Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   18   19   20   21   22   23   24   25   26

82 
 
itirilməsinə yol vermədən, 1999-cu ildə qitədə eyni prinsip və 
qaydalar  əsasında fəaliyyət göstərən, konvensiyaya üzv-
dövlətlərin hamısının  ərazisində  məqbul sayılan vahid təhsil 
məkanının yaradılması haqqında razılığa gəlmişlər. 
Azərbaycan Boloniya prosesinə 2005-ci ildə qoşulmuşdur. 
Böyük demoqrafik dəyişiklik – ailənin iqtisadi gücünün 
uşaqların sayından asılılığının aradan tam qalxması. Geniş 
təkrar istehsaldan sadə  və ya hətta mənfi təkrar istehsala 
keçid. 
Çirklənmə - təbiətə xas olan, lakin yerində yerləşməyən, 
zamanında və lazımi miqdarda olmayan, təbii sistemi 
tarazılıq vəziyyətindən çıxaran və adətən müşahidə olunan 
normadan fərqlənən hər  şey. Çirklənmə istənilən səbəbdən, 
hətta lap təmizlikdən də  əmələ  gələ bilər. Çirklənmə  həm 
təbii səbəblərdən (təbii çirklənmə)  həm də insan 
fəaliyyətinin təsiri ilə (antropogen çirklənmə)  əmələ  gələ 
bilər. 
Daşınan həcm (kütlə) – (carrying capacity) – populyasiya-
nın uzun müddət özünütənzimləmə ilə qorunmasına imkan 
yaradan maksimal sıxlığı, yəni sahə  və ya həcm vahidinə 
düşən populyasiya  fərdlərinin biokütləsi. Fərdlərin daşınması 
(daşınılması) və ya köçməsi (köçürülməsi) populyasiyaya öz 
sıxlığını  tənzimləməyə  və növün nəslini qoruyub saxlamağa 
imkan verir. 
Dayanıqlı inkişaf  –  tələbatın  gələcək nəsillər üçün ziyanı 
olmadan yerinə yetirilməsini təmin edən inkişaf. 
Depressiya (lat.”depressio” – enmə) - bir və ya bir qrup 
növün fərdlərinin sayının insanın fəaliyyəti ilə  əlaqədar 
olmadan populyasiya, biosenoloji və ya abiotik səbəblər 
nəticəsində azalması. 
Deqradasiya  – deqradasiya geniş  mənada insanların 
təsərrüfat fəaliyyətinin və  ətraf mühitin mənfi təsiri 
nəticəsində bitki örtüyünün, otlaqların vəziyyətinin pisləşmə-
si, meşələrin kolluqlara çevrilməsi, torpağın strukturunun 


83 
 
pozulması, humus və  dəyişən kationların azalması 
nəticəsində münbitliyinin zəifləməsi prosesidir. 
Demoqrafik inqilab – demoqrafik partlayışı  şərtləndirən 
əsas amil. Ekzogen ölüm sayının kəskin  şəkildə  aşağı 
düşməsi, prokreasiya (lat. – procreatio – yaranma, doğulma, 
dünyaya gətirmə) davranışının davamlılığı  nəticəsində baş 
verən təzahür. 
Demoqrafik irəliləyiş – ailənin iqtisadi vəziyyətinin 
uşaqların sayından asılılığının tam aradan qalxması. Geniş 
təkrar istehsaldan sadə və yaxud hətta mənfi istehsala keçid. 
XXI əsrin ortalarında baş vercəyi proqnozlaşdırılır. 
Demoqrafik partlayış – XX  əsrin ikinci yarısında və XXI 
əsrin başlanğıcında Yer kürəsində  əhalinin sayının kəskin 
şəkildə artması. Daha çox industrial və postindustrial 
ölkələrdə  təbabətin və  səhiyyənin inkişafının (immunizasiya 
və antibiotiklərin tətbiqi, malyariyaya qarşı mübarizədə 
DDT-dən geniş istifadə) nəticəsi kimi büruzə verir. 
Demoqrafik piramida – dünya, ölkə  və region əhalisinin 
cinsiyyət-yaş strukturunun qrafik təsviri. 
Demoqrafiya siyasəti - adətən müəyyən demoqrafik 
nəticələr  əldə etmək üçün dövlət və ictimai təşkilatlar 
tərəfindən həyata keçirilən tədbirlərin məcmusu. 
Depopulyasiya – sosial gerçəkliyin  ən xoşagəlməz 
amillərinin: müharibə, aclıq, epidemiya, iqtisadi dağıntılar və 
s. nəticəsində əhalinin sayının azalması prosesi. 
Dövri mətbu nəşrlər – çap prosesinin və ya hər hansı 
surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 
100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on 
iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, 
toplu, bülleten və başqa dövri nəşrlər.  
Ehtiyatlılıq prinsipi 

ilk dəfə 1990-cı ildə Norveçin Bergen 
şəhərində 35 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilmiş 
ümumdünya ekoloji konfransında işlədilmiş ifadə. 
Konfransda təmsil olunmuş ölkələrin hökumətləri razılığa 
gəlmişlər ki, dünya ictimaiyyəti alimlərin təzahürlərin 


84 
 
səbəbləri və miqyası barədə son nəticəyə  gəlmələrini 
gözləmədən, qlobal ekoloji fəlakətlərin, məsələn iqlimin 
qlobal istiləşməsi və s. qrşısının alınması üçün tədbirlər 
görməlidir. Bundan başqa, dünya ictimaiyyətinin maraqları 
xatirinə, inkişaf etmiş  sənaye ölkələri inkişaf etməkdə olan 
ölkələrə onların  ətraf mühitlərinin qorunmasında kömək 
etməlidirlər. 
FAO – Ümumdünya  Ərzaq Təşkilatı. BMT-nin strukturuna 
daxildir. 
Fertillik  əmsalı - bir ananın öz həyatı boyunca dünyaya 
gətirdiyi uşaqların sayı. 
Ekoloji stress – təbiətə onun özünübərpa imkanını itirmə 
həddinə qədər bir ölçüdə göstərilən antropogen təsir prosesi. 
XX əsrin ortalarından sonra reallığa çevrilmişdir. 
Ekopolitologiya – siyasi qlobalistikanın cəmiyyətlə  təbiət 
arasındakı qlobal qarşılıqlı  fəaliyyətin siyasi aspektlərini 
öyrənən bölməsi. 
Ekosistem -.müəyyən sahəni tutan canlı  və cansız aləmin 
qarşılıqlı əlaqəsinin məcmusu. Müəyyən sahəni tutan canlı və 
cansız aləm anlayışı. Ekosistem ayrı-ayrı orqanizmlər, 
populyasiya və ya növlər və  məskunlaşma mühiti kimi 
düşünülür. 
Eroziya - dağ suxurlarının, torpağın və digər törəmələrin 
tərkibinin və səthinin bütövlüyünün dəyişməsi, dağılması. Su 
axarlarının lillənməsinə, sənaye avadanlıqlarının çirklənməsi-
nə və s. səbəb olur. 
Jurnalistika –  
a) bütövlükdə  cəmiyyətin  sosial sisteminin  bir hissəsi, eyni 
zamanda,  fəaliyyətləri (dövri mətbuatın, radio və televiziya 
proqramlarının hazırlanması  və kütləvi auditoriyaya çatdırıl-
ması) jurnalistikanın infrastrukturu (texniki, informasiya, 
təşkilati-idarə, tədris müəssisələri və elmi mərkəzlər) ilə 
təmin olunan qəzet və jurnal, kitab nəşriyyatları, teleradio 
şirkətləri redaksiyalarının daxil olduğu xüsusi sosial insitut; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə