Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 419,49 Kb.
səhifə3/4
tarix23.11.2017
ölçüsü419,49 Kb.
#12144
1   2   3   4

Daxili amillər

Xarici amillər

Bankların şəxsi pul vəsaitləri

Ölkədə iqtisadi və siyasi vəziyyət

Aktiv və passsivlər

Banklarda yenidən maliyyələşmənin təşkili

Bankların xarici borc mənbələrindən asılılığı

Banklararası rəqabətin və fond bazarının inkişaf dərəcəsi

İnvestisiyaların və resurs bazasının uyğunluğu

Bank fəaliyyətinə nəzarət funksiyalarının effektik dərəcəsi

Banklarda aktivləri likvidlik dərəcəsində görə aşağıdakı qruplara bölmək olar

1.birinci dərəcəli likvid aktivlər – bu qrupa kassa, dövlət qiymətli kağızları və müxbir hesablaraid edilir;

2.yüksək likvidli aktivlər –satıla bilən korporativ qiymətli kağızlar, banklararası kreditlər aiddir;

3.aşağı likvidli aktivlər – adı kreditlər, faktorinq, françayzinq, investisiyalar, qiymətli kağızlar aiddir;

4.likvid olmayan aktivlər – buraya ümidsiz kredit portfeli, qiymətli kağızların digər az gəlir gətirən növləri və qeyri maddi aktivlər aiddir.

Lakin bankın yetərincə likvid olmaması bank ödənişləri zamanı kəsrlə müşahidə olunur ki, bu zaman bir çox banklar bahalı resurslar cəlb edərək problemdən müvəqqəti yayınmağın mümkün olduğunu düşünürlər. Lakin nəticədə bankın mənfəətliliyi, rentabelliliyi və gəlirliliyi çox aşağı düşür. Likvidliyin çox yüksək olması isə o zaman baş verir ki, bank əlində olan artıq pul vəsaitlərini yaxşı yerləşdirə bilmir.Adətən bu bazardakı maliyyə risklərinin birbaşa təsiri nəticəsində yaranır.

Likvidlik dedikdə bankların öz öhdəliklərini və ödənişlərini vaxtında yerinə yetirə bilmələri üçün vaxtında və kifayət qədər nəğd və ya ona ekvivalent miqdarda qeyri-nəğd şəkildə müxbir hesablarında vəsait saxlamaq bacarıqları başa düşülür. Likvidlik riski o zaman yaranır ki, aktivlərin və passivlərin arasında fərqlərdən yarana bilən, həmçinin likvid vəsaitlərin düzgün yerləşdirilməməsi və idarə edilməməsi sayəsində bankın qazana biləcəyi gəlirin bütövlükdə və ya bir qisminin itirilməsi riski mğvcud olsun . Likvidlik risklərinin iki növü var:

1. Likvid çatışmamazlığı riski – bu o zaman yaranır ki,banklarda nəğd vəsait çatışmazlığı olsun, banklar öz öhdəliklərini ödəyə bilməsinlər.

2. Likvid artıqlığı riski –bu bankların cəlb etdikləri nəğd vəsaitləri səmərəli yerləşdirə bilməmələri və nəticədə banklarda külli miqdarda lazımsız vəsaitin toplanıb qalması zamanı yaranır.

İndi isə likvidlik riski nədir onu izah edək. Likvidlik riski ödəniş vaxtı çatdıqda bankın öz öhdəliklərini təmin edə bilməməsindən irəli gələn riskdir. Likvidlik riski həmçinin bankın bazar mühitindəki dəyişiklikləri adaptasiya ola bilməməsi, dəyişiklikləri müəyyənləşdirə bilməməsi və ya onları vaxtında nəzərə ala bilməməsindən irəli gəlir. Likvidliyə olan ehtiyac likvid aktivlərlə ödənilə bilmədikdə isə bank həddən artıq yüksək xərcə yol verərək pis bazar şəraitində daha baha qiymətə əlavə likvid vəsaitlər əldə etmək məcburiyyətində qala bilər.

Likvidlik problemi ilə bütün banklar üzləşə bilər.Lakin likvidliyə olan ehtiyac bankdan banka fərqlənir. Likvidlik adekvat və ya qeyri-adekvat ola bilər ki, bu da vəsaitlər üzrə gözlənilən tələbatdan asılıdır. Likvidlik problemini həll etmək üçün banklar aşağıda qeyd olunanlara əməl etməlidir:

1. Likvid aktivləri çevik surətdə satmaq;

2. Qısamüddətli borcları artırmaq, əlavə qısamüddətli depozit öhdəlikləri emissiya etmək;

3. Bankda mümkün qədər az likvid olmayan aktivlər saxlamaq;

4.Uzunmüddətli öhdəliklərin həcmini artırmaq;

5.Kapital vəsaitlərini artırmaq və kapital axınlarını sürətləndirmək.

Bəs necə olur ki ,banklarda kikvidlik problemi yaranır?
1. Müştərilərin öz hesablarından pul vəsaitlərini çıxarması-son dövrlərdə bağlanan bir çox banklar əhalidə inamsızlıq yaradıb ona görə də son bir neçə ayda banklardan külli miqdarda depozit və əmanətlərin geri çəkimi prosesi müşahidə olunur.
2. Müştərilər tərəfindən kredit alınmasına dair sifarişlərin daxil olması-bu prosesi belə izah edə bilərik ki,banklarda qismən nağd vəsait çətinliyi yaranır və bu vaxt hansısa müştəri banka yaxınlaşaraq kredit götürmək istəyir.Əlbəttə burda söhbət böyük məbləğlı və uzunmüddətli kreditlərdən gedir.Və artıq bank kredit vermək üçün vəsait tapa bilmir.

3. Bankın digər banklardan və eləcə də Mərkəzi Bankdan aldıqları borcların geri ödənilməsi.Eyni zamanda buraya səhmdarlara dividentlərin ödənməsi də aiddir.







2009

2010

2011

2012

2013

2014

2015

Ani likvidlik əmsali

75.8

110.0

71.2

66.8

55.4

62.8

67.2

Cari likvidlik əmsali

82.2

92.0

78.8

76.9

63.9

72.0

72.8


Cədvəl 3. Likvidlik göstəricilərinin dinamikası

Stress-test metodu ve stress-testin tehlili. Stress-testləşdirmə gözlənilməz, müstəsna, lakin mümkün şoklara bütün bankların həssaslığının qiymətləndirilməsi alətidir. Stress-test bankın və maliyyə sisteminin mövcud zəif tərəflərini izləməyə, proqnozlaşdırmağa və zəruri tədbirləri müəyyən etməyə imkan verir. Stress-test FSAP-ın (Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı) mühüm aləti və Bazel standartlarının tərkib elementi kimi çıxış edir.

Avropa Bankları tərəfindən istifadə edilən stress testləri aşağıdakı cədvəldə görmək olar.



Stres testlərin aşağıdakı modelləri var:

1. Əhatə dairəsinə görə:Mikro stress-test,Makro stress-test

2. Zaman baxımından:Statik stress-test,Dinamik stress-test

3. Metodologiya baxımından:Həssaslıq stress testləri,Ssenari stress testləri,Domino effekti stress testi,Ən böyük zərər stress testi.

Mikro stress-testlər-banklarının və ya maliyyə institutunun ayrı-ayrı şoklara qarşı dayanıqlılığını qiymətləndirir,banklarda risklərin idarə edilməsinə yardım edir.

Makro stress-test-Bütövlükdə bankın və ya maliyyə təşkilatının şokları udmaq qabiliyyətini qiymətləndirir. Makroiqtisadi sfera ilə bank portfeli arasında qarşılıqlı kəmiyyət əlaqələrinə əsaslanır.

Statik stress-test-Şoklar yalnız fərdi qaydada, müəyyən ehtimallar əsasında seçilir,

Müxtəlif makroiqtisadi inkişaf senarilərini nəzərə almır və gələcək şokların yalnız bankın hazırkə vəziyyətinə təsiri simulyasiya olunur, bu metod maliyyə göstəricilərini proqnozlaşdırmağa imkan vermir.

Dinamik stress-test-Bank göstəriciləri və real sektor göstəriciləri arasındakı kəmiyyət

əlaqələrini iqtisadi-riyazi üsullarla qiymətləndirir.Eyni zamanda bu metodda ehtimal olunan şoklar makroiqtisadi inkişaf senarilərinə əsaslanır.

Həssaslığın təhlili –hər hansı bir risk faktorunda ola bilsin faiz dərəcələri,və ya mübadilə məzənnələri,səhmlərin qiyməti və s. olan dəyisikliklərin banklara təsirinin ölçülməsi formmasıdır. Bu təhlilin əsas fərqləndirici əlaməti simmetrik şoklardır.

Senarilərin təhlili :Bu metod müəyyən dəyişikliklərin baş verməsi zamanı bankların şokları udmaq qabiliyyətini qiymətləndirir. Beynəlxalq təcrübədə bu metod ünün universal təhlil müəyyən edilməmişdir.

Ən böyük zərər metodu :Ən yüksək zərərlərə səbəb ola biləcək ssenarinin təhlili metodudur.Statistik modelləşdirmə ilə bir neçə ssenarinin içindən ola biləcək ən böyük zərərlər müəyyən edilir.

Zəncirvari reaksiyanın təhlili metodu və ya yoluxma effekti :Bir bankda və ya maliyyə institutunda olan hər hansısa şokun bütün digər maliyyə sisteminə yayılmasının təhlili metodudur.

Bankdakı aktivləri üzrə stress-testə aiddir:

1.kredit riski vaxtında ödənilə bilməməsi və ya gecikdirilməsi ilə əlaqədar yaranan likvidlik riski;

2. Banklarda likvid aktivlərin həcminin kəskin azalması;

3. Bank aktivlərinin bazar qiymətinin kəskin dəyişməsi.

Bankın öhdəlikləri üzrə stress-testə aiddir:

1.Müddətli depozitlərin sahiblərinin banka qoyduqları vəsaiti vaxtından əvvəl götürməsi;

2. Bankın cari və müxbir hesablarda qeyri-nəğd vəsaitlərin anidən azalması;

3.İri həcmli depozitlərin sahibləri tərəfindən geri çağırılması;

4.Digər maliyyə qurumlarından alınmış borc vəsaitlərinin vaxtı bitmədən geri çağırılması;

5.Beynəlxalq təşkilatlardan cəlb edilmiş kreditlər üzrə kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi.

Bəs banklar stres-testlərin təhlilində nəyə diqqət etməlidirlər?Bank stress testin aktuallığına hər zaman diqqət yetirməli və bankın davamlı inkişafının təmin edilməsi və şok hadisələrinə qarşı müqavimətinin gücləndirilməsi üçün stress testlərin dəqiqləşdirilməsi və modifikasiyasına daimi nəzarət etməlidir. Bankda stress test modellərinə ildə azı bir dəfə yenidən baxılmalıdır.




3.2.Bank fəaliyyətində maliyyə sabitliyinin qorunması yolları.Bank fəaliyyətində təkmilləşmə və proqnozlaşdırma.

Bu gün bazar iqtisadiyyatında gündən günə artan bank rəqabəti şəraitində banklar öz fəaliyyətlərinə normal şəkildə davam etmək,likvid və dayanıqlı bank bank strukturuna sahib olmaq üçün daim inkişaf etməli,rəqabətə davamli infrastruktur və bazar məhsulları ilə çıxış etməlidirlər.

Boşuna deyil ki, müasir dövrdə yeni-yeni bank xidmət növləri və bank məhsulları bazara çıxarılır və müştərilər tərəfindən xüsusilə böyük maraqla qarşılanır.Xüsusilə elektron bankçılıq bank fəaliyyətinə daha çox gəlir gətirir və bu həmdə bank fəaliyyətində likvidlik baxımından yüksək qiymətləndirilir.Beləki nağdsız əməliyyatların həcminin bank xidmət növləri içərisində artması,elektron bankçılığın yeni növlərinin yaranıb inkişaf etməsi ,krdit və debet kartlarının bank məhsullarında xüsusi çəkisinin daima artması bankların fəaliyyətinin yaxşılaşmasına ciddi təsir göstərir. İnformasiya texnologiyaları dövründə yaşayırıq və bu da öz növbəsində bank sektoruna da təsirsiz ötüşmür.Dünyanın bir çox dövlətlərində yeni texnologiyalara keçidlə əlaqədar banklar ənənəvi metodları unudub və yeni texnologiyaları öz fəaliyyətlərinə tətbiq etməyə can atırlar. Bu isə müştərilərin daima yeniləşən və inkişaf edən tələbatları ilə sirf əlaqədardır.Çünki texnologiyalar inkişaf etdikcə artıq tələbatlar da inkişaf edir və müştərilərə yeni yeni xidmət növləri maraqlı olur.Banklar da müştəri kütləsini itirməmək,onların diqqətini daima cəlb edə bilmək üçün bu yeni texnologiyaları öz fəaliyyətlərinə tətbiq etməlidirlər.Bank sistemində bu istiqamətdə baş verən əsas dəyişikliklərdən biri də ənənəvi bankçılığın nisbətən unudulub yeni elektron bankçılığa keçilməsidir.

Hal-hazırda inkişaf etmiş ölkələrdə banklar elektron bankçılığı öz fəaliyyətlərinə geniş şəkildə istifadə tətbiq etməyə başlayıblar. Lakin ölkəmizdə bu xidmət vasitəsi o qədər də inkişaf etməyib,ona görə də elektron bankçılıqda mövcud inkişaf vəziyyəti dünya ölkələri ilə müqayisədə çox geridə qalır.



Bəs elektron bankcılıq nədir?

Dünya təcrübəsində elektron bankçılıq anlayışı vitual bankçılıq və məsafədən idarə olunan bankçılıq kimi də xarakterizə olunur.


Elektron bankçılıq dedikdə, banklar tərəfindən yüksək səviyyədə inkişaf etmiş proqram təminatından istifaə edərək müştəri məlumatlarının yəni həqiqiliyin elektron formada təsdiqlənməsi ,doğrulanması və yeni texnologiyalardan istifadə nəticəsində müştərilərin öz hesabları vasitəsilə müəyyən komunal ödənişlərin həmçinin və ya digər mobil xidmətlərin həyata kecirilməsi başa düşülür.Elektron bankçılıq vasitəsi ilə müştərilər eyni zamanda apardıqları əməliyyatlar üzrə bütün məlumatların əldə edilməsi,bütün növ bank xidmətlərinin məsafədən idarə olunmasına nail ola bilirlər.

Müştərilər öz şəxsi komputer, telefon,elektron planşetləri vasitəsilə,eləcə də bankomat, koşk kimi elektron qurğuları istifadə etməklə elektron bankçılıq xidmətlərinə giriş əldə edə və bu fəaliyyət növlərindən yararlana bilərlər. Təqdim etdikləri xidmətlərin formasına görə elektron bankçılığı iki qrupa bölmək olar.





Sxem 1. Elektron bankcılığın strukturu

Məlumat xarakterli elektron bankçılıq müştəriyə yalnız informasiyanın əldə edilməsinə

köməklik göstərir. Belə ki, bank bu xidmət vasitəsilə öz məhsul və xidmətləri barədə informasiyanı müştərilərinə çatdırır. Eyni zamanda, bank sistemləri və müştəri arasında bəzi qarşılıqlı əlaqənin yaradılmasına imkan verir. Bu xidmət növü vasitəsilə kredit almaq üçün virtual müraciət etmək, yaxud bəzi şəxsi məlumatların yenilənməsi kimi xidmətlər həyata kecirilir. Elektron bankçılığın bu növü aşağı aşağı risk səviyyəsi ilə xarakterizə olunur.

Tranzaksiya xarakterli elektron bankçılıq isə müştərilərə ödənişlərin aparılması,

hesabdan-hesaba vəsaitin köçürülməsi, konvertasiya əməliyyatının aparılması və s.

kimi bank xidmətlərini həyata keçirməyə imkan verir. Bankın bu fəaliyyət növünün bir çox internet saytları və komunikasiya proqramları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyini nəzərə alaraq deyə bilərik ki,bu nisbətən riskli fəaliyyət növüdür.

Müştəri zövqlərinin və tələbatlarının müxtəlif olduğunu nəzərə alaraq deyə bilərik ki, elektron bankçılıq heç də bütün müştərilərdə müsbət fikir oyatmır.Axı müştərilərin maliyyə savadlılığı eyni deyil.Bəzən müştərilər elektron bankçılığı ümumiyyətlə qəbul etmir.Xüsusilə yaşlı nəsil ənənəvi bankçılığa daha çox etibar göstərir və bank xidmət növlərinin belə yaranıb belə də davam edəcəyi fikrindı olurlar.Onlar online yəni virtual fəaliyyət növünə ümüumiyyətlə güvınmir bu kimi xidmətlır onlara həddindən çox riskli gəlir.Bəzən isə müştəilər yeni texnologiyalar ilə taniş olmadıqları üçün bu kimi fəaliyyət növlərinə inam göstərsələr də necə istifadə etmək lazım olduğunu bilmirlər.Bütün bunları nəzərə alaraq elektron bankçılığın müştərilər

tərəfindən daha çox meyl edilən növlərini aşağıdakı kimi qey edə bilərik:

- internet-sırf internet vasitəsilə aparılan virtual əməliyyatlar,

-terminal-küçələrdə yerləşdirilmiş terminallar vasitəsilə bu gün daha çox əməliyyatlar aparılır ,


- mobil bankçılıq-mobil telefonlar vasitəsilə aparılan ödənişlər.

Son zamanlarda internetin imkanlarının və terminalların əhatə dairəsinin genişləndiyini , həmçinin mobil telefonların kütləvi istifadə edildiyi bir dünyada banklar bu avadanlıqlar vasitəsilə öz müştərilərinə yeni ödəniş xidmətləri və bank məhsulları təqdim etməyə can atırlar. Sözsüz ki ,avadanlıqlar vasitəsilə müştəriyə təqdim edilən bank xidmət növləri digərləri ilə müqayisədə sadə istifadə qaydasının olması ilə və bank növbələrində vaxt itgisi olmaması ilə xüsusilə maraq oyadır.

Məsafədən idarə olunan bank əməliyyatlarının hamısı internet bankçılıq vasitəsilə həyata keçirilir.Terminal bankçılıqda isə bankomat və terminallardan istifadə nəzərdə

tutulur və bu gün bir çox bank əməliyyatlarının bu qurğular vasitəsilə aparılması müştəriyə banklara getmədən,bank növbələrində vaxt itirmədən öz əməliyyatlarını aparmağa imkan verir.Terminalların əhatə şəbəkəsinin çox və rahat olması isə onlardan istifadəyə daha böyük maraq göstərilməsinə səbəb olur.

Mobil telefonarla ödənişlər bu gün respublikamızda həcminə görə daha az inkişaf edib. Bu fəaliyyət növü daha şox gənc müştərilər tətəfindən bəyənilir və istifadə olunur.

WAP texnologiyası bu xidmətdə qeydiyyatdan kecmiş mobil telefon istifadəcisinə bank xidmətlərindən istifadə etmək üçün öz bankının saytına qəbul olmağa imkan verir. Lakin onu qeyd etmək lazımdır ki, telefon bankçılıq vasitəsilə müştərilər daha çox informasiya xarakterli əməliyyatlar həyata kecirlər. Müştərilər elektron bankçılıq vasitəsilə əsasən aşağıdakı xidmətlər növlərindən istifadə edə bilirlər:

- hesabların idarə olunması (acılması, balans, vəsaitlərin köçürülməsi və s.);

- komunal və kredit ödənişlərin həyata kecirilməsi;

-qiymətli kağızların alqı satqı əməliyyatlarının aparılması;

- birbaşa debetləşmə;

- ödəniş kartının sifarişi olunması və bloklaşdırılması.

Əənənəvi bank fəaliyyətində müştərilərin eyniləşdirilməsi prosesi necə olur hamımız belirik.Elektron bankçılıq dedikdə insanlarda belə bi təəssürat yaranır ki, bu bank fəaliyyət növü sirf internetlə həyata keçırıldiyindən və vitual olduğundan burada məlumatların həqiqiliyinin doğrulanması prosesi baş vermir.

Lakin bu düşüncə təmamilə yanlışdır.Elektron bankçılıqda müştərinin eyniləşdirilməsi, əməliyyatın həqiqiliyinin müəyyən edilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakı metodlardan istifadə olunur.

- elektron imza;

- istifadəçi adı və şifrə;

- birdəfəlik şifrə

Elektron bankçılıqdan istifadə həm banklara, həm də müştərilərə bir sıra üstünlüklər verir. Elektron bankçılığın banklar üçün üstünlükləri bunlardır:

- əməliyyatların real vaxtda baş verməsi və emal olunması;

- sistem damima özünü yeniləyə bilir ;

- şəbəkələrin qarşılıqlı şəkildə əlaqəsi mümkündür;

- müştərilərin hər yerdə bankın xidmətlərindən istifadə edə bilməsi bank xidmətlərinin satışı həcminin artmasına səbəb olur;

-ənənəvi bankçılıqda banklar yalnız iş günlərində iş saatlarında fəaliyyət göstərirlər.Lakin elektron bankçılıqda 7/24 iş rejimidir və bu da öz növbəsində banka bütün sutka ərzində xidmət satmağa imkan verir;

-vaxta qənaət-ənənəvi bankçılıqda məsələn bir saa ərzində bir bank işçisi 5 müştəriyə xidmət göstərə bilirsə,elektron bankçılıq həmin bir saat ərzində minlərlər müştəriyə eyni anda müştəlif xidmət növlərini təqdim etmək qabiliyyətindədir;

- həyata kecirilən bank xidmətlərinə çəkilən xərcin daha ucuz başa gəlməsi;

Elektron bankçılığın müştəriləri üçün təklif etdiyi üstünlükləri:

- müştərilərin harda olmalarından asılı olmayaraq bütün bank xidmətlərindən istifadə edə bilmələri;

- bank xidmətlərinə görə xidmət haqqının çox aşağı səviyyədə olması;

- bank növbələrində vaxt itirmə kimi bir ehtimalın olmaması ;

- rahat istifadə mexanizmi və sadə interfeysə malik olan elekton banşılıq vasıtısilə məsafədən büün əməliyyatların aparıla bilməsi;

Çox təəssüf ki,bu gün ölkəmizdə elektron bankçılığın inkişafı digər ölkələrlə müqayisədə elə də ürək açan deyil.Son dövrlər yeni kart sistemlərinə keçirilsədə bir çox elektron bank sistemləri və məhsulları yaransa da hələ də istənilən nəticə əldə olunmamışdır.

Bu gün respublikada fəaliyyət göstərən banklardan 28 bank müştərilərinə elektron bankşlıq üzrə xidmətlər təklif edir.Xidmətlərin sayı və müştəri bazası isə bankların infrastrukturlarının inkişaf səviyyəsindən asılı olaraq fərqlənir.

Ölkəmizdə banklar tərəfindən müştərilərinə daha çox aşağıda qeyd olunan elektron bankçılıq xidmət növləri təklif edilir:

1.kart üzrə balansın yoxlanması;

2. debet və kredit kartları üzrə çıxarışın əldə edilməsi;

3.kartdan-karta pul köçürmələri ;

4.ölkədaxili bir hesabdan digər hesaba pul köçürmələri ;

5.kartların itirilməsi və ya istifadəsi lazım olmadıqda bloklaşdırılması;

6.bütün növ komunal ödənişlərin həyata keçirilməsi.

Lakin çox təəsüf ki,bu gün ölkəmizin bank sektorunda fəaliyyət göstərən banklar ölkədənkənar pul köçürmələrində müştərilərə eleckron bankşılıqdan istifadə kimi imkanlar təqdim etmirlər. Bnka getmədən elektron şəkildə bank hesabının açılması kimi xidmət növü isə bu gün ümumiyyətlə bank sektroumuzda mövcud deyil.

Sonda belə bir təklif etmək istərdim ki, elektron bankşılığa yeni keçid edən banklarımızı nəzərə alaraq deyə bilərik ki,banklarda bu xidmət növünün daha da inkişaf etdirmək və müştəri cəlb etmək üçün bu xidmət növünə görə xidmət haqqının tutulmaması daha yaxşı nəticə verə bilər.Nəinki xidmət haqqı tutmamaq banklar eyni zamanda bütün müştəri kütləsini elektron bankşılıqla tanış etməli,və elektron bankşılıq vasitəsilə müştərilərə təqdim etdikləri xidmət növünü tanitmalıdırlar.Mümkün qədər yeni xidmət növünün müsbət tərəflərini müştərilərə çatdırmalıdırlar ki,rəqbət şəraitində bazara çıxardıqları yeni bank məhsulu özünə kifayət qədər müştəri toplaya bilsin.Bu problemin həllində Mərkəzi Bank da banklara yardımçı olmalı, ictimaiyyətdə maliyyə savadlandırılması prosesini sürətləndirməlidir.

Son dövrlərdə ölkəmizdə banklar tərəfindən müştərilərə təqdim edilən yeni bank məhsullarından biri də plastik kartlardır.Bəs plastık kart nədir? Plastik kartlar – ödəniş zamanı istifadə edilən elektron puldur və bu pulun ənənəvi nəğd puldan bir çox üstünlükləri var.

Bazar iqtisadiyyatı şəraitində dünya ölkələrində plastik kartların bir çox növləri mövcuddur.Lakin bütün bunlara baxmayaraq onların hər birinin fəaliyyət prinsipləri demək olarki eynidir. Fərq isə göstərdikləri xidmətlərin həcmindədir.Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartları 3 növə ayıra bilərik:

1..Kredit kartları - hesablaşma zamanı müştəriyə nəğd kreditdən istifadə imkanı yaradır.

2.Ödəmə kartları  - müştərilər üçün asan hesablaşma yolunu təmin edir.

3.Debit kartlar –müştərilər bu kart vasitəsilə bankomat və ya POS-terminallardan nağd vəsaitlərin əldə edirlər.

Banklar yeni kart emissiya edib müştərilərə təqdim etdikdə çalışmalıdırlar ki,kartlar daha çox xidmətli olsunlar.Yəni çox funksiyalı olsun və daha çox yerdə qəbul edilən olunsunlar.Çünki sahibkarlar kartı emissiya edən bankla razılığa girməmişdən əvvəl yeterli sayda kart sahibi olmasına diqqət edirlər.

Müştərilər isə alacaqları kartın mümkün qədər daha çok yerlərdə qəbul edilməsinə üstünlük verirlər. Ona görə də kartı emissiya edib bazara çıxaran bank xidmət növləri göstərən yerlərlə və ya sahibkarlarla müştərilər arasında uyğun bir şərait yaratmağa çalışırlar.Beləki müştətiyə alacağı kartın ona saxlayacağı üstünlüklər maraqlıdır.Ona görə də kart nə qədər çox xidmət obyektində keçərli olarsa müştəiyə o qədər cəlbedici gəlir.Eyni zamanda hansısa xidmət obyekti bankla anlaşmaya gəldikdə ona kartın müştəri bazası yəni kart bazara çıxdıqda özünə vcəlb edəcəyi müştəri bazası maraqlı olur.Plastik kartlar həm müştəriyə həm də banka müəyyən üstünlüklər verir.

Plastik kartlar müştərilərə aşağıdakı üstün imkanları təqdim edirlər:

1. pul vəsaitlərinin rahat və təhlükəsiz şəkildə saxlanılması.Çünki plastic kart PİN-kodla qorunur .Ona görə də müştəri əlində olan nəğd pulunu cibində daçımaqdansa onu karta qoymağı daha üstün hesab edir.Plastik kartın itdikdə və ya oğurlandıqda müştəri banka müraciət edərək kartını bloklaşdıra və yeni kart sıfariş edə bilər.Bu zaman müştərinın itən kartındakı vəsaiti yeni karta miqrasiya olunur və müştəri hecnə itirmir.Lakin nəğd pulun itirilməsi halında belə bir imkan mümkün deyil.

2.Olduğu yerdən asılı olmayaraq ,dünyanın istənilən yerində,istənilən saatda heç bir banka müraciət etmədən nəöd vəsaitin bakomatlar vasitəsilə əldə edilə bilmə imkanı;

3.Müştərilərin aldığı hansısa malın və ya ona göstərilən hansısa xidmətin dəyərinin nəinki ölkə daxilində həmdə ölkədən xaricdə ödənilə bilməsi imkanı;;

4.Kart hesabında olan bütün dəyişikliklər (mədaxil xə məxaric) barədə müştərinin anında məlumatlandırılması;

Qeyd etdik ki,plastic kartlar həm fiziki həm də hüquqi şəxslərin istifadəsi üçün nəzərdə tutulur.Bu baxımdan plastik ödəniş kartların 3 əsas növü mövcuddur:

-fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutlan plastik kartlar

-nümayəndəlik xərcləri üçün nəzərdə tutlan korporativ kartlar

-əməkhaqqı kartları

Plastik kartların tətbiqini beynəlxalq aləmdə inkişaf etdirmək üçün Qərb ölkələrində (– Beynəlxalq Standartlar Təşkilatı yaradıldı. Dünyada tanınmış VİSA, MASTER CARD, AMERİCAN EXPRESS kimi emitentləri bu təşkilatın üzvləri oldular. Bu təşkilatlar plastik kartların xarici görünüşnün necə olması, necə nömrələnməsi qaydaları kimi standartları işləyib hazırladılar. Bü gün elə həmin standartlar bütün dünyada tətbiq edilir.

Kartların müştəriyə təqdim etdiyi ən böyük üstünlüyü ondan ibarətdir ki, pulun oğurlanması mümkün deyil. Kart oğurlanarsa, müştəri banka xəbər verib kartı bloklaşdırır və bu zaman həmin kartla ödəmə mümkün olmur və kart heç bir işə yaramır.

Müştərilər tərəfindən istifadə olunan plastic kartlar iki qrupa ayrılır: şəxsi və korporativ.

Şəxsi kartlar banklar tərəfindən özlərinin ödəmə qabiliyyətli müştərilərə verilir. Lakin bu o demık deyilki bank tanımadığı kiməsə kartı verə bilməz. Bunun üçün bank həmin şəxslərin ödəmə qailiyyətlərinin olub olmadığını müəyyən etməlidirlər və həmin müştərilər bankda cari hesab açmalıdır ki,həmin hesabda bankın tələb etdiyi sığorta depozitini yerləşdirsinlər.

Müştərilərin korporativ kartları banklar tərəfindən hüquqi şəxslərə onların təminatı əsasında verilir. Belə kartları vermək üçün bank mütləq həmin hüquqi şəxsin

ödəmə qabiliyyətini yoxlamalıdır.

Müştərilər üçün plastik kartların üstün cəhətləri:

-plastik kartlarla hesablaşmaların aparılması çoxlu sayda yüksək imkanlı müştəri cəlb olunmasını təmin edir, bu isə öz növbəsində mal dövriyyəsini, xidmətin həcmini artırır ;

-plastik kartlarla hesablaşmalar zamanı mağazalareləcə də digər xidmət təşkilatları valyuta mübadiləsindən və nağd pul inkassasiyası qayğılarından azad olurlar ;

-mağazalar və digər xidmət təşkilatları plastik kartlarla hesablaşmalar apararaq nəğd pulla hesablaşmalar zamanı yarana biləcək risklərini azaltmış olurlar ;

-onu da qeyd etmək lazımdır ki,plastik kartlarla əməliyyat aparan maöaza və digər xidmət təşkilatlarının reyqinqi və imici nəğd pulla hesablaşmalar aparan mağazalara nisbətən yüksək olur.

Lakin onu da qeyd etmək lazımdir ki, plastik karların üstün cəhətləri ilə yanaşı çatışmayan cəhətləri də mövcuddur:

-plastik kartlarla əməliyyat para bilmək üçün mağazalar və xidmət təşkilatları bu xidmət növünu müştəriyə təqdim edə bilmək üçün yüksək məsrəflər çəkməli,lzımi aparatları almalı və onları işlək vəziyyətdə saxlamalıdırlar;

Plastik kartların banklar üçün əhəmiyyəti:

1.müştərilərin plastik kartlarla əməliyyatı banklara cəlb olunmuş vəsaitin həcmini artırır;

-plastik kartları banklardan aldıqda müştəri müəyyən vəsait ödəyir,eyni zamanda kartdan istifadə dövründə də müştəri apardığı əməliyyatıdan asılı olaraq banka müxtəlif xidmət haqqi ödəməli olur ;

-bankın emissiya etdiyi plastik kart ödəmə dövriyyəsində nəğd pulun sıxışdırılıb çıxarılmasında mühüm rol oynayır ;

-müştərilərinin plastik kartdan istifadəsi bankın nüfuzunu artırır.

Bank sektoru daim dinamik və dəyişkən plduğu üçün banklar həmişə öz fəaliyyətlərini, inkişaf və gəlir konsepsiylarını,risklərini,gəlir və mənfəəti və eləcə də xərclərini planlamalı,rəqabətin gündən-günə artdığı mühitdə gələcək dövrü proqnozlaşdırmalıdırlar . Proqnozlaşdırma dedikdə-bankların gələcək dövr üçün gəlir və xərclərinin miqdarini,mümkün ola biləcək risk ehtimallarını,rentabelliyi,likvidlik göstəricilərini müəyyən etmələri,qarşılaşa biləcəkləri problemləri əvvəlcədən müəyyən edərək maksimal şəkildə azaltmağa çalışmaları,bazarın tədqiqi və eləcədə müştərilərin tələbatlarının öyrənilməsi və buna uyğun fəaliyyət strategiyasının işlənib hazırlanması aiddir.Yəni proqnozlaşdırma bu günkü və gələcək şəraiti nəzərə alarq gələcək dövr üçün planlaşdırmadır.Bu gün proqnozlaşdırma dedikdə bank fəaliyyətində adekvat proqnozlaşdırma sisteminin yaradılması əsas diqqət mərkəzində olmalıdır.Belə ki, inflyasiyanın əhatə dairəsini daim müşahidə altında tutmaq etmək üçün inflyasiyanın hədəf dövrü ərzindəki təsir obyektini və təsir çərçivəsini proqnozlaşdırmaq lazımdır. Proqnozlaşdırmanın iki forması müəyyən edilir:

1. Qısa müddətli proqnozlaşdırma - iqtisadiyyatın sektorları üzrə qısamüddətli modellər və makroekonometrik model əsasında proqnozlaşdırmanı özündə ehtiva edir. Bu çərçivədə proqnozlaşdırma iki istiqamətdə aparılır.

1.1. Sektoral proqnozlaşdırma dedikdə iqtisadiyyatda sektorlar üzrə baş verən dəyişiklikləri proqnozlaşdırma nəzərdə tutlur. (real, tədiyyə balansı, büdcə, monetar).

1.2.Makroiqtisadi asılılıqları proqnozlaşdırma.

2. Uzunmüddətli proqnozlaşdırma - daha çoxsahəli informasiyaya əsaslanır və iqtisadiyyatda tarazlığı əsalanaraq daha dəqiq proqnozlar verir.


Yüklə 419,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə