Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

60 
 
VI mövzu. Jurnalistika və qlobal ekoloji problemlər 
 
1.  Ekoloji problem anlayışını izah edin. 
2.  Ekoloji jurnalistikanın formalaşmasını  və müasir 
vəziyyətini təsvir edin. 
3.  Dünya ekoloji jurnalistikasının mövzu istiqamətlərinə 
və jurnalist-ekoloq üçün tələblərə nəzər yetirin. 
4.  Televiziya və  qəzet ekoloji jurnalistikasının oxşar və 
fərqli cəhətlərinin xarakteristikasını açın. 
 
VII mövzu. Jurnalistika və qlobal psixoekoloji 
problemlər 
 
1.  Müasir informasiya yayımı sistemində elektron KİV-
lərin və  rəqəm texnologiyalarının yerini və rolunu 
qiymətləndirin. 
2.  Elektron KİV-lərin və  rəqəm texnologiyalarının 
qlobal davranışa və sağlamlığa psixoekoloji təsir 
imkanlarına nəzər yetirin. 
3.  Psixoekoloji problemlərin həllində  KİV-in qarşısında 
qoyulan tələbləri sadalayın. 
 
VIII mövzu. Jurnalistika və beynəlxalq terrorizm 
problemi 
 
1.  Beynəlxalq terrorizmə münasibətdə ümumi və  fərqli 
cəhətləri izah edin. 
2.  Beynəlxalq terrorizmin işıqlandırılmasının mücərrəd 
jurnalistika adlandırılmasının motivlərini əsaslandırın.  
3.  Beynəlxalq terrorizmin qarşısının alınması yollarının 
araşdırılmasnda jurnalistikanın iştirakının psixoloji və 
sosioloji aspektlərini izləyin. 
4.  Beynəlxalq terrorizm probleminin həlli sahəsində 
KİV-in vəzifələrini sadalayın. 


61 
 
 IX
 MÖVZU
.
 
J
URNALISTIKA VƏ QLOBAL NARKOMANIYA 
PROBLEMI
 
 
1.  Narkomaniyanın müasir dövrün qlobal problemi və 
jurnalistikanın mövzusu kimi xarakteristikasını açın. 
2.  Narkomaniya probleminin dünya jurnalistikasında 
işıqlandırılması tendensiyalarını izləyin. 
3.  Dünya və Azərbaycan KİV-ində narkomaniya 
probleminin işıqlandırılması  təcrübəsini müqayisəli 
şəkildə təhlil edin. 
4.  Antinarkotik təbliğat işinin forma və metodlarını, 
mətbuatın çıxışlarının janr xüsusiyyətlərini müəyyən 
edin. 
 
X mövzu. Jurnalistika və qlobal miqrasiya prosesləri 
 
1.  Müasir miqrasiya proseslərini qlobal problem və KİV-
in  əsas mövzularından biri kimi xarakterizə edin. 
Növləri, motivləri, meylləri və marşrutları barədə 
məlumat verin. 
2.  Azərbaycanda irihəcmli insan yerdəyişmələrinin 
tarixinə  və miqrasiyanın inkişaf tendensiyalarına 
retrospektiv  nəzər yetirin. 
3. Geniş  və  tənzimlənməyən miqrasiyanın cəmiyyət 
üçün böyük iqtisadi və sosial problemlər  əmələ 
gətirməsinin səbəblərini izah edin. 
4. Miqrasiya proseslərinin tənzimlənməsi sahəsində 
beynəlxalq və milli təcrübə  və  sənədləri müqayisəli 
şəkildə təhlil edin.  
5. Bu sahədə istifadə edilən təbliğatçılıq işinin forma və 
metodları,  janr rəngarəngliyi, KİV-in çıxışlarının 
təsirliliyinin artırılmasının yaradıcılıq amillərini 
sadalayın. 
 


62 
 
XI mövzu. Jurnalistika və qlobal korrupsiya problemi 
 
1.  Korrupsiya anlayışı. Korrupsiyanı müasir dövrün 
qlobal problemi və  KİV-in  əsas mövzularindan 
biri kimi  səciyyələndirin. 
2.  Korrupsiyanı sosial-siyasi həyatın elementi
dövlətçiliyi və beynəlxalq sabitliyi sarsıdan (milli 
və transmilli cinayətkar qruplar vasitəsilə) amil 
kimi xarakterizə edin.  
3.  Korrupsiyanın qarşısının alınmasının beynəlxalq 
mülki-hüquqi və prosessual aspektlərini, 
korrupsiya ilə mübarizənin modellərini izah edin. 
4.  Korrupsiyanın xarakteristikasının açılmasında, 
korrupsiyaya qarşı vətəndaş mübarizəsinin praktik 
mexanizmlərinin formalaşmasında və  tətbiqində 
KİV-in rolunu və vəzifələrini müəyyən edin. 
  
 
XII mövzu.
 
Qlobal problemlərin həlli beynəlxalq 
təşkilatların 
 və jurnalistikanın  fəaliyyət sferasında 
 
1.  Qlobal problemlərin həllində beynəlxalq 
təşkilatların yerini və rolu qiymətləndirin. 
2.  Qlobal problemlərin araşdırılmasında, qlobal 
problemlərlə bağlı vəziyyəti öyrənən ümumdünya 
xidmətinin təşkilində,  sivilizasiyanın mühafizəsi 
üzrə beynəlxalq hüququn müxtəlif aspektlərinin 
işlənib hazırlanmasında BMT və digər beynəlxalq 
təşkilatların fəaliyyəti barədə qısa məlumat verin. 
3.  Qlobal problemlərin beynəlxalq xarakterinin 
açılmasında və beynəlxalq təşkilatların onların 
həllinə  cəlb edilməsində, bu sahədə onların 
fəaliyyətinin işıqlandırılmasında KİV-in rolunu 
qiymətləndirin. 


63 
 
4.  Bu mövzuda materialların tematik və janr 
xüsusiyyətlərini açmağa çalışın. 
 
6.2.  FƏRDİ İŞ ÜÇÜN ÇALIŞMALAR VƏ 
TAPŞIRIQLAR 
 
 
Müasir qlobal problemlərin həllində  KİV-in 
iştirakının təsirliliyini artıran amillərin – jurnalistin peşə 
mövqeyinin və peşəkarlığının əxz edilməsi, xüsusilə də gənc 
jurnalistlərin jurnalist sənətkarlığı  vərdişlərinə yiyələnmələri 
məqsədi ilə onlara fərdi yaradıcılıq tapşırıqları verilir və  bu 
tapşırıqlar xüsusi olaraq ayrılmış  məsləhət saatlarında  
müzakirə edilir. 
Bu çalışma və tapşırıqlar, konkret situasiyaların təhlili 
müəllimlər tərəfidən istifadə edilə, diskurs və  təhlillər üçün 
stimul rolunu oynaya, habelə  tələbələrin kollokvium və 
seminarlarda iştiraklarının və bilik səviyyələrinin 
qiymətləndirilməsi üçün də tətbiq edilə bilər. 
 
Çalışmalar və tapşırıqlar 
 
1.  “Assosiasiyalar”. Tapşırılmış üç sözdən ibarət və 
başa düşülən ifadələr yazın. Məsələn: QƏRAR-
SƏHRA-RƏİS; REDAKTOR-TORPAQ-PAMBIQ; 
LİDER-ƏRAZİ-KOMPROMİS; 
İNTERNET-
TƏHLÜKƏ-KRİMİNAL. Bu tapşırığın məqsədi 
tələbələrə  jurnalist materiallarında “körpü”- əlaqə 
yaratmağı öyrətməkdən ibarətdir. Bu zaman bir cümlə 
zəncirvari  şəkildə o biri cümləyə, bir abzas məntiqi 
ardıcıllıqla növbəti abzasa keçir. 
2.  “Başlıqlar”. Müəllim tərəfindən təklif olunan mətnə 
tiplərinə görə müxtəlif olan bir neçə başlıq yazmaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə