Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 419,49 Kb.
səhifə4/4
tarix23.11.2017
ölçüsü419,49 Kb.
#12144
1   2   3   4

Nəticə

Bazar iqtisadiyyatına keçid şəraitində yeni aktuallıq qazanmış maliyyə institutlarından biri də banklardır. Banklar tədavül sferasında fəaliyyət göstərir, mühüm vəzifələr yerinə yetirir və o xalq təsərrüfatının sahələrinin, bütövlükdə isə təkrar istehsal prosesin inkişafında əvəzedilməz rol oynayır. Bu mənada iqtisadiyyatı bankların rolundan təcrid olunmuş şəkildə təsəvvür etmək mümkün düyil. Çünki banklar öz məhsulunu maliyyə bazarlarına təqdim etməklə iqtisadiyyatın sahələrinə kömək edərək onları inkişaf etdirir. Ölkədə aparılan pul siyasəti, maliyyə tarazlığı, iqtisadiyyatda pul vahidinin sabitləşdirilməsi və eləcə də onun kütləsinin istehlak tələblərinə uyğunlaşdırılması bankların iqtisadiyyatdakı yerindən və rolundan geniş surətdə asılıdır.

Bu gün bazar iqtisadiyyatı elə bir mühüt formalaşdırmışdır ki, daim bank fəaliyyətində yenilik,dünya valyuta bazarlarında məzənnə fərqləri,”valyutalar arası soyuq müharibə” bank fəaliyyətində gözlənilməz nəticələrə və risklərə yol aça bilər. Bu səbəbdən də bankların maliyyə sabitliyi təkcə bankın öz fəaliyyət dairəsi üçün deyil eyni zamanda dövlət maliyyəsinin də strukturuna ciddi təsir edir. Bu gün bankların əsas məqsədi bank aktivlərinin likvidlik səviyyəsinin yüksəkdilməsi, aktiv əməliyyatların həcminin artırılması, cəlb edilən vəsaitlərin xüsusilə də depozit mənbələrinin artırılması və sağlamlaşdırılması,bank maliyyə dayanıqlılğının təmin edilməsi olmalıdır.Xüsusi Respublikamızın iqtisadiyyatı neft sənayesi üzərinə qurulduğundan dünya birjalarında neftin qiymətindəki hər hansı bir kiçik tərəddüdlər sözsüz ki, milli valyutamızın dəyərinə də ciddi təsir edir.Valytanın dəyərdən düşməsi, cəlb edilmiş depozitlərin eyni zamanda bankdan geri çəkilməsi bütün bunlar hamısı banklarda ciddi likvidlik probleminə gətirib çıxarır.

Bütün bu kimi problemlərin qarşısını almaq və bank fəaliyyətini təkmilləşdirmək üçün banklarda risklərin idarə edilməsi, bank fəaliyyətinin

təkmilləşdirməsi, proqnozlaşdırma kimi departamentlər fəaliyyət göstərir ki, onların da əsas məqsədi banklarda yarana biləcək likvidlik problemini, riskləri əvvəlcədən müəyyən etmək və bu risklərə qarşı tədbir görüb bank dayanıqlılığını artırmaqdan ibarətdir.Banklarda daim mənfəət və rentabellik göstəriciləri diqqət mərkəzində saxlanılmalı, aylıq, rüblük və illik mənfəət və zərər hesabatlarında bütün göstəricilər öz əksini tapmalıdır. Mənfəət və rentabelliyi artırmaq üçün banklar daim risklərini proqnozlaşdırmalı, qiymətləndirməli, bazar iqtisadiyyatında korkoranə hərəkət etməməli daim valyuta bazarını öyrənməli marketinq aparmalıdır.

Müasir bazar iqtisadiyyatı şəraitində bankların maliyyə sabitliyinin təkmilləşdirilməsi sahəsində aparılan təhlillərin nəticəsi olaraq, mövcud olan problemlərin aradan qaldırılması üçün aşağıdakıların həyata keçirilməsini təklif edirəm:

1. Kredit bazarında faizlərin yüksək olması keçid dövründə fəaliyyət göstərən müəssisələr üçün böyük problemlər yaratdığından onlar kreditə çox maraq göstərmirlər. Bilirik ki, bu gün bankların gəlirinin böyük hissəsini kredit sferası təşkil edir. Ona görə də kreditə maraq zəgləyəndə həm bankların gəlirlərində kreditin çəkisi çox olduğundan bankların gəlirləri artım səviyyəvi zəifləyir, həm də müəssislər təkrar istehsali maliyyələşdirilmək üçün kredit kimi mənbədən məhrum olurlar. Buna görə də kreditə görə faizlərin aşağı salınması məqsədə uyğundur..

2. Banklar daha çox uzun müddətli depozit cəlb etməyə çalışmalıdırlar.Bu müddət ərzində cəlb olunmuş depozit bankın sərəncamında olur və bank müvafiq istiqamət üzrə daha uzun müddət həmin vəsaitdən istifadə edə bilir. Banklarda maliyyə vəziyyətinin sabit saxlanılması üçün banklar daim risk göstəricilərini təhlil etməli və gəlir və xərclərini daha dəqiq proqnozlaşdırmalıdırlar.Banklar yüksək likvidli aktivlərə sahib olmalı, lazim gəldikdə aktivləri pula çevirmə qabiliyyətini itirməməlidirlər.

3. Kommersiya bankları təəssüf ki, kiçik biznesə maraq göstərmir, daha böyük korporativ müştəri ilə işləməyə üstünlük verirlər. Lakin bu gün Azərbaycanda

Ommersiya banklarının böyük hissəsi çox sərbəst vəsaitə malik deyillər.Ona görə ölkə iqtisadiyyatının inkişafı üçün kiçik sahibkarlığın inkişafının zəruri olduğunu nəzərə alaraq, komersiya bankları kiçik və orta biznesə maraq göstərməlidirlər.

4. Kommersiya banklarının həyata keçirdiyi əməliyyatların çeşidi artırılmalıdır və bununla da gəlir mənbələri artırılmalıdır. Məsələn, Azərbaycan respublikasında bank müştəriləri trast, françayzinq, faktorinq əməliyyatından demək olar ki məhrumdular və ya bu əməliyyatların həyata keçirilməsi proseduru mürəkkəb olması və yetəri qədər reklam olunmaması ilə əlaqədar müştərilər bu əməliyyatlara maraq göstərmirlər,bir çox müştərilər ümumiyyətlə belə bir əməliyyatın mümkünlüyündən belə xəbərsizdirlər.

5. Banklarda fəaliyyət göstərən kadrların təhsilinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Belə ki, kadrların dünya universitetlərində bakalavr və magistratura pilləsində bilik və bacarıqlarının artırılması üçün, eləcə də onların qabaqcıl ölkələrdə təcrübə keçmələri, ixtisas artırma kurslarına göndərilmələri üçün dövlət və ya özəl qurumlar tərəfindən vəsait ayrılmalıdır. Bu vəsaiti ayırmağa maliyyə imkanı olmayan banklarda isə daha yaxşı olar ki, mütəmadi olaraq xarici mütəxəssislərin rəhbərliyi altında treyninqlər, iclaslar, təlimlər təşkil olunsun.

6. Bazar iqtisadiyyatında banklar aktiv əməliyyatlarının elə optimal üsulları seçilməlidirlər ki, bu əməliyyatlar nəticəsində banklar səmərə əldə edə bilsin. Yəni hər bir bank səfərbər etdiyi pul resurslarından elə istifadə etməlidir ki , həm öz gəlirini artıra bilsin, öz öhdəliklərini ödəyə bilsin, həm də digər fəaliyyət sferalarının inkişafına maliyyə köməkliyi etməlidir.

iri sərbəst kapitala malik olan bankların sayının azlığı vəölkə iqtisadiyyatının inkişafıüçün kiçik sahibkarlığın inkişafının zəruri olduğunu nəzərə alaraq, komerisya banklarının kiçik və orta biznesə maraq göstərməlidirlər.

7.Ölkəmizdə Mərkəzi Bank və digər maliyyə qurumları tərəfindən ictimaiyyət arasında maliyyə savadlılığı təbliğatı aparılmalıdır.Müştərilərin iqtisadiyyatda nə baş verdiyi haqqında təsəvvürləri olması üçün onlaın maliyyə proseslərini anlamaq qabiliyyətləri olmalıdır.Əks tədqirdə insanlar tam olaraq nə baş verdiyini anlamaqda çətinlik çəkirlər və yaranan şaiyələr əsasında hərəkət edirlər.Bu daictimaiyyətdə bank nüfuzunun itirilməsinə ,müştərilərin təcili şəkildə banklardan əmanətlərini geri çəkmələrinə səbəb olur.

Аннотация к магистерской диссертайии Мамедзада А.В на тему

В современных условиях финансовой стабильности банков анализ и оценка.


Руководител : к.э.н. Багиров М.М
Работа содержит ... страниц,....использованных источников,3 приложения. Работа выполнена на кафедре Банковское дело АГЕУ.
Актуалность данной темы заключается в том,что финансовой стабилности банков-это главный инструмент размещения имеющихсяв их распоряжение ресурсов,способствующий получению прибыли и поддержания ликвидности. Финансовой стабилности банков разнородны как по экономическому содержанию,так и с точки зрения их доходности и качества.Часть финансовой стабилности банков представляет собой безальтернативное размещение своих средств,например в фонд гарантирования вкладов где денежные средства не могут обращаться,а слежовательно приносить прибыль.

Именно поэтому каждый банк должен точно определять свои рыночные приоритеты и специализасию в любой временной период своей деятельности.


Целью данной магистерской диссертации явлается изучение теорических и практических основ организации проведения финансовой стабилности.

При написании работы использовались нормативно-правовые документы учебные пособияи статьи по исследуемой проблеме.


В процессе подгатовки работу исползовался системный подход,применялся метод аналитический анализ,сравнителный,графический и др.

В условиях перехода к рыночной экономике, получивших новую актуальность и banklardır одним из финансовых институтов. Банки действуют, и он сыграет неоценимую роль в развитии отраслей народного хозяйства, а воспроизводственный процесс в целом выполняет важные задачи в сфере обращения. В этом смысле роли банков в экономику в целом, влияние от olunmuşşəkildə можно представить себе представить свою продукцию и развивает их помощи отраслям экономики, düyil, так как банки. Роль банков, представленных на возмещение средств управления позиции, то это неправильно и проблемных вопросов было бы только макро и микро выпуска и массы. Проводимые в стране денежной политики баланса как основной показатель денежной единицы массы банков в экономике, широко зависит от назначения его в соответствие с требованиями народного хозяйства, стабилизации экономики.

Магистрант : Мамедзада А.В

Руководител : Багиров М.М


ABSTRACT OF THE DISSERT

“IN MODERN CONDİTİONS THE ANALYSİS AND EVALUATİON OF THE FİNANCİAL STABİLİTY OF BANKS ” by MAMEDZADA ALIYA VILAYAT gizi
Dissertation supervisor: Mubariz Bagirov
The work contains …pages,//// used literaturesources,3 chapters.Work performed at the Department of “Banking” of ASEU.

Financial stability to transform the collection of conditions for investment.And to be able to withstand the shock of the financial system, creating a situation is paid fiscal, monetary, legal, regulatory and accounting of the regime.Affected by the financial markets, financial, infrastructure and financial institutions is a lack of dramatic change between.

The financial system is stable in terms, or in such an environment:

-Most of the liquidity shortage would not face bankruptcy and financial institutions;

-The most important provision of financial services related, there was no obstacles.

Each of the processes occurring in the global financial market against the background of this definition itself.Though the main subject of discussion is relevant to their individual elements. Strong and stable financial stability of the financial system orfinancial stability is the foundation of a strong and stable financial system.Strong and sensitive side of macroprudential analysis methodology is based on assessment.

Thatis why every bank must accurately identify their market prioritesand specialization at any time during the activity.The purpose of this masters thesisis to study the theoretical and practical bases of the organization of financial stability.When writing the work used legal documents,manuals,and articles on the researched topic.In preparationsfor the work,a systematic,analyticalanalysis method was used,comparative,graphic and others.

The period of transition to market economy gained new urgency and one of the bank are financial institutions. Banks are operating in circulation, and its reproduction process plays an integral role in the development of the national economy fields, in general, performs important tasks.

In this sense, the role of banks in the economy as a whole, because their product to help develop the field of economy including banking, düyil olunmuşşəkildə can imagine the effect of isolating.

Macro and micro level of maturity funds and management position if it would be wrong and a matter of concern only to the role of banks in the crowd are considered. The balance of the monetary policy pursued in the country as a key indicator of the economy, bring into line with the requirements of banks in the economy largely depends on appointment to stabilize currency in its supply of the economy.

Master: Mamedzada A.V

Dissertation Supervisor: Bagirov M.M

Azərbaycan Dövlət İqtisad Universitetinin

Magistratura mərkəzi (ixtisas: “Bank işi” ,qrup 2602 )

magistrantı Məmmədzadə Aliyə Vilayət qızının

“Müasir şəraitdə bankların maliyyə sabitliyinin təhlili və qiymətləndirilməsi”

mövzusunda dissertasiya işinə

Referat

Mövzunun aktuallığı.Bilirik ki, Respublikamızda İqtisadi islahatların uğurla keçirilməsi üçün əsas problemlər arasında bank sisteminin sabitliyinin təmin edilməsi,eləcə də milli valyutanın möhkəmləndirilməsi,daxili ehtiyatlardan maksimum istifadə edilməsi şərti ilə bank sektorunun real iqtisadiyyatın kreditləşməsinə istiqamətləndirilməsi ən mühüm yerlərdn birini tutur.Bu zaman vacib olan əsas məsələ bankların möhkəmləndirilməsi vasitəsilə bank sisteminə inamın artırılması və bank sistemini tənzimləmək yolu ilə onların fəaliyyət səmərəliliyinin yüksəldilməsidir. Müasir dövrdə bankın sabitliyinin möhkəmləndirilməsi və bank sisteminə inamı yüksəltmək üçün daxili resursların cəlb edilməsi olduqca vacib şərtlərdəndir. Belə bir nəticəyə gələ bilərik ki, bank fəaliyyətinin tənzimlənməsinin çevik vasitələri şəxsi kapitalın və onun adekvatlılığının qiymətləndirilməsi üsulları, həmçinin likvidlik göstəriciləri və digər normativlərdir. Bu gün bank sektorunun inkişafından söz getdikdə ilk növbədə o diqqətə alınmalıdır ki, ölkədəki ümumi siyasi və iqtisadi vəziyyət bank əməliyyatlarının inkişafına və bank sisteminin uğurlu fəaliyyətinə zəmin yaratmalıdır. Yəni ölkənin iqtisadə və siyasi vəziyyəti bankların fəaliyyətinin sabit iqtisadi əsasını təşkil edir,yerli və xarici investorların banklara inamını möhkəmləndirilməsinə səbəb olur. Çünki zəruri şərtlər olmadan bankların sabit depozit bazası yaratmağa,əməliyatların mənfəətlilik və rentabelliyinə nail olmağa, eləcə də öz aktivlərinin keyfiyyətinə yüksəltməyə,idarəetmə sistemini təkmilləşdirməyə maliyyə baxımından gücləri yetməz .Beləliklə tam əminliklə deyə bilərik ki,bankların maliyyə sabitliyinin idarəedilməsi gəlirliliyin və bütün mümkün bank risklərin idarəedilməsi ilə sıx qarşılıqlı bağlıdır. Gələcək və proqnozlaşdırılan dövrdə isə ölkənin iqtisadi artımının maliyyələşdirilməsi çoc böyük dərəcədə daxili əmanətin və investisiyanın vəziyyətindən tam asılı olacaqdır. Milli əmanətin yüksək norması isə öz növbəsində iqtisadiyyatın real sektorlarının kreditləşdirilməsini təmin edəcəkdir.

Tədqiqatın məqsəd və vəzifələri.Tədqiqatın əsas məqsədi nəinki bank sisteminin hətta bütövlükdə ölkə maliyyəsinin əsasını təşkil edən maliyyə sabitliyinin və ona təsir edən amillərin ətraflı öyrənilməsi,araşdırılması və təhlilidir.Tədqiqat işinin məqsədinə uyğun olaraq aşağıdakı vəzifələr qarşıya qoyulmuş və yerinə yetirilmişdir:

1.Bankların ölkə iqtisadiyyatında yeri və rolu,bank maliyyəsinin nəzəri və metodoloji əsaslarının tətbiqi;

2.Banklarda resurs mənbələri,xüsusi və cəlb olunmuş vəsait onların maliyyə sabitliyində rolu;

3.Banklarda likvidlik,bank dayanıqlılığı və onların praktiki əhəmiyyəti;

4.Banklarda maliyyə sabitliyinin iqtisadi mahiyyəti, təhlili və qiymətləndirilməsi.

5.Əmanətlərin sığortalanmasının maliyyə sabitliyinə təsiri.



6.Bank fəaliyyətinə nəzarət olunması.

Tədqiqatın predmeti və obyekti.Tədqiqatın predmetini bankların maliyyə sabitliyinin təkmilləşdirilməsinin,səmərəliliyinin yüksəldilməsinin nəzəri əsaslarının tədqiqi və banklarda maliyyə sabitliyinin hazırkı vəziyyətinin təhlili, obyektini isə maliyyə göstəriciləri, mənfəətlilik , rentabellik, likvidlik, bank aktiv və passivləri təşkil etmişdir.

Problemin öyrənilmə vəziyyəti.Müasit bazar iqtisadiyyatı şəraitində maliyyə sabitliyi elə bir aktual və həssas problemdir ki, mütamadi olaraq araşdırmaq tədqiqat aparmaq tələb edir.Bu problem uzun illər həm dünya miqyasında, həmdə ölkə iqtisadiyyatı çərçivəsində araşdırılmasını tələb etmiş, öz aktuallığını qorumuşdur.Bank fəaliyyəti sisteminin hər il durmadan həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşməsi və yenilənməsi , bunun nəticəsində də daima müasir iqtisadi proseslərlə bağlı olan öyrənilməmiş yeni problemlərin meydana gəlməsi tədqiqatın mütəmadiliyini və fasiləsiz olaraq tədqiqatını tələb edir.İqtisadçı alimlər tərəfində daim diqqət mərkəzində olmasına baxmayaraq maliyyə sabitliyi, likvidlik, bank dayanıqlılığı, valyuta məzənnəsi, yeni bank məhsulları, bank fəaliyyəti olduqca dəyişkən xarakter almışdır. Bütün bunlar da bu mövzuda tədqiqatın aparılmasına, yeni staristik göstəricilə, yeni təklif və tövsiyyələrə daim ehtiyac yaradır, eləcədə yeni tədqiqat işinin aparılmasını zəruri edir.

Tədqiqatın informasiya bazasını - Mərkəzi bankın statistika hesabatları, maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin statistik məlumatları və cədvəlləri , kommersiya banklarının illik maliyyə hesabatları, bu qurumların internet portalları və digər mənbələr təşkil etmişdir.

Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, bankların maliyyə vəziyyətinin sabitliyi cə ona təsir edən amillər yeni proseslər baxımından öyrənilmiş, maliyyə sabitliyinin müasir iqtisadi proseslərə adaptasiya və uyğunlaşdırılması mexanizminin, eləcədə bank sisteminin müasir inkişaf meyillərinin öyrənilməsi əsasında maliyyə sabitliyinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri müəyyən olunmuşdur. Müasir bankçılığın inkişafı, elektron bankçılıq əməliyyatlarının durmadan fasiləsiz inkişaf etməsi , yeni bank məhsullarının bank bazarlarına çıxması və özünə müştəri kütləsi cəlb etməsi, likvidliyə böyük təsiri olan elektron bank əməliyyatlarının artdığı bir iqtisadi vəziyyətdə bank maliyyə sabitliyi hərtərəfli analiz edilmiş və bütün bu qeyd olunan amillərin amillərin maliyyə sabitliyinə və bank dayanıqlılığına təsiri öyrənilmişdir.

Tədqiqat işinin nəzəri əhəmiyyəti.Tədqiqat işində əldə olunmuş nəticələrdən “Banklarda maliyyə sabitliyinin təmin olunması yolları”, ”Bank likvidliyinin və bnk dayanıqlılığı ”, ”Mərkəzi bank və kommersiya bankları arasında maliyyə dayanışması” , “Banklarda gəlirlilik və bank fəaliyyətinin təkmilləşməsinin maliyyə sabitliyinə təsiri” kimi mövzular üzrə tədris prosesində istifadə edilə bilər.

Tədqiqat işinin praktiki əhəmiyyəti. Dissertasiya işində əldə olunmuş nəzəri və praktiki müdəalardan, təklif və tövsiyyələrdən bankların maliyyə siyasətinin təkmilləşdirilməsində, kommersiya banklarının aktiv və passivlərindən səmərəli istifadə strategiyasında, bank likvidlərinin qiymətləndirilməsində və ümumilikdə bankların maliyyə siyasətinin hazırlanmasında isifadə oluna bilər.Dissertasiya işinin elmi nəticələrinin kommersiya banklarının maliyyə siyasətinin tənzimlənməsi, bank likvidliyi və dayanıqlılığının artırılması yollarə ,bank gəlir və mənfəətlilik strategiyasının hazirlanmasında, maliyyə hesabatlarının hazırlanmasında,bankın maliyyə vəziyyətinə təsir göstərən nağdsız hesablaşmaların və yeni bank fəaliyyəti növlərinin öyrənilməsində, əmiyyətdə maliyyə savadlandırılmasında mühüm praktiki əhəmiyyət ola bilər.

İşin quruluşu və həcmi. Dissertasiya işinin məzmunu giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

Ədəbiyyat.

1.S.Məmmədov. «Bank işi». Bakı 1997.

2.Azərbaycan Respublikasında «Banklar və bank fəaliyyəti haqqında» qanun. Bakı 1996.

3.A.A. Drobozinoy «Finansı, denejnoe obrahenie, kredit» Moskva

4. A.F. Sidroviç «Kurs gkonomiçeskoe teoriy» Moskva 1997

5. Məmmədov S.M. –“Bank işi.Bankirin stolüstü kitabı”, Bakı-1997

6. Aslanov A.M –“Maliyyə və bank statistikası”, Bakı-2002

7. Z.Məmmədov, Ə.Abbasov, R.Rzayev. Ş.Həmişəyevə.-“Bank işi və elektron bankçılıq”, Bakı-2003

8. M.M.Bağırov- “Bank və bank əməliyyatları” (Ali məktəblər üçün dərslik), Bakı-2003

9. Azərbaycan Respublikasında «Banklar və bank fəaliyyəti haqqında» qanun. Bakı 1996

10.R.A.Bəşirov.-Bank işi fənni üzrə interaktiv dərs vəsaiti ,Bakı -2014

11.Azərbaycan Respublikası Mərkəzi bankı-rüblük və illik bank göstəriciləri,2014-2015

12. Azərbaycan Respublikası Mərkəzi bankı-Bankların icmal balansı,2015

13. Azərbaycan Respublikası Mərkəzi bankı-maliyyə sabitliyi icmalı,2014-2015

14.L.Yusifzadə- Azərbaycan Respublikası Mərkəzi bankı,Tədqiqatlar və İnkişaf Mərkəzi ,Bakı-2011

15.A.Ş.Şəkərəliyev-Dövlətin iqtisadi siyasəti:reallıqlar və perspektivlər,Bakı-2009

16.A.Ələsgərov-Pul siyasəti və qlobal çağırışlar,Bakı 2014

17.www.azstat.gov.az- Dövlət Statistika Komitəsi

18.www.maliyyə.gov.az- Maliyyə Nazirliyi

19.www.cbar.az- Azərbaycan Respublikası Mərkəzi bankı

20.www.kitab.az- Elektron kitabxana



21.www.anl.az- Milli kitabxana



Yüklə 419,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə