Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

68 
 
18. “Redaksiyaya məktub”. Tələbələr mərkəzi nəşrə hər 
hansı bir xahişlə  və  ya  da  məsələ ilə bağlı müraciət 
edərək özlərini sıravi oxucu kimi sınaqdan keçirirlər. 
Çalışmanın məqsədi rolların dəyişməsi ilə bağlı 
olaraq psixoloji səddi aşmaqdan ibarətdir. 
19. “Replika”.  İnsanın ZƏHƏRLƏNƏN, TERROR 
QURBANI OLAN, AC QALAN, İNANMAYAN, 
TƏƏCÜBLƏNƏN, XƏSTƏLƏNƏN, HİRSLƏNƏN, 
MÜDAXİLƏ EDƏN zaman ifadə etdiyi daha cox 
replika yazmağa səy göstərin. 
20. “Rəmzi rəqəm”.  Tələbələrə tanınmış bir şəxs 
haqqında zarisovka yazmaq tapşırığı verilir. Bu 
zaman materialın  əsasını  həmin  şəxsin həyat yolunu 
ümumiləşdirən rəmzi rəqəm təşkil etməlidir. 
21. “Stop-kadr”.  İstənilən jurnal və ya qəzetdən olan 
illüstrasiyaya və yaxud da hər hansı bir şəkilə bir neçə 
ad yazın. Adlar bir-üç sözdən və ya söz 
birləşməsindən (başlıq kimi) ibarət olmalıdır. 
Birləşmələr və söz önlükləri də daxil olmaqla, 18 
sözdən artıq olmayan bir cümlədən. Ümumi həcmi 
40-50 sözdən ibarət olan bir neçə cümlədən. Ümumi 
həcmi 300 sözə qədər olan bir neçə abzasdan ibarət. 
22. “Təsvir”.  Adını  çəkmədən, üçüncü şəxs  əvəzliyinin 
köməyi ilə istənilən məşhur  şəxsi elə  təsvir edin ki, 
xarici görkəminin  əlamətlərinə  və davranış  tərzinə 
görə onun kim olduğunu müəyyən etmək mümkün 
olsun. Hər bir tələbə özünün hazırladığı mətni ucadan 


69 
 
oxuyur, qalanları isə onun qəhrəmanının kim 
olduğunu müəyyən edirlər. Tələbələr, həmçinin, 
füsunkarlığı və arxitekturası ilə fərqlənən bir binanın 
da təsvirini verir və bu zaman hansı binadan söz 
getdiyini bildirmirlər. Sonra hər bir tələbə özünün 
hazırladığı  mətni ucadan oxuyur, qalanları isə hansı 
binanın təsvir olunduğunu müəyyən edirlər. Bu 
tapşırıqda  əsas məqsəd gələcək jurnalistlərin 
təsvirçilik vərdişlərinə yiyələnməsindən və onlarda bu 
vərdişləri inkişaf etdirməkdən ibarətdir.  
23. “Xülasə”. Bir cümlə-mülahizə  əlavə etməklə, artıq 
qəzetdə çap olunmuş  məqaləni yazıb başa çatdırın. 
Nəticələri müqayisə edin. 
24. “Üç qəzet”. Tələbələr sərbəst olaraq üç müstəqil nəşri 
təmsil edən qrupa bölünürlər: demokratik, müxalifət 
yönümlü və “sarı”. Hər üç qrupa eyni fakt təqdim 
olunur və hər bir qrup bu faktı öz nəşrinin informasiya 
siyasətinə (həmçinin leksikasına) uyğun təfsir edir. 
Tapşırığın məqsədi nəşrin informasiya siyasətinin 
jurnalistə  təsirinin hüdudlarını müəyyənləşdirməkdən 
ibarətdir. 
25. “Ümumi başlıq”.  Tələbələrə ümumi “Vəziyyət 
ürəkaçan deyil” başlığı altında eyni vaxtda müxtəlif 
mövzularda (qlobal geosiyasət, planetar iqtisadi 
inteqrasiya, ekologiya, terrorizm, miqrasiya və s.) qısa 
mətnlər yazmaq tapşırığı verilir. Başlıqdakı  məna və 
sözlər mətnlərdə müxtəlif çalarlarda öz əksini 
tapmalıdır. 


70 
 
26. “Vaxt”.  Tələbələr müəyyən zaman kəsiklərində 
müvafiq vaxt və  əldə etdikləri nəticələr barədə 
qeydlər apararaq, müstəqil surətdə özlərinin vaxtı 
duymaq hisslərini yoxlayırlar. +/- 5 dəqiqə nöqsana 
yol verilməsi normal sayılır. 
Aşağıdakı söz və söz birləşmələrindən cümlələr 
tərtib edin 
I variant 
  Keçirmişdir 
  birlikdə 
  İnternyus 
  dəstəyi ilə  
  Avropa Şurası 
  Ictimai-siyasi şöbə 
  İctimai Televiziya 
  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi 
  “Müasir dövrün qlobal problemlərinin KİV-də 
işıqlandırılması” 
  fevralın 11-12-də  
II variant 
  Con və Ketrin Makarturlar Fondu 
  Avrasiya Fondu 
  Azərbarcan Respublikasının Ekologiya və  Təbii 
Sərvətlər Nazirliyi 
  BMT-nin Ətraf Mühitin Mühafizəsi Departamenti 
  “Su hövzələrinin çirklənməsi vəziyyətinin monito-
rinqi” 
  bir həftə ərzində 
  nəticələr ümumiləşdiriləcək 
  tövsiyələr hazırlanacaq 
  11 iyun 


71 
 
III variant 
  Xocalının ətrafındakı meşələr 
  fevralın 25-dən 26-na keçən gecə 
  hər tərəfə uşaq və qadın meyitləri səpələnmişdi 
  qəddarcasına və vəhşiliklə 
  erməni vandalizmi  
  qocalar qətlə yetirilmişdilər 
  qəddarlığına görə faşizmi kölgədə qoyan 
  uşaqların üzlərinin dərisi soyulmuşdu 
  qadınların döşləri kəsilmiş, qarınlarına sivri metal 
parçaları sancılmışdı 
IV variant 
  Kürdə suyun səviyyəsi  
  çayın məcrası 
  mütəxəssislərin fikri 
  çay dibinin lillənməsi 
  evlər suyun altında qalmış 
  təsərrüfat təyinatlı tikililər və qurğular 
  əhali qorxudan evlərinə qayıda bilmir 
  Fövqəladə Hallar Nazirliyi 
  insanlara təcili yardımlar göstərilir 
V variant 
  geosiyasət   
  sovet elmi və jurnalistikası üçün qapalı mövzu   
  geosiyasi konsepsiyalar və 
KİV-in mövzu 
istiqamətləri 
  beynəlxalq münasibətlər sistemi 
  dövlətlərin yerinin və rolunun qiymətləndirilməsi  
  həmsərhəd qüvvələrin maraqları 
  ərazi faktorunun klassik və müasir mənası 
  geosiyasətdə baş verən transformasiyaların mahiyyəti 
  yeni güc mərkəzlərinin formalaşması 
  Azərbaycanın geosiyasi qazancları və itkiləri var 


72 
 
VI variant 
  demoqrafiya problemləri 
  əhalinin qocalma prosesi 
  yerli əhalinin sayı hər il 1 milyon nəfər azalır 
  bu ölkələrin milli, iqtisadi təhlükəsizliyi  
  miqrasiya və demoqrafiya  
  miqrant və cəmiyyətdə əlavə sosial problemlər  
  bəzi ölkələrdə dini zəmində qarşıdurmalar (hələlik 
sosial müstəvidə) 
  miqrantlar və bu ölkələrin ictimai-siyasi həyatı  
 
VII variant 
  beynəlxalq terrorizm 
  terrorizmin anatomiyasının mücərrədliyi 
  mücərrəd jurnalistika 
  KİV - terror aktlarının iştirakçısı 
  KİV vasitəsilə əldə olunan əks-səda 
  terrorizmlə faşizm arasında paralellər 
  terrorizmə qaşı mübarizənin informasiya təminatı 
  Internet terror aktlarının iştirakçısıdır 
VIII variant 
  müalicə olunmayan xəstəlik 
  sosial bəla 
  narkomaniyaya qarşı mübarizə 
  tam müalicəyə zəmanət verən klinika 
  inanmaq ya inanmamaq 
  antinarkogen və narkogen təsir 
  təbliğatın birtərəfli təsiri 
  ekstaz, qıcolma  
 
İşgüzar oyunlar 
Tədris prosesində  işgüzar oyunların tətbiq edilməsi 
təqdirəlayiq haldır. Bu oyunlar peşəyə yiyələnmənin praktik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə