdə bu banklar üçün bir çox hallarda müflisləşmə ilə nəticələnir.Likvidlik problemi müddətinə görə fərqlənir, yəniki banklarda nəğd pula olan tələbat çətinliyi müddətinə görə fərqli olur.Müddətinə görə ani, qısamüddətli, ortamüddətli və uzunmüddətli likvidlik fərqləndirilir. Mənbəyindən asılı olaraq isə likvidlik iki yerə bölünür: toplanmış və alınma .Toplanmış likvidlikdə banklar əmanət toplama və vəsait cəlb etmə problemi yaşayırlar.Bank sektoruna inam azalır və artıq əhali ya banka əmanət qoymur və ya əmanət qoymuş əmanətçilər vəsaitlərini geri çəkirlər.Ona görə də banklarda ciddi likvidlik problemi yaşanır.Mənbəyinə görə isə alınma likvidlik bir bankın digər banklardan almış olduğu

kreditlərini vaxtında geri qaytara bilməməsi ilə xarakterizə olunur.Nəticədə yenə də bankda likvidlik problemi yaşanır. Likvidliyin idarə edilməsi dedikdə bank aktivləri ilə passivləri arasında elə optimal vəziyyətə nail olmaq nəzərdə tutulur ki, bank bütün öhdəliklərini rahatlıqla vaxtında və bütünlüklə icra etməyə qadir olsun.Yəni bank fəaliyyəti zamanı əldə etdiyi gəlirlə öz xərclərini tam şəkildə ödəyə bilsin.Likvidliyin səviyyəsinə həm xarici ,həmdə daxili amillər təsir edir.


Yüklə 419,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə